» » Sosial şəbəkələrdə Azərbaycansayağı “piar”— Mətbuat katiblərinin problemləri həlletmə “ÜSULU”.

Sosial şəbəkələrdə Azərbaycansayağı “piar”— Mətbuat katiblərinin problemləri həlletmə “ÜSULU”.



Məqalə yüzə-yüz gerçəkliyi əks etdirir. Müəllifə eşq olsun.

Mətbuat katiblərinin bir çoxu əvvəlcə nüfuzlu televiziya və mətbuat orqanlarında çalışıblar. Mənim üçün mətbuat, televiziya daha böyük tribunadır. Əgər jurnalist bu tribunadan sırf məmurluq, idarəçilik sahəsinə dəyişilirsə, bu, onun imzasını tanıyanlar üçün tamam başqa təəssürat yaradır.

 Normal halda mən düşünərdim ki,   hansısa  mətbuat xidmətində işləyən  jurnalist can atar ki,  İTV-yə,  ATV-yə və yaxud  hansısa   nüfuzlu bir qəzetə işə düzəlsin. Amma  bunlar televiziyadan, ciddi bir mətbuatdan  mətbuat xidmətlərinə  can ataırlar.

Hərdən mətbuat katiblərinin müraciətlərə kobud cavabları haqqında yazırlar. Sanki onlar çalışdıqları təşkilatın mənafeyini bu şəkildə qorumaq üçün təyin olunurlar. Təbii ki, çalışdığı müəssisənin xəttinə qulluq edilməlidir. Amma bu şəkildə yox. Mətbuatda insanlar   hər zaman narazılıqları   barədə  yazırlar. Bakı Nəqliyyat Agentliyinin (BNA), "Azəriqaz” QSC-i, "Azərişıq” QSC-i, Dövlət Gömrük Komitəsi,  Kənd Təsərrüfatı Nazirliynin  məsul   olduqları  sahələrdən hər zaman  şikayətlər var. Mən  heç vaxt   Təhsil Nazirliyinə etdiyim  müraciətlərə    normal bir cavab ala bilmədim.

Amma mətbuatda bu   qurumların mətbuat xidmətləri ən yaxşı işləyən mətbuat xidmətləri  kimi  təqdim olunur.   Onda belə çıxır ki,   ən  narazılıq  olunan sahənin mətbuat  xidməti jurnalistləri   müraciətlərinə  istənilən vaxt cavab verirsə,   belə mətbuat xidmətləri nümunəvidir.

  Mənim bildiyimcə, mətbuatda gedən  narazılıqların əksəriyyətindən  həmin qurumun  rəhbərinin  xəbəri olmur. Mətbuat xidmətinin əsas vəzifəsi də   belə narazılıqları təsirsizləşdirməkdir.

2-3 ay bundaqn  öncə mətbuatda (Bax:https://xeber.media/news/16123769/anar-cebrayilli-ona-zeng-eden-jurnalisti-tehqir-etdi-ay-senin-kisiliyine-tupurum-sok-video)"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mətbuat katibinin jurnalisti ağır sözlərlə təhqir etdiyi barə məlumatlar getmişdi.

 Sitatlar: Virtualaz.org saytının əməkdaşı Fatimə Kərimli rəsmi qurumlardan nadir hallarda cavab alan jurnalistlərdəndir. Onun göndərdiyi sorğular bəzi nazirliklərin elektron adresində cavabsız qalır: "Rəsmi qurumlar nadir hallarda operativ cavab verirlər. 5 gün əvvəl Maliyyə Nazirliyinə sorğu göndərmişəm . Bu gün, sabah deyə-deyə hələ cavab yazmayıblar. Bakı şəhər İcra Hakimiyyətindən də cavab almaq müşkül məsələdir. Bir nəfər tapa bilmirəm ki, sualımı verim. Gün boyu etdiyim zənglər cavabsız qalır. Qurumun mətbuat katibi Nailə Məmmədovanın telefona cavab verməsi İsa Məsihin zühuruna oxşar hadisədir”.

 

"Azadinforum” saytının redaktoru Elçin Bayramlı qeyd edib ki, Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi, Təhsil Nazirliyi, "Azəriqaz” İB jurnalistlərin sorğularına vaxtında cavab vermir  (Bax: https://mail.afn.az/ustm/24198-hansi-metbuat-katibleri-ishleye-bilmir-sorgu.html  ).

 Sanki  hər hansı mətbu  vasitədə bir idarə, təşkilat haqqında   narazılıq ifadə edən yazı getmirsə, bu, mətbuat xidmətinin səmərəli fəaliyyət etməsi deməkdir. Olsun, amma  insanların  narazılıqları da  aradan qaldırılsın. Görünn isə budur ki,   vətəndaşlar tərəfindən edilən  narazılıqların  əksəriyyətindən həmin  mətbuat xidmətinin təmsil etdiyi qurum rəhbərlərinin heç xəbəri olmur.  

Halbuki, mətbuat katibi zəhmətkeşlərin müraciətlərini, şkayət və suallarını sistemləşdirib cəmiyyətlə rəhbərlik arasında əlaqələndirici rol oynamaqla həm problemin həllinə xidmət etmiş olar, həm də həmin müəssisənin nüfuzuna. 


"Ana və Uşaq.az"

Sosial şəbəkələrdə Azərbaycansayağı “piar”— Mətbuat katiblərinin problemləri həlletmə “ÜSULU”.

Bu gün operativlikdə sosial şəbəkələrlə az qala yarışa çıxan jurnalistikanın işi həm də dövlət qurumlarının mətbuat katiblərindən və onların sorğuları cavablandırmasından birbaşa asılıdır. Əks təqdirdə reallıq yalana, şayiələrə uduzur. Dərhal verilməyən reaksiya, cavablandırılmayan suala iki gün sonra "aydınlıq gətirilməsi” isə daldan atılan daşın topuğa dəyməyi kimi bir şeydir.
Bəlkə də daş ona görə topuğa dəyir ki, işi əsasən mətbuatdan gələn sualları cavablandırmaq olan mətbuat katibləri, daha çox piar menecer rolunu oynayır, təmsil etdiyi qurumun birbaşa vəzifəsi olan işləri sosial şəbəkələrdə eninə-uzununa ölçməklə vətəndaşa minnət yükləyir, qaldırılan məsələlərdə haqsız olduqlarında əks-hücum taktikasını seçir, problemləri öz üsulları ilə "həll edirlər”. Əslində son vaxtlar dövlət qurumlarına müşahidə edilən "ulduz axını” tendensiyası da "həlletmə missiyası”nın tərkib hissəsi hesab olunmalıdır. Tanınmış, peşəkar jurnalistlərin dövlət qurumlarında təmsil olunması olduqca sevindirici və təqdirəlayiq haldır. Əgər onların tanınmışlığından dövlət qurumlarının "sökükləri”nin "yamaqlanmasında” istifadə olunmasa.
"Bəzi mətbuat katibləri piar işinə cəhd edirlər...”
Modern.az-ın toxunduğu mövzuya adı metro ilə paralel çəkilən sabiq mətbuat katibi, hazırda "HunerGroup”un PR və marketinq departamentinin direktoru Nəsimi Paşayevlə aydınlıq gətirməyə çalışdıq.

N.Paşayev qeyd edir ki, əslində mətbuat katibi ilə PR menecerin iş prinsipləri, üslubları bir-birindən fərqlidir:

"Mətbuat katibi konkret olaraq sözçüdür, əsas işi qurumun və rəhbərliyin sözlərini, mesajlarını kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırmaq, mətbuatdan gələn sorğuları müvafiq strukturlara yönəltməklə, onları cavablandırmaqdır. PR menecer isə bir şirkətin, qurumun ictimaiyyət qarşısında nüfuzunun yüksəldilməsinə, onun barəsində müsbət imic formlaşdırılmasına xidmət edən strukturdur. Məqsədi informasiya yaymaq deyil, müxtəlif vasitələrlə həmin qurumun nüfuzunu yüksəltmək, imicini müsbətə doğru dəyişməkdir.
İllər əvvəl dövlət qurumlarında yalnız mətbuat katibləri vardı, piar işiyox idi. Hazırda bəzi qurumlarda strukturun adını İctimaiyyətlə əlaqələr qoyub, piarla məşğul olmağa cəhd edirlər. Əslində alqışlanasıdır, əgər reallaşdıra bilsələr. Çünki mətbuat katibliyindənsə, piar daha yaxşıdır. Pair menecer ictimaiyyətin rəyini öyrənir. O, rəy əsasında müxtəlif təkliflər hazırlayıb rəhbərliyə təqdim edir və bildirir ki, biz buna uyğun hərəkət etməliyik. Mətbuat katibliyində isə rəhbərlik nə deyirsə, ictimaiyyətə o da təqdim olunur. Yəni mətbuat katibi vasitəsilə verilən açıqlama rəhbərliklə razılaşdırılır. Piar işi həm də ona görə önəmlidir ki, əgər hər hansı narazılıq, təklif, şikayət, hətta tərif varsa, hamısı toplanaraq, analiz edilir və buna uyğun strategiya ortaya qoyulur”.

Mətbuat katibi hara baxır?...


Müsahibimiz deyir ki, hazırda dövlət qurumlarının əksəriyyətində piarla məşğul olduqlarını zənn edənlər daha çoxdur:

"Media aləmində tanınmış bir neçə nəfəri öz strukturlarına cəlb ediblər və onların işi yalnız sosial şəbəkələrdə postlar paylaşmaqdan ibarətdir. Günümüzdə cəmiyyətin böyük kəsimi sosial şəbəkələrdədir. Sosial şəbəkələr bir qurumun müsbət imicinin formalaşdırılması üçün ən uyğun məkandır. Amma söhbət ondan gedir ki, əgər siz müəyyən postlar paylaşır, insanlara müəyyən mesajlar verirsinizsə, bu, reallığı əks etdirməlidir. Əgər sizin paylaşdıqlarınız insanlarda qıcıq yaradır və yalan olduğuna qərar verilirsə, sizistədiyiniz qədər postlar paylaşa bilərsiniz, nəticəsi olmayacaq. Ona görə də bir neçə qurum var ki, onlar televiziya, qəzet və saytlarda işləyən tanınmış media işçilərini cəlb ediblər. Sosial şəbəkənin Azərbaycan variantında insanların bəlli bir statusu varsa, onun yazdığı xoşa gəldi-gəlmədi "like” edilir. Həmin əməkdaşlar topladıqları "like”sayına görə, çox gözəl piar işi "görürlər”. Sosial şəbəkədəki dost siyahısında olanlar da "like” xatirinə "like” edirlər, yazdıqlarını dəstəklədiklərindən deyil. Eyni zamanda, dövlət qurumları həmin əməkdaşlar vasitəsilə haqlarında neqativ xəbərlərin getməsinin qarşısını alırlar. Əslində bu çox yaxşı haldır. Bütün kütləvi informasiya vasitələrini nəzarətdə saxlayırsan, mediadan tanınmış simanı dəvət edib qoyursan mətbuat katibi, bununla da bütün problemlərin "həll olunur”. Bəzən sırf həmin simanın xatirinə hansısa neqativ xəbərin yazılmasının qarşısı alınır. Bu tərcihedilən haldır. Amma heç də hamının o adamdan xoşu gəlməyə bilər. Yaxud qurumla bağlı elə hadisə ola bilər ki, şəxsi münasibətlər belə, o xəbərin televiziyalarda, saytlarda getməsini əngəlləyə bilməz. Bu zaman dərhal qurum rəhbəri mətbuat katibini, yaxud piar menecerini günahlandırır: "Sən hara baxırsan?”. Halbuki belə olmamalıdır”.
"Əleyhinizə yazanları "blok”a atmaqdansa, səmimi olun”

N.Paşayev qurumun imicinin yüksəldilməsi üçün ən optimal yolun qaldırılan məsələyə operativ reaksiya verilməli olduğunu vurğulayır:

"Qurumda neqativ hadisə varsa, ona dərhal reaksiya verilməlidir. Sosial şəbəkədə qurumun əleyhinə yazanları dostluqdan çıxarmaqdansa, "blok”a atmaqdansa, hadisəyə dərhal reaksiya vermək və səmimi olmaq lazımdır. İş olan yerdə problemin olması mümkündür. Bunu inkar etmək əvəzinə dərhal müdaxilə etmək, onun həllinə çalışmaq, nəticəsi barədə ictimaiyyətə informasiya vermək ən düzgün yoldur. Amma bizdə necədir, neqativ hadisənin baş verməsi qəbul olunmur, dərhal əks hücuma keçməklə, "əsaslı” arqumentlər səsləndirilir, saytlarda gedən məlumatlar müxtəlif yollarla sildirilməyə çalışılır. Bu eyni zamanda, o cür saytların yaranmasına gətirib çıxarır ki, yalnız o tip xəbərlər yazılır, oturub mətbuat katibindən 3-5 manatlıq zəng gözləyirlər. İstər mətbuat katibi, istərsə piar menecer təmsil etdiyi qurumun nüfuzunu neqativ halları həll etməklə aradan qaldırmalıdır. Bir neçə dövlət qurumu var ki, onların mətbuat katibləri və ictimaiyyətlə əlaqələrə məsul şəxsləri məhz bu formada çalışırlar.

Bir nüansı qeyd etmək istəyirəm. Adətən mətbuat nümayəndələri mətbuat katiblərini qınayırlar ki, telefon zənglərimizə cavab vermir, suallarımızı cavablandırmır və s. Çox təəssüf ki, mətbuat katibləri nəninki öz dövlət qurumlarının rəhbərlərilə, hətta onlardan daha üst olan instansiyalarla razılaşdırmadan sualları cavablandırmırlar. Çox təəssüf ki, bu, günümüzün reallığıdır. Mətbuat katibi öz rəhbərinə müraciət edir. O da öz növbəsində onlardan daha yuxarı instansiyaya çıxır. Məlumat onlarla razılaşdırılmış formada ictimaiyyətə ötürülür. Bu da operativliyin qarşısını çox ciddi mənada alır”.

 Mənbə: Demokrat.az

Sosial şəbəkələrdə Azərbaycansayağı “piar”— Mətbuat katiblərinin problemləri həlletmə “ÜSULU”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz