» » Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün

Qəhrəmanlar can verir  yurdu yaşatmaq üçün

Füzulinin doğum günü bəlli deyil bir insana,
O, gələndə bu cahana kim bildi ki
Azərbaycan torpağına gün doğuldu?!
Ancaq onun ölüm günü ən bğyük bir tarix oldu.


Böyük Füzulimiz haqqında bu gözəl misraların müəllifini ha çalışdım xatırlaya bilmədim. Müəllifindən üzr diləyib həmin bəndi yazıma bağlamaq istəyirəm.
Füzuli 1494-cü ildə dünyaya göz açıb. 1495, 1496,1497, 1498-ci illərdə kim bilərdi ki, Məhəmməd adında uşaq 1494-cü doğulub.
Amma cəmi 63 il sonra bütün dünya bildi ki, buqumlu səhralarda gəzib dolaşan Məhəmməd deyil, böyük dühadır. Əsərləri karvan-karvan tutumlarla dünyanın ən zəngin şəxsiyyətlərinə, elm və mədəniyyət mərkəzlərinə daşınanMəhəmməd Füzulidir. İndi vətənşünüs olan elə bir adam tapa bilməzsən ki, Füzulinin vəfatı gününü bilməmiş olsun.
Doğrudan böyük şəxsiyyətlər, xalqının azadlığı uğrunda canlarını qurban vermis qəhrəmanlar, elm və mədəniyyət 2 dəfə doğulurlar: bir fiziki mənada dünyaya göz açdıqları gün, bir də dünyadan köçdükləri gün.
44 günlük müharibədə müzəffər sərkədrdəmiz cənab İlham Əliyevin komandanlığı ilə Milli Ordumuzun əsgər və zabitləri torpaqlarımızın, xalqımızın üstündən əsrlərlə davam edən erməni dağını götürdülər , bir daha yuvarlandırıldıqları uçrumdan qalxıb dirçələ bilməyəcək çamurluğa göndərdilər.
Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxış və nitqlərində şərəfli əsgər və zabitlərimizin hər birinin hünərini böyük ehtiramla dilə gətirir.Onlardan biri də Tale Qadir oğlu Şirinovdur.Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub.
Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində o da məslək qardaşları ilə çiyin-çiyinə torpaqlarımızı qarış-qarış mudarlardan təmizlənməsində iştirak edib . Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tale Şirinov 8 oktyabr 2020 -ci ildə 23 yaşında Ağdərə uğrunda gedən döyüşlərdə Suqovuşanı xalqımıza qovuşdurub, özü də əbədiyyətə qovuşdu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şəxsi şücaət və qəhrəmanlıqlara görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, "Vətən uğrunda” medalı ilə təltif edilib.
Bir oğul yadigarı qalıb. Eşitdiyimə görə adı da Mərd dir. Yerində qazi varisliyi qoyub gedib.
Belə övladları olan Vətəni yağmalamaq olmaz. İnşallah, tezliklə Prezidentimizin böyük səyləri tam qələbə ilə başa çatacaq, Azərbaycanın ərazi bütövlüyünün üstündən bir quş da səkə bilməyəcəkdir.
Tale kimi bütün qəhrəmanlarımızı azad və firavan günlərimizdə hər zaman xatırlayacağıq, onları özümüzlə gələcəyə aparacağıq.

Tarix qocalacaq, amma onlar cavan qalacaq.


Qəhrəmanlar can verir  yurdu yaşatmaq üçün

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.