» » Geriyə baxma , Qoca (VII yazı)

Geriyə baxma , Qoca (VII yazı)

 

Geriyə baxma ,  Qoca (VII yazı)

Yaşlı insanların heç də hamısı yataq xəstəsi deyil, heç də hamısı  görmə  qabiliyyətini itirməyib,  yaddaşsızlıq  hələ başlamayıb. 65 yaşdan yuxarı  o qədər insan tanıyıram ki,  neçə cavana dəyər. Sadəcə, onların həyat enerjisini artırmaq, həyatla əlaqələrini  fəallaşdırmaq lazımdır.

 Əgər bunlara   laqeydlik göstərilərsə, onlar  daha betər qocalığa – sosial yaşlaşmağa məruz qalacaqlar.  Elə müəllimlər var ki, 65  yaşıda   zorla, ya yaş  həddi adı ilə  ömrünü  sərf etdiyi məktəbindən, şagirdlərlə ünsiyyətdən, ülfətdən məhrum edirlər.  Məhrum edirlər və onları    zorən qocalığa  "itələyirlər”.

İnsan  belə vəziyyətdə  istər-istəməz qocalığa təslim olur.

Axı  onların təqaüd  yaşına  gəlib çatması  bu  qəbildən olan innsanlarln heç də  həyati , eləcə də əmək qabiliyyətlərinin   də qocalması kimi  qəbul edilməməlidir.

  Keçən əsrin 70-80-ci illərində  çox məşhur bir  Amerika  filmi vardı: (rusca:  "Загнанных лошадей пристреливают, не правда ли ...” ) "Əldən düşmüş atları güllələyərlər, eləmi”.  Təxminən həmin  anlamı yaradır  65 yaşa çatmış  müəllimi  öz arzusu olmadan  işdən azad etmək. Öz arzusu ilə getməsə, əlahəzrət  diaqnostika, indi də sertifikasiya  işə düşəcək.

  Elə direktorlar,  bağça müdirləri, rektorlar var ki,  yaşları 65-i  ötüb. Bəs onlar niyə  təqaüdə göndərilmir? Belə yanaşmalar aşkarlığı, şəffaflığı təhlükəyə məruz qoyur,   uzun illər cəmiyyətin  ziyalısı olmuş müəllimlərə etimadsızlıq   anlamına gəlir. Onların arasında  həm fiziki cəhətdən   sağlam, enerjili, həm də peşəkarlıq baxımından ustad dərsi keçməyə layiq müəllimlərimiz var. Onlar niyə işdən uzaqlaşdırlmalıdır ki? Və yaxud  30-40 il bir  məktəbdə saç ağartmış müəllimi  indi işdən azad edib təklif etmək ki,    sən   bəlli bir müddət üçün müqavilə ilə fəaliyyətini yenə davam etdirə bilərsən.

 Məktəbdə uzun illər səmərəli fəaliyyətinə görə "Məktəbin  hamisi” adına layiq görülməli  kamil, peşəkar  müəllimi  indi müqavilə ilə işdə saxlamaq  heç  yerinə düşmür.


Geriyə baxma ,  Qoca (VII yazı)Ümumiyyətlə, istər müəllimlərin, istərsə də digər peşə sahiblərinin   həyat və peşə təcrübələrindən təqaüdə çıxdıqdan sonra  mütləq faydalanmaq lazımdır, bunun formaları düşünülməlidir. Bələdiyyələrdə ayr-ayrı sahələr üzrə şuralar yaratmaq, hətta müəyyən qədər  əmək haqqı da ayırmaq olar,     şəhərin, rayonun, qəsəbənin, kəndin      bir qisim qayğılarını onlara tapşırmaq olar.

Badamdar qəsəbəsində bir  binadan qopub  düşmüş plitə 15 yaşlı uşağın həyatına don verdi, ailəni əbədilik göz yaşlarına qərq etdi.  Məsələn, 65-75 yaşa qədər ixtisası   inşaatçı, memar, təhlükəsizlik mühəndisi olan  təqaüdçülərin  şurası olar. Onlar ərazilər üzrə ictimai və dövlət  binalalarının yararlılıq səviyyəsini,  kommunikasiya,  nəqliyyat xətlərinin  vəziyyəti ilə baxlı vaxtaşırı moratorium keçirib,   rəy və təkliflrini  rəsmi şəkildə aidiyyəti qurumlara təqdim etməklə həm bütün bu sahələrdə  xidmətin keyfiyyətinə töhfə  vermiş olar, həm də müşahidə etdikləri nöqsanları  aradan qaldırtmaqla  fəlakətli hadisələrin baş verməsinin qarşısını almış olarlar.

 Həm ahılların məşğuliyyəti, fəal şəkildə cəmiyyətlə əlaqələrinin saxlanması təmin edilər. Həm də onlar yaşadıqları ərazilərin sosial qayğılarının himayəçisi  ola bilərlər.

 Bu gün Bakıda   nə qədər quruculuq işləri aparılsa da,  daxili məhəllələrdə  ciddi sosial problemlər  qalmaqdadır və   belə vəziyyət ilk növbədə yaşlı insanların  həyata  olub qalan  məmnunluqlarını  heç edir.

Bu insanlar illərlə müəyyən   istehsalat sahələrində, idarə və müəssisələrdə   çalışıb, indisə  təqaüdə çıxıblar. Onların yaşadığı  ərazidə  paytaxt şəhərinin  sakini kimi   dinclik tapması,  öz yaşlarından olan insanlarla  ünsiyyət qura bilməsi  üçün  sosial məkan və rahatlıqlara malik olmağa haqqı var.

Bakı ölkənin baş şəhəridir.  Baş şəhərdə - paytaxt şəhərdə   belə   qayğılar ideal şəkildə olmalıdır.  Təəssüf ki,  bizdə  abadlıq işləri , əsasən, mərkəzi yerlərdə, magistral yolların kənarlarında aparılır.  Bəs  daxili məhəllələrdə   evinin  qarşısındakı  bağçada,  həyətdə   yaşlı  insan      nəqliyyatla   ətrafdakı ərazilərə  getməlidir? Məmurlara    müraciət  edəndə  deyirlər ki,  filan yerlərdə  park var, ora getsinlər.    Axı yaşlı adamların, hamilə qadınların, südəmər  körpəsi olan anaların  evlərindən xeyli aralı   olan  parka  getməsi   heç də  rahat iş deyil. Ora gedən əsalı   babanın, nənənin  yanında   mütləq gərək  kimsə də müşayiət  etsin.  Onlara  öz  həyətlərindəki, məhəllələrindəki  rahatlıq daha   arzuolunandır.  Belədə evdəki  yaxınlar    balkondan   diqqət edə bilir,  3-5 dəqiqə işindən ayrılıb düşüb baş çəkə bilir. Qayğı budur ki, yaşadıqları  ərazilərdə onların  rahatlıq tapması onların   ürəyincə olsun.

 Yaşlı adamları    başa düşmək lazımdır.  Onların heç də sosial  durumu eyni deyil: imkansızı var, tənhası  var.

 Məhəllələrdə   xüsusi  dizaynla   hazırlanmış    "besedka”lar, oturacaqlar, eyni zamanda  həm yaşlılar, həm də uşaqlar  üçün  müxtəlif  idman ləvazimatları olmalıdır. Fiziki cəhətdən  hələ canı sulu olan babalar-nənələr  bu vasitələrlə günlərini   darıxdırcılıqdan qurtarar, nəvələri də gözlərinin qarşısında   əyləncəli  idman  ləvazimatları ilə onlara   sevinc    bəxş edərlər. Onu da unutmaq olmaz ki, bizm   hərəkət məhdudiyyətləri olan  yaşlılarımız var. Onlar da bir ayrı düşünülməlidir.

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi sistemində  ahıllar, əlillərə  xidmət kursları açılmalıdır (bu,  könüllü  seçilən  peşələr olsa da , məvacib ödənilməlidir).   Bu kateqoriyadan olan  insanlara   qulluq etmək xüsusi peşəkarlıq və böyük ürək tələb edir.

Məlumdur ki, kişilər 55-60 yaşa çatanda, xüsusən təqaüdə çıxdıqdan və  iş həyatından ayrıldıqdan sonra onları nəinki öz ailələrində, eləcə də  mövcud olduğu  mühitdə də   köhnə kimi qəbul edirlər.

 

Geriyə baxma ,  Qoca (VII yazı)

 

Ahıl insanların  qida, sağlamlımlıq qayğıları ilə yanaşı,  mənzil şəraitlərinin məhdud olması da  yaşlılığın üstünə gəlirsə,  onların çətin ki, hobbisi olsun.  Onda bu  kateqoriyadan olan insanlar  küskün olur, ailədə münasibətlərdə bir  aqressivlik  özünü büruzə verir,  ailə üzvləri arasında münasibətləri  yadlaşdırır. Qocalar yeri darısqal edir, əl-ayağa dolaşır və sair. Bunlar  acı həqiqətdir. Ahıl  yaşların psixologiyası da   bu halı şərtləndirir.

Dünyada kişilər üçün  orta ömür müddəti  69,8 il,  qadınlar üçün isə  74,2 ildir.  Xoşbəxtlikdən  Azərbaycanda bu müddət daha   uzundur. Bizim təbiətimiz, əxlaqi dəyərlərimiz, genofondumuzun saflığı

insanlarımızın ömrünə müsbət mənada  təsir göstərir.

Bu gün 5 yaşlı adamdan  4-ü ən azı biri   ya ürək xəstəliyi, ya artrit,  ya osteoporoz yaxud   kimi xəstəliklərlə, 50 %-i isə ən azı iki xəstəliklə mübarizə aparır.

65 yaşdan yuxarı insanlar həkimə 22-44 yaşarası insanlardan 3 dəfə daha çox müraciət edirlər.

 Hələ burası da var ki, yaş artdıqca, ən azı 60 yaşına çatdıqda  insanlar artıq  müşahidələrinə əsasən,  həyatla daha çox uyğunlaşırlar. Onlar  gənc nələ nisbətən duyğularını daha yaxşı idarə edə bilirlər və həyatdan ən yaxşı şəkildə necə yararlanmağa daha çox diqqət ayırırlar.

Yaşlanmanın bu  üstünlükləri də, təbii ki,  var. 

Ahıl  insanları  bu  şəkildə  hesaba almaq, dəyərləndirmək həm də onları gümrahlaşdırır.

Bununla bağlı  aparılmış  araşdırmalardan məlum olmuşdur ki,   öz doğma  peşələrində, öz doğma kollektivlərində  çalışan insanlar  daha çox  yaşayırlar. Əksinə,   30-35 il və daha çox    bir kollektivdə çalışmış şəxsi  indi  yaşın 65-dir deyə təqaüdə göndərdikdə, o, necə zərbə alır.   Belələri  bəzən   həyata  da daha tez vida edirlər. 

Bəlkə hər  hansı bir işçini  yaşa görə təqaüdə çxmağa  tələsməsinlər.Əgər   xüsusi bir əks göstəriş yoxdursa,  niyə də onu   bütün  cismi, ruhu ilə bağlandığı peşəsindən, kollektivdən ayırmalıyıq?

Qarşıda nümunə omalıdır. Yaşlı insan görməlidir ki,  o, təqaüdə göndərilmir, sadəcə, iş yerini dəyişir.  Əvvəldə bu barədə müəyyən məlumat vermişəm.  Təhsilə dəstək  məqsədi ilə çoxlu sayda  məzrkəzlər, yaradıcılıq dərnək, studiya və sair yerlər var.  Yaradıcı müəllimlərimiz bu mərkəzlərdə  poeziya, nitq,  bədii  qiraət dərnəklərində  fəaliyyərlərini davam etdirə bilərlər. Eləcə də digər ixtisas  sahibləri də. Sadəcə, bütün  bunları  ölçülmüş-biçilmiş şəkildə fəaliyyətə qoşmaq lazımdır.

Geriyə baxma ,  Qoca (VII yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz