» » Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )

Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )

  
Vətəni sevmək azdır, onu qoruman gərək.
Vətənim demək azdır, Vətənin olmaq gərək.

Onun adi torpağı, ruhdan, candan irəli
O, anandan qabaqdır, o, atandan irəli.

Sərhədləri qız təki, toxunulmaz, bakirə.
Hələ övlad deyil ki, hər doğulan sakini…

Övlad gərək vətənə, vətəndir yol – deyirlər,
Ona qurban gedənə əsl oğul deyirlər.

Sevməyirsə el səni, yox dərdinin çarəsi.
Onun dili, lisanı, ən basılmaz qalası.

Onun əvəzi olmur, o, hər kəsdən irəli.
Gözdən əzizi olmur, Vətən gözdən irəli.

Adi quşcuğazın da ola vətəni gərək.
Vətəni sevmək azdır, o, sevə səni gərək.

Nə vaxt viran olur o, zülmət gəzir üzündə:
Cığırını, yolunu yad çəkmələr əzəndə.

O nə zaman bölünər, nə vaxt çıxar əlindən –
Ləhcəsinə, dilinə yad ləhcələr girəndə.

O, keçməz əldən-ələ, o, əbədi diləkdir.
Qara tikanı belə yenə vətən deməkdir…

Fərqi yoxdur azca da, ya kiçik yalı getdi,
Ya bir quru ağacı, ya bir mahalı getdi.

O daimi namus, ar, o, əbədi qoruqdur.
Ürkək quş kimi uçar onu əldən buraxdın…

Bilir ərlər, ərənlər vətənə tay olmayır,
Ömürdən pay verərlər, vətəndən pay olmayır.
 
Cabir Novruz  

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

1941-1945…
Beynəlxalq faşizmin dünyaya meydan oxuduğu illər.
Tarixin ən dəhşətli müharibələrindən biri.
1941-1945...
Gedib qayıtmyan qəhrəman babalarımıza ünvansız ünvan olan savaş yolu. Onlar  bu yolla Berlinəcən gedib çıxdılar. Avtomobillə deyil, təyyarə ilə deyil, hər qarış uğrunda döyüşə-döyüşə, qan tökə-tökə. Sağ qalanlar dönüb yenə arxa cəbhədə dinc quruculuq illərinin qəhrəmanları oldu, şəhid olanlar isə hansı torpaqda, hansı şəhər uğrunda, hansı kənd, çay, körpü uğrunda həyatlarını qurban vermişdilər, elə orada da Qardaşlıq qəbristanlıqlarında dəfn olundular. Çox qəhrəmanlarımız da oldu ki, kimliyi müəyyən edilə bilmədiyindən Naməlum əsgər məzarlarında tarixin yaddaşına çevrildilər. Süd qoxulu körpələr, yeniyetmə və gənclər, bir sözlə, hamı, hər kəs o vaxtdan dünyanın hansı məkanında belə abidələr var, bu abidələrin önünə toplaşır, azadlıq xilaskarlarının xatirəsini təzə-tər çiçəklərlə yad edir, içlərində səssiz nəğmə oxuyurlar:
Biz Sizdən öyrəndik qəhrəmanlığı...
Qəhrəmanlıqlarından, Vətən və torpaq sevgilərindən əxz etdiyimiz örnəklərimiz çoxdur. Nizamilər, Füzulilər yetirən bu torpaq həm də İsrafil Məmmədov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Həzi Aslanov kimi neçə-neçə qəhrəmanlar yetirmişdir.
Bu qəhrəmanların varisləri 44 günlük Vətən müharibəsində 30 ildən artıq davam edən erməni işğalına son qoydular. Erməni mifini darmadağın etdilər. Bu gün torpaqlarımız , onun sərhədləri Milli Ordumuzun əsgərləri tərəfindən qorunur.
Azərbaycan əsgər və zabitlərinin cəsaarəti təkcə düşmən tərəfin etiraf etmədi: dünyanın inkişaf etmiş ölkələri açıq-aşkar deməsələr də, heyrətlərini gizlədə bilmədilər. Birini deməsək olmaz: Şuşa şəhəri küçə döyüşləri ilə azad olundu. Düşməndən qisas mərd-mərdanə, üz-üə qarşılaşaraq alındı.
Bəli, bu xalqın hər bir oğlu qəhrəmandır. Bu xalqın hər bir ailəsi qəhrəman yetirir. Belə ailələrdən biri də nəinki Şamaxıda, Şirvan zonasında , Azərbaycanda məşhur Şikarovlar nəslidir.
Şikarovlar nəslinin ləyaqətli davamçısı — 44 günlük müharibədə qəhrəmancasına həlak olmuş
kapitan Nəcəf Şikar oğlu Şikarov haqqında bəhs etməmişdən öncə, Şikarovlar nəslinin ailə şəcərəsi haqqında kiçik də olsa, məlumat verəcəyəm. Çünki şəhid kapitanımızın qəhrəmanlığının mayasında bir vətənpərvərlik amalı ilə yanaşı, həm də Şikarovlar nəslinin hər bir nümayəndəsinin bu məşhur nəslin şöhrət və ləyaqətinə güçlü bir cavabdehlik, bir qədəirşünaslıq duyğusu da vardır.
Şirvan zonasında çox hörmətli və şöhrətli nəsildir şəhid kapitanımızın da bir nümayəndəsi olduğu Şikarovlar nəsli. Deyilənlərə görə, bu nəslin ilkinliyi Qarabağ qoşunlarının sərkərdəsi Məmməd bəy Cavanşir Batmanqılıncın sülaləsi ilə bağlıdır. Bəlkə də sərkərdəlik məharəti ruhlarına, qanlarına da elə nəsil xətti ilə hopub.
Şıxlıq verilmiş ulu babaları Qara Şıx, Hacı Alı Əfəndi Sarı Torpaqda hər kəsin ümid, pənah yeri olublar. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarov da bu nəslin övladıdır.
Bu nəslin ulu babaları Şikarov Məzi Qanı oğlu 1917-ci il inqilabından öncə hökumət üçün narahat adam hesab olunaraq Sibirə sürgün edilmiş, yalnız inqilabdan sonra bəraət qazanaraq Vətənə dönə bilmişdir.
Onlar 3 qardaş, 2 bacı olublar. 2-ci Dünya Müharibəsi başlayanda 2 qardaş - Şikarov Heybət Məzi oğlu və Şikarov Şikar Məzi oğlu cəbhəyə yola düşmüşlər. Şikar Şikarov müharibədə həlak olmuşdur. Şəhid kapitanımız  Nəcəfin adını daşıdığı babası Nəcəf  Şikarov isə isə onda hələ 12 yaşında olmuşdu.

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )
Böyük qardaş Heybət Şikarov (1921-) elə bir şəxsiyyət olub ki, indi də adı çəkiləndə böyük bir nəsil dərin ehtiramla, qürurla ayağa qalxır, başını uca tutur: hamı özünü onun adına layiq olmağa məsul edir.
Heybət Məzi oğlu Şikarov II Dünya müharibəsi döyüşlərində rəşadətli yol keçib, döyüşlərin birində yaralanıb əsr düşüb: Almaniyanın Magdenburq, Düsseldorft, Rudolfştat şəhərlərində faşizmın dəhşətlərinə sinə gərib, amma vətənə qayıtmaq, yenidən döyüşlərə atılmaq əzmindən bir an da olsa, əl çəkməyib. 1945-ci ildə Moskvaya, 1946-cı ildə isə Azərbaycana qayıdan Heybət Şikarov müəllimlik fəaliyyətini davam etdirməyə başlamışdır.
Heybət Şikarov ömrünün təxminən 30 ildən artıq bir hissəsini Təklə kənd tam orta məktəbinin rəhbəri, 4 il də koxoz sədri kimi fəaliyyət göstərmişdir.
Heybət müəllim Müəllimlərin I Ümumittifaq Qurultayının nümayəndəsi olub, "Qabaqcıl Maarif xadimi” idi, həmçinin "Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdü. Onu tanıyan, xalq üçün, Vətən üçün, təhsilimiz üçün gördüyü işlərin vəznini, dərcəsini qiymətləndirə bilən müasirləri çox haqlı olaraq qeyd edirlər ki, böyük maarifpərvər Fürudin bəy Köçərli Azərbaycan təhsili üçün nə iş görürdüsə, Heybət Şikarov da Qobustan rayonunun Təklə məktəbi üçün həmin işləri görmüşdür. O illərdə ən örnək Azərbaycan məktəblərinin 3 nümunəsindən biri məhz Heybət müəllimin direktoru olduğu Təklə kənd məktəbi idi. Məktəb o vaxt SSRİ Xalq Nailiyyətləri Sərgisində yüksək medallara layiq görülmüşdü.
Sevindirici haldır ki, məktəbi bitirmiş 15 nəfərə yaxın elmlər doktoru, professor, elmlər namizədi müxtəlif elm sahələrində səylə çalışırlar.
Haşiyə: 18 gün sonra Heybət müəllimin 100 illik yubileyi olacaq. Biz də elmi-pedaqoji və ictimai-siyasi portal olaraq bu yubileyə diqqətimizi ifadə edərək, görkəmli maarif fədaisinin, işıqlı insanın, el ağsaqqalının xatirəsini ehtiramla yad edəcəyik.

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

Bir az öncə qeyd etdiyimiz kimi Məzi Şikarovun cəbhədə qəhrəmancasına həlak olmuş oğlu Şikarın adını qardaşı Nəcəfin oğluna  verirlər: Şəhid  kapitan məhz bu babasının adını  daşıyırd   Böyüklər elə o vaxt   niyyət də  etmişdilər ki, bu Şikar  gələcəkdə hərbçi olacaq, əmisinin döyüş şöhrətini davam etdirəcək. 
Vaxt gəlib keçir, balaca Şikar müstəqil həyata  atılanda əmisinin yolunu seçir:  1972-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur. 1974-cü ildə həmin məktəbi bitirərək Bakı Ali Ümumqoşun komandirlər məktəbinə daxil olur və həyatını əbədilik olaraq Vətəni müdafiə etmək peşəsinə həsr edir.
Vətəni səngərdə qorumağın taktiki və mənəvi sirlərini Bakı Ali Ümumqoşun komandirlər məktəbində öyrənən Şikar Nəcəf oğlu Şikarov 30 ilə yaxın Vətənin əsgər zabiti olur. Cənab Leytenant hərbi rütbəsindən polkovnik-leytenent rütbəsinədək yüksəlir. "N” saylı hərbi hissənin 5 nömrəli hərbi-taktiki birləşməsinin komandiri olur və daha bir çox məsul vəzifələrdə çalışır. Birinci Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə ağır yaralanır və 4 ay müalicə kursu keçərək ehtiyata buraxılır.
Hal-hazırda səhhəti ilə əlaqədar işləmir. Onun amalını, döyüı yolunu iki oğlu davam etdirir.
Böyük oğlu — kapitan Ehtiram Şikar oğlu Şikarov peşəkar hərbçiir, atasının bitirdiyi ali məktəbi bitirərək Milli Ordumuzun sıralarında Vətənə sədaqət borcunu yerinə yetirir. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biridir.
Kiçik oğli Nəcəf Şikar Şikarov da Bakı Ali Ümumqoşun komandirlər məktəbinin məzunu idi. Kapitan rütbəsində Milli Ordunun zabiti idi. 9 noyabr 2020-ci ildə Füzuli və Xocavənd uğrundə gedən döyüşlərdə qəhrəmancasına həlak oldu, Şəhidlik zirvəsinə ucaldı. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam ortam məкtəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı candan əziz sevdiyi torpağı uğrunda canını qurban verib.
II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.

15.12.2020-ci il tarixli Sərəncama əsasən, Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nəcəf Şikarov Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidliyinə görə, ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarındakı rəşadətinə görə isə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Qəhrəman zabitimiz Nəcəf Şikar oğlu Şikarovun təltifləri:

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

1. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - (26.06.2008)
2. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı — (26.06.2013)
3. Qüsursuz xidmətə görə III dərəcəli medalı (26.06.2016) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — (26.06.2018)
5. "Qarabağ" ordeni (ölümündən sonra) —(09.12.2020)
6. "Vətən uğrunda" medalı (ölümündən sonra) —(15.12.2020)
7. "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) — (25.12.2020)
8. "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) — (25.12.2020)

Nəcəf Şikarovun nəsli zabit nəsli kimi tanınır.
Atası Şikar Şikarov 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, 3 dəfə yararlanmasına baxmayaraq , müharibənin sonuna kimi ön cəbhədə döyüşmüşdür. Hal-hazırda ehtiyatda olan polkovnik-leytenantdır.
Qardaşı Ehtiram Şikarov kapitandır, ön cəbhədə xidmət edir. Ləyaqətli nümayəndəsi olduğu bu nəslin neçə-neçə adlı-sanlı zabiti var: polkovnik Altay Şikarov, polkovnik-leytenant İntiqam Şikarov, polkovnik-leytenant Heybət Şikarov, mayor Elvin Şikarov, kapitan Sənan Şikarovlar Milli Ordunun yüksəkçinli zabitləridir. Ehtiram və Nəcəf Şikarovların bacısı oğlu Fərid Əsgərov Sərhəd Qoşunları Xüsusi məktəbinin 11-ci sinif kursantıdır.
 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )


Nəcəfin 2 qız övladı var. SƏS TV bu ailədən süjet hazırlayanda 9 yaşlı qızı "Mən atamla qürur duyurdum” dedi və hıçqırıqlar boğduğundan arxasını gətirə bilmədi.
Mən deyim, bala:
-Atanızla bütün Azərbaycan fəxr edir. Vətən uğrunda, torpaq uğrunda həyatlarını qurban vermiş oğul və qızlarımız ölmürlər. Onların ünvanı əbədiyyətdir.
Görkəmli Türk şairi Məhmət Akif Ərsoy necə gözəl yazmışdır:

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə aguşunu açmış duruyor Peygəmbər.


Biz ümid edirik ki, Xətai  Rayonunun İcra Hakimiyyəti, Xətai rayonunun 24 nömrəli məktəbinin rəhbərliyi, Pedaqoji Şurası atanızın və indi sizin də oxuduğunuz məktəbə verilməsi üçün müvafiq  addımlar atacaq və atanızın adı bir daha əbədiləşdiriləcəkdir.
 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla ) 

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

 

Vətənim demək azdır , Vətənin  olmaq gərək (  Şəhid kapitan Nəcəf Şikarovun  xatirəsinə ehtiramla )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz