» » Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan

Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan

 

Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan


Yadınızdadırsa AMEA Dilçilik İnstitunun elmi işçisi Cahid İsmayıloğlu saytların birində təkliflə çıxış etmişdi ki, rus dilində təhsil ləğv olunsun. Alimin fikirləri oxucular arasında birmənalı qəbul edilməsə də, dəstək verənlər də olmuşdur. Bu məsələyə mənim də öz münasibətim var.
Elə bil ki, kimlərsə var və onlar müəyyən zamanarası fasilələrdə araya məxşuşluq salmağa yönələ biləcək bir söz buraxıb keçir.
Ana dilini öyrənməkdənsə, qollarını çırmalayıb problemlərin həllinə girişməkdənsə, Dilçilik institutunun əməkdaşı rus dilində təhsili qapatmağı təklif edirlər, niyə?
Azətbaycan dilində nəşr olunan dərsilklər çox qüsurludur, Dilçilik institutu kamil orfoqrafiya lüğəti buraxa bilmir, mütəxəssis bu qayğını buraxıb, gedib çıxıb rus dilinə. Bəs bu beynəlxalq dil nə üçündür, onlara ingilis dili kifayətdir, amma mənə rus ingilisdən daha yaxındır. Fəqət, gənclərin ingilis dilini öyrənməsini də yaxşı qəbul edirəm.

Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan


Xalqlar arasında , ölkələr arasında əlaqə bağlarını artırmaq lazımdır, nəinki bu bağları qırmaq.
Fransız mütəfəkkiri Duyklonun məhur fikri var: "Oğluma dil öyrədin. Qoy bu, ingilis, yunan, latın dilləri olsun. Amma bununla belə o, əsl fransız olmalıdır.”
Bax, əsas məsələ budur. Şəxsən, mənə gəlincə, mən heç bir dilin öyrənilməsinə qarşı təzyiq və təhdidi doğru hesab etmirəm. Buna görə kimsəyə təzyiq etmək olmaz. Amma hər kəs ana dilini mənəvi diriliyimiz kimi qorumalı, gözləri üstündə saxlamalıdır.
Dünyada bu qədər inteqrasiya prosesləri getdiyi məqamda, dillərin öyrənilməsi həmişəkindən daha aktualdır.
Mirzə Kazım bəy (Məhəmməd Əli Kazımbəy) Azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloqu idi. O, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
Guya rus ictimaiyyəti bizim bu gənc elmi əməkdaş qədər düşünə bilmirdilər ki, bir türkşünasa öz elmi mərkəzlərində fəaliyyətə meydan vermişdilər? Mirzə Kazım bəy deyərmiş ki, mən özümü Azərbaycan dilinə həsr etmək və bu dili öyrənmək istəyənlər üçün faydalı olmaq qərarına gəlmişəm. Onda gərək rus ziyalıları Mirə Kazım bəy Rusiyadan çıxara idilər və yaxud bu cür təhdidlərə məruz qoya idilər ki, ideyalarını get Azərbaycanda reallaşdır, burada rus dilinə xidmət etmək lazımdır.
Hər halda, biz belə addım atsaq, bu, qarşı tərəfdən mülayim qarşılanmaz və bunun da bizim üçün nəsə nəf gətirəcəyini təsəvvür etmək özü yanlışdır.
Şəhərin küçələrində, kütləvi informasiya vasitələrində ingilis dili kurslarına qəbul haqqında elanlar istənilən qədərdir. Bu kursların qarşısında həmişə qələbəlik olur. Nəinki adam əlindən, heç maşın əlindən tərpənmək olmur.

 

Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan

 

İmkanlı adamlar övladlarına (Allah var etsin) məxsusi maşın ayırıblar: uşaqlarını bu kurslara gətirir, kurs davam etdiyi müddət ərzində gözləyir və məşğələ bitdikdən sonra da aparır. Bax, bu, problemdən narahat olun. Bir də görəcəyik ki, Ana dili təkcə sadə adamların dili olara qalıb. Mən bir neçə belə ailələrin övladları ilə söhbətləşmə imkanım olub: meyillidirlər ki, cnəbi dildə danışsınlar və onlar inanın danışacaqları adamların ancaq Ana dilində danışacağını təhmin edib mümkün qədər onlarla ünsiyyətdən qaçırlar.
Dövlət idarələrində işləyən məmurların çoxu rəsmi-əməli üslubda bir nümunə yazmağı bacarmırlar və yaxud yanlış yazırlar. Mətbuat, telekanal bolluğunda bir sistemsizlik yaranıb.
Məmurlar var ki, ana dilində danışa bilmir və s. Reklamlar, mətbuat, televiziya dilimizə yad elementlər gətirməkdədir. Reklamla məşğul olan qurumlar bunun fərqində deyillər.
Telekanalları bir həftə sistemli olaraq izləyin: istənilən qədər orfoepik, leksik, qrammatik , üslub pozuntularına rast gələcəksiniz.
Meyil, keşməkeşli, Evrovision, çatışmazlıq, üzükvari, Azərbaycanın Milli Qəhrəmanı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi və s. kimi fəxri adlar müxtəlif mətbut orqanında və ya kütləvi informasiya vasitəsində ya böyük, ya da kiçik yazılır və s.
O qədər problem var ki. Bunların aradan qaldırılması üçün yollar aramaq lazımdır, rus dilində təhsil almağı dayandırmaq ancaq ziyan gətirə bilər.
Hər bir ziyalı, hər bir sadə vətəndaş əcnəbi dil öyrənibsə və yaxud örənəcəksə, bunun nəyi pis ki?
Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan daha geniş olacaq. Amma bu, dilimizə laqeydlik yaratmamalıdır.

Beynəlxalq dilləri nə qədər mükəmməl öyrənsək, qollarımızın, ürəyimizin hüdudlandığı məkan

 

Tofiq Bayram - Ana dilim 

Qalxıb Şahdağına söz istəyirəm, 
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir -
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim -
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur -
Öz ana dilini bilməyənlərə!

Mən qədim "Qarabağ şikəstəsi" yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm -
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz.
Füzuli şeirdə kimdir bilinməz -
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü -
Öz ana dilini bilməyənlərə!

Yad əllə bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin -
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi -
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm -
Öz ana dilini bilməyənlərə.

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.

Birinə əslini danıb desələr,
Bu nifrət ölüncə ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər -
Öz ana dilini bilməyənlərə.

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beyin
Bu ana torpaqda fərari deyin -
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük olur.
Vicdan da, qeyrət də artıq yük olur -
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam -
Öz ana dilini bilməyənlərə!

Şairəm, adım da Tofiq Bayramdır,
Bu dil cəngi səsim, ana laylamdır.
Vətəndaş sözünü demək haramdır,
Vətənin karına gəlməyənlərə.
Bu qanun ən ağır bir ittihamdır -
Öz ana dilini bilməyənlərə!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.