» » Kənan oxuyur: Köksümün altında uyuyan Vətən!

Kənan oxuyur: Köksümün altında uyuyan Vətən!

Kənan  oxuyur: Köksümün altında uyuyan Vətən!

Kənan bala, səsinə qurban, gözünə qurban. Sən "Bayatı-Şiraz” oxuduğun yerdən bu səsi yenidən eşitmək üçün 30 il gözlədik. Ümidimiz tam üzülməsə də, dünyadan həsrətli köçənlərimiz az olmadı.
Şuşa bizim musiqili beşiyimizdir, ana qucağımızdır. Ana-aman yerimizdir, Qarabağ da həmçinin.
Bu yerlərə yenidən qayıtmaq üçün bizim nə qədər cəngavər oğlumuz qurban getdi.
Onlar Şuşamızı əlbəyaxa döyüşlə aldılar. Sənin və sənin kimi balalarımızın səsi də bu cəsarətdə, qəhrəmanlıqda müstəsna rol oynayb. Sənin bu zəngulələrini onlar əvvəldən də eşidiblər. Onların hər birinin ruhuna yoğrulub sənin səsinin sehri, bu səsin yaratdığı assosiasiya. "Mənə qanad verən odlu diləksən…” oxudun… Belə mövqe, sevgi, dəstə, obvqat, ruh bəhş etmək Ali Baş Komandanımızı daha məğrur edir.
Öpürəm səni. Bu xalq yaşayacaq. Bizim Sənətimiz qüdrətli, Ordumuz qüdrətli, Ali Baş Komandanımız İlham Əliyev qüdrətli….
Oxuduğun mahnı gözəl şairimiz İsa İsmayılzadənindir, onu da ehtiramla yad edək:

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm

Səni heca-heca oxşayıram mən,
Səni heca-heca əzizləyirəm;
Əlim ürəyimin üstündə hərdən
Şəhərdən-şəhərə gümüş qanadla
Göydə uça-uça əzizləyirəm.

Dağında vüqarlı qartal oluram,
Dünya ayağımın altında qalır…
Səndən uzaqlarda xəyal oluram
Həsrətdən gözümün kökü saralır.
Görüşə tələsən cavanlar kimi,
Saata baxıram qatarlarda mən.
Ən əziz, müqəddəs ünvanlar kimi,
Köksümün altında uyuyan Vətən!

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.

Kim nə danışır, yazır, hamısı təxribatdır, xalqını, torpağını bu günə çatdıran bir Lider necə bunların üstündən xətt çəkə bilər? Əksinə, hələ çox çevinc yaşlarına qərq olacağıq. Ölkə başçımız tam olaraq bu ümidi yaradıb.
Bu dəqiqə mən də o göz yaşları ilə baş-başayam. Sənin ifan onsuz da mükəmməldir. Amma bu ifa 30 illik həsrətimizə bir həzin layla çaldı.. Gözlərindən öpürəm...

Kənan  oxuyur: Köksümün altında uyuyan Vətən!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz