» » İki gəncin kitab oğurluğunda təqsirləndirilməsi mövzusunda düşüncələrim

İki gəncin kitab oğurluğunda təqsirləndirilməsi mövzusunda düşüncələrim

 

İki gəncin kitab oğurluğunda təqsirləndirilməsi mövzusunda  düşüncələrim

 

Daxili İşlər Nazirliyindən kütləvi informasiya vasitələrinə verilən məlumata görə, paytaxtın Səbail rayonunda Nigar Köçərlinin rəhbəri olduğu "Əli və Nino" kitab mağazaları şəbəkəsinin  birində   oğurluq hadisəsi baş verib. Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxslər saxlanılıblar.
Ara-sıra mətbuatda kitab köşklərindən edilən oğurluq haqqında məlumata rast gəlmişəm və ciddiyə almamışam. Kitab mağazasından nə oğurlaya bilərlər ki? Amma bu hadisədən sonra bu məsələyə cəmiyyətin, ayrı-ayrı sosial qrupların  baxışları maraq doğurduğu üçün axtarış sistemi vasitəsi ilə daha  bir çox digər məlumatları izlədim.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etmələri şübhə doğuran Elməddin Süleymanlı və Elvin Əhmədov artıq  saxlanılıblar. Məlum olub ki, onlar mağazadan 2 ədəd kitab oğurlayıblar. Görən, hansı kitab imiş o iki kitab, hansı bəxtəvər yazıçının əsəri imiş həmin gənclərin mağazadan xəlvətcə götürdükləri kitab?
Əlbəttə, kimsə bu əmələ haqq qazandıra bilməz. Heç kim özünün olmayan nəyəsə çəpəki də olsa belə, baxmamalıdır. Amma hadisə baş verib. Mətbuat, televiziya  bütün Azərbaycana bu hadisə haqqında  məlumt yayıb. Saxlanılanların fotoları nümayiş edilib. Mətbuat, televiziya da  fəaliyyətlərindən xatircəm olublar ki, hadisəni operativ olaraq ictimailəşdirib, "cinayətin” isti izlərlə açılmasında vəsilə olublar. İndi də cəmiyyətə üz tutulur ki, E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polisə məlumat versinlər.
Lap çoxdan Nəsimi rayonu ərazisində bir qadın(özü də müəllim, nüfuzlu ali məktəblərin birinin müəllimi) mağazaların birindən hansısa geyim əşyasını bu üsulla götürdüyünə görə, kameraya düşüb. Uzun zaman mətbuat yazdı, özəl kanallar, televiizyalae süjetlər göstərdi. Həmin müəllimə yəqin ki, bu hadisədən sonra işləyə bilməzdi.Yəqin ki, yaşadığı ünvanı da dəyişdirmişdir. Hələ onun ailəsinin, qohum-əqrəbasının bu olaydan necə pis durumda qaldıqlarını demirəm.
Bir çox mətbu vasitələfərqində deyillər, təki  hadisə olsn, yazmağa fakt olsun deyə, hər şeyi qələmə alırlar. Belə informasiya cəmiyyətə nə fayda verə bilər, nəyə lazımdır onu yaymaq? Olmazdımı hadisə hüquqi müstəvidə araşdırılıb əmələ müvafiq tədbirlər görüləydi. Həmin müəllimi cəmiyyətə belə təqdim etməklə, müəllimin, təhsil ocaqların reputasiyasına zərbə vurulmayaydı. Həmin  qadının sonrakı həyatı düşünüləydi, ailəsi, qohum-əqrəbası cəmiyyətə bu şəkildə təqdim edilməyəydi.
İndi də bu gəncləri. İki kitaba görə bu qədər rezonans nəyə lazımmış? İnformasiyanın, texnologiyanın indiki halında gündüzün günorta çağı aldadan, kiminsə haqqını, əməyini  istismar edən  ticarət və xidmət şəbəkələri var,  bəs bunlar oğurluq deyilmi?
İstənilən qanuna zidd əməl hüquqi qiymətini almalıdır. Bu, cəmiyyətin nümunəvi davranış xurallarını nizamlamaq və qorumaq üçün mütləq lazımdır. Mənim demək istədiyim isə budur ki, mətbuat belə hadisələri xəbərləşdirərkən çox həssalıq nümayiş etdirməlidir. Ümumi şəkildə hadisəni təqdim etdiniz bəsdir. Hüquq-mühafizə orqanları, təbii ki, zəruri əməliyyat- istintaq tədbirləri görəcək, analiz edəcək, əmələ həm qanunun alilliyi baxımından, həm şəxsiyyətin, xarakterin cəmiyyədəki yeri baxımından qiymət verəcək. Cəzanın, qadağanın da  məqsədi tərbiyə etməkdir. Hesab edirəm ki, haqqında bəhs etdiyimiz  hadisə bu şəkildə ictimailəşdirilməməli idi.
Adətən, insan oğurluğa ehtiyac üzündən əl atır. Viktor Hüqonun "Səfillər” romanını mən ali məktəbdə deyil, orta məktəbdə oxumuşdum. Bir yatanda, bir çörək yeyəndə kitabdan ayrılmışdım. Mərhəmət fəlsəfəsisinin uşaq dünyagörüşündə oyatdığı təəssüratları təsvir etməkdə qələm də, söz də belə acizdir. Jan Valjan 7 uşaqla dul qalmış bacısının ac qızını doyurmaqdan ötrü mağazadan çörək oğurlamış və həbs edilmişdi. Dəfələrlə həbsdən qaçdığı üçün cəzası artırılmış və 19 illik məhbəs həyatı yaşamalı olmuşdur.
Yqəqin ki, bacısı qızı ac olmasaydı, ailə ehtiyac içərisində yaşamasaydı, Jan Valjan da oğurluq etməyəcəkdi.
Jan Valjan günahkar idi, amma cinayətkar deyildi. Əməli onu 19 illik məhbəs həyatı yaşamağa sürükləyə bilməzdi.
E.Süleymanlı və E.Əhmədov da başqa əməl törətməyiblərsə, konkret bu əmələ görə məhkəmənin hökmü olmadan cəmiyyətə "oğru”kimi tirajlaanması da məndə həmin düşüncəni yaradır. Bu gənclərimiz indiki halda günahkardır, amma cinayətkar deyil, oğru deyillər. Hüquq-mühafizə orqanlarımız bunu, əlbəttə, təqsirsizlik prezumpsiyası baxımından ədalətlə həll edəcəklər. İstərdim ki, hər adi məsələni bu qədər dilə-dişə salmayaq. Bir hadisə baş verəndə səbirli olaq, hüquq-mühafizə orqanlarının açıqlamalarını gözləyək.

İki gəncin kitab oğurluğunda təqsirləndirilməsi mövzusunda  düşüncələrim

 

Bu, sadəcə, kleptomaniyadır, "oğurluq xəstəliyi” kimi də deyilə bilər. İzahlı lüğıtlərdə qeyd edildiyi kimi, ehtiyacları olmasa da, icazəsiz hansısa əşyaları satmağı düşünmədən onlara sahib olmaq istəyidir, bir impulsiv kontrol pozuntusudur. Belə adamlar özlərinin bu cür istəklərinə qarşı ola bilmirlər. Cinayət oğurluğunu törədənlər isə öz əməllərini təkbaşına və ya qrup halında əvvəlcədən düşünərək, ölçüb-biçərək, münasib vaxt təyin edərək, "kəşfiyyat” aparaq şüurlu və məqsədyonlü şəkildə həyat keçirirlər. Sovet vaxtı eşitmişdim ki, dahi rəhbər V.İ.Lenin deyərmiş ki, kitab oğrusunu həbs etmək olmaz, onu cinayətkar adlandırmaq olmaz. Mən prokuror olsaydım, hakim olsaydım, mütləq bunu nəzərə alardım. Heç olmazsa, kaş hind filmlərindəki vəkillərdən olaydım. Elməddini, Elvini bu vəziyyətə düşməyə qoymazdım. Barı, oğurladığı kitablar kitab olaydı.
Ali məktəbdə bizim bir müəllimimiz vardı, Kamal Qəhrəmanov... Onun mühazirəsindən yadımda qalan (45 il bundan əvvəl ha...) belə yer var. Oğru bir qadına kömək etmək adı ilə yaxınlaşıb çamadanını götürüb qaçır. Onun gizli bir yeri varmış, oğurladıqlarını ora aparırmış. Bu çamadanı da ora aparır, açanda görür ki, ələ gələn heç nə yox: paltar və paltarların üstündə N.Ostrovskinin "Polad necə bərkidi" romanı.
Oğru bekar vaxtlarında bu əsəri oxuyur və və o andan oğurluğun daşını atır.

 Bu hadisədən sonra   saytların yazdıqlarına görə,  Elməddin Süleymanlı Türkiyə universitetlərindən birində kinoçünaslıq  üzrə ali  təhsili alıb,  hətta bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Yenə yazılanlara görə, Elməddin hazırda  tammetrajlı bir filmin çəkilişləri ilə məşğuldur.

 Yenə  1-ci kursda  Kamal müəllimin  bir  nüməsini  xatırladacağam.  Hansı mışhur yazıçısa,  oğrulardan yazacaqmış. Əsəri canlı alınsın deyə, o, özü də oğurluq edir və   həbsxanaya düşməli olur, məhbəs həyatı yaşayır.  Əgər deyilənlər doğrudursa,   nə vaxtsa Elməddinin də   oğurluq, həbsxana həyatı mövzusunda səhnə/ekran həyatı verdiyi bir film   ekranda qarşınıza çıxsa,  bu gün saytların  bəhsə girdiyi məlum  hadisənin bəlkə  də Elməddinin  qəsddən etdiyini  ağlınıza  gətirəcəksinizmi? Bu boyda  adam oğurluq edirdisə,  gərək oğurladığı da oğurlamağına  uyğun bir əşya olaydı.

Xəlvət kitab götürən insanlığa, cəmiyyətə zərər vuran əməl törətmir ki. Bəlkə  üzərində işlədiyi  tammetrajlı filmdə belə bir epizod var.Kim bilir...

 

İki gəncin kitab oğurluğunda təqsirləndirilməsi mövzusunda  düşüncələrim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz