» » Damoklkimilərə bir neçə söz

Damoklkimilərə bir neçə söz


Damoklkimilərə bir neçə söz

 

2021-ci ilin may ayıdır, baş şəhərin vətəndaşları yenə vədlərlə sonrakı illərə daşınır.

Almaniyanın güclü bir imperatorluğa çevrilməsində böyük xidmətləri olan Otto fan Bismark deyirmiş ki, ölkəni pis qanunlarla idarə etmək olar, amma pis məmurlarla yox. Bu gün ölkə insanların dövlətdən narazı düşməsinin əsas səbəbkarları da məhz bu pis məmurlardır.

Həbs edilən, vəzifəsindən azad edilən məmurlar, əlbəttə, çoxdur. Deməli, bunlar fəaliyyətsizlikləri müddətində dövlətimizin, onun rəhbərinin kursuna xəyanət ediblər, özləri üçün işləyiblər. Onların fəaliyətindən öz qohum-əqrəbalarından başqa hamı narazı olub.

Suallar çoxdur və biri digərini şərtləndirir.Belə halda isə biz həqiqəti , ümumiyyətlə itirib vecsiz suallarla əsas məsələdən uzaq düşürük.

Bu və ya digər problemlər təbii ki, nə səbəb, izah gətirsələr də, yenə var və insanlar bu sosial problemləri dilə gətirməkdə haqlıdırlar.

Amma bunlardan istifadə edib kimlərsə dövlətlə xalq arasında qarşıdurma yaratmasınlar. Bu gün hamının məqsədi, 0, 1 qram gücü varsa, bu güclə də dövlətin yanında olmalıdır. Biz dövlətimizi, dövlətçiliyimizi, torpaqlarımızın suverenliyini qorumalıyıq. Problem tam həll ediləndən sonra dövlətdən və onun ali rəhbərlərindən bu məsələlərin həllini tələb etmək olar. İslahatlar davam edir. Bu mırhələdə hər bir vətəndaşın dövlətə, onun rəhbərinə sədaqəti vacibdir.

Siz görmürsünüzmü Amerika, Fransa, Rusiya münaqişənin ipuclarını hansı müşküllərə çəkirlər. Onlar çox maraqlıdırlar ki, hətta nəzir-niyaz paylayarlar ki, iraq-iraq Azərbaycanın daxilində bir qarşıdurma yaransın. Sumqayıt, Gürcüstan hadisələrinə oxşar nəsə tətbiq edib, bu dəfə də bizi daha iki əsr çıxa bilməyəcəyimiz bir quyunun dibinə atsınlar. Bu gün beşikdəki körpədən tutmuş əlində əsa tutan ixtiyarımıza kimi hər kəs öz gücünü dövlətimizin, cənab Prezidentimizin gücünə qatmalıdır.

İnternet resurslarında dövlətçiliyimizin əleyhinə çıxışlar sərgilənən proqram və ya saatları izləmək özü bir naxələflikdir. Bu "natiqlər” nitq səliyliyə, yetərli söz ehtiyatına, obyektivliyə malik deyillər. Onların dedikləri ətrafında ancaq özləri kimi düşünənlər, özləri kimi təfəkkürə malik olanlar cəm ola bilərlər. Elələri var ki, Vətəndə onları qonşularından, sinif yoldaşlarından, qohum-əqrəbalarından başqa kimsə tanımır. İndi belə adamların danışması, xalqın, cəmiyyətin özünə hörmətsizlikdir.

Əgər sizin danışmaq haqqınız varsa, bizm də danışmaq haqqımız var.

Xalqımız bu dönəmdə daha həssas, daha məsuliyyətli olmalıdır. 44 günlük müharibədə bizim qələbəmizin mühüm bir, həm də 1-ci səbəbi bu idi ki, xalqla dövlət, onun Lidei arasında sarsılmaz birlik vardı. Parçalaya bilmədilər bizi. Bundan sonra da parçalaya bilməməlidirlər. İnternet televiziyalarından edilən çağırışlara məhəl qoymayın. Bu adamlar hakimiyyət eyforiyası ilə yaşayanlardır.

Sanki Azərbaycanda hər yer bataqlıdır, bunlar "bataqlıqda şərqi deyənlər”.

Demokratiya belə olmur. Millət təssübkeşi belə olmur. Hərə bir internet kanalı və yaxud Yutub kanalı açaraq gecə-gündüz nöqsan axtarır, narazılıq edən adam axtarır ki, su bulandırsınlar. Hamısına hövsələm çatmasa da, az-maz olsa da diqqət yetirdiklərim bu qənaətlərimi təsdiqləyir. Mən nöqsanlarımızın olduğunu, hətta az olmadığını onlardan az bilmirəm.Məmurların ucbatından ölkədə "ötür-ötürdür”, "apar-apardır” olduğunu mən də görürəm. Bunlar hamısı cənab Prezidentin nüfuzunu doğrultmayan şəxslərdir. Bunlar hamısı aşağı ranqlarda hazırlanıb təsdiq edilmək üçün daha yuxarı təqdim etdikləri namizədlərdir. "Zaman çalxalandıqca, bulandıqca, nəhrənin yağı yağ üstünə çıxdığı, ayranı ayranlıq olduğu” kimi, bu kadrların da

Çıxdaşı çıxdaşlıq olur, məhbusluğu da həbsə gedən. Nə vaxtdandır ki, bu təmizləmələr davam etdirilməkdədir.

Hə, onu demək istəyirdim ki, internet kanallarında iftira püskürənlər, tutaq ki, bir zonadan bəhs edirlər, məsələn, Cənub bölgəsindən. Yaxşı olan, sevindirən , örnək ola biləcək məqam yoxdurmu? Görə bilə, bunlara sevinə bilən ürək, göz olsa, niyə yoxdur ki. Bunlar, sadəcə, qaranlğı görürlər, qara olanı görürlər. Qoy bu kanalların birinin hansındasa neç olmazsa 2 -3 həftədən bir də olsa, bu xalqın, bu vətənin yaxşısından, fərəhli anlarından bəhs edilsin də. Amma bunlar ancaq

Şərləmək, insanları narazı salmaq yolunu tutublar ki, bu mirzəlik jurnalistikanın heç bir meyarına uyğun gəlmir. Amma yaxşıları, təqdir olunanları da cəmiyyətə təqdir edib, hərdən tənqidi süjetlər də versəydilər, bu, təbii təsir bağışlayardı. Belə deyilsə, deməli, həmin mirzələr hansısa pozucu missiya qarşısında öhdəlik götürüblər, ona xidmət edirlər.

Xaricdən, daxildən maraqlıqüvvələr var. Bunlar dünən, bu gün yaranmayıb, çox-cöx əvvəldən formalaşdırılıb və özümüzdən seçilib, özümüzdən yavanlıq edib bizim azadlığımızın, hüquqlarımızın qənimlərinə çevriliblər. Bir hissəsi "5-ci kalon”, bir hissəsi İranın, bir hissəsi Amerikanın, bir hissəsi İngiltərənin tərəfdarları, bir hissəsi talışların, bir hissəsi də ləzgilərin tərəfdalqrı kimi uzun zamanlardan bəri çox ehtiyatla toplumun içərisinə yerləşdiriblər. "Sapı özümüzdən olan bu baltalar” neçə illərdir kəsə bilməsələr də, bel sütunumuzu, gövdəmizi baltalamaqdadırlar. Bunlar ancaq maraqlıdırlar ki, daxildə iğtişaş törətsinlər, itaətsizlik yaratsınlar.

10-15 gün idi ki, rus sülhməramlılarının gah Xocalıda, gah, Xankəndində, gah Şuşada 9 May paradı keçirəcəkləri ilə bağlı ittihamlar səngimək bilmirdi. İnsanların narahatlığı təbii ki, başadüşüləndir. Amma Damoklkimilər bundan ölkə rəhbərinə qarşı daha bir narazılıq ilişgəsi yaratmaq istəyirdilər.

9 May arxada qaldı. Xankəndində sülhməramlılar yürüş keçirdilər. Silahsız və texnikasız. Şuşada keçirilən yürüş ondan dəfələrlə təsirli və mənalar səpələyən yürüş idi. Mən nə anladım: tutaq ki, mayın 20-si Kubada Müstəqillik Günü kimi qeyd olunacaq. Bakıda 100 nədfərə yaxın kubalı tələbə təhsil alır. Onlar həmin gün bizim hansısa meydanda və yaxud Cəfər Xəndan küçəsində Kubanın Azərbaycandakı səfirliyi qarşısında dünc yürüşü keçirilib. Azərbaycan bunu əngəlləyəcəkmi, təbii ki, yox. Xankəndində olan rus sülhməramlıları da hərbçidirlər, onlar bu bayrama laqeyd qalmamalı idilər. Göründüyü kimi, heç bir parad olmadı, silah və texnikalar nümayiş etdirilmədi. Onsuz da etdirilməyəcəkdi, amma biz Prezidentimiz bəyanatlar versə idi, müraciətlər etsıəydi, özümüzü zəiflətmiş olardıq. İndiki halda isə Azərbaycan oturuşmuş qüdrətli bir dövlət, İlham Əliyev isə təcrübəli siyasi xadim və Lider olduğunu təkrar-təkrar nümayiş etdirdi. Heç bir bəyanatsız Azərbaycan dövlətinin mövqeyini qarşı tərəfə nümayiş etdirə bildi.

 

Damoklkimilərə bir neçə söz

Damoklkimilərə bir neçə söz

Kimlər ki, bu xalqı küçələrə, meydanlara, səfirliklərin, beynəlxalq təşkilatların qarşısına səsləyir, xalq bunlara məhəl qoymamalıdır. İki əsrin bahasına əldə etdiyimiz tarixi qələıbəni qorumalıyıq. Erməni təcavüzkarların Azərbaycanda yadelli olduqların, işğalçı olduqları bütün ciddiyyəti ilə üzlərinə çırpıldı.

3o il işğal altında qalan ərazilər azad edildi. Bu tarixə əbədi olaraq nida işarəsi qoyuldu. Bunu məhz İlham Əliyev bacardı. Azərbaycan tarixinin ikiəsrdən artıq davam edən utanc hissəsi qapandı. Həm də hər kəsə bəyan edildi ki, Azərbaycan xalqı bu andan öz taleyini, öz müqəddəratını özü həll edəcəkdir. Amma bu, bizim torpağın üzərində yaşayan hər vətəndaşımızdan asılıdır. Problemlərimizi sonra həll edərik. İndi dövlətçiliyimizi, müztəqilliyimizi qorumalı, Zəfərimizi qranitləşdirməliyik. Kim bunu istəyirsə, eşrəngli bayrağımız ətrafında sıx birləşib, Ali Baş Komandanımızın sözünü daha ötkəm etməliyik.

Qarabağdan olan çox yaşlı insanla həmsöhbət oldum,  hamısı  son mənzilə öz el-obasında, qohun-əqrəbasının uyuduğu məzarda   getmək  həsrətini ifadə edirdilər, uşaq kimi  kövrəlirdilər...

 Azərbaycan  dövləti, onun başçıları -  əvvəl  Ümummillilider Heydər Əliyev, 2003-cü il 15 oktyabrından isə  cənab İlham Əliyev  gecəli-gündüzlü  çox məşəqqətli, düyünə salınmış   bir problemin həlli üçün  mübarizə apardılar.

İqtisadiyyat,  sosial rifah qayğıları ilə paralel şəkildə ölkənin müdafiə qabiliyyəti, xarici siyasəti yenidən quruldu.  Ordu bütün parametrlərdə yeniləndə: həm silah-sursat və tenika baxımından, həm də   hazırlıq  baxımından.

Bizim Türkiyədən  və az sayda  daha bir neçə ölkəni çıxmaq şərtilə kim idi bizim istiqlalımızı, dirçəlməyimizi istəyən? Fəqət, cənab İlham Əliyev  axına  qarşı üzüb  xalqını   gözləyən təhlükələrdən keçirdi.

 

Doğrudur,   bu mübarizələrdə qurbanlarımız  da  oldu, amma itirdiyimiz hər bir oğlumuz-qızımız  düşünülmüş şəkildə  mübarizəyə atılmışdı.  Onlar şəhid olsalar  belə , yenə bir addım geri dönməyəcəklərinə and içmişdilər  və  andlarına  sədaqətli də qaldılar.

  Azərbaycan  ordusu , qəhrəman  əsgər  və zabitlərimiz  44 günlük Zəfərin tarixini  məhz bu mütəşəkkilliyə gözə qazandılar. İnternet resurslarında, canlı həyatda bəzi  şəxslər      bildirirlər ki, qələbəni  Prezident deyil, Milli Ordu, onun qəhrəman zabit və əsgərləri qazanıb. Təbii ki, bizim bütün  əsgər və zabitlərimiz    əsl hünər göstərdilər.  Dünya onlardan danışır.  Cənab   Prezident özü də bütün çıxışlarında əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, vətənpərvərliyini heyranlıqla  dilə gətirmişdir.

Amma  sərkərdə olmasa,  ordu heçdir, ata olmasa ailə heçdir. Bir bayatıda çox sərrast ifadə edilib:


Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə qoçaq olsa,

Heç verməz ordu bada.

 

Qanı, ruhu bu torpaqdan olub xarici ölkələrdəki həmvətənlərimiz isə bilməlidir ki, onlar başqa bir dövlətin ərazisində öz dövlətləri və liderlərinə qarşı fəaliyyət göstərirlər. Bunu demokratiyaya dəstək adı altında boyunduruq haqqı kimi verirlər. Açıq-açığına desələr ki, bunu belə məqsədlər üçün veririk, bir qədər çəkinərdiniz. İndi elə hesab edirsiniz ki, guya dünyada demokratiya institutları var və onlar azadlıqları mdafiə edirlər, dəstəkləyirlər. İnanısınız təəssüf ki...

Bizim el şairlərindən Səfər çox ibrətamiz bir nəsihəti var:

 

Yad yerdə, yad mahalda gəl pisləmə vətənini,

Yad oğlu üstə qoyar, söyləyər hər yanda gülər.

 

İkincisi, onlar öz vətəninə, öz liderlərinə asi olan adamlara heç vaxt dəyər vermələr. Verərlər, amma mənfi şkalasına aid hissədən.

Onlara ancaq hər millətin mənfixislətli, qəbahətli, bəzən də hayküyçü hissəsini yaxına buraxırlar, onların bu keyfiyyətlərini qəbul edərlər. Öz dayısını mənə satan, kimsə mənə necə bacıoğlu ola bilər?

Nu ujeli filmlərdə belə insanlara can-can deyənlərin sonda necə yanaşdıqları ilə bağlı məqamlar diqqətinizə tuş olmayıb. Kəndinizə qayıdın. Ən son olaraq Ümummilli lider Heydər Əliyevin iki məşhur sitatını diqqətinizə çatdırıram:

 

1. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.

 

2. Azərbaycan dünyaya Günəş kimi doğacaqdır.

 

Bu arzular üçün uzun illər Ümummilli lider Heydər Əliyev fəaliyyət göstərmiş, bu gün isə həmin ideyaları onun ləyaqətli varisi İlham Əliyev cənabları davam etdirir.

İlham Əliyev zamanın ancaq onun gerçəyə çevirə bildiyi ən şərəfli tarixinin yaradıcısıdır. Bu gün Azərbaycanın əldə etdiklərini itirə biləcəyi haqqında bədgüman olanlar, bunu xəyal edənlər yanılırlar. İki əsrdən artıq davam edən bu utanc tarixi yeniləyib, onu tam azad, müstəqil günlərə çıxaran İlham Əliyev buna imkan verərmi? Əlbəttə, yox, yox, yox!

Siz də, sizin havadarlarınlz da, bu havadarların təmsil etdikləri dövlətlər də bunu bilsin.

 

 

Damoklkimilərə bir neçə söz

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz