» » İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I yazı

İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I yazı


İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I  yazı

 

Əsl ziyalılar, xalqın  bel bağladığı   ziyalılar cəmiyyətdə  nə baş versə , dərhal  xəbər tutur və isti-isti də  bu xəbərlərə reaksiya verirlər. Bu da normal bir haldır. Ziyalı olan bir kəs cəmiyyətdə yaşayıb, bu məkanda baş verənlərdən kənarda qala  bilməz.   Ölkəmizdə  azadlıq və əmin-amanlıq üçün, insanların xoşbəxtliyi üçün can qoymuş, külunc çalmış insanların üstümüzdəki haqlarına məsuliyyət və cavabdehlikdir bu .  Heç yazı-pozu  bilməyən 94 yaşlı Zeynəb nənə də, adi sürücü də, inşaatçı da, futbolçu da, həkim  də, alim də, bir sözlə, hər kəs üçrəngli bayrağımız altında cəm olmalıdır. Amma elə məsələlər, elə hadisələr var ki,  onların mahiyyətini,  bizim üçün  xeyirli-zərərli  tərəflərini  heç də hamı eyni dəərcədə anlaya bilmir. C.Məmmədquluzadənin  "İranda hürriyyət” hekayəsini  oxumamış olmazsınız: keçən əsrin əvvəllərində (1905-1911)  İranda məşrutəçilərin böyük  hərəkatı  baş vermişdi.  Çox böyük siyasi əhəmiyyəti   olanbu hərəkat  çox keçmədən  boğulmuş,  Məmmədəli şahın xalqa verdiyi yalançı hürriyyət vədi fonunda qələmə yalan çıxmışdı.

 Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində "İranda hürriyyət” hekayəsi dərc etdirmişdi. Əsərin əvvəlində verilən "Təbriz... camaata hürriyyət müjdəsi verildi: belə ki, sərbazların ciyərçilik, qəssabçılıq və dilənçilik etmələrinə dövlət tərəfindən maneçilik yoxdur” xəbəri     bu hürriyyətin mahiyyətini tam  ortaya qoyur.

Əsərin qəhrəmanı Kərbəlayı Məmmədəli ehtiyac üzündən Arazın o tayından bu tayına  bir qarın  çörəkpulu qazanmağa gəmişdi. 2-3 ayın başındagüc-bəla  köç-külfətinə 6-7 arşın  çitdən-mitdən, 3-4 manat da xərclik göndərə   bilirdi. İndi eşidəndə ki, İranda  hürriyyət  verilib, həmkəndliləri Kabla İmamali, Kabla  Novruz, Qasıməli, Oruc, Məşədi Bayram ilə bilmirlər sevincdən nə etsinlər: "Qonsur,  deyillər sabah  həmşərilərin hamısını çağıracaq,  hürriyyət paylıyacaq. Ay can, ay can...! Sağ olsun bizim padşahımız, ay can..!”

 Amma  onlar konsulla görüşəndə    onlara  quru vəd verilir ki, sizin   hürriyyətb payınızı  vətəndə paylayacaqlar. Ona görə də biçarə Məmmədəli 2-3 ay yenə özünü  cəbrə salıb   3-4 manat xərclik,6-7 arşın də çit alıb hazırlamışdı ki, Arazın o tayındakı ailəsinə hürriyyət payı ilə bağlı  irzini boş-boşuna göndərməsin.  İndi gəlib  mirzəyə  yazdırdığı məktubun mərkəzində də  bu fikir dururdu ki,  mənim hürriyyət payıma  toxunmayın, özümə göndərin. Budəfəki 3-4 manat pulu və 6-7 arşın çiti sə  həmişəkindən fərqli olaraq onları xətirləri xoş olsun, onun  hürriyyət payına  toxunmasınlar   deyə  göndərəcəkdi.

 Cəlil  Məmmədquluzadə  bir tərəfdən çox böyük ustalıqla yumoristik  tərzdə avamlığın, mütiliyin, biçarələyin səviyyəsiuni göstərir, əsl  mətləbləri açıqlayır: hürriyyət verilmir, paylanmır,  böyük mübarizələrlə qazanılır, qorunub saxlanılır.

 44 günlük müharibə təkcə Zəfər savaşımız deyil, həm də gələcək  savaşların  xitaməsi idi: bizə əsl görk oldu.  Çünki  xanlıqlar dövründən, daha sonra "Gülüstan” , "Türkmənçay ”sülh müqavilələrindən  üzübəri ölkəmizin bütün zəif və güclü tərəflərinin səbəblərini ortaya çıxardı. Bizə bu  gerçəyi anlatdı ki, biz yalnız bir olanda, birgə olanda həllolunmaz sayılan bütün problemləri, çətinlikləri  zəfərlə başa vura  bilərik.  Əbədi azadlığı yalnız  bütöv xalqın birgə səyləri ilə qazana bilərik.

İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I  yazı

 

İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I  yazı

 Bunlar cəmiyyətin, ayrı-ayrılıqda fərdlərin  intellektual səviyyəsinin  yetkin olması ilə bağlı məsələlərdir. İntellektual səviyyə də öz-özünə  yaranmır, kortəbii olaraq formalaşmır. O, marketlərdə də satılmır. Şəxsiyyətin ahəngdar inkişaf edən səviyyəsi ilə adidən aliyə doğru dialektik inkişaf yolu  ilə qazanılır. Bu prosesdə elm və təhsilin, ədəbiyyat və sənətin,  mətbuat və televiziyanın    təsiri  danılmazdır. Mətbuat  və televiziya  insanları ali ideallar uğrunda mübarzədə təşvir etməkdə ən  qüdrətli ideya tribunasıdır. O,  daim sərvaxt olmalı, cəmiyyətin intellektual səviyyəsi ilə ayaqlaşmağı bacarmalıdır. Amma cəmiyyəti   narahat edən,  mənəviyyatımıza qarşı  yönəli  məqamlar da   şüurlu  şəkildə üstündən keçilməməlidir. Doğru deyilsə,  bizi böyük fəlakətlərə, faciələrə aparırsa,  ziyalımız da, deputatımız da, sadə vətəndaşımız fəal həyat  mövqeyini ortaya qoymalıdır.  Bu,  həm də cəmiyyətin üstündə olan ideoloji qayğıların ən böyüyüdür.Yaxşıdan  danışıb,yaxşını təbliğ edib, mənfililikləri görməzlikdən  gələcəyiksə, onda sabah, sabah olmasın, olsun 10 il sonra,  bir vaxtla qeyd qaldığın, biganəlik göstərdiyin həmin eybəcərlik  daha böyük  ampulada, daha zərərli dozada qarşına çıxacaq. Sən məmursan, əlahiddə həyat şəraitin var,  səndən ötəcək? Dar  təfəkkür, məhdud baxış  bucağı...

Unudulmaz şairimiz Məmməd Araz  çox  dəqiq  təsvir edib   insan oğlunu, Vətənin bu  vəziyyətini:


Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

 Vətən, vətən, sənə dəydi...


Bir az öncə qeyd etdiyimiz kimi, xalqımız dünyanı heyrətə salan  3 əsrin   Zəfər dastanını yazdı. Türkiyə, Pakistan, Qazaxıstan və daha bir neçə dost ölkədən başqa,  kimsə, istəməzdi  Zəfərimizi. Onu  cənab  Ali Baş Komandan İlham Əliyev   Milli Ordumuzla  qazandı, gənclərimizlə qazandı.

Bu gün  İlham Əliyev cənablarının  gəncliyə etimadı və diqqəti  hər kəsə məlumdur.  Bizim ideya və   real gücümüz məhz  gənclərimizlə bağlıdır. Ona görə də  istər xarici qüvvələr, istərsə də  sapı özümüzdən olan  mürtəce qüvvələr açıq və ya gizli şəkildə ölkəmizin daxilində  təxribat aparır, gənclərimizi cürbəcür vasitələrlə öz  tərəflərinə  çəkməyə çalışır, müxtəlif planlar hazırlayır, onlardan bir vasitə  kimi istifadə  etmək üçün   məkrli siyasət yeridirlər. Bunun bir ciddi forması  gənclərin şüurunu pozmaqdır.  Şüuru  xüsusi  dərmanlarla  pozmurlar ki: zərərli ideologiyaları  sosial şəbəkələrlə, mətbuat və televiziya vasitəsilə   çox qısa müddətdə və  kütləvi şəkildə  beyinlərə yeridirlər. Yadınızdadırsa, bu ilin əvvəlində  "Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”  adlı silsilə yazılar dərc etmişdik və həmin yazılarda  ancaq bu  məsələni problem olaraq ortaya qoymuşduq.  Çox məşhur insanlar  bu narahatçılığı hər zaman dilə gətirir, fəqət, heç nə dəyişmir.

Bizim bir çox kütləvi informasiya vasitələri, özəl telekanallar, sosial şəbəkə vasitələri, internet televiziyaları bu məqsədə xidmət edən bayağı   mövzuları  bu gün də yaymaqdadır.  İnternet texnologiyaları ilə tirajlamaq  isə ildırım sürətilə yayımlanmaq  deməkdir.  Vaxtında qarşsı alınmasa, internet vasitəsilə metastaz daha içərilərə işləyəcək. Fəqət,  bütün bunlara susqunluq  daha qabarıq şəkildə hiss olunmaqdadır. 

Söz  demək haqqı olanlar insanları narahat edən məsələlərin  televiizya və mətbuatda yanlış  paylaşımına   sərt təpki göstərməlidirlər.   

Mətbuat, televizya izləyicisini, oxucusunu  macərə həyatına, striptiz salonlara  səsləməmildir. Son illərin  mətbuatını  analiz etsək, qarşımızda  utanc  səhifələr açılacaq.   Namus, əxlaq toxunulmazlığı   olduqca həssas  məsələ olan  bir xalq üçün  əmisi arvadını, 14 yaşlı xalası qızını, 87 yaşlı bibisini, məktəbli dayısı qızını, müəlliməni təcavüzə məruz qoymaq  necə ağıla sığa bilər?

Əgər belə yazılara təpki göstərilməyəksə, onda hər gün  qohum-qardaşın da  bir-birinə xəyanət  etdiyi haqqında ağıla gəlməyən xəbərlər eşidəcəyik.  

 Manşetlərdən  nümunələr:"Göyçayda qayınata gəlinini zorladı”,  "Qayınanasını yataq otağına salıb zorladı, sonra...”,  "Əvvəl bacısını zorladı, sonra isə qızına... - Azərbaycanda iyrənc cinayət hadisəsi”, hansından deyib ötəsən.

 

İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I  yazı

Bu ilin oktyabr ayının əvvəlində  cənc bir qız özü  ekranda bildirdi ki, xalam oğlu məni zorladı. Bir baxın,  bir  məktəbyaşlı qızımız (belə faktlar bir deyil, iki deyil, beş  deyil) böyüklərin iblisanə oyununa tuş gəlib. Mətbuat, televiziya isə bu acıya fərdi yanaşır. Bu cür hadisələr cəmiyyətin aşınmaya   sürükləndiyinə  aid bir faktdır. Mətbuat  və televiziya niyə ona belə yanaşmalıdır? Heç  təcavüzə uğramış  şəxs, özü də yeniyetmə qız uşağı , televiziyaya, yaxud da mətbuata  çıxıb  deyərmi ki, xalamoğlu məni zorladı(?!). Bəs  belə xəbər  üçün qızın təbəssümlü şəklini tirajlamaq  nə deməkdir?   Qarşısına  maarifləndiricilik   missiyası  qoyan mətbu vasitəni  bu yavrunun gələcək taleyi  niyə narahat etmədi?

Həmin qızın bu şəkildə kobud  informasiya   hədəfinə çevrilməsi, şəkillərinin tirajlanması özü  beynəlxalq uşaq hüquqları ilə bağlı bütün öhdəliklərə ziddir.  Belə hadisələr məhkəmənin razılığı olmadan  ictimailəşdirilməməlidir.

Millət  Vəkili Aqil Abbas da o vaxt  buna etirazını bildirdi  və məsələni Milli Məclisin gündəliyinə  çıxaracağına söz vermişdi.

  Çox keçmədi ki İmişlidə ata 11 yaşlı qızını zorladığı  haqqında  xəbərlər  insanları  sarsıtdı. İndi də  Yevlaxda 13 yaşlı qardaşı qızını qaçırıb (https://polemika.az/qardasi-qizini-zorlayan-%C9%99mi-h%C9%99bs-edildi).

 Bu yaxınlarda  ixtisasca  jurnalist olmayan bir mətbuat yetkilisinin  internetdə bir  yazısına  rast gəlmişdim. Birbaşa deyir ki, sovet dövründə jurnalistika olmayıb. Bir az  dəqiqləşdirək: olub, amma indiki kimi belə nəzarətsiz  kütləvi informasiya vasitəsi ola bilməzdi.  Son  3 hadisənin arasındakı zaman  yaxınlıqlarına baxın.  Cəmiyyət aşınmaya doğru getmirmi?   İnsanlar  bu  xəbərdən  sarsıldığı  kimi, artıq  həm də  hər kəsdən şübhələnir və qorxur.  Yoldan keçənlərdən yox ey, öz yaxınlarından:   ataslndan, qardaşından, əmisindən, dayısından, bibisindən,yoldaşından, ərindən... Belə yaşamaq olarmı? Bu, təkcə bir ailənin   başına  gələn xəyanət məsələsi deyil. Bu, həm də ailə institutunu   göz görə-görə  dağılmağa məruz qoymaq deməkdir. Bu, həm də cəmiyyət üzvləri arasında   əxlaqi-mənəvi birlik formalarını sarsıtmağa yönəli qəsddir.

 

İdeoloji qayğılarımızla bağlı nigarançılıqlar davam edir - I  yazı

 Mən Bakıya  ilk dəfə sovet dövründə -  1972-cı ilin sentyabrında  gəlmişdim.  Atamla kirayəlik ev axtarırdıq. Razin qəzəbəsinin, Montinin, Bayılın,  Ermənikəndin, "Semaşko”nun, "28 Aprel ” , "Nərimanov” , "Gənclik”  metrolarının  yaxınlığındakı  həyət evlərinin  az qala çoxunda  olmuşduq.  Keçmiş Bakı məhəllələrində  adamlar arasında indikindən  qat-qat  böyük mədəniyyət, qonaqpərvərlik, abır-həya görmüşdüm. Həyətlərdə səmimiyyət dolu bir həyat qaynayırdı.  İndi yoxdu belə bir həyət-baca. Hərə evinin  qapısını açıb içəri  girir, səhər işə gedəndə də ertədən  oyanar, tələm-tələsik avtomobilinə özünü çatdırıb,  həyətdən uzaqlaşar.   Bina evlərində də belədir. Çox qonşu, üz-üzə qapılar var ki,  bir-birlərini tanımırlar.


Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.