» » Xalq şairi Sabir Rüstəmxanlının oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının qərargahında etdiyi çıxışa bir baxış

Xalq şairi Sabir Rüstəmxanlının oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının qərargahında etdiyi çıxışa bir baxış


Bizim cəmiyyətimizdə qulluq, imtiyaz sahibi olmaq, dövlətə xidmət etmək həmişə rahat və asan bir gəlir mənbəyi olmuşdur. Bu kateqoriyadan olan adamları vəzifə, möhür anomal olaraq cəmiyyətin fövqünə qaldırmışdır.
Dövlət adından söz demək, hansısa bir addım atmaq onları nüfuz sahibi etdiyindən belələri həmişə təkəbbürlü olmuşdur. Belə təkəbbürləri görməyə, dilə gətirməyə heç kəsin cəsarəti çatmazdısa da, əsl qələm sahibləri susmazdılar.
Böyük Füzulinin hələ XVI əsrdə dövlət məmurlarının rüşvətxorluq və özbaşınalıqlarını tənqid edən "Şikayətnamə” əsəri belə yaranmışdı.
Məktub formasında yazılmış bu nəsr əsərində XVI əsrin siyasi-sosial mənzərəsi canlandırılmaqla yanaşı, həm də mənsəb sahələrinə yol tapa bilmiş laqeyd mənsəb sahiblərinin dövlət üçün aqrzuolunan olmadığı qənaətinə gəlinmişdir.
Füzuli bu məşhur əsərində "Salam verdim, rüşvət deyildir deyə almadılar” fikri ilə XVI əsrin idarəçilik üsullarını istehza və nifrət havası ilə satirik üslubda çox kəskin ictimai ittihama tuş gətirmişdir.
Bütün dövrlərdə qüdrətli qələm sahibləri, təbii ki, o məsələni ədəbiyyat üçün mövzu edirlər ki, həmin məsələ artıq kütləvi hala çevrilib, kütləviləşib, cəmiyyət üçün təhlükə vəd edir. "Şikayətnamə” əsəri də bu təhlükələrin aşıb-daşacağı natrahatçılığı ilə yazılmışdı. Ağıllı, səbirli başları göstərilən bəlaların dəfi üçün addımlar atmağa çağırırdı.
Fərqli ampulada olsalar da, ədəbiyyatın, publisistikanın qələmin, sözün sosial refleksləri hər zaman olmuşdur. Xəstə Qasımdan başlamış Arif Şirvaniyə, Arif Təbriziyə, Ağa Məsih Şakir Şirvaniyə, Molla Pənah Vaqifə, Molla Vəli Vidadiyə, Baba bəy Şakirə, Qasım bəy Zakirə, Seyid Əzim Şirvaniyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə qədər daha neçə ədəbi mütəfəkkirin əsərlərində bu refleksi görürük.
İctimai inkişafımızın müxtəlif dövrlərinə ona görə nəzər saldım ki, bizim xalqın bir məmur zehniyyətinin mövcudluğu özünü göstərir. "Salam verdim, rüşvət deyildir deyə almadılar” deyən Füzuli dövründən 4 əsr keçsə də, bu gün də "dünya düzəlmir ki düzəlmir, baba”. İnsanlar çox gözəl görür ki, məmurlar hər gün işə dövlətə, xalqa xidmət etmək əvəzinə, şəxsi fayda əldə etmək anlayışı ilə başlayırlar.
Ümummilli lider Heydər Əliyev deyərdi ki, hər hansı bir qulluğa layiq görülmək insana verilmiş əlavə nüfuz kimi başa düşülə bilməz, bu, həmin adamlara verilmiş əlavə məsuliyyət kimi qəbul edilməlidir.

Dövlət işçilərindən davamlı şikayət etdiyini ha ört-basdır etsələr də, başa düşülməlidir ki, bu narazılıq və narahatlıqları aradan qaldırmaq, ört-basdır etməkdən
daha təhlükəsiz və xərcsiz başa gəlir. Dövlətimizin lideri cənab İlham Əliyev 21 iyul 2015-ci ildə milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşünə bu məqamı daha dürüst təfsir etmişdir:
"Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək...”
Ölkə başçısı 23 aprel 2019-cu ildə Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşündə hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoymuşdur:
 

Xalq şairi Sabir Rüstəmxanlının  oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının qərargahında  etdiyi çıxışa bir baxış

 

"Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.
Cənab İlham Əliyevin liderlik fəaliyyətinin bütün dövrlərində bu amalına sadiq qalmışdır.
 

Xalq şairi Sabir Rüstəmxanlının  oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının qərargahında  etdiyi çıxışa bir baxış

 

Bəs onda bu narazılıq və narahatçılıqlar, laqeydlik və məsuliyyətsizliklər hər gün qarşımıza çıxır?
Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında "Vətən Müharibəsi: "Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda təşkil olunmuş dəyirmi masada Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının etdiyi çıxış neçə gündür ki, kütləvi informasiya vasitələrində şərh edilməkdədir.
Hörmətli şairimiz fəxarətlə bugünkü təntənəsinə gətirib çıxaran şərəfli yolun salnaməsini diqqətə çatdırmaqla yanaşı, hökumətə etdiyi təkliflər , idarəçiliklə bağlı olan qüsurları sistemli şəkildə dilə gətirməsi və tövsiyələri böyük marağa səbəb olub.
Bu xalq Sabir müəllimin dediyi kimi, böyük güclərin və erməni havadarlarının həllolunmaz məsələ deyib tilsimə çevirdiyi Qarabağ düyünün açılmasını zaman-zaman arzu edib. Milli Ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu arzunu gerçəyə çevirdi. Qarabağın dilçəldilməsi naminə nəhəng layihələr həyata keçirilməkdədir.
Qarabağ cənab İlham Əliyevin diqqət və qayğısi ilə əvvəlkindən də gözəl halına qovuşacaqdır.
İkinci arzu olunan məsələ isə idarəçilik sahəsində baş verən neqativ hallarla bağlıdır. Bu sahədə də ciddi siyasi islahatlar aparılsa da, sapınmalar hələ də var. Bu sapınmaların səbəbkarları elə bilirlər ki, xalq onların törətdiklərinin fərqində deyil. Xalq fərqindədir, amma bizim xalq o qədər mülayim, humanist xalqdır ki, cəfalara dözməyi seçəcək, amma dövlətimizə, dövlətçiliyimizə zərə verə biləcək heç bir digər addımı atmayacaq.
Sadəcə, arzu edəcək ki, onlar öz dili bir, canı bir məmur qardaşlarından çəkdikləri sitəmi hansı bir xalq şairimiz, Millət vəkilimiz bir gün dövlət başçısının diqqətinə çatdıracaqdır.
Sabir müəllim bu dəyirmi masada həmin arzunu da dilə gətirdi:
 

Xalq şairi Sabir Rüstəmxanlının  oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının qərargahında  etdiyi çıxışa bir baxış

 

"...Mənim fikrimcə, Qarabağdakı quruculuq Müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır. Xalq həm iqtisadiyyatda, həm idarəçilikdə o islahatların davamını gözləyir. Bu gün əhalinin böyük qələbə sevincinə, inama, qarşılıqlı etimada kölgə salan, onu ürək dolusu duymasına imkan verməyən hallar var ki, aradan qaldırılmalıdır. Biz qələbədən sonra psixoloji, mənəvi, hüquqi baxımdan yeni bir dövrün başlayacağını arzulayırıq. Müharibədən sonra bir müddət doğrudan da belə oldu. Amma sonra məmur heyəti yenə əvvəlki axarına qayıtdı, qəbul qapıları bağlandı, seyf qapıları açıldı, telefonlar susdu, məktublara cavab verən olmadı və ya standart , başdansovdu cavablar gəldi. Prezidentin yanında dayanmalı olan, qələbə ruhunu addım-addım öz əməlləri ilə möhkələndirməyə borclu olan vəzifə sahiblərinin çoxu ya bu məsuliyyəti unutdular, ya da dərk etmədilər. Yeni təyin olunan kadrların çoxunun təcrübəsizliyi və torpağı, xalqı yaxşı tanımaması yeni problemlər yaratmağa başladı. Sanki Qarabağ qələbəsini unutdurmaq, arxa plana keçirmək yarışı başlandı. Narazılığın əsas dalğası sosial müdafiədən, işsizlikdən, tibbi xidmətdən və məmur biganəliyi və ya özbaşınalığından gəlir. Biz düşmənə qalib gəlmişik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bu bəlalara qarşı da bir 44 günlük müharibəyə ehtiyac var.

2. Qələbə ölkə prezidentinə, dövlətə böyük bir inam və sayğı yaratmışdır, ölkə üçün bu böyük bir şansdır. Məqamdır. Bunu davam etdirmək, böyütmək milli birlik, qarşılıqlı anlaşma baxımından çox vacibdir. Məmur işini qorxu ilə yox, sevgi ilə, fədakarlıqla görməlidir. Boşboğaz təriflərin, milli mentalitetə yad olar riyakar yaltaqlıqların yerini kişiyana sədaqət, iş və əməl tutmalıdır.

3. Siyasi partiyalar arasında yaranmış bu birlik qorunmalı və möhkəmlənməlidir. Bu bəzi xırda iddiaçıların qeyd etdiyi kimi klub deyil: vətən və millət yolunda hər kəsin öz məsuliyyətini dərk etməsidir. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması cəmiyyətin gücünü, enerjisinin artırır və düşmənlə mübarizəni asanlaşdırır.

4. Dialoq görüntü və toplantı xarakteri daşımamalı və qarşılıqlı təkliflər əsasında ölkəmizin inkişafına yönəlik məsələləri ardıcıl müzakirə edən sistemli fəaliyyətə çevrilməlidir. İqtidar-müxalifət məsələlərində əsassız tənqidlər, böhtan, şər, inkar və yersiz ittihamlar aradan qaldırılmalıdır. Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını sarsıtmağa yönəlmiş siyasi naşılıq və tərbiyəsizlik, söyüş mübarizəsi və onları doğuran səbəblər həyatımızdan silinməlidir. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin ölkədə sosial problemlər, məmur özbaşınalıqları, şəhid ailələri və qazilərlə bağlı qaldırdığı məsələləri diqqətlə dinləməli, müxalifət partiyalarından olan millət vəkillərinin və ictimai fəalların çıxışlarına daha ciddi yanaşılmalıdır.
Nəhayət, Azərbaycanın Qarabağ zəfərindən sonra yaranmış geopolitik durumda ölkəmizə qarşı açıq və gizli təzyiqlərə qarşı dirəniş göstərmək, cavab vermək yalnız ölkə başçısının və hakimiyyətin ümidinə qalmamalıdır. Müxalifət Qarabağ məsələsi, Azərbaycanın haqq davası, milli problemlərlə bağlı təşəbbüskar olmalı, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməli, dövlətin diplomatik qaydalarından dolayı ifadə edə bilmədiyi milli həqiqətlərin dünyaya çatdırılmasını öz öhdəsinə götürməlidir.
Bütün bunlar nəticə etibarilə ölkədə həm idarəçilikdə, həm də yaşam tərzində demokratik prinsiplərin oturuşması, işsizliyin ləğvi, sosial müdafiə, insan haqları və söz azadlığı sistemində islahatların möhkəmlənməsi ilə nəticələnə bilər.
Həmrəylik kapitalizmdən, kommunizmdən və liberlizmdən fərqli olaraq milli dəyərdir. Ana dilinin, dinin, mədəniyyətin inkişafı ilə sıx bağlıdır. İnsanları simasız bir kütləyə çevirib vətən məfhumunu unutduran və yad ölkələrin bizə tətbiq etməyə çalışdıqları, fikir işğalı saydığımız bir sıra siyasi düşüncə sistemlərindən fərqli olaraq vətəndaşı özünə, öz torpağına bağlayır, onun ləyaqətini və milli kimliyini qoruyur. Ona görə də həmrəylik yalnız müharibə zərurəti kimi yox, gələcəyimizin uğurlarına yol açan parlaq bir ideoloji xətt kimi düşünülməli və Azərbaycançılığın əsas siyasi-mənəvi gücü olaraq qəbul edilməlidir.”

5-10 nəfər belə Xalq yazıçısı/şairi, Millət vəkilimiz olsa, bütün pisliklər, pislikləri yaradanlar qeyb olar, ən azından minimuma enər.
Bismarkın sözüdür: " Ölkəni pis qanunlarla idarə etmək olar, amma pis məmurlarla yox.”
İnsanlafı zillətə salan, ümidsizləşdirən məmurlaarın qılaflarını yırtın, gerçək obrazını gətirin ədəbiyyata, Mirzə Ələkbər Sabir kimi, Zakir kimi, S.Ə.Şirvani kimi.
Böyür -başımızda Yarımsaqqallar, Tarxan Mouravovlar, keçəl qurumsaqlar çoxdur.
Danışın, Sabir müəllim. Siz Millət vəkili, partiya sədri olmasanız da Xalq şairi kimi, xalqın, torpağın təsibini çəkməyə haqqınız var. Xalq bu mandatı Sizə verib. Bütün sənət adamlarına , görkəmli elm xadimlərinə verib.

P.S .

Yığıb qurtardızmı, kəfəndaşlarım?
Siz allah, dayanın vətəndaşlarım,
Bir görək bu dünya hayana gedir,
Bir görək əkində, biçində nə var,
Bir görək sünbülün içində nə var -
Bu Vətən, bu torpaq heyfdi, vallah!
Musa Yaqub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.