» » Geriyə baxma, Qoca ( X yazı)

Geriyə baxma, Qoca ( X yazı)

Müəllif: Anaveusaq.az от 8-06-2021, 10:41

Geriyə baxma, Qoca (  X  yazı)

 

 

 Məntiqə fikir verin:  belə bir rəng olmadığı kimi, həftənin 7  günündən də savayı,  gün  yoxdur. 

 Bu məntiqə istinad  etsək, Allahsız yer yoxdur.    Hər  ölkə üçün   ayrıca bir Günəş yoxdur ki.  Bizə həyat bəxş edən Günəş də təkdir  və hansı  ölkə olursa-olsun, eyni anda    dünyanın harasında  olmasından asılı olmayaraq  hər kəs   Günəşi   sanki  onun dayandığı  məkanda  başının üstündə  zənn  edir. Əlbəttə, o yanılmır, amma  digər heç kim də yanılmır: Günəş hər kəsin başının üstündədir.

 Eynilə  Uca Allah da  dünyanın bütün qitələrində, bütün oymaqlarında, uluslarında  eyni anda, eyni vəziyyətdə  hamının  başı üstündədir.  Anlaqlı olan-olmayan  kim varsa, irqindən, dinindən, yaşından, cinsindən asılı olmayaraq,   Allah  həm başımızın üstündə, həm istinad tapdığımız  hər   yerdədir. Bəlkə kimsə, "əstafrulla” , bilir  belə yer harda var.  Əlbəttə ki, yoxdur. Odur ki, heç kim, heç vaxt, heç yerdə  Allahsız yerdə oturmur.

 İndi  bir var  kimlərsə bunu şüurlu olaraq, addımının başlanğıcında  Allahla bir mənəvi bağlılıq yaradıb əyləşir, hansısa bir addımı atır. Kimlərsə  də var ki,  fikri dağınıq olur,  hansısa bir ruhi vəziyyətdə olur,  bu bağlılıqsız əyləşir,  amma  Allah onun da  qəlbindədir, başının üstündədir. 

Hədislərdə  bildirilir ki, əgər  beli bükülmüş yaşlılar,  ibadətli   gənçlər, südəmər körpələr, dilsiz-ağızsız heyvanlar olmasaydı, bəlalar sel kimi insanların üstünüə töküləcəkdi.

Bu,  Allah – Təalanın   valideynlərə, ümumiyyətlə, ixtiyarlara,   hörmət, ehtiram etdiklərinə görə insan oğlunu hifz etdiyinə bir nişanədir.   Kim inana bilər ki, valideynlərini atmış, yaxud laqeyd, biganə qalmış bir kimsə, Allah sevdalısı olsun. Amma  ata-anasını  yaşlaşdıqca daha çox sevən, ehtiram bəsləyən, özləri demədən ürəyindəkiləri hiss edib onların qulluğunda hazır edən övladlar heç ola bilməz ki, Allahını tanımasın, onun təslimiyyətində olmasın.

Böyüklərini sevən, ehtiramında müntəzir dayanan övladlar, təbii ki, əvvəlcə Allahın hüzurunda müntəzir dayanıblar.  Çünki belə övladlar  hər zaman  həyatda  Allahın, Quranın buyurduqlarına  əməl edəndə afiyətə çatırlar, etidalda olurlar.

 Atalar sözünün  məzmunu da özündə məhz  bu anlamı  ehtiva edir ki,  Allahsız yer yoxdur, bunu ağıla belə gətirmək olmaz. Hər işin uğuru  Allahdan təvəkkül istəməkdir. Allahlı olmaq  bəndəsini bütün etalonların fövqünə qaldırar.  Ondan sonra ilk işimiz isə  valideynlərimizə, ətrafımızdakı ahıl insanlara qarşı həssas olmağımızdır.

Bunu etməyənlərin  Allah sevgisi  özü mükəmməl olmazdı.

 Burada  incələnməli bir məqam da budur  ki,  " Allahsız yerdə otur, böyüksüz  yerdə oturma”  tövsiyəsindəki "oturma”  əmri/tapşırığı öz   həqiqi mənasında işlənməyib, şərti olaraq verilib. Yəni, heç ola  bilməz ki, kiməsə  Allahlı yer ancaq oturduğu müddətdə (bu, lap olsun ibadət məqamı) lazımdır, digər  hallarda isə yox. Təbii ki,  belə deyil.  "Oturmaq” burada,  ümumiyyətlə, var olmaq, mövcudluq kimi   başa  düşülməlidir.

İslamda böyüyə hörmət, kiçiyə  qayğı  mərhəmət prinsipinin təməlidir. İslamda  qocaya hörmət qoymaq Allaha hörmət qoymaqdır.

Peyğəmbərimizin (s. ə.s.) bu xüsusda  çoxlu sayda hədisləri vardır, məsələn, "Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər”; "Kiçiklərinə şəfqət etməyən, böyüklərinə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir”  və s.  Fikir verirsinizmi, həm  körpələr hifz olunur, həm ixtiyarlar.  Bu,  yalnız uşaqları və cəmiyyəti  deyil, tam mənası ilə  cəmiyyəti   qorumaq kimi başa düşülməlidir və belə də başa düşülür.

Əgər  hər yerdə böyük arayan, böyüyü önə verən, onun tədbirlərinə  təslim olan  insanlar  varsa,  onlar bunu   həmin böyükdən öncə Allahı düşünüb edirlər . Başının üstündə Allahı, yerdə böyüklərini dəyərləndirmək hədislərdə saç-saqqalı ağarmış yaşlı insanlara hörmət edib mərhəmət  göstərmək, uşağlara qayğı  Allaha hörmətdən irəli gəlirsə,  onda İnsan oğlu  hər zaman  başının üstündə, qəlbində  Allaha,yerdə isə  böyüklərinə tapınacaq.   İnsanlığı , cəmiyyətin varlığını qoruyub saxlamağın alternativi olmayan düsturu  budur.  Böyüklərlə kiçiklərin   hörmət və ehtirama əsaslanan  etimad düsturu budur!

 Bu düstur tələb edir  ki, boynunda, üzərində öyrətmək, tərbiyə etmək missiyası olan   şəxslər də,  ayrı-ayrı qurumlar da böyüməkdə olan nəsli  yaşlı nəsilə qarşı qədirşünaslıq  duyğuları,  cavabdehlik hissi ilə  tərbiyə etsinlər. Böyüyünü  tanımayan,  qarşısında  məsuliyyət hiss etməyən bir şəxs əxlaqi dəyərlərin daşıyıcısı necə ola bilər?

Odur ki, kimsə bizi  böyüklərin  hüzurunda hizmətdə olmağı  buyuran dinimizə  yanlış münasibətlə  bağlamağa can atmasın. Həm də harada olacaqsa,   başının üstündə, qəlbində, fikrində öncə Allah olmayan  bəndənin böyüklərə hər hansı münasibəti  heç kimə   gərək deyil də.

 Lap məni   Sibirə sürgün etsələr də, deyəcəyəm: sovet dövrünün ideoloji  təbliğat, mənəvi tərbiyə məsələləri  indikindən daha zəngin  idi,  daha təsirli idi.Bir də ona görə ki, kampaniya  xarakteri daşımırdı. Yalandan kimisə zorla  "ağsaqqal” etmirdilər.   Zəngin həyat yolu keçmiş, şərəfli bir ömür  yolu keçmiş bir əmək adamını, kolxozçunu,  neftçini, inşaatçını indi      heç bir həyat  yolu,  idarəçilik  təcrübəsi  keçməmiş   bir gənc  idarə müdirinin  hikkəsinə  möhtac qoymazdılar ki,    hər il  il  başa çatanda   "müqavilə  bağlamaq”  adı ilə  işçini qoppac etsinlər ki,  vaxtın bitdi, səninlə müqavilə bağlamırıq və yaxud  65 yaşın çatıb, yerini gənclərə verməlisən. Etiraz etsən, diaqnostika qiymətləndirmə  keçirəcəklər...

 Belə olmamalıdır. Əgər biz dəyərlri qorumaq istəyiriksə,  ilk  növbədə varisliyi  qorumalıyıq. Keçmişin üzərində qurulmayan  gələcək   davamlı ola  bilməz, əbədi ola bilməz.

 

Geriyə baxma, Qoca (  X  yazı)

 

  Biz   yaşlı insanlara münasibəti kökündən dəyişdirməliyik.  "Əldən  düşmüş atları güllələməyə”  bənzəyir  40-50  il, bəzən də daha çox,  istehsalatda, müəssisə və təşkilatlarda, elm sahəsində çalışmış  insanları  gözünün nuru, dizlərinin taqəti gedəndən sonra təqaüdə çıxartmaq, peşəsindən, kollektivindən uzaqlaşdırmaq.

 Bunu tibbi, sosial, psixoloji  baxımından  dəyərləndirmək lazımdır.  Bu,  ahıllardan daha çox  yetişməkdə olan nəsil üçün vacib bir   kriteriyadır.

 Gənclərimiz öz gələcəklərini görə-görə   gələcəklərinə doğru  gedirlər.

Onlar görməlidirlər ki, əmək onları həqiqətən səadətə çatdıracaq. Onlar  görməlidirlər ki,  hər kəs  karyeraya öz halal zəhməti qabiliyyət  və bacarığına  görə yüksəlir.  Hər kəs görməlidir ki,   öz fəaliyyət sahəsində can qoymuş,   çalışdığı müəssisə və yaxud təşkilatın  nailiyyətlərdə payı olan kiminsə günün birində  təqaüd bəratını qoltuğuna verib yola salmırlar.

  Sonra da  elə bil belə  müəllim, neftçi, tərəvəzçi,  inşaatçı olmayıb.  Belə unudulanlar  çalışdıqları  müəssisəni tərk etdikləri gün   həm də  bu  müəssisəni əbədilik tər etdikləri gün olur.

 Həyətdə-bacada,  nəqliyyatda  və digər kütləvi yerlərdə  uçaqlar  və gənclər ahıllara qarşı çox laqeyddirlər. Kimlər ki,   qocalara  qarşı  böyük   əxlaq nümayiş etdirir, bu şəxslər bizim iradlarımızdan uzaqdırlar.  Mən, əlbəttə ki, davranış və əxlaq normalarımızı gözləməyənləri nəzərdə tuturamÇox təəssüf ki, bunlar az da deyil. İdeoloji işlərimiz yerində deyil. Mətbuat və televiziya maarifləndirməkdən keçiblər  sahibkarlığa : " Açıblar Reydə böyük bir mağaza.” 

 Məktəblər  xüsusil  pis  işləyilər. 40-50 il bundan əvvəl   uşaqlar böyüklərin dayandıqları, əyləşdikləri yerə yaxınlaşa bilməzdi. Böyüklərin  yanından  salam vermədən keçməzdilər. Nə desələr, nə söyləsələr, "bəli”, "baş üstə”  deyərdilər.  O saat deyərdilər ki, ailə nümunəvi ailədir, bunun valideynlərinə əhsən, müəllimlərinə əhsən.  İndi isə uşaqlara söz demək olmur, adamın üzünə qayıdırlar, söz deyirsən, döyükə-döyükə gözlərinin içinə baxırlar. Ona görə də uşaqların   hərəkətlərindən həyət-bacaya düşmək istəmirlər.   l

Uşaqlar etdiklərinin fərqində deyil. Amma maarifləndirmə missiyasını  boyunlarına götürmüş, cəmiyyətə vəd vermiş  mətbuat, televiziya, sənət, ədəbiyyat ki anlaqlıdır. Belə  meyillərə necə aqeyd qalmaq olar?

 Məktəblərdə  sinifdənkənar və məktəbdənkənar tərbiyə  fəaliyyəti  çox aşağı səviyyədədir. Elə bil bu uşaqlar məktəb-zad görməyiblər.

Mətbuatda, televiziyada  yayımlananlardan, insanların özlərinin  eşidib gördüklərindən   bu da hasil olur ki, ahılların   heç ailədə də  günləri yaxşı deyil.

 Uşaq vaxtı   toylarda  bir "Səbət”  muğamı eşidərdik: oğul  atasını səbətə qoyub aparıb  "Saxla  samanı, gələr zamanı” əhvalatındakı kimi, ucqar, ayaqdəyməz yerlərə qoyub qayıdarlarmış. Qocalar  onların başında şişibmiş.

Oğul atasını qoyub geri dönürkən,  atası arxasınca səslənir ki, səbəti inutma, övladına lazım olacaq.

 Çox ibrətamizdir. Bu gün  ahıl insanları səbətə  qoyub aparmırlar,  buna da  özlərini  ayırmırlar: yaElə bu   elə vəziyyət yaradırlar ki, qoca özü   tezbazar dünyadan köçüb canını qurtarmaq istəyir,  ya  da    belə insanlar üçün  mövcud olan Qocalar evinə aparıb verirlər....Dəhşət deyilmi? Əgər    rəvayətdəki səbət  nəsillərdən nəsillərə ötürüləcəksə, nə sevgi oldu bu, nə  min-min arzu oldu illərlə  ürəyində göyərdib  yaşatdığın...?

 Gec deyil ki... Vəziyyətən elə rahat çıxış yolu var ki... Sadəcə, yaşlı insanlara, ahıl valideynlərə səmimiyyət, sevgi, hörmət lazımdır.  Yaxşı mənada həsəd apardıqlarımız onsuz da  belə də davam edəcəklər. Diqqətsiz olanlar,  bir az sərt olanlar   açın qollarınızı, qocalarınızı bağrınıza  basın.

İstər övladlar olsun, istərsə də gəlin/kürəkən , əgər onların ailələrində yaşlı bir insan varsa (ata-ana, baba-nənə;qayınana-qayınata), onların vəziyyətini anlamaq, onlarla necə münasibət qurmaq  qayğısına hər zaman   hər zaman   həssas yanaşmalıdırlar.   Evində, ailəsində yaşlı doğması olan hər kəsin  bu adamların  hər hansı problemlərini  görməsi, düşünməsi lazımdır.  Bu, bəlkə də vaciblərin ən vacibdir.  Həm də ona görə ki, bu gün qocalarına     kim hansı münasibəti bəsləyirsə,   öz gələcək həyatını  görə-görə yaşa dolur.

İnsanlar  evlərindəki qocaları əlillər evinə vermək  yollarını  deyil, onların    dillərini öyrənmək  kurslarına yazılmalıdır.  Bu bacarığa yiyələnməlidirlər.

   İstər ailədə, istərsə də cəmiyyətdə  ömrün qürub  çağlarını

yaşayan insanları  ümidsiz olmağa qoymamalıyıq. Mətbuatda, televiziyada  bu  xüsusda müzakirələr aparılmalı, məsləhətlər verilməlidir: Bu, övladlar və gəlinlər üçün xüsusilə  faydalı olacaq.

Onlar  adicə diqqətsiz  münasibətdən ümidsizləşir ,  ailə üçün də, cəmiyyət  üçün də özünün bir yük olduğunu düşünür.  

Artıq  qocalmaqdan qorxmaq da bir fobiya halına  gəlir. Az qala, qocalmaq  ölüm anlayışının  sinonimi kimi qəbul edilir. 

 Elə qocalar, hətta nisbətən cavan insanlar da olur ki,   ətrafında qocalıb əldən düşmüş  ahıl  adamlara (həm öz ailəsi, həm də  belə qayğılara  cavabdeh qurumlar tərəfindən) diqqətsiz münasibəti , laqeydliyi görüb, özlərinə ölüm arzulayırlar ki, Allahım,  sən məni o  yaşa  çıxarıb kimlərəsə möhtac qoyma.

Müdriklik, ağsaqqallıq Şərq xalqlarının, xüsusən Azərbaycan xalqının ən  fərqləndirici xüsusiyyətidir. 

 Olsun ki, müasir silah-sursatlar, texnika böyük gücə malikdir. Amma   nə qədər güclü olsalar da,  insan zəkası qədər güclü ola bilməz.

Gözümüzün qabağında dəyərlərimiz itir, bizsə qocalarımıza, onların zəngin  həyat təcrübələrinə,   onların  əsrlərlə formalaşdırdıqları  həyat xurallarına qarşı   günbəgün  biganələşirik, laqeydləşirik . 

Amma  nə yaxşı ki  sağımızda-solumuzda  hər zaman bu qocalar  var. Dağ kəndlərinin havası  saf olduğu üçün  orada daha çoxdur.  Gəlin onları  indiyə qədər olduğundan daha hörmət-izzətlə qarşılayaq, onlarsız  yerdə oturmayaq.

 Babası, nənəsi  olmayan  həyətin, uşağın  nə xatirələri ola  bilər? İstər  dağ kədlərində,  istər   şəhərlərimizdə   bu  ağsaqqalları qorumaq lazımdır. Onlar ucdantutma 65 yaşı çatan kimi  unutqanlığın, laqeydliyin  hansı küncünəsə ötürülməməlidir.

Yerlərdə onlara  başa çəkmək lazımdır.  Lazım gələndə xalqa  söz demək, onları  səfərbər  etmək üçün 30-40 yaşı olan məmurlardansa , bu   müdriklərin sözü və tövsiyələri daha sanballı və daha təsirli ola bilər.   

 

Qocalar, ay qocalar

 

Bizə ümid oldunuz,

Bizə dayaq oldunuz.

Xoşbəxt səhərim üçün

Gecə oyaq oldunuz.

 

Ürəyimiz hər zaman

Qayğınızla ucalar.

Biz sizə minnətdarıq,

Qocalar, ay qocalar

 

Siz bizi gələcəyə

Səsləyən yollarsınız.

Qocalar, ay  qocalar

Nə yaxşı ki varsınız.

 

Qəlbiniz bir kitabdır,

Varaq- varaq açılır.

Bizim ağ günümüzçün

Ağarmışdır saçınız.

 

Geriyə baxma, Qoca (  X  yazı)


Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz