» » Damoklkimilərə bir neçə söz

Damoklkimilərə bir neçə söz

Damoklkimilərə bir neçə söz

Bu gün Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib. İnsanların bir sıra demokratik azadlıqları var ki, bu aksiya da bunlardan biridir. İnsan haqlarına hörmət özü də demokratiyanın təntənəsidir. Amma ağıllı olmalıdır, ölkənin, xalqın müqəddəratı düşünülməlidir, əsas götürülməlidir.Lazım gələrsə, fərdi maraqların üstündən xətt çəkmək lazımdır. Çəkilməyəcəksə, təxirə ki salmaq olar.

Hələ aksiyanın xüsusi karantin rejiminin tələblərinə zidd olmasını, razılaşdırılmamış halda keçirilməsinə cəhd edilməsini qoyaq bir tərəfə.

Siz televiziyadan ermənilərin Qarabağdakı torpaqlarımızın başına nə oyun açdığını görmürsünüzmü? Siz 1 milyondan artıq qardaş-bacılarımızın 30 illik həsrətini, qərib harayını, niskilini görmədinizmi? İşğaldan azad edilmiş torpaqlarda həyat əlaməti qalmayıb.

Ermənilərin bizim xalqa nifrəti o qədər dərindir ki, son anda da ərazilərimizi minalayıblar ki, bir-bir, iki-iki minaya tuş gəlib belə də qırılsınlar.

Heç kim inanmırdı ki, biz torpaqlarımızı azad edə biləcəyik? Çünki düşmənlərimizin tərəfdarları çoxdur. Din fərqliliyi də var. Onlar işğalçı olduğunu, bu torpaqlara İrandan köçürüldüyünü tarix sübut etdiyi halda da beynəlxalq güclər, beynəlxalq təşkilatlar susdular: bizim üçün susdular, amma Ermənistan tərəfə yüz cürə oyunla havadarlıq etdilər. İnsanlar bunu dərk edə bilirdilər, ona görə də hamıda bir ümidsizlik vardı.

Noyabrda üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyanatdan sonra da onlara havadarlıq edilir. Müharibə dayandırılıb, bu bəyanatdan sonra ərazimizdə hərbi əməliyyat keçirmək üçün təxribatçı dəstələr peyda oldu. Onlar əsir götürülüb. Görün dünya necə dəridən-qabıqdan çıxır ki, Cenevrə Konvensiyasını əllərində dəstəvuz edirlər. Bu 30 ildə bizim bu qədər əsir düşənimiz, girov götürülənimiz oldu.Onda indi erməniləri himayə edənlərin gözləri, qulaqları tutulmuşdu?

Bunları deməkdə məqsədim odur ki, biz emosiya ilə hərəkət etməməliyik, ağılla, məntiqlə qərar verməliyik.

Ədəbiyyatsevərlər, yəqin , Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsində qışın dondurucu bir günündə küçənin tinində Molla Fərzəliyə İranda qoyub gəldiyi ailəsinə məktub yazdıran Qurbanın dilindən deyilmiş

"yaman adamın quyusunda işləyirik” məşhur fikrini xatırlayırlar.

İndi Qurbanın sözü olmasın, biz də yaman düşmənə rast gəlmişik, hiyləgər, nankor, cani bir tayfa. Özü də bu qədər havadarlı.

Bu gün sosial şəbəkələrdə qandı-qanmadı, bacardı-bacarmadı ağzına gələni danışan, yazan şəxslər bunu bilməmiş deyillər. Bilmirlərsə, həqiqətən, onların onda danışmağa dilləri olmasın. Təbii ki, bilirlər. Əgər onlardan biri dövlət başçısı olsaydı, işğal bir az da genişlənəcəkdi, fəna vəziyyətimiz bir az da fənalaşacaqdı. Və o vaxtdan indiyə kimi bu xalqın hər il bir lider görməsi qaçılmaz olacaqdı.

Kaş internetdə gecə-gündüz məzmunsuz, məntiqsiz danışanlar Damokl qılıncı ifadəsinin məzmununu bilmiş olaydılar:

"Əfsanəyə görə, Sirakuz hökmdarı kral Dionisin hakimiyyəti dövründə saray əyanlarından olan Damokl hakimiyyət və Dionis haqqında əks fikirlər danışarmış, həmişə ona həsəd apararmış.

Dionis bu lovğa, ədəbaz gənci yanına dəvət edərək, heç olmazsa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamacan boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionis bununla Damokla hər bir hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçirdiyini anlatmaq istəmiş, əsilzadəyə ibrət dərsi vermiş, böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir.

Kaş həyatın, müdrikliyin ibrət dərslərindən bu "natiq”lərin də xəbəri olmuş olaydı.

Biləydilər ki, dövlət başçısı, lider olmaq təsrrüfatı idarə etmək demək deyil. Lider olmaq Vətəni, xalqı məsud etməkdir, tale idarə etməkdir. Vallah, bu gün insanları küçəyə çağıranlar özləri hakimiyyətdə olsaydılar, bir il davam gətirə bilməzdilər.Damokl kimi həqiqəti anlayandan sonra aradan çıxacaqdılar, ya da yarıtmaz rəhbərliklərinə görə kütlə onlara itaətsizlik edəcəkdi.

İlham Əliyev 2003-cü ildən dövlət başçısıdır. O da bu problemin dərinliyini bilirdi, ermənilərin havadarları ilə qarşı-qarşıya gəlməli olacağını bilirdi. Amma bunlar bizim prezidentimizin ali idealları qarşısında əsas deyildi, həlledici deyildi. Əsas, həlledici olan Bəxtiyar Vahabzadənin dili ilə bir qədər obrazlı desək, sağa-sola dönmədən təyyarələr kimi, məqsədə dümdüz getmək idi. İlham Əliyev bacardı bunu, bu qədər təhdidlərə, qarşı tərəfin güclü havadarlarının təzyiqlərinə sinə gərə-gərə məqsədə doğru irəlilədi: ölkəsinin asayişini tam bərpa etdi, iqtisadiyyatı dirçəltdi.Başqa ölkələrlə pozulmuş əlaqələri yenidən yüksək etimada və qarşılıqlı hörmətə əsaslanan münasibətlər halına gətirdi. Azərbaycanın dostları artdı, beynəlxalq təşkilatlar Azərbaycana yeni baxışla yanaşmağa başladılar. Bütün bunlarla yanaşı, ölkənin müdafiə qabiliyyəti durmadan inkişaf etdirildi. Ordumuz ən müasir sliah və texnika ilə təchiz edildi. Hərbçilərimizin döyüş və peşə qabiliyyəti dünya hərbi səviyyəsinə gətirildi.

Bütün bunlarla bərabər İlham Əliyev problemin Sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri əsasında həll etməyə daim səy göstərdi. Atəşkəs sonsuza qədər ola bilməzdi axı. Artıq cənab Prezidentin özünün əvvəlcədən xəbərdarlıq etdiyi "əgər sülh danışıqları heç bir nəticə verməzsə, biz torpaqlarımızı istənilən yolla işğaldan aza edəcəyik” qərarı üçn vaxt tamam yetişmişdi. Bütün beynəlxalq təşkilatların, güclü dövlətlərin Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur hədələrinə baxmayaraq, bizim Prezidentimiz öz qətiyyətinidünyaya bəyan etdi. 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu.

Ermənilərin bizim torpaqlara köçürülməsindən 2 əsrdən artıq vaxt keçir. Sonuncu işğal tarixi isə 30 ili asmışdı. Prezident xalqının iradəsini əks etdirərək Milli Ordumuza işğal edilmiş torpaqlarımızı azad etmək əmri verdi.

Milli Ordumuz cəmi 44 günə 30 il davam edən işğala son qoydu.


Damoklkimilərə bir neçə söz

 

Əsgər və zabitlərimizin döyüş bacarığı, fiziki hazırlıqları, vətənpərvərliyi, 44 günlük müharibədə tətbiq etdiyi strategiya və taktika dünya hərb tarixinin heyrətinə səbəb oldu. Heç kim ağlına gətirə bilməzdi ki, uzun illər ittifaq dövlətinin tərkibində olmuş bir milli respublika 30 ildə bu sıçrayışla inkişaf edə bilər. Həqiqət budur ki, inkişaf edib və bu inkişaf artan templə də davam etməkdədir.

44 günlük müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatsa da, müharibənin bitməsi ilə bağlı üç dövlət birgə Bəyanat qəbul etsələr də, hələ etibarlı sülhdən danışmaq olmaz. Ermənistan tərəfi əlindən çıxmış torpaqları qaytarmağa hər dəqiqə can atır, Minsk qrupuna daxil olan ölkələr çox qaranlıq oyunlar oynayırlar. Fəal döyüşlər sona yetsə də , diplomatiya müharibəsi davam edir. Ölkəmizin Prezidenti çox böyük əzmlə mübarizəsini davam etdirir.

Vəziyyət çox dramatik olsa da, Ali Baş Komandanın qətiyyəti xalqa inam bəxş edir. Fəqət, hər gün internet resurslarında hədyan söyləməkdən yorulmayan, usanmayan həmvətənlərimiz - sapı özümüzdən olan baltalar düşmənin dəyirmanına su tökürlər. Ağıllarına gələni uydurub efirdən paylaşırlar.

Onların paylaşımlarına rəy bildirələrin əksəriyyətini bu natqilər, eləcə cəmiyyət tanımır. Sən kimə söyləyirsən bu hədyanları?

Vətənə belə xidmət etməzlər, xalqa belə xidmət etməzlər. Mən iqtidar adamı deyiləm. Orta səviyyəyə yaxın sadə həyatı olan bir insanam, təqaddəyəm. Mənim də, bizim yaşadığımız ərazinin də çoxlu sayda sosial problemləri var.Bununla bağlı dəfələrlə yuxarı instansiyalara protokol qaydasında müraciət edirik. Hələ bizim müraciətə hüquqi şəkildə, Konstutisiyamızda yazıldığı kimi baxılmayıb. Feysbuk səhifəsində, öz saytımızda çoxlu sayda sosial problemlərlə, məmurlar tərəfindən göstərilən məsuliyyətsizlik və biganəlikdən narazılıq dolu yazılarım var. Amma mən bunları qarşıdurma, insanları dövlət əleyhinə qaldırmaq üçün deyil, həyatımızdakı problemləri aidiyyəti qurumların, ali rəhbərlərin diqqətinə çatdırmaq üçün yazıram.

Çoxsu təkrar müraciətlərdir. Buna cavabdehliyi mən və yaxud müraciət edən digər vətəndaşlar deyil, belə qayğıları çəkməli olan məmurlar daşıyırlar. Müraciətlər qeydiyyata qanunun tələb etdiyi kimi alınmır, vaxtında cavab verilmir, bəzən heç verilmir, veriləndə də müraciətlər fəaliyyətisizliklərindən və ya fəaliyyətlərindən şikayət olunan şəxslərə və ya qurumlara göndərilir. Yersiz yazımalar başlayır, insanların inamı qırılır.

İllərdir İcbari Tibbi Sığorta haqqında vəd verilir, insanlar da səbirsizliklə gözləyir. Dedilər ki, mərhələ-mərhələ    2021-ci ilə kimi proses tam başa çatacaq.

 

Rəsmi məlumatlar belə olub:


1. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib.

2. 2017-ci ildə Ağdaş rayonu bu rayonlar siyahısına daxil edilib.

3. İcbari tibbi sığorta 2020-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının ərazisində və 20 rayonda (Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir) tətbiq olunacaq.

4. İkinci mərhələdə – 2020-ci il aprel-iyun aylarında 17 region: Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq.

 

5. 2-20-ci il iyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda: Şirvan şəhəri, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunacaq.

 

6. Dördüncü mərhələdə - 2020-ci il oktyabr-dekabr aylarında: Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək.

 

7. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 25 dekabr 2020 10:33 tarıxli açıqlamasına görə (https://its.gov.az/bloq/icbari-tibbi-sigorta-haqlari-1-yanvar-2021-ci-ilden-toplanilacaq), 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

 

Damoklkimilərə bir neçə söz

 

  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz