» » Kimlərdir Tarix Əliyevi, Elgiz Əkbəri, Zaur Kamalı, Zaur Baxşəliyevi və daha kimləri ideoloji kürsünün başına keçirənlər?

Kimlərdir Tarix Əliyevi, Elgiz Əkbəri, Zaur Kamalı, Zaur Baxşəliyevi və daha kimləri ideoloji kürsünün başına keçirənlər?


Əvvəlcə, Tolikin narahatçılıq doğuran yazısını təqdim edirik. Yazı " Qafqazinfo"nun 21.04.2021 tarixli sayında tiraşlanıb:
 

Kimlərdir  Tarix Əliyevi, Elgiz Əkbəri,  Zaur Kamalı, Zaur Baxşəliyevi və daha kimləri ideoloji kürsünün  başına keçirənlər?

 

"Tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) bir günlük proqramı bağlanılan Zaur Baxşəliyev barədə sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.
"Qafqazinfo” xəbər verir ki, Tolik insanların Baxşəliyevin etdiyi yaxşılıqları unutduğunu, "Bizimləsən” verilişinin bağlandığı an ona qarşı linç kampaniyasına başladığını qeyd edib.
"Çox cahilsiz, çox ! Zaurun illərlədir ki, efirdə saçları ağardı, xalqın kasıb təbəqəsinin dərdinə şərik oldu. Efirdə minlərlə xəstələrin şəfasına vasitəçi oldu, qarşınızda diz çökdü, hər zaman Allahına, xalqına şükür etdi. Hər zaman əlindən gələni etməyə çalışdı. Amma indi 1 günlük verilişi bağlandı deyə instaqramda şərhlərdə sevinən cahillər ağzına gələni yazdı.
Siz axı kimsiz ? Həyatda özünə gün ağlamayan cahillər, nəinki cəmiyyətə, heç ailəsinə xeyri olmayan məxluqlar! Dənizdən 1 ton su götürülsə də, yenə dənizdi. Zaura nə oldu ki ? Nə tez sevindiz? Amma o xəstələr var ki, Zaur xilaskarı olub, onların duası bəsdir. İt isə həmişə hürüb, karvan da keçib. Zaur elə həmin Zaurdu!
Mənim də verilişim bağlananda itlər hürürdü, amma nə oldu? Verilişim olsa da, olmasa da Tolikəm”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bugünkü iclasında "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib"
(Bax: https://qafqazinfo.az/news/detail/bir-gunluk-verilisi-baglandi-deye-cahiller-agzina-geleni-yazdi-321149 ).

 Artıq illərdir bu  aprıcılar sözün, qələmin müdrik səlahiyyəti haqqında heç nə bilmədikləri, xəbərləri, yaxınlıqları belə  olmadıqları halda,  ekranda, efir məkanında  "məşhur aparıcılar" kimi təqdim olunublar və bu gün də belədir.  Elə bil ki,  Tarix Əliyevin, Elgiz Əkbərin,  Zaur Kamalın, Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının, Yusifin, Sərxanın, Namiqin  çiyinlərində dayanır  Azərbaycan televiziyası. Elə bil ki,  bizim  televiizyamız  keçən  30-40 il ərzində ancaq bunları yetişdirib.  Onlar özləri də belə düşünür yəqin. Buna eyforiyadan başqa, daha hansı adı  vermək olar?  Onları Azərbaycan  televiziyası  da yetişdirməyib.
 Bunlaar hamısı  sovet dövründə olan  mizan-tərəzinin,  nəzarətin aradan götürülməsindən  sonra  baş vermişdir. Hardasa oxumuşam ki, Rafiq Hüseynov 3-cümü, 4-cümü  cəhddən sonra diktorluğa qəbul edilibmiş.  Hətta  bir dəfə  MK-dan  zəng edib Rafiq Həşimovi  nitqində olan   hansısa  qüsurlara görə, televiziyadan uzaqlaşdırılmasını istəyiblər.  Amma həmin vaxt (1965–1971-ci illər) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədri olmuş sevimli şairimiz Nəbi Xəzrinin şəxsən məsələyə qarışmasından sonra Rafiq Həşimovu  televiziyada saxlamaq mümkün olmuşdu.
Çox heyf ki, üzü bəri gəldikcə, xüsusən, 90-cı illərdən sonra televiziyamızın, mətbuatımızın, bütövlükdə ideoloji  fəaliyyətimizin  həm  təşkilatçılıq, həm də yaradıcılıq nöqteyi-nəzərindən həyatında  geriləmələr başladı.
Çox məşhur, həm də  şöhrətli Azərbaycan Dövlət Universitetinin peşəkar jurnalist kadrlarını mətbuatdan, televiziyadan perik salıb, onların əvəzinə auditoriyaya  cəmiyyətin qarşısına , ümumiyyətlə, jurnalistikaya heç bir aidiyyəti olmayan şəxsləri çıxardılar. Bunlar da irişə-irişə verilişlərinə özlərinə uyğun şou sənətçilərini dəvət etdilər. O sənətin, incəsənətin başına daş düşsün ki, onu belə verilişlərə dəvət edilən şouçular təmsil edirlər. Dəvət edilən qonaq ekranda görünəndə insanları anidən əsəb çulğalayır. Yaratdıqları ilk ovqat, aura hələ azmış kimi, bu qonaqların hansısa nümayəndəsi içəri daxil olan kimi, aparıcını öpür. Yaxud da əksinə, qonaq aparıcını qucağına alıb studiyanın o biri başına aparır. Heç kim narahat olmur. Bu qədər informasiya qurumları var, səlahiyyətli şəxslər var, Mədəniyyət Komitəsi var, amma illərdir bizim televiziyamızın siması belə olaraq davam etməkdədir. Zaur Kamalın leksikası ekran-efir məkanı üçün yaramır, onun etiket mədəniyyəti elədir ki, maarifləndirmə missiyasını belələrinə həvalə etmək olmaz .
Bu gün Youtube kanalında Azərbaycan televiziyasının ilk diktor-jurnalisti, əməkdar artist Gülşən Əkbərovanın dövlət başçısına müraciətinə rast gəldim.
 

Kimlərdir  Tarix Əliyevi, Elgiz Əkbəri,  Zaur Kamalı, Zaur Baxşəliyevi və daha kimləri ideoloji kürsünün  başına keçirənlər?

 

Bu, necə ədalətsizlikdir, hansı ölçüdür televiziyaya bu qədər bağlı olan bir peşəkarın üstündən xətt çəkib atırlar kənara, Tolikə, Elgizə, Zaura, Yusifə, Xoşqədəmə auditoriya verirlər, qayğısını çəkirlər: indi hansı şou sənətçisi, prodüser, daha kim, kim ağlına düşsə, çox rahatca, televiziyaya yol tapa bilirlər.
Yeniliklə daha iki yeni aparıcı haqqında məlumatlarpaylaşılır. Mətbuata, televiziyaya məsul edilmiş şəxslər arasında sərraf yoxdursa, xalq çox gözəl sərrafdır. Birinci islahatları buradan başlamaq lazımdır. Bu qədər intihar edənlərin, xəyanət edənlərin, uşağını, ailəsini qoyub başqasına qoşulub qaçanların; namuslu, ailəcanlı qadınını evdə qoyub xaricə üz tutanların, gizli macəraq yaşayanların hamısının yanlış addımlarında bir yetkinsizlik var, ideyasızlıq var.Bunlar kitab oxumayıblar, intellektual verilişlərin izləyiciləri olmayıblar. Bunalar şou psixologiyası ilə qarşıda gələn günə atılıb baxan insanlardır, bizim həmvətənlərimizdir. Onları şou əhvali-ruhiyyəsinə deyil, 40-50 il bundan əvvəl malik olduğumuz dəyərlərə bağlamaq lazımdır.
Tolik və Tollik kimi aparıcılar ekranda-efirdə əndazəni aşırlar.
Eyiblərinə kor olmaqdansa, hələ özlərininki kimi mətbu vasitə tapıb, cəmiyyətə həqarət nümayiş etdirirlər.
Kimdir belələrini himayə edən?
Tolik əndazəni aşır, bə sizə nə olub, siz niyə onun hədyanlarını yazırsınız, tirajlayırsınız?
"Azərbaycan pioneri" qəzeti, Aərbaycan Televiziyası, " Araz " radiosu, Siz yoxsuz deyə, bunların nə çəki daşları var, nə başdaşları.
Tolikin 2 fikrini mətndən ayırıb təqdim edirəm:

1. " Siz axı kimsiz ? Həyatda özünə gün ağlamayan cahillər, nəinki cəmiyyətə, heç ailəsinə xeyri olmayan məxluqlar! Dənizdən 1 ton su götürülsə də, yenə dənizdi. Zaura nə oldu ki ? Nə tez sevindiz? Amma o xəstələr var ki, Zaur xilaskarı olub, onların duası bəsdir...”

2. "...İt isə həmişə hürüb, karvan da keçib. Zaur elə həmin Zaurdu!
....Mənim də verilişim bağlananda itlər hürürdü, amma nə oldu? Verilişim olsa da, olmasa da Tolikəm”...


30-40 il kitabxanada, muzeydə işləyən əməkdaşlar var, az əməkhaqqı ilə çox xeyirxah bir fəaliyyətlə məşğuldurlar. İndi Tolik kimilər ekranda səliqəli, dəbdəbəli studiyalarada ağızlarına gələni danışıb bu işçilərin heç vaxt yuxularına də gətirə bilməyəcəyi avtobillərdə gəzir.
Eləcə də Tolik kimilərin fəaliyyətini müəllim əməyinin fövqünə necə qaldırmaq olar?
 Kimlər   hansı humanist addım atırsa,  mütləq dilə gətirir, elə  Tolik özü də. Axı nə Tolik, nə də onun haqqında danışdığı xeyirxah insanlar  Mərhəmət fəlsəfəsini prinsipləri, əxlaqi ölçüləri haqqında  heç nə  bilmirlər. Əsl yaxşılıq odur ki,  "onun  minnəti  bir  qarışqanın da  belini əyməyə gücü çatmasın." Mərhəməti  onu  edənin özü, Allahı, bir də yaxşılıq etdiyin adam  bilirsə, bu, ən saf  mərhəmətdir. Bunlar  yoxsa,  etdiklərini  bütün ölkəyə car çəkirlər və yaxud çəkdirtdirirlər. 
Gərək "Qafqazinfo” bu yazını tirajlamayaydı, nəinki bu yazını, bu məzmunda olan digər belə yazıları da. Yazının sərlövhəsində bu qədər qüsurlar var, belə aparıcı necə televiziya əməkdaşı ola bilər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz