» » "Şirin nəğmə qədər sevimlisən sən..."

"Şirin nəğmə qədər sevimlisən sən..."

Bakı, əziz şəhər

 Sözləri: Ənvər Əlibəyli

Musiqi: Tofiq Quliyev

Bakı, əziz şəhər, mehriban diyar,
Sinəndə boy atıb oldum bəxtiyar,
Səndə ilk eşqimin yadigarı var.

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən,
Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən,
Gözəl Bakı!

Ürəyim səninlə edir iftixar,
Xəzərin qoynunda saldın buruqlar.
Qəlbimdə qəlbinin hərarəti var.

Baxdıqca doymuram gözəlliyindən.
Şirin nəğmə qədər sevimlisən sən.
Hər yerdə, hər yanda deyəcəyəm mən.

Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Gözəl Bakı!

"Şirin nəğmə qədər sevimlisən sən..."  

"Şirin nəğmə qədər sevimlisən sən..."

"Şirin nəğmə qədər sevimlisən sən..." 

 

"Şirin nəğmə qədər sevimlisən sən..." 

"Şirin nəğmə qədər sevimlisən sən..." 

"Şirin nəğmə qədər sevimlisən sən..."

 

"Şirin nəğmə qədər sevimlisən sən..."  

"Şirin nəğmə qədər sevimlisən sən..."

 

 

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz