» » Geriyə baxma, Qoca ( IV yazı)

Geriyə baxma, Qoca ( IV yazı)

Geriyə baxma, Qoca ( IV yazı)

 
 Qasım bəy Zakir:

Ah kim, aldı mənim əqlü-kamalım qocalıq,
Eylədi misli xəzan çöhreyi-alım qocalıq.

        ***
 
Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa zəngin otağım vardır,
Nə qədər aşü - plov yesə qonağım, vardır,
Yaxşı nəvvadələrim, oğul - uşağım vardır,
Yoxdur bir özgə qəmim, fikri-xəyalım, qocalıq.

Heyran xanım:

Ox tək yaydan çıxdı ömrümün varı,
Başıma yığıbdır qocalıq qarı.

Mirzə Ələkbər Sabir:

Əfsus qocaldım,
ağacım düşdü əlimdən,
səd heyf cavanlıq.
 
Uğurlu yaşlanma yalnız sağlamlıq baxımından deyil, həm də psixoloji və sosial baxımdan tam bir rifahın göstəricisidir.

Xronoloji olaraq yaşlılıq üç hissəyə bölünür:

- Gənc yaşlı (65-74);

- orta yaşlı (75-84);

- daha yaşlı (85 və yuxarı)

2016-cı ildə orta hesabla insan ömrü 72 yaş idi. Qlobal miqyasda 2019-cu ildə orta ömür müddəti 72,6 yaş səviyyəsində qalıb.

2050-ci ilədək kişilərin orta ömür müddəti 75, qadınların orta ömür müddətinin 81 yaşdan yuxarı olacağı gözlənilir.

Yaşlanma fərqli təzahürlərə malikdir. Bu səbəbdən də qocalmanın xronoloji, bioloji, psixoloji və sosial bir ölçüsü var. Yaşlanmanın təsnifatı müvafiq olaraq aşağıdakı kimi aparılır:

1) Xronoloji yaşlanma: Doğum yaşı və ya təqvim yaşı olaraq ifadə edilə bilər. Ümumiyyətlə, xronoloji olaraq 65 və yuxarı yaşda olan insanlar yaşlı sayılır. Lakin bu tərif insanların bu dövrdə ümumi sağlamlıq, fiziki, mənəvi, zehni qabiliyyətlər və fəzilətlər kimi funksiyalarını təsvir etmək üçün kifayət deyil.

2) Bioloji (fizioloji) yaşlanma: orqan səviyyəsində funksiyanın azalması, aşınmanın artması və toxumalarda zədələnmə. Saçların ağarması və dərinin qırışması bioloji yaşlanmanın əlamətləridir. Hüceyrə sayının azalması və hüceyrələrin funksiyalarındakı dəyişiklik orqanlardakı geriləmənin əsas səbəbləridir. Yaş iartdıqca, hərəkət və hissetmədə zəifləmə, hansısa bir funksiyanın itməsi müşahidə edilə bilər. Yaşlı insanların əzələlərdə zəiflik, aktivliyin azalmasına və məhv olmasına səbəb olaraq əzələlərinin incəldiyi müəyyən edilmişdir. Sümüklərdəki kalsium çatışmazlığı səbəbindən belə adamlarda qırılma, sınma ehtimalı daha artır. Bundan əlavə, bioloji yaşlanma nəticəsində yaşlıların çoxunda oynaq revmatizmi və kalsifikasiya baş verir. İnsanın bioloji yaşı bədən yaşı kimi də ifadə edilə bilər. Şəxsin sağlamlıq vəziyyətinə, sosial mühitinə, vaxtına və yaşayış yerinə görə yaşlı insanların bioloji itkiləri də bir-birindən fərqlənir.

3) Psixoloji yaşlanma: Zəka, yaddaş və duyğu kimi sahələrdə funksiyanın itkisi, keçmişə həsrət olmaq, gələcəyə olan inamsızlıq hissi, bəzən əvvəllər reallaşmamış ideallara kədər şəklində və uğursuzluqlar.

Keçmişə bağlılıq və yeniliklərə açıq olmamaq qocalıq əlamətləridir. Bu vəziyyətdə yaşlılarla gənc nəsillər arasındakı məsafə artır. Yaşlılıq psixologiyasına daxil olan yaşlı insanlar köhnə vərdişlərindən asanlıqla qurtula bilmirlər. Onlar yaşayış yerlərini dəyişdirməyə məcbur olduqda həddindən artıq reaksiya göstərirlər, evlərini və qonşularını dəyişəcəklərindən kədərlənirlər . Onlar, hətta paltarlarını və mebellərini belə , dəyişdirmək istəmirlər. Vərdişlərindən asanlıqla imtina edə bilmədikləri üçün yeniliklərə uyğunlaşmaqda çətinlik çəkirlər.

Digər tərəfdən insanlar böyüdükcə narahat olmağa və hər şeydən qorxmağa başlayırlar. Onların öz yaşlarından az yaşı olanlara inamları azalmağa başlayır. Məsələn, gəncləri sevməməyə başlayırlar. Gənclərin əxlaq və ədəb sahibi olmadığını, özlərini saymadıqlarını, bu ölkənin bu gənclərə necə əmanət ediləcəyini, ancaq nə qədər bacarıqlı, çalışqan və müvəffəq olduqlarını iddia edirlər.

Bununla birlikdə, tənqid etdikləri mühitdən özlərinə qarşı qayğı göstərilməsi, onlara heyran olmaq, tərifləmək və hörmət etmək kimi münasibətlər gözləyirlər. Psixoloji olaraq qocalıq ya eqo (mənəvi) bütövlüyünə qovuşduğu, ya da sosial-mənəvi-mənəvi çöküşün yaşandığı bir dövrdür.

4) Sosial yaşlanma: Bir insanın həyatında, işində və cəmiyyətdəki sosial işlərində güc və qabiliyyət itkisidir. Bir cəmiyyətdə və ya bir qrupda yaxşı bir sosial harmoniya əldə edə bilməməsidir. Yaşlılar artıq istedad və bacarıqlarını cəmiyyətdə düzgün istifadə edə bilməzlər.

Həyatını müəyyən mənada yaşaya bilməyən və həyatında ictimai vəzifələrdən uzaq qalan insan özünü çarəsiz hiss edə bilər. Bu acizlik hissləri və yaxınlaşan ölümə müqavimət göstərə bilməmək qocalıqda davamlı bir depressiyaya səbəb ola bilər.

Yaşlı insanlar və ya qocalar yaşlanma səbəbiylə yaşadıqları iqtisadi, sosial, psixoloji və (və ya) fiziki problemlərlə qarşılaşırlar. Bəzi yaşlı insanlar, xüsusən də təqaüdə çıxdıqda qocalığa uyğunlaşma (tənhalıq, işləyə bilməmək hissi, ləyaqət itkisi və s.) , eləcə də başqalarına ehtiyacı olmaq kimi problemlərlə qarşılaşa bilər, sığınacaq və qayğı ehtiyacları yaranar.

Araşdırmalar göstərir ki, 65 və yuxarı yaş qrupunda depressiya ehtimalı 30 - 68 % arasındadır. Depressiyanın bu qədər aktiv olması intihar hallarını artırır. İntihar hadisələrinin Qərb ölkələrində yaşlanmaya paralel olaraq artdığı bildirilir.

Bəzi yaşlı insanlarda zədələnmiş zehni qabiliyyətlər (Demans-Demans), yaddaş çatışmazlığı və ümumi pozğunluq (Alzheimer) kimi bir çox psixotik reaksiya növü özünü büruzə verir.
 

Geriyə baxma, Qoca ( IV yazı)

 

Ümumiyyətlə, yaşlıların yaşadığı problemlər arasında iqtisadi çətinliklər, fiziki, idraki sağlamlıq problemləri, yaşayış problemi və qocalığa uyğunlaşma problemlərini göstərmək olar. Bunlara həmin insanlara ailəsi, bir qədər geniş coğrafiyada ətraf ilə bağlı problemləri əlavə edə bilərik.

Yaşlılıq dövrü ərzində fərdin həyatında yaşanan bir başqa problem də fəal həyatdan ayrılıb təqaüdə çıxarıldığı andan başlayır. Belə insanlar aktiv həyatdan ayrılıb evə, 4 divar arasına necə qapılsınlar? Onların işdən ayrılıb bütün günü evdə olması ailədaxili problemlər yarada bilir, ahıl adamlar özləri belə mühitə çox gec uyğunlaşa bilirlər. Bəzən belə halda övladlar başqa yaşayış yeri seçirlər, bu da problemi dərinləşdirir .

Bütün bunlara seyrçi qalmaq olmaz: nə ailədə, nə də cəmiyyətin özündə. Bu vəziyyətlə bağlı dövlətin ahıl insaqnlarla bağlı siyasəti və müəyyən Proqramları olmalıdır. Ahıllıq dövründə fərdi həyatı nəzərdən keçirmək və onlara psixoloji xidmətlər təşkil etmək lazımdır. Yaşlandıqca hər bir fərd həyatında çoxlu dəyişikliklərə məruz qalır: bunlar bir tərəfdən fiziki durumla bağlıdırsa, bir tərəfdən də zehni qabiliyyətin yorğunluğu ilə əlaqəlidir.

Belə insanlar üçün psixoloji məsləhət tətbiqləri faydalı ola bilər. Yaşlıların iqtisadi çətinlikləri önlənməsi istiqamətində addımlar atılmalı, fiziki, mənəvi və

idrak sağlamlıqlarının profilaktikası aparılmalıdır. Bu sırada yaşlıların qohumlarının ölümü, uşaqları evi tərk edib onları tənha buraxması, eləcə də gündəlik həyat stresi kimi problemlərin aradan qaldırılması məqsədilə poliklinikaların heriatriya şöbələrinin nəzdində psixoloji məsləhətçilərin olması böyük rol oynaya bilər.

Bu dövrdə ahıl fərdi güclü, fəal etmək yönümündə

maarifləndirmə və yeni bir həyat planı da hazırlana bilər.

Yaşlılara xidmət göstərən müəssisələrdə rəhbərlik və psixoloji məsləhət mərkəzlərində bu məqsədlə hazırlanmış proqramlar yaşlılara maksimum xeyir verə bilər.

Belə Proqramlar nəzərdə tutmalıdır:

- 65 yaşdan yuxarı insanlara pensiya hüququ verilərək bu yaşdan yuxarı olanlara uyğun könüllü məşğulluq siyasətlərinin hazırlanması;

2- dövlət tərəfindən yaşlılar arasında rast gəlinən tənhalıq probleminin yaratdığı fəsadların aradan qaldırmaq üçün psixo-sosial fəaliyyətlərin təşkil edilməsi;

3- Qocalar evlərinin yaradılmasına əhəmiyyət vermək və bəzi yaşlı insanların qayğıya ehtiyacı olduğu üçün mütəxəssis baxıcılar yetişdirmək üçün sosial qayğı təhsili proqramların yaradılması;

4- yaşlıların yaşayış problemini həll etmək üçün sosial keyfiyyətli istirahət evləri və qocalar evlərinin yaradılması;

5- xəstəxanalarda, eləcədə digər səhiyyə ocaqlarında yaşlılar üçün intensiv terapiya və heriatriya şöbələri açmaq və xəstəliklərə qarşı erkən diaqnoz və müalicə xidmətlərinin göstərilməsi;

6- cəmiyyəti qocalıq və onlara qulluq mövzusunda haqqında maarifləndirilməsi;

7- evlərdə qulluq, evlərə yemək xidmətinin təşkili, yaşlılara baş çəkilməsi;

8- yaşlılarda ölüm qorxusuna qarşı mənəvi dəstək xidmətləri təqdim edən bir quruluşun yaradılması və s.

Yaşlıların həyat məmnuniyyəti səviyyələri ədəbiyyatda beş sahəyə əsasən təyin olunur:

• Fiziki sağlamlıq

• Ruhi sağlamlıq

• Sosial münasibətlər qurma fürsəti

• Ətraf mühitin vəziyyəti

• Sosial-demoqrafik (cinsiyyət, ailə vəziyyəti, yaşayış yeri, təhsil vəziyyəti, sosial-iqtisadi vəziyyət)

Mənim mətbuatdan, ölkə başçısının çıxışlarından bildiyimcə, Azərbaycanda bununla bağlı ayrıca dövlət siyasəti var, bir çox Proqramlar qəbul edilib.Ölkə başçısının özünün cəmiyyətin ahıl seqmentinə diqqəti, ehtiramı var.

Sadəcə, bu Proqram və tövsiyələr yerlərdə icra edilməli olduğu qədər icra olunmur. Yaşlı insanların əsas problemləri bu qayğının olmaması deyil, onun icra edilməməsidir və yaxud başdansovdu  yerinə yetirilməsidir.
 
Osman Sarıvəlli:
 
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir. 
 
 
Məmməd Araz: 

 
Arzu sonsuz, ömur yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı,
Agarma, sacım, agarma!
 
Azaflı Mikayıl:

 
Elə bildim dağ başını qar alıb,
Ayaz vurub çiçəkləri saralıb.
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın ,ay saçlarım, amandı!

Geriyə baxma, Qoca ( IV yazı)

 

Qeyd:Y azımızın bu bölümü müxtəlif internet resurslarından istifadə və tərcümə ilə təqdim edilir.
 
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz