» » Geriyə baxma, Qoca (VIII yazı)

Geriyə baxma, Qoca (VIII yazı)

                                                                     

  Bu gün dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində sosial planda müdafiəyə ehtiyac duyan təbəqələr  üçün  Xüsusi Qanunlar və Proqramlar qəbul  edilir. Hollandiya,  Danimarka,  Avstraliya, Finlandiya, İsveç, Norveç, Sinqapur, Yeni Zelandiya, Kanada, Çili, İrlandiya, İsveçrə və Almaniya  kimi ölkələr artıq  Rifah dövləti kimi tanlnmaqdadır. Honq Kong, ABŞ, Malayziya, Fransa, Peru, Kolumbiya, Polşa, Səudiyyə Ərəbistanı, Braziliya, İspaniya, Avstriya, CAR, İtaliya və İndoneziya kimi ölkələr nə qədər  təəccüblü  olsa da,  hələlik   bu   sıralamada  müsbət  keyfiyyətlərə malik ölkələr kimi  qəbul edilir.

 

Geriyə baxma, Qoca  (VIII yazı)

 

Geriyə baxma, Qoca  (VIII yazı)

 Polşa, Çin, Tayland , Filippin, Argentina,  Cənubi Koreya, Hindistan kimi ölkələr  isə  "Qlobal Pensiya İndeksi” tədqiqatında ən sonuncu sıralarda yer almışlar.

  Aərbaycanın isə  yerini  hələ   bu  tədqiqatda aramaq tezdir.  Çünki  Azərbaycan dövləti müstəqilliyə  yeni qədəm qoyub,  öz iqtisadi dirçəlişini yeni-yeni   möhkəmlətməkdədir : üstəlik  torpaqlarımızın 20 faizi 30 ildir ki, işğal altında olmuşdur.  Amma bütün  bunlara baxmayaraq,   həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə,  ölkəmiz MDB məkanında  ön yerə çıxmışdır.

Bu  xüsusda qəbul edilmiş  "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı", Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu ,  həmçinin BMT-nin Baş Assambleyasının əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planı (Madrid, 12 aprel 2002-ci il) mövcuddur.

Ahıl adamlar üzərində himayədarlıq siyasəti bu sırada  xüsusi olaraq  qeyd edilməlidir.

 Kimsə bunları inkar etmir və edə də bilməz.  Hər kəs bunu  bilməlidir ki, Azərbaycanda  bu gün elə bir ailə tapmaq olmaz  ki,   həmin ailədən 2-3  nəfər bu və ya digər  adda  sosial müavinət almamış olsun.

 Əlbəttə,  yaxşı olar ki,   bu müavinətlərin  həcmi əhəmiyyətli dərəcədə artırılsın.

 Sadəcə,  bu proqramları  məmurlar tam şəkildə tətbiq etmirlər, tətbiq edə  bilmirlər və yaxud  sosial iş üzrə  kamil mütəxəssis olmadıqlarından   ahıl adamlar üçün dövlətin  qəbul etdiyi qərarlar,  niyyətlər donuq şəkildə qalır.   Niyə   ancaq mərkəzi yerlər, yol kənarlarında olan həyət-bacalar   abadlşdırılmalıdır,   daxili məhəllələrdə  yaşayan sakinlər  rahatlığı o biri dünyada görməlidir?

 

Geriyə baxma, Qoca  (VIII yazı)

 Deyin, ölkənin  paytaxt şəhərinin hansı    rayonunda   ahıl adamların  qayğıları  üçün yerli  icra strukturları qol çırmalayıb iş görürlər, hansı rayonda  ahıl adamların   ölkənin baş şəhərinin statusuna uyğun sosial qayğıları  daim  diqqətdə saxlanılır,  gedib görüb kiriyək.

Biz həmişə informsiya vasitələrindən Cənab Prezidentin   neçə-neçə Proqramlar təsdiqlədiyi barədə  xəbələr eşitdik,   nə qədər   layihələrin  icrası üşün maliyyə vəsasiti ayrılması ilə   bağlı  Sərəncam  imzaladığını   eşitdik. Bu qədər vəsaitin, diqqətin qabağında gərək ölkənin paytaxt şəhərində insanların  heç bir problemi olmayaydı.

  Bağlar, parklar salınır, amma     mərkəzi yerlərdə.    Həyətlərdə, daxili məhəllələrdə yaşayan biçarə insanlara  həmin  mərkəzlərdə    yaradılmış parklara hər lazım olanda gedə bilmirlər.   Həm də maddi imkanları buna imkan vermir. 

  Çox təkrar olur,   bu fikirləri mən    yazılrımda   çox dilə gətirdim,  yuxarı orqanlara edilən rəsmi müraciətlərimizi   də   bu sıraya əlavə etsək,   heç bir park, o parkdkı rahatlıqlar    insanların  bu illər ərzində qazandıqları sarsıntılarını  yox edə bilməz.

 Bir ildən çoxdur  Şıxlinski  küçəsi  12 blokly  49 nömrəli,   47 nömrəli  9 mərtəbəli,  51 nömrəli  5 mərtəbəli  və 3  ayrı-ayrı    hündürmərtəbəli yaşayış binalarının  qarşısındakı  həyət-bacanı  dağıdıb-töküblər.

 100-lərlə sakin adından Prezidentə müraciət edirik,  yerli məmurların tilsimini sındıra bilmirik. İllərdir     nəqliyyat  problemimiz var.  Bu qədər sakin  sahibkarın yaratdığı  səddi keçə bilmirik.

Yerli məmurlar    100 cürə  bəhanlərlə   əzabın nazını çəkə-çəkə yaşadırlar.

 Prezidentə  məktub yazmaq əbəsmiş. 5-6 ildir  biz sakinlər adından ölkə Prezidentinə  müraciət edirik.  Onlar bilmirlərsə, biz Prezident adının  statusunu  bilirik.  İnsanları Prezidentdən, dövlətdən narzı salmaq olmaz. Bizim müraciətlər yenidən fəaliyyətsizliklərindən şikayətləndiyimiz  şəxs və  təşkilatlara göndərilir ki, vətəndşları  susdurun.  Əgər belə deyilsə,illərdir  nə bizə, nə bizim yazdıqlarımıza məhəl qoyan var.

 Elə birbaşa Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun adına  yazardıq. Məkrubların taleyini   bu şöbə həll edir.   

 Biz 3-4 il öz saytımızda Xətai rayonundakı Veteranlar parkından (Məzahir Rüstəmov küçəsi), oranın vəziyyətindən yazılar vermişik. Keçən müddət ərzində bu parkda  heç  bir quruculuq  addımı atılmayıb.  Olsun ki, imkanlı , statuslu adamların   xidmət və iaşə  müəssisələri olan parkdan   Veteranların şəkli paylaşılmış olsun. Bu, heç də  bütün   rayon üçün aid edilə bilməz.  O parklar da  veteranlar üçün salınmış park deyil.

 Nəzərdən  qaçmamalıdır ki,  yaş strukturunda   getdikcə qeyri-mütənasiblik özünü     büruzə  verməkdədir:  demoqrafik nizmda uşaqların xüsusi çəkisi aşağı düşür, əmək qabiliyyətli yaşda olanlar   müxtəli baryerlər səbəbindən (işə imtahanla qəbul, diaqnostika, yaş senzi və s.) azalır,   əksinə,   ahıl vətəndaşların sayının daha intensiv artması  müşahidə olunur.   Digər bir uyğunsuzluq isə  əməkqabiliyyətli  insanların  şəhərlərə  axışması    nəticəsində  kəndlərdə  ahılların xüsusi çəkisinin artmasıdır.

Geriyə baxma, Qoca  (VIII yazı)

 

Geriyə baxma, Qoca  (VIII yazı)

 Kənd yerlərində ahıllar müəyyən qədər məşğuliyyət tapa bilirlər: həyət-baca  geniş olduğundan, qoyun-quzu, ağaclara qulluq və sair bu kimi işlərlə  günü  axşam edə bilirlər. Şəhərdəki ahıllar  üçün  ahıllıq   problemləri hər gün  ciddiləşir.

Bir tərəfdən  ahıllıq,  bir tərəfdən də  cəmiyyətin laqeydliyi, ən yaxşı  halda,   bir təhər yola verməkliyi.

   Həyət-bacalar, məhəllələr ərazi-məkan anlamında olsa da,  belə yerlər həm də   sosial ünsiyyət yerləridir. Belə yerlərdə ahılların yaşına uyğun fəaliyyət növləri fikirləşilməlidir, tək nərd, domino oynamaq     rahatlıq demək deyil.   Müxtəlif  məhəlllərdə oluram və   tək ahıllara yaxınlaşıb söhbət edirəm.  Ahıl  var  ki 50-60 il  istehsalatda  can qoyub.   İndi yaşlaşıb, elələri var ki, həyat yoldaşları da rəhmətə gedib.  Bu   adam  bəs nə etməlidir : 5-10 dəqiqə, yarım saat    bir yer tapıb əyləşməli , sonra da durub evinə - 4 divar arasına qayıtmalıdırmı, sonra ertəsi gün, ta o biri gün də  belə təkrarlanmalıdırmı? Heç bilirsiniz bu,  həm də nə deməkdir:  bu , cəmiyyətdən, ailədən təcridə , özünəqapanmaya   aparıb çıxarır. Belə  özünəqapanmalar   çox keçmir ki, müxtəlif  xəstəliklərə səbəb olur. Stress, gərginlik, əsəbilik az qala  həyat tərzinə çevrilməkdədir. Ürək xəstəliklərinin   tezləşməsi də  bunu təsdiq etməkdədir. Bu da hələ son deyil.Həyatı maraqsız və yeknəsəq keçən ahıllarda psixoloji, orqanik və funksional dəyişikllər  fonunda   arzuolunmayan   keyfiyyətlər üzə çıxır,  müdriklik assosiasiyası yaradan  qocalarımızın psixoloji və mənəvi xasiyyətlərinə  yaşlarının bu vaxtında  dəyişikliklər baş verir :  qocalarımız  təqaüdlrini, ən yaxınlarının  onlara vediyi pulları belə  xərcləmək istəmirlər, guya qənaət edirlər, nəticədə,  simic təsiri bağışlayırlar. Konkret münasibətlərə gəlincə isə,  bəzi hallarda  yaxınları  onları yola verirlər,   verdikləri sözləri, vədləri tutmurlar. Bu  da qocalarda  ətrafdakılara qarşı  şübhə , etimasılıq yaradır.

Qocalmanın ahəngi ahıl adamların (bir qayda olaraq təqaüdçülərin) həyat tərzindən, onların ailədə vəziyyətindən, həyat səviyyəsindən, əmək şəraitindən, sosial və psixoloji amillərdən əhəmiyyətli dərəcədə asılıdır.  Çünki belə   insanların  heç də hamısı   eyni  vəziyyətdə  və yaxud bacarıqda olmur, bunların arasında   yaşlı olsalar da özlərini  gənclikdə olduğu kimi  gümrah hiss edənlər, fiziki cəhətdən sağlam olanlar,  hələ də işləyənlər və işləmək istəyənlər  var.  Əksəriyyət isə, demək olar ki,  ailələri ilə birlikdə yaşayırlar,  müəyyən qism tənhalar da  gar ki, onlar qocalar evlərinə yerləşdirilir. Təəccüblü olsa  da, təqaüdə çıxmasından razı qalanlar da  var . İndi onlar  evdə oturmağı  daha çox sevirlər, öz asudə vaxtlarını  rəngarəng  etməyə meyilli olurlar: qonaq getmək,   öz həmyaşıdları ilə müəyyən tədbirlərə qatılmaq, domino, nərd  oynamaq  istəirlər.  Bəziləri də  var  ki, onlar həyatdan əlini, demək olar ki, üzmüşlər, az hərəkətli olanlar, sadəcə, istəyirlər ki, səssizlikdə öturub   gözlərini  fikirlərindəkilərin dərinliklərə zilləsinlər.

Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki,  həm bu cürə tənhalığa qapılmış  insanlarda, həm də müxtəlif səbəblərdən ev şəraitindən stasionar mərkəzlərə (qocalar evi) yerləşdirilən insanlarda sonradan ailəyə, sosial mühitə uyğunlaşma qabiliyyətinin itirilməsi – dezadaptasiya  baş verir . Bəs əlac nədir: qocaları qorumaq, onlara qarşı diqqət və sevgiləri itiləmək.... Müəyyən yaşa çatdıqdan sonra onlardan əl üzməmək, əksinə,  onların  qalan ömürlərini  qayğısız keçirə bilmələri üçün  mütəxəssislərin  yardımından istifadə etmək... 

  

Mən səmimi olmağa çalışdım. Yazıma ədaləti, tərəfsizliyi, obyektivliyi ölçü götürdüm. Məqsədim o olmadı ki və o da olmayacaq ki, ancaq mənfiliklərdən yazmalıyam. Təkcə mənfiliklərdən yazmaq heç də müsbət assosiasiya yarada bilməz, lap qeyd etdiyin faktların hamısı doğru olsa da. Sözün, sənətin, qələmin müdriklik səlahiyyəti heç də yaxşı olanları, darmadağın etməyə deyil, əksinə, onu daha genişləndirməyə xidmət etməlidir. Bəli, mən bir çox yazılarımda , sadəcə, mövzularımla bağlı bildiklərimi və gördüklərimi obyektiv olaraq ictimailəşdirməyə çalışmışam, başqa sözlə, problemləri önərləmişəm Diqqətə çatdırdığım məsələlərin həllinə cəmiyyətdən, Ali dövlət rəhbərlərindən dəstək gözləmişəm.
Mən orta və ali məktəbdə oxuduğum illərin həyatında qocaların cəmiyyətdə, həyatımızdakı yerini bugünlə müqayisə edəndə çox fərqlilik görürəm:sizi bilmirəm.
Əzələn ondan başlayaq ki, həmin dövrün qocaları deyəndə biz gözlərimiz önünə təkcə yaşı 65-dən keçmiş, saçları ağarmış, dişləri tökülmüş- lap olsun protezli- əli çəlikli ixtiyaar qocanı, ağbirçək nənəni gətirmirdik. İstər-istəməz qoca sözü bir böyüklük, müdriklik, hikmət, pasibanlıq assosiasiyası doğururdu. Hansı evdə belə qoca vardı, həmin ev sayılıb-seçilən ailə, hörmətli ailə sayılırdı. Yol onların idi.Qarşılaşanda salamlaşmaq, əl verib görüşmək, əyləşdiyin yerdən qalxıb yerini onlara vermək, elçi gedəndə nümayəndə heyətinin başında onları aparmaq, bir xeyir-şər məclisində onları başda görmək böyük fəxarət idi. Belə tədbirlər, məclislər hörmət-izzətli sayılırdı.
Qocalar həyatımızın məhəək daşı idi, arzu və istəklərimizin gerçəkləşməsi üçün Allahın bizə bəxş etdiyi bir sınaq idi, ölçü idi, tapşırma idi. Hesab edirəm ki, bu tapşırmaya keçən əsrin 90-cı illərininə qədər cavabdehlik, məsuliyyət vardı. Üzübəri gəldikcə silahı atıb öz əli ilə öz çırağını keçirənlərin sırasına keçməyə başladıq. İndi istər kəndlərdə, istərsə də şəhərlərdə qocalar seyrək gözə gəlir. Çünki yeni nəsil "obrozovolski”lər yetişdirdik, göy əskinasları dəyərli olan hər nə var, hamısının fövqünə qaldırdıq. Əllərimizi ayaq olmaqdan qurtarmış qocalarımıza asi çıxdıq, qəlblərinə toxunduq, saymadıq... Onlar da yavaş-yavaş yollardan, xeyir-şər məclislərindən yığılışdılar. Nadir hallarda belə yerlərdə görünürlər daha. İndi elçiliyə nuranı bir qoca, ağbirçək nənə aparmaqdansa, kreditlə olsun, kimdir bunu bilən, xarici avtomobili olan bir tanışı dayı kimi təqdim edib aparırsan, qurtarıb gedir. İndi sənin məclisinə gələnlər orada əli təsbehli, saçı-saqqalı bəyazlaşmış qonşuları görməkdənsə, 2 şou adamını, 2 kafesi olan sahibkarı, bazarda yeri olan kimisə görmək məclisini daha şöhrətli edir. İndi elçiliyə qocaları yox, belələrini aparmasan, gəncləri 1-2 il davam edəcək vüsallarına qovuşduracağına inanma.

Geriyə baxma, Qoca  (VIII yazı)

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz