» » Geriyə baxma , Qoca

Geriyə baxma , Qoca


Geriyə baxma ,  Qoca

 

 

Geriyə baxma ,  Qoca

 

  Nə qədər  gözlətmək olar? Bu insanlar bir də dünyaya gəlməyəcəklər.  Ömürlərinin çox hissəsi də gedib ahıl adamların. Qalan hissəni də  cəbirlə,  uyğunlaşdıra-uyğunlaşdıra yaşamalıdırlarmı?

İndi 18-19-cu  əsrlər deyil. İnsanlar savadlıdır, zəkalıdır: ətraflarında, daha geniş məkanda baş verənlərdən   isti-isti  hər zaman  xəbərdar ola bilrlər.

 Bu insanlar illərlə gözləyiblər ki, daha yaxşı dövran irəlidədir: ona can atıblar. Oxuyublar, əlləşiblər,  ümid ediblər. Amma gözlədikləri məqam gəlib çatanda, yenə mizan-tərəzi pozulub:  bütün sahələrdə.

İllərdir icbari tibbi sığorta haqqında söhbət gedir.

 

Rəsmi məlumatlar  belə olub:

 

1.    İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib.

2.    2017-ci ildə Ağdaş rayonu bu rayonlar siyahısına daxil edilib.

3.    İcbari tibbi sığorta 2020-ci il  yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının ərazisində və 20 rayonda (Şəki, Quba, Qusar,

      Xaçmaz,  Şabran, Siyəzən, Xızı,  Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar,

       Zərdab, Kürdəmir) tətbiq olunacaq.

4.    İkinci mərhələdə – 2020-ci il  aprel-iyun aylarında 17 region:  Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir,        Qazax, Ağstafa,        Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq.

5.    2-20-ci il iyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda:  Şirvan şəhəri, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad,

      Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunacaq.

6.    Dördüncü mərhələdə - 2020-ci il oktyabr-dekabr aylarında:  Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi         sığorta  sistemindən istifadə edəcək. 

7.    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 25 dekabr 2020 10:33  tarıxli  açıqlamasına görə (https://its.gov.az/bloq/icbari-tibbi-sigorta-         haqlari-1-yanvar- 2021-ci-ilden-toplanilacaq), 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.


2021-ci ilin may ayıdır, baş şəhərin   vətəndaşları  yenə vədlərlə  sonrakı illərə daşınır. İcbari tibbi sığortanın mexanizmi özü hələ hazır deyil. Çoxlu sayda əngəllər var.

 Dərmanlar bahadır, kasıb təbəqə dərman, müalicə ehtiyaclarını təqaüd pulu iə qarşılaya bilmir.

 İnsanlar  hələ dürüst, əməlli-başlı bilmirlər ki, tibbi sığortadan necə faydalanacaqlar? Bunun proseduru necə olacaq, pasiyentlər ehtiyac yarandıqda yenəmi ərazi üzrə poliklinikalara getməlidir, yoxsa, sahə həkimi  gəlib göndəriş verməlidir və yaxud lazım olan vasitələr apteklərdən pulsuz veriləcəkmi  və sair bu kimi suallar hələ hamıya  aid deyil, amma  hamının bu  yaşında başı xumarlanır ki,  sanki sehirli bir qüvvə onları həkimə aparacaq, daha növbə olmayacaq, həkimlər   pasiyentlərin əıinə, danışığının, ovqatının tövrünə baxmayacaqlar ki.

 

P.S: Adam pulsuz olanda mütləq tövründən bilinir. Hələ o gün oxudum ki,  elə prosedurlar, əməliyyatlar  var ki, ona müəyyən  qədər vəsait köçürməlisən.


Belə humanizm, şəfqət paylaşımı  ahılları necə qane edə bilər?


Geriyə baxma ,  Qoca

Poliklinikada  bu məsələ ilə bağlı öyrənmək istədikdə bildirdilər ki, hələ Bakının iki rayonunda tətbiq olunur.   Axı ilkin məlumat verəndə belə deyilməmişdi.  Hökumətin  vəd verdiyi 1 aprel 2021-ci il tarixinə kimi  zamanın hər saniyəsini belə   nigarançılıqla  gözlədi insanlar. Vaxt gəlib çatdı, indi isə başqa  söz deyirlər.  Hər il 2-3 rayona aid ediləcəksə, insanlar hələ 5-10 il də gözləməli olacaq.  Çoxlarının ömür müddəti   bu imtiyaza qədər  heç vəfa etməyəcək də.

 

Geriyə baxma ,  Qoca

 

Ahıl insanların, qayğıya ehtiyacı olan bütün insanların qarşılaqşdıqları bu laqeydlik, biganəlik  qədər də  bizim Millət vəkillərinin, yazıçı və sənətkarların  biganəliyi var. Çünki  sadə vətəndaşları  yaşadıqları problemlərin heç biri ilə millət vəkili,  məmur yazıçı , bəstəkar və rəssam  qarşılaşmır. Ona  görə də onlar ancaq  insanları sakit olmağa maarifləndiririr. İnsanları maarifləndirən, ona söz deyən, ağıl öyrədən   maarifləndirilən(sakitləşdirilən)  insanların sırasından olmalıdır. Yoxdur bu günün Qasım bəy Zakiri deyə:

 

Vaiz bizə söylər şəri-Müstəfa;

Həramə mürtəkib olmayın əsla!

Özü lüm-lüm udur batində, əmma

Zahirdə dediyi mənayə bir bax!


 Bu günün 50-60 yaşından yuxarı insanları bəs deyən qədər vədlər eşidiblər. Barı, ömürlərinin  son dövründə - ahıllıqlarında  rahatlıq görsünlər.  Bu insanların rifahına  və sağlamlığa  təminat yaratmaq vəzifəsinə xidmət etməli olan  qurumlar və vəzifəli şəxslər isə ancaq özlərini düşünüblər.  Füzuli Ələkbərov,  Səlim Müslümov haqqında, eləcə də   daha  neçə-neçə  vəzifədən   uzaqlaşdırılmış, həbsə atılmış neçə-neçə məmurun illərlə  insanlara  xidmət etdiyini, sosial dövlət üçün, rifah dövləti  üçün  külünc çaldığını  kim ciddi qəbul edəcək?

 Halbuki, bizm dövlətimizin, şəxsən cənab Prezientimizin özünün  cəmiyyətin bu seqmentinə  ayırdığı vəsait, şəxsən özünün göstərdiyi münasibət  aqhılların  sağlamlıq, təhsil, mənzil, sosial müdafiə  və sair bu kimi sosial qayğılarını tam ödəməyə  yetərdi.  

İnsanlar  yaşlaşdıqca,  həyatdan  məmnunqalma  səviyyəsi aşağı düşür.  Yaşlı insanlar getdikcə həyatdan daha az razı qalırlar.  Artıq onların 15-20  il əvvəl cəmiyyətin  hansı statuslu sosial üzvü olduğu  indi günü-gündən məhdudlaşdırılır və ya məhdudlaşır.

 Yenə səbkar  vecsiz məmurlardır.

Dost və qonşuluq münasibətlərini, sosial  ehtiyaclarını  sərf etmək üçün sovet dövründə  məhəllələrdə, həyət-bacalarda nəzərdə tutulmuş sosial məkanlar  bugün  işbazlara  az qala təslim edilib qurtarsın.  O vaxt  bütün MİS-lərdə  Veteranlar üçün  klublar vardı, indi biri yoxdu.  Sovet  dövründə olan kitabxanaların, Xatirə muzeylərinin  çoxusu yoxdur  indi.

 Bir ciddi problem isə  ahıl adamların üstünə qoyulan "köhnə" yarlığıdır. Sanki onlar heç nəyə lazım deyilmiş. belə olanda onlar özləri də dalda-bucağa çəkilirlər.

Sosial təcrid prosesi yaşlıların həyat məmnuniyyətini birbaşa təsir edir. Yaşlı insanın həyatını dözülməz edir.

Psixoloji, sosial, mədəni və iqtisadi cəhətdən həll edilməsi lazım olan bir çox problem var ki, onların üstündən keçmək olmaz, amma  bizdə bu problemləri   bir az da  böyüdürlər.

Günümüzdə yaşlılarla əlaqəli ən çox rast gəlinən  sosial problemlər, əsasən, bunlardır:  yaşlıların cəmiyyətdəki passiv iştirakı,  yoxsulluq və aşağı gəlir, social təhlükəsizlik siyasətlərindəki dəyişikliklər, tək yaşamağa düçür olunmuş yaşlıların sayındakı  artım, uyğun olmayan mənzil şərtləri, yaşlanma əlamətləri, qocalığa qarşı mənfi baxışlar və  sair çətinliklər göstərilə bilər .

Həyatın məmnuniyyətinə və keyfiyyətinə  bir  tərəfdən   fiziki yaşlanma  təsir edirsə, digər tərəfdən bu yaş üçün səciyyəvi  xəstəliklər baş qaldırır: demans, alzheimer, sidik qaçırma, görmə pozğunluğu, eşitmə xəstəlikləri, qidalanma, osteoporoz, yeriş pozğunluqları və tez-tez düşmə, təzyiq yaraları, yuxu xəstəlikləri, osteoartroz  və s .

Yaşlıların məşğulluğu, asudə vaxtlarının nümunəvi  təşkili, səhiyyə və sosial xidmətlərdən istifadə kimi məsələlərdə  hər zaman yeni-yeni modellərə ehtiyac duyulur.    Birbaş  belə sahələrə təyin edilmiş  məmurların əksəriyyətinin isə sosial siyasət sahəsindən məlumatı yoxdur.  Nə  işi  işdən başı çıxanlara, daim yenilənməyə can atanlara  tapşırırlar, nə də yeni  model axtarışındadırlar.  Sovet dövründə  qocalara,  əmək və müharibə veteranlarına daha  həssas münasibət vardı. Veteranlar  ildə bir dəfə sanatoriyaya  putyovka alırdılar. O zaman avtomobillər növbə ilə verilirdi, veteranlar növbəsiz alardı. Veteranlara  torpaq sahəsi almaq üçün də güzəştlər vardı. Yadımdadır, kənddə evində veteran olan ailələr  bütün problemlərini onun hesabına həll edərdilər. Məktəbdə elə bir təntənəli tədbir olmazdı ki, onlar dəvət olunmayaydılar və s...

  Yaşlı adamlar  bundan qürur duyardılar. Önlar özlərini  cəmiyyət üçün gərəkli hesab edərdilər.

Bu gün dünya əhalisinin sürətli qocalması və bununla bağlı  dövlət siyasətlərinin  prioritetə  çevrilməsi  tək Azərbaycanda deyil, inkişaf etməkdə olan ölkələrin, ümuymiyyətlə,  dünyanın  özünün ən  aktual problemlərindən biridir. Ölkəmiz onsuz da "ən sürətli qocalma" ölkələri kateqoriyasındadır.  Bu vəziyyət yaşılılarla  bağlı yeni layihələr tələb edir. Geniş sosial seqmentlər qoca yoxsulluq deməkdir. Sonra yalnızlıq,  məhdudilaşan azadlıqlar,   dönüklük görəndə sonda isə sığınacaq. Bunlar qocalığa uyğun  digər həqiqətlərdir.

 Əvvəllər ehtiramlı  məna ilə əlaqələndirilən qocalıq indi məhrumiyyət deməkdir.

Dünya üzrə  müqayisə edəsi olsaq, ölkəmizdəki   yaşlı insanların  sosial    vəziyyətinin keyfiyyəti   heç də zəngin  Azərbaycanın  adına uyğun deyil.

 Bu gün qocalma  kimi bir  hal artan hədlə yüksəldiyi halda,  paralel olaraq sosial rifahın yüksəldiyini  görmürük, əksinə, bahalaşma,  gündən-günə genişləndirən iqtisadi çətinliklər var. Bəli, insanlar  həm kasıblaşır, həm də  qocalır.

Pandemiya müddətində yaşlılar üçün  həssas bir  dönəm olaraq qalmaqdadır. Hər cür təminata malik məmurlar televiizyada, mətbutda   karantin  qaydalarını  sadalamaqla  cəmiyyətə özlərinin  məmur, millət vəkili  imicini göstərmək imkanlarından dəfələrlə istifadə  edirlər.  Belə çağırışları  millət vəkilləri deyil, ixtisaslı mütəxəssislər, el ağsaqqalları etsələr, daha effektiv olmazmı?   Məmur  natiqlər  özlərini  əhalinin   bu  seqmentinə  nə qədər  canıyanan göstərsələr də,  onları  kölgə saldıqları adamlardan başqa bir kəsdə  ideya, dözümlülük  yarada bilmirlər.

Dünya ölkələrində   yaşlıların günü-güzəranı necədir: bəzi nümunələrə diqqət yetirək:

Yaponiyanın Hadano şəhərindəki Tocikubo bölgəsində  65 yaşdan yuxarı  ahıllar ümumi əhali əhalinin 52,8% -ni təşkil edir. Yaxınlıqda mağaza yoxdur. İctimai avtobus xidməti olmadığından yerli sakinlər üçün alış-verişə getmək olduqca çətindir. Bu  problem önləmək üçün bölgədə sosial yardım qrupları, dərnəklər  təsis edilir  və  əhalinin bu seqmentinə   bu xidmət təklif olunur. Tənha  qalmış yaşlı ailələr könüllülərin və sosial yardım dərnəklərinin   diqqət və qayğısı ilə əhatə olunur.

Burada həftədə bir dəfə ən yaxın məsafədəki  supermarketə servis xidməti təklif olunur. Bu , ahılların alış-veriş ehtiyaclarını asanlaşdırmaq üçün edilir.

Geriyə baxma ,  Qoca

Norveçdə - Osloda  yaşlıinsanlar üçün  müxtəlif təşəbbüslər  həyata keçirilir. Bunların ən populyarlarından biri də Beynəlxalqdır "Yaşlılar həftəsi”dir. Həftə daxilində  şəhərin mərkəzində müəyyən bir məsafə  üçün marşrut müəyyən edilir.  Yaşlılar  əlil arabası ilə  "Walkers Walkway"("Yürüş Yolu") adlanan  bu yoldan istifadə edərək  əyləncəli  rahatlıqlarını təmin etmiş olurlar. Yürüşdə  bütün yaşlılara və eyni  zamanda    fərqlənənlərə də bir ayrı  mükafatlar verilir. Bu sosial tədbir  əyləncəli olmaqla bərabər, bütün iştirakçıları    gümrahlaşdırır, yaşamağa həvəsləndirir. Osloda şəhər mərkəzi bütün yaşlılar üçün daha əlçatan etmək, təhlükəsiz və maraqlı etmək üçün"Walkers Walkway"  artıq  yaşlılar üçün kütləvi    bir yol halına gəlmişdir.


Geriyə baxma ,  Qoca

 

Geriyə baxma ,  Qoca

 

Yaşlanmanı yarada biləcəyi  psixoloji- sosial  baryerlərdən uzaqlaşdırmaq üçün  digər   məşğuliyyət  növləri də ölçülüb-biçilir: məsələn, fiziki təmrinlər,  musiqi elementləri ilə   keçmiş fəaliyyəti   xatırlamaq ,  ümumi  süfrələrdə   nahar etmək.  Belə fəaliyyətlər   göstərilən mərkəzlərdə  yaşlı əhali üçün   gənc köməkçilər cəlb olunurlar. Bununla həm də   nəsillərarası əlaqə qurulur.

 Portuqaliyada 65 yaşdan yuxarı insanlar üçün  turist marşrutları " təşkil edilir. Layihə çərçivəsində 4 tematik marşrutda istifadə olunur.

Proqrama şəhərdəki təbii gözəlliklərə, tarixi yerlərə ekskursiya edilmiş turlar daxildir. Bizdə məktəblilər üçün belə turlar  təşkil olunur, əlbəttə, gözəldir. Amma ahıl adamlar üçün də bu cür turlar çox əhəmiyyətli olar.  Həm  yaşlıların  həyatını mənalandırmaq, həm də  ölkə üzrə  ahılların  mənəvi birliyini kordinasiya etmək baxımından  onları  tez-tez belə social ünsiyyət məkanlarına  cəlb etmək  lazımdır.

 

Geriyə baxma ,  Qoca

 

Kanadanın  bir sıra  şəhərlərində müəyyən qədər iş görə bilən yaşlılar və  əlillər könüllülər dəstəsinə yazılır. Məsələn,  hər qış fəslində  belə  könüllülər  qonşuların evlərinin qarşısında qar təmizləməyə, yol açmağa kömək edirlər. Hətta, Prezident bu könüllülərin işinə diqqətsiz qalmır.

Onlara sertifikat verilir, təşəkkür edilir. Bu xidmət ödənişlidir.  

"Mənimlə yaxşı davran"   layihəsi İspaniyanın   İgualada şəhərində  yaşlı insanlarla əlaqəli bədən, fiziki, cinsi və iqtisadi istismarın qarşısını almaq məqsədilə  təkmilləşdirilmiş strategiyadan ibarətdir. Layihə  İgualada bələdiyyəsi tərəfindən keçirilir.

Bunun üçün insanların sıx olduğu   nöqtələrdə məlumatverici afişalar yerləşdirilir.  Afişalardakı  mətn olan şəkillər oxucuları düşünməyə dəvət edir. Belə mətnlərdə insanların bir-birlərinə olan  münasibətləri mənalandırılır. Yaşlı insanlara qarşı həssas olmaları aşılanır. Sirr deyil ki,  bizim həyatımızda da   ahıl  adamların  əməyinə ehtiyac var, amma bu istismar  təsiri bağışlamamalıdır. Babanın öz nəvəsi ilə bağda gəzintisi,  ağaclara  müəyyən xidmət bir   istirahət nümunəsidir, amma  2-3 azyaşlı körpəni  ağbirçək  nənənin öhdəsinə qoyub, işə, yaxud ziyafətə  getmək   istismar yüklüdür.

Hong Konqdakı  "Wan Chai” isə    yaşlı vətəndaşlar üçün bir məşğulluq mərkəzidir.

Mərkəz orta və yaşlı iş axtaranların inkişafı və işə cəlb edilməsi üçün imkanlar arayır.  Bu mərkəzlər  işə yerləşdirmə və ya ofis dəstəyi üzrə kurslar da təşki edir.  Dinləyicilərə, əsasən,  qida təhlükəsizliyi və gigiyena məlumatları, süfrə bacarıqları, dil bacarıqları  təklif olunur və sair, və ilaxır.

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz