» » Geriyə baxma, Qoca

Geriyə baxma, Qoca

  

 

"Bir millətin yaşlı vətəndaşlarına və təqaüdçülərinə münasibəti millətin yaşamaq

gücünün ən vacib meyarıdır.  Gəncliyində  çox  qüdrətli ikən  bütün  fəaliyyətini

xalqın rifahına, torpağının çiçıklənməsinə  həsr etmiş  insanlara  minnətdarlıq

etməyən bir millətin gələcəyə inamla baxmağa haqqı yoxdur. "


                                             M. Kamal Atatürk

 

Geriyə baxma, Qoca

 

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "Dünya Əhali Proqnozları" hesabatına görə, 2050-ci ildə dünyanın yaşlı əhalisi ikiqat artacaq .

14 dekabr 1990-cı il tarixində BMT Baş Məclisi tərəfindən 1 Oktyabr Dünya Yaşlılar Günü olaraq təyin edildi. Bu il qeyd olunan 30-cu gün ilə BMT-nin "Sağlam Yaşlanma Onilliyi (2020-2030)” adlandırdığı dövr başlayır.

Birləşmiş Millətlər Təşkilatı bu on ildə mümkün hədəflərə çatmaq, bu yolda qarşıya çıxacaq çətinliklərin öhdəsindən gəlmək üçün” Yaşlanma və Sağlamlıq Qlobal Strateji və Fəaliyyət” Planı qəbul etmişdir.  Bu  plana əsasən,  beş strateji məqsədi müzakirə etmək üçün  dünyanın ən məşhur  mütəxəssisləri, vətəndaş cəmiyyətləri, hökumət və səhiyyə işçiləri bir araya gələcəkdir.


 Bu gün yaşlı insanların çoxu Asiya, Avropa və Şimali Amerikada yaşayırlar.

2019-cu ilədək dünyada 65 yaşdan yuxarı 703 milyon insan  qeydiyyata alınmışdır. Bunların  261 milyonu  Şərq və Cənub-Şərqi Asiyanın,  200 milyonu isə Avropa və Şimali Amerikanın, qalanları isə digər ölkələrin payına düşür. Azərbaycanda  isə   ahıl vətəndaşların sayı 400 minə yaxındır.

2019-2050-ci illər arasında bütün sünyadayaşlı əhalinin sayında əhəmiyyətli bir artım olacağı proqnozlaşdırılır. Yaşlı əhalidə ən böyük artımın Şərqi və Cənub-Şərqi Asiyada 312 milyon ilə, 2019-cu ildə 261 milyondan 2050-ci ildə 573 milyona çatması gözlənilir.

Araşdırmalar göstərir ki, Cənubi Koreya, Sinqapur, Çin, Tayvan, Maldiv adaları və Tayland 2050-ci ilə qədər 65 və daha yuxarı yaşlı insanların nisbəti ən yüksək olan ölkələr arasındadır.

2020-ci ildə tarixdə ilk dəfə 60 yaşdan yuxarı yaşlı insanların sayı 5 yaşınadək uşaqların sayını keçdi.

Sosial-iqtisadi səviyyələrindən asılı olmayaraq hər bir fərdin və qocanın qayğıya ehtiyacı  təmin edilməlidir. Onların  özlərini təhlükəsiz hiss etmələri ən vacib məsələdir: nəinki  fövqəladə hallarda,  eləcə də adi  həyat axarında. Amma fövqəladə hal (epidemiya, eləcə də pandemiya kimi hallar)   istənilən ölkə üçün həm də bir  sınaqdır: hansı ölkələrdə baş verirsə,  həmin  ölkələrin cəmiyyətləri üçün  öz  yaşlılarına layiq olduqları dəyəri göstərmək imkanını  şərtləndirir.  Cəmiyyətə  öz ahıllarına layiq olduqları dəyəri göstərmək fürsəti  verir. Bunu  gənc  və ortayaşlı nəslin müşahidə etməsinin onlara çox böyük  mənəvi  təsiri vardır .

  Bəs  ahıl adamlara dünyada münasibət necədir və ümumiyyətlə,  münasibət dedikdə nə nəzərdə tutulur?

Hər şeydən əvvəl deyək ki,   münasibət   dedikdə  bu, ancaq ahıl adamlara deyil, körpəsindən tutmuş ixtiyar qocasınadək hər  kəsə   göstərilən diqqət  və qayğı nəzərdə tutulur.

Yəni,  cəmiyyətdə rifah və sağlamlığa  təminat yaratmaq məqsədilə  həyata keçirilən  bütün fəaliyyətlər:  sağlamlıq, təhsil, mənzil, sosial müdafiə, məşğulluq və sosial xidmətlər dairəsi, mədəniyyət və incəsənət sahəsindəki siyasət və tətbiqetmələr, evdar qadınlara, təqaüdçülərə,   fəaliyyət  qabiliyyətində  məhdudluqlar olan   təbəqələrə yönəlmiş xidmətlər  müasir Sosial Dövlətlərin - Rifah Dövlətinin bayrağında yazılmış  şüarlardır.

 İnformasiya agentliklərinin  verdikləri  məlumatlara görə,  bu gün dünyanın hər 6 ahıl adamından biri pis rəftarın bu və ya digər forması ilə üzləşir.  

2017-ci ildə Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə müxtəlif regionlarda yerləşən 40 ölkədə aparılmış    tədqiqatlar  haqqında  "Lancet Global Health” jurnalında geniş   məlumat dərc edilmiş və tirajlanmışdı. Həmin  tədqiqata görə, yaşı 60 və daha çox olan insanların, demək olar, 16 faizi yolverilməz rəftar formalarına – psixoloji təsirə (11,6 faiz), maliyyə fırıldaqlarına (6,8 faiz), soyuq münasibətə (4,2 faiz), fiziki təsirlərə (2,6 faiz) və ya seksual təhqirlərə (0,9 faiz) məruz qalırlar.

Pis rəftarın sağlamlıq üçün nəticələri müxtəlif travmalar, ağrı, habelə depressiya, stress və səksəkəli vəziyyətdir. Ahıllarla pis rəftar qocalar evlərində, xəstəxanalarda yerləşdirilmə, təcili tibbi yardım xidmətindən istifadə və ölüm riskinin artması deməkdir.

Müasir  dünyada  yazılanlara və deyilənlərə  görə,  ahıl adamların  yaşaması üçün  ən əlverişli,  rahat ölkə  Norveçdir.   Əfqanıstan  96 ölkə olmaqla sonuncu,  Türkiyə isə 77-ci olmuşdur.

  Norveçdən sonra  İsveç, İsveçrə, Kanada və Almaniya rifah ölkələri  hesab edilir. Meksikadakı hər 10 nəfərdən 9-u 65 yaşdan yuxarıdır və təqaüdçüdür.

 Yazının bu hissəsini  hazırlayarkən  Qafqazinfoda ( Bax: https://qafqazinfo.az/news/detail/azerbaycanda-41-vetendas-65-yasa-catmadan-olur-320371)   Günel Türksoy adlı bir müəllifin "Azərbaycanda 41 % vətəndaş 65 yaşa çatmadan ölür”  sərlövhəli  bir yazısına rast gəldim. Sərlövhənin korrektəyə ehtiyacı var:  41 faiz vətəndaş yox,   vəfat etmişlərin 41 faizi olmalıdır.   Amma  məlumat kifayət qədər   ciddidir. Müəllif    iqtisadçı ekspert  Rövşən Ağayevə istinadən   bildirir:

 

"…İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda erkən (əmək qabiliyyətli yaşda) ölümlə bağlı statistikanın kritik olduğunu açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, iqtisadçının sözlərinə görə, erkən ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir:

"Ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir.

Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib..."

  Amma ölümlərin bu qədər cavanlaşması,  ahıl insanlar arasında ölüm  faizinin artması təkcə  heriontoloji  məsələ deyil,  həm strateji məsələdir.

2017-ci ilin martında  pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı müzakirələr aparılanda, Milli Məclisin ovaxtki Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən qanuna təklif edilən həmin  dəyişikliklə bağlı məsələyə  "Qafqazinfo” vasitəsilə aydınlıq gətirmişdi:

  Geriyə baxma, Qoca"…Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay (yarım il) müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq.

Ancaq hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq”.

H.Rəcəblinin sözlərinə görə, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur:

"İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”.

H.Rəcəbli qeyd edib ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən, 78,5 ildir:

"Biz qadınlara orta hesabla 78,5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar”.

Komitə sədri 12 illik staj müddətinin ləğv olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, staj müddətinin ləğvi obyektiv, lazımlı və xeyirlidir:

"Məsələn, adam var ki, 5 il yüksək maaşla yaxşı ödəmə edib. Ancaq pensiyaya çıxmaq istəyir və ona deyirlər ki, sənin 12 illik stajın yoxdur, sənə pensiyaya çıxmaq olmaz. Ancaq indi 12 illik stajın olmasa da sənin sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə, sən pensiyanı ala bilərsən. Burada əsas məsələ sosial ədalət prinsipinə əsaslanmaqdır”.

 Tamam ziddiyyətli,   biri  o birini təkzib edən ziddiyyətli fikirlərdir.

     Birini deyim, Komitə sədri deyir ki,  12 illik staj müddətinin ləğv olunması  obyektiv, lazımlı və xeyirlidir.

Kimə xeyirlidir, görün  Milli Məclisin  binası qoyulandan    bu xalqın sosial qayğısını  kimlərə tapşırıblar: hələ boş qalmış yerlərə  yenidən  seçilməsə yaxşıdır.

 "Qafqazinfo" bildirir ki, Azərbaycanda vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər insanlar  arasında baş verib. Amma sabiq  komitə sədri Rəcəbli bildiri ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən, 78,5 ildir. Bəs onda  65 yaşa gəlib çıxmayan  41  faiz   necə hesaba alınır? Və yaxud cənab Rəcəbli  bildirir ki, 12 illik staj müddətinin   ləğvi obyektiv, lazımlı və xeyirlidir. Bu, kimə xeyirlidir,  belə deputatların təmsil etdikləri  imkanlı adamlara.

 

Sovet dövründə tütünçülər  vardı, ailəliklə gecə-gündüz  bu zəhərli təsərrüfat sahəsində işləyib  1  -1,5 ton quru tütün təhvil verirdi. Hadi Rəcəblinin az qala  müdafiə etdiyi   adamlar kimi işbazlar pulları hesabına  2-3 ton  tütün alırdılar.  Əllərinə  şitil almayan   fironlar   gəlib  mükafat  hesabına  həqiqi zəhmət çəkən, talada canı çıxan əmək adamından 2-3 dəfə çox   pul, mükafat alırdı.

Belə  çoxbilmişlər daha  bir  çoxbilmişlik edirdilər. Onalar tütünü ailələrində, qohumlarında    gənc  qadınların adına  alırdılar.  Çünki  onlar  analıq məzumiyyətinə çıxanda, həm də  yalançı zəhmət haqqı ilə yanaşı, yaxşı da  analı məzuyniyyəti  pulu alırdılar. Bu da  son deyildi.

O vaxt bir  Camal bibi vardı, Allah rəhmət etsin. Deyirdi mən filənkəsin  beşiyini tərpətmişəm. İndi  pullu əri onu ya xəstəliklə, ya  yalançı şahidlərlə yaşını artırıb  pensiyaya çıxarır, ayda 180 manat  alır. Mən hələ də 

bir ay ayaqaltı süpürüb 60 manat alıram.

Biz bu qədər  ziddiyyətli  dövr  keçdik, ümid etdik ki,  inşallah, hər şey yaxşı olacaq. Amma olmadı   axı.

  5  il  sosial fonda yaxşı pul köçürən kim idi,  Hadi Rəcəblinin açıqlamasında dediyinə istinadən: neftçilər,  dənizdə işləyənlər?  Onda belə çıxır ki,  pensiya da ancaq onlar üçünmüş: müəllimlərin, kitabxana, muzey işçilərinin əməyi qaraqəpiklik imiş.

Əmək fəaliyyətləri arasında belə ədalətsizlik bütünlüklə əks  nəticələrə səbəb  olacaq.

 40 il işləyən adam  300-400 manat pensiya alır, deputatlar, rektorlar  4 min  manat. Bu, sosial bərabərsizlikdir.

  İnsan ömrünün ən  enerjili vaxtlarını neft sənayedində, tikintidə, zavodda, tarlada, vermada keçirib. İndi ömrünün ixtiyar çağılarında   nəvələri  ətrafında  dincəlmək istəyir.  Təqaüdü   heç yerli  sanatoriyalara  getməyə  kifayət  etmir. Amma  bu xüsusi zümrə  və onların ailələri  hər il xarici kurort və sanatoriyalarda dincəlirlər.  Amma yaşlı insanların öz həyət-bacalarında   nə8inki adi rahatlıqları   var, heç  adi məişət tələblərini ödəyəcək imkanlar belə  yoxdur. Sovet dövründə bunlar   olub, yaşayış binaları, məhəllələr layihələşdirilərkən əliuşaqlı və ya evdar qadınlarən, yaşlı adamların, uşaqların belə, istəkləri  belə nəzərə alınıb. 

 Bu gün isə  məhəllələrdə bir balaca boş yer diqqətə gələn kimi, oranı işbazlar ələ keçirir.   Müctəlif adlarla sənədləşdirirlər,  guya çoxdan sərəncamı var idi,  indi    tikir və s. 

Əgər aşkarlıq və demokratiyanın təntənəsini istəyirsinizsə,  elə edin ki,  hər hansı ərazinin torpaq xəritəsi haqqında  orada yaşayan insanların  hər birində     təsdiq olmuş  sənəd olsun.Hər kəs  bilsin ki, evinin qarşısındakı bu torpaq kimə məxsusdiur , hansı yerlər ümumi istifadı yerləridir, buranı  satrmaq olmaz.

Bu cür yerləri ələ keçirən işbazlar bir tərəfdən özünü ətrafdakı insanların  fövqünə qaldırır, digər tərəfdən də onların  rahatlıqlarını  əyri yolla ələ keçirmiş olur.

Yüksək  təqaüd alanlar  da bunlardır.

 Cəmiyyətin  arzu olunan  keyfiyyəti  həmin cəmiyyətdə yaşayan insanların fiziki  sağlamlıqları ilə yanaşı,  həm də mənəvi sağlamlıqları ilə bağlıdır.

 Bu isə  uşağın uşaq, gəncin gənc, ahılın da ahıl kimi  məmnun yaşamasından asılıdır. İnsan  həyatındanməmnun yaşayırsa,  bu,  digər bir çözümdə həm də Uğurlu yaşlanma deməkdir


Geriyə baxma, Qoca

 

 Davamı  var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz