» » "Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

" Qalib müəllim” müsabiqəsinə

Müəllimlik-bu, bir incə sənətdir,
Bu yolu hər gedən olmalı incə.
Saralmaz bir çəmən, o göyərincə,
Həyata tək yaxın məhəbbətdir. 

 S.Vurğun

Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbi hal-hazırda I Qarabağ müharibəsində şəhid olmuş İlham İlyas oğlu Abdulkərimovun adını daşıyır. Bu tədris ocağı rayonun ən nümunəvi təhsil müəssisələrindən biri  olmuşdur.
2011-ci ildə Nohurqişlaq kənd orta məktəbi respublika üzrə "İlin məktəbi" seçilib. Məktəbin yetirmələrindən 1 nəfər tibb elmləri doktoru, professor, 1 nəfər filologiya elmləri doktoru, ondan çox elmlər namizədi vardır.

"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

İstər iki şəhid məzununun, istərsə də bu kəndin sadə adamlarından tutmuş elm və istehsalat qabaqcıllarınadək hər kəsin vətən, torpaq, yurd sevgisinin əlifbası bu məktəbdən başlayıb, bu müəllimlər onların "xırdaca əllərinə qələm qara gözlərinə nur vermişdir".
Bütün dövrlərdə insanlığın, dünyanın xoş gələcəyi, səadəti ancaq elm və təhsillə bağlı olmuşdur.
Bütün məşhur şəxsiyyətlər inkişadı, tərəqqini, əxlaqlı olmağının yeganə yolunu insanların maarifləndirilməsində görmüşlər.
Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Azundov, Həsən bəy Zərdabi, Əsgər ağa Adıgözəlov Gorani, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlər özlərini hər zaman mənsub olduqları Xalqın maariflənməsinə həsr etmişlər.
Məşhur jurnalist, pedaqoq və alim olmuş Həsən bəy Zərdabinin ölümdən öncə etdiyi vəsiyyət belə, ibrətamizdir: "Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Dəfn üşün lazım olacaq xərcləri müsəlmanlar arasında savad yayan cəmiyyətə verin, Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar.”
Ona görə də cəmiyyətdə təhsilin, müəllimin yeri hər zaman nizamlayıcıdır, ölçüdür.
 
"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

"Mehman” povestində Məlikə xanımın Mehmana buraxılış günündə etdiyi öyüd-nəsihətə baxın: "Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın
pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün
kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! - Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: - Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..”
Biz uşaqlara, gənclərə gələcəyimiz kimi baxırıq. Onların fiiki cəhətdən sağlam böyüdüyü kimi, mənəvi cəhətdən saf, əqidəli böyüməsi, ətə-qana dolması da ilk növbədə məktəblərdən və bizim adlarını böyük hərflərlə yazacağımız MÜƏLLİM və MƏKTƏBdən asılıdır.
Bəhruz Abuşov da 30 ilil bundan əvvəl bu məktəbə qədəm qoyanda, kim görə bilərdi ki, o, gələcəkdə "Şuşa qartalı” kimi tanınacaq. Vətən naminə şəhadətə yüksələcəkdir.
Elmdar müəllim, Almaz müəllimə ona əlifba öyrətdilər, Bəhruzun ilk müəllimləri   Elmdar Hacıyev və Almaz Səlimova olmuşdur. Onun qəlbinə Vətən, xalqsevgisi,  milli təəssübkeşlik kimi vacib  keyfiyyətləri ilk dəfə onlar salıblar.
Yuxarı siniflərə keçdikcə,  bu duyğular daha ruzili oldu, hüdudları daha genişləndi. Bəlkə Bəhruz da Sevil müəllimənin ədəbi əsərlərlə sinfə gətirdiyi qəhrəman obrazlarəndan əxz etdi şəhadətə yüksəlməyi. Mehdi Hüseynzadə, Gəray Əsədov, Mübariz İbrahimov kimi....
 
"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

Əlirza Əli oğlu Osmanov 1953-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur. Keçmiş V.İ.Lenin adına APİ-nın Fizika və ÜTF fakültəsini bitirib. 1975-ci ildən Nohurqışlaq kənd məktəbində fəaliyyətə başlayıb.
1977-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. Leytenant rütbəsində ordudan tərxis olunduqdan sonra doğma kollektivinə qayıtmışdır.
Əlirza Osmanov 1992-ci ildə erməni təcavüzkarları torpaqlarımızı işğal edəndə baş leytenant kimi cəbhəyə yazılıb, əvvəlcə vzvod, sonra rota komandiri olub. Ağdamda, Füzulidə ağır döyüşlərdə iştirak edib. Əlirza müəllim Bəhruzun 8 və 9-cu siniflərdə müəllimi olub.
2005-ci rəhmətə getmişdir.
 
"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

Sevil Əhmədova  1953-cü ildə Nohurqışlaq kəndində  anadan olub. V.İ.Lenin adına  APİ-nin filologiya  fakültəsini bitirdikdən sonra – 1975-ci ildən  2019-cu ilə qədər  Məktəbdə Ana dili və ədəbiyyat fənlərini tədris etmişdir.

9 və 10 -cu siniflərdə  Bəhruza  Ana dili və ədəbiyyatdan dərs demişdir. 

"Şuşa qartalı"-Pokovnik-leytenant Bəhruz Zabit oğlu Abuşov (“Qalib müəllim” müsabiqəsi üçün)

 Riyaziyyatı Şamilov Ramiz, fizikanı  Mirzəyeva Firəngiz, coğrafiyanı   Bilalov Dəyanət tədris etmişdir.  Sinif  rəhbəri  Adil Əzimovdur.  Bu gün Nohurqışlaq məktəbi də,  bu məktəbdə  elm, mərifət nuru yayan  hər bir müəllimimiz ,  eləcə də  bütün digər əməkdaşlar qürurlu olduğu kimi, Nohurqışlaq kəndinin   özü də  qürurludur. Bu kəndin  Bəhruz kimi  cəngavər oğulları, alp igidləri var.  Onları Siz yetişdirmisiniz, əziz Müəllimlər.

Bəhruz  candan artıq sevdiyi torpağına  ŞƏHİD  kimi  qovuşdu. Amma o  da, onun bütün ideal qardaşları da hər  zaman bizimlə olacaq.  Bütün  işıqlı günlərimizi biz onlarla  qeyd edəcəyik...

Abuşov Bəhruz Zabit oğlu 1983-cu il iyun ayının 18-də Qəbələ rayon Nohurqışlaq kəndində anadan olub.

1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb.Türkiyədə xüsusi kurslar keçib,  sərkərdəlik  məktəbinin  incəliklərini öyrənib,  xüsusi bacarıqlara yiyələnib.  Akademiyanı bitirdikdən sonra 2005-ci ildə "N” saylı hərbi hissədə işləməyə başlayıb. 2010-cu ildə Qobustanda "N” saylı hərbi hissədə Kimya xidməti rəisi vəzifəsində işləməyə başlayıb. Daha sonra  həmin hərbi hissə komandiri vəzifəsində çalışıb.

2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Bəhruz əsgərləri ilə birlikdə ön sırlarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər.

Bəhruz  döyüşlərin birində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb. Yoldaşları təkidlə ona "sağalmadan döyüş meydanına qayıtma” desələr də o, "Mən əsgərlərimi və zabit yoldaşlarımı orda tək qoya bilmərəm”  cavabını  verib  Müalicə ounduğu xıstəxana rəhbərliyinə və daha yuxarıranqlı  komandirlərə müraciət edərək ön cəbhəyə -  səgərlərinin arasına  qayıtmışdır.

 Şuşada istər açıq döyüşlərdə, istərsə də  yaralıların daşınmasında   xüsusi fəallıq göstərib.  Əsgərlərinə xüsusi   rəğbəti vardı. Hər dəfə deyirmiş ki, biz belə əsgərlərimizlə Şuşanı mütləq alacağıq.   Səngər qardaşları  Şuşadakı xüsusi şücaətinə görə Bəhruza "Şuşa qartalı” adı veriblər".

Döyüşlərdəki uğurlu əməliyyatlara görə  ona   polkovnik-leytenant rütbəsi  veriblər.   Amma çox təəssüf ki,    qəhrəmanınımız düşmən  gülləsinə tuş gəldi.

  8 noyabr 2020-ci  ildə  qanlı döyüşlərdə qəhrəmancasına  həlak oldu.  37 yaşında şəhadətliyə ucaldı Bəhruz Abuşov.

Bəhruz Abuşov  anadan olduğu  kənddə torpağa tapşırılıb.    Xatirəsinin əbədiləşdirilməsi istiqamətində  işlər  görülməkdədir.

Təltifləri :

1. (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

2. (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

3.  (26.06.2014) "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

4. (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

5. (26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

6. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

7. (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

8. (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

9. (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

  Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul - mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz