» » Geriyə baxma, Qoca (IX yazı)

Geriyə baxma, Qoca (IX yazı)

Müəllif: Anaveusaq.az от 4-06-2021, 00:20
 

Geriyə baxma, Qoca (IX yazı)


Bir sözlə, bizim uşaqlıq dövrünün "nənə”, "baba”, "qoca” sözlərinin yaratdığı assosiativlik bu gün yoxdur. " Ayağına dəmir çarıq geyinib, əlinə dəmir əsa alıb” məmləkəti qarış-qarış gəzəsi olsaq, nə Azərbaycanın şifahi xalq ədəbiyyatından tanıdığımız Piri babalara, nə də 55-60 il bundan öncə kəndlərimizin, el-obamızın ixtiyar sahibləri kimi tanınıb qəbul edilən İsfəndiyar kişilərə ("Tütək səsi”), Qocaoğlulara ( S.Rəhimov "Saçlı”) Şirin kişilər ("Əhməd haradadır?”), Qəmbər kişilərə ("Dağlarda döyüş”), Dədə Bəhmənlərə (Əfqan "Gülyanaq”) rast gəlməyəcəyik. İndi insanlar heç o yaşa da çox çətin çıxırlar, çıxanlar da biraz sosiallaşır, bir az saqqaldan, əsadan uzaq düşür, bir az cəmiyyət, mühit özü onları şehdən salır, qıpıq edir.
Bizim əyalətlərdə yaşayan gözəl bir ziyalımız, həm də şairimiz var: Vaqif Aslan. Elə bilirəm ki, onun "Kişilər ” şeiri həm də qocalarımızın son durumunun ifadəsidir:

Arazdan keçmirik-suyu sərindir,
Kürdən adlamırıq-dibi dərindir.
Araz aşığından, Kür topuğundan
Olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axıb qanımıza dolan kişilər!

Sizin yanınızda dilimiz qısa,
Ətəyimiz uzun, əlimiz qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər!

Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb Yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız "hoydu, hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər-kor eşşəyə palan kişilər.

Sizi aldatmasın saxamız bizim,
Əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağan tək alan kişilər!
Siz hara? Biz hara? Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişilər!

Aşır başımızdan Kür də, Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da-qalın bəylər, kalan kişilər!

Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş,
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər—yalan kişilər!...

 

 

Geriyə baxma, Qoca (IX yazı)

 

Uzaq keçmişdə qəribə, həm də çox utanc adət-ənənələri olan bir ölkə varmış. Bu ölkədə insanlar müəyyən qocalıq yaşına çatanda, övladları aparıb ölkənin ayaq, iz düşməyən ucqarlarındakı bir cəngəlliklliyinə atırmışlar. Onların heç ölüsünü-dirisini də bilən olmurmuş.
Həmin mahalda bir oğul varmış, anası dünyasını tərk edəndən sonra ata – oğul bir-birinə mehr salıb üzü sabahlara doğru gedirmişlər. Amma oğul həmişə fikirli gəzib dolanırdı ki, illər keçidikcə atası da yaşa dolur, zaman onu sürətlə atasını çəngəlliyə apacaq günə yaxınlaşdırır. İndi görək atasından sonra tənha yaşaya biləcəkmi? Bədənini, başını üstündə gəzdirdiyi ayaqları indi atasını bu evdən əbədi ayrılığa necə aparacaq?
Bir gün atası oğlundan nə üçün kefsiz olduğunu soruşanda, oğul göz yaşları axıdaraq dərdini atasına söyləyir.
Ata oğlunu dinlədikdən sonra deyir ki, oğlum, məni aparmaq isyədiyin cəngəlliyin lap qurtaracağında vaxtilə yolçular üçün bir karvansara olub, sonradan uçulub tökülüb, təkcə divarları qalıb. Sən məni həmin karvansaranın zirzəmisinə aparıb qoyarsan. Sonra nə vaxt yadına düşsəm, həsrət səni üzsə, gizli gələrsən, görüşərik…
Oğul belə də edir.Vaxt tamamında atasını aparıb həmin karvansaranın xarabalıqlarının yanına gətirir, zirzəmisinə bir əl gəzdirir. O zamanlar bu karvansaraya yolu düşənlər atla, eşşək və dəvə ilə gəlirdilər, başqa nəqliyyat yox idi ki. Ona görə də zirzəmidə çoxlu saman çöpləri qalmışdı. Oğul atasına bu samanlıqda rahat bir sığınacaq hazırlayır ki, qarda, küləkdə üşüməsin, evlərindəki kimi olmasa da, quru və sərt yerdə yatmasın.
Beləliklə, bu üzücü hadisədən bir neçə vaxt keçir, atası oğlunun yadına düşür. Oğul tez hazırlıq görüb səhərisi gün yola düşür, gizlincə cəngəlliyə gəlir, zirzəmidə gizlətdiyi atası ilə görüşüb-öpüşüb qayıdır. Bir neçə dəfə belə görüşürlər.
Üstündən bir neçə il keçəndən sonra, hansı ki artıq o yurdda ahıllar tükənmişdi, hamısını cəngəlliklərə gedər-gəlməzə aparıb atmışdılar, ölənlər ölmüş, qurd-quşa yem olanlar yem olmuş, qalmışlar da son günlərini yaşayırmışlar, onları da eyni aqibət gözləyirmiş.
Allah qocalara, özü də atalarına qarşı belə nankorluq etdiklərinə görə bu ölkənin insanlarını cəzalandırır: bu ölkəyə aclıq düşür.Əkib becərməyə bir buğda dənəsi belə yox idi, bütün digər qidalar da günü-gündən qəhətə çıxırdı. İnsanlar hər gün aclıqdan kütləvi şəkildə qırılmaqda davam edirdi. Amma bu nankor insanların indi bir müdrik insanı da yox idi ki, obanı-ulusu başına yığıb toxtatsın, çıxış yolu göstərsin.
Birdən həmin oğlun yadına atası düşür. Oğul gecəyə salıb atasının yanına yol başlayır. Yolboyu fikirləşirki, kaş atam sağ qalmış olaydı. Aclıq , insanların kütləvi qırılması haqqında atamdan məsləhət alaram. Elən çatan kimi də bütün baş verənləri, ölüb-itənləri bir-bir atasına xəbər verir.Birlikdə qəmlənib göz yaşı axırıdırlar. Sonra atası deyir ki, oğlum, gəl bu samanlığı eşələyək, bu samanlıqda buğda dəni olmamış olmaz. Ata-bala samanları dəfələrlə o yan –bu yana çevirərək samanlıqdan iki vedrəyə yaxın buğda toplayırlar. Ata oğluna deyir ki, indi apar bu buğdanı əkin, qoruyun. İstifadə etməkdənsə, əkib getdikcə artırın…
Oğul da sevincək mahalına qayıdıb buğdanı hökmdarın hüzuruna aparır. Hökmdar buğdanın haradan olduğunu soruşanda , o da məsələni açıb olduğu kimi hökmdara söyləyir.
Hökmdar göstəriş verir, həmin buğdanı münbir bir yerdə əkib qulluğunda durur və keşiyini çəkirlər.Yaxşı məhsulları olur. Həmin il də istifadə etməyib növbəti ilin əkini üçün saxlayırlar və bir neçə ilə artıq həyat əvvəlki axarına düşür.
Hökmdar da artıq doğru olmayan adətin ləğv edilməsi haqqında fərman vermişdi. Həyatın bu  ibrətindən sonra həmin  elin ağsaqqalları, ağbirçəkləri ölkənin  himayədarı hesab edilməyə başladı.  "Saxla samanı, gələr zamanı” kimi dillərdə məşhur atalar məsələmiz də bu hadisəyə uyğun olaraq yaranmışdır..paqda onun   yaşaması üçün   gərək olan hər cürə nemət bəxş edib. İnsan bu nemətlərə qarşı nankorluq edir, heyvanlara qarşı nankorluq edir.

Belə qədirsizlikdən sonra bir  məmləkətə aclıq, susuzluq,   cürbəcürə epidemiyalar üz verəndə müdriklər demişlər ki, Allah cəzalandırır. Bu cəzalanmaq, əlbəttə ki, çəkindirici qüvvədir. İnsan  etdiklərinin nələrə  səbəb olduğunu görməli, bunu yaşayıb ağrısını çəkməli, naqisliklərdən çəkinməlidir.  Əgər çəkilməyəcəyiksə,  Allah bizi də mütləq öz əli ilə öz  işığını keçirən  günahkarlar cərgəsinə  qoyacaq.

  Valideynlərə, xüsusən onlar yaşlaşandan sonra daha  həssaslıq göstərilməlidir.

Müqəddəs "Quran”da yazılıb: " Ata-ana ilə mehriban olun. Əgər onların biri və ya  hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün  çaına yetərsə, onlara "Uf!”- belə demə, üstlərin

Daha  neçə əfsanə və rəvayətlərdə,  hətta canlı danışıq dilində çox rast gəlmişik: bir elə, ölkəyə üz verən  bəlaları  Allahın   insanları  cəzalandırdığı kimi təsvir etmişlər. Bunun nə dərəcədə doğru olub-olmamasını din alimləri daha gözəl bilər.  Amma  mən  Allahı  xəyalımda  hər zaman insanları  və insanlığı  bağışlayan, qanadının altına alan,  hifz edən  Ulu Varlıq kimi  qəbul etmişəm.   

Allahın  insanları yaratmazdan öncə  başları üstdə səma, ayaqları altında torpaq və   bu torə qışqırıb  acı söz söyləmə.”

"Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarlarına qoymalıısan.”

Mənbə: "İsra” surəsi 23  və 25-ci ayələr.

  Müqəddəs dinimizə görə, valideynləri ilə  pis rəftar edənlərə ,   belələri nə qədər  xeyirxah iş görsələr də,  mərhəmət ola bilməz. Belələri Allahın  nəzərindən uzaq olurlar.


Sitat: "Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan. O, olmasaydı, sən də olmazdın. Səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandandır. ”


Qocalarımıza həsr etdiyim  bu yazımı daha   bir atalar sözümüzlə ümumiləşdirmək istəyirəm. Baxmayaraq ki, bu atalar  sözü ilə bağlı fikirlər heç də birmənalı deyil.   Həmin atalar  sözümüz belədir: "Allahsız yerdə otur, böyüksüz yerdə oturma.”

Sosial şəbəkələrdə bu atalar sözü və bu tipli daha  neçə-neçə   atalar  sözümüz haqqında  müxtəlif  təbəqələrə mənsub adamların fikirləri ilə  çox tanış olmuşam.   Demək olar ki,  bütün fikirlər eynidir: atalar sözü naqisdir. Arqument də bundan ibarətdir ki,  bu, Allaha qarşı getməkdir.  Axı Allah  kainatın yaradıcısıdır,  O,  hər  yerdə var...

 Mən də  Allahın   qüdrətinə təslimiyyətli bir bəndəyəm. Fəqət,  haqqında bəhs edilən  atalar sözündə heç bir  naqislik görmürəm.

 Bu atalar sözünü qəbul edirəm,  Allah da ürəyimdə, dilimdə,  gözümün üstündə,  başımın üstündə, dünyamın üstündə  Təkdir,  müqayisəedilməzdir.

Bəs mübahisəli  məzmunu  necə izah edirəm...

Vaxtilə Molla Pənah Vaqif İbrahim xanın sarayında  işləyərkən onun hazırcavablılığı barədə hər yerdə  söhbətlər gəzirmiş. Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəyə alan  vaxt   bu ağıllı, tədbirli və hazırcavab vəziri  utanc vəziyyətə salmaq  istəyir. Qacar İbrahim xana məktub yazaraq ona bir at göndərilməsini tələb edir. Həm də  bu at nə kəhər, nə kürən, nə səmənd, nə qara, nə ağ, yəni heç bir rəngdə olmamalı idi. İbrahim xan Vaqifə müraciət edir. Vaqif  məktubu oxuyan kimi,  dərhal Ağa Məhəmməd şaha cavab yazır: "İstədiyiniz at İbrahim  xanın  tövləsində hazırdır. Adam göndərin, gəlib  aparsın. Amma həmin adam həftənin şənbə, bazar, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa, hansı günündə istəyir gəlsin.” 


Geriyə baxma, Qoca (IX yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz