» » Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Azərbaycan Əsgəri, salam!

Ali Baş Komandanımız cənab İlhanm Əliyevdən başlamış hər bir sıravi əsgərlərimiz, bu dəqiqələrdə yaşadığımız qürur Sizin haqqınızdır. 30 illik həsrətdən sonra bütöv torpağımız özü qoynunu açdı doğma Novruza.
Bu səmənimizi göyərtmək üçün istər 1-ci Qarabağ müharibəsində, istər son savaşda minlərlə oğlun canını qurban verdi, qanını axıtdı sənə sədaqətli olduğunu sübut etmək üçün. Onların hər biri ürəyimizdə qarşılayırıq bu Baharı.Şəhid arzularını səməni kimi yaşıllaşdırıb çıxacağıq sinənə. Şəhid balalalrın hər zaman sənin bayramlarında başda olacaq, and yerimiz olacaqlar. Bu dəqiqə səngərdə keşikdə dayanmış əsgər və zabitlərimiz var.
Novruz bayramınız mübarək...
Sağ-salamt evinizə-ailənizə qayıdacaqsınız, inşallah
Analarınız, bacılarınız sevdiyiniz qızlara Novruz payı aparar, Səməni aparar, inşallah...
Bütün xalqımız ın dualarındasınız hər gün... Özünüzdən muğauat olun. El-obanızda hər biriniz bir həsrətli alagöz qız balamız gözləyir.
Əsgərlərimizə Novruz təbriki

Murad Qoçuoğlu - Azərbaycan əsgəri

Rəşadətin önündə,
düşmən də təslim olur.
Hünərindən danışır,
söz açır, hər kim olur,-
Azərbaycan əsgəri.

Ayağın dəyən torpaq,
əsirlikdən qurtarır.
Sən qalxan ucalığa,
dağlar həsəd aparır,–
Azərbaycan əsgəri.

Vətən üçün canından,
keçməyə də hazırsan.
Qəhrəmanlıq tarixin,
al qanınla yazırsan,-
Azərbaycan əsgəri.

Saxta tarix yazanın,
niyyəti pozulacaq.
Sənin rəşadətindən,
dastanlar yazılacaq,-
Azərbaycan əsgəri.

Tarix mat qalıb sənə,
zamana dur, deyirsən.
Sən verib öz hökmünü,
komandir, vur, deyirsən,-
Azərbaycan əsgəri.

Düşməni nişan alan,
gözünə qurban olum.
Yurduma naxış vuran,
izinə qurban olum,-
Azərbaycan əsgəri.

Millətin qürurunu,
sən özünə qaytardın.
Qalibiyyət bayrağın,
zirvələrə apardın,-
Azərbaycan əsgəri.

Özünü dərk edəndə,
millət qüdrətli olur.
Hər oğulu, hər qızı,
qorxmaz, cürətli olur,-
Azərbaycan əsgəri.

Düşmənin namərdliyi,
südündə, qanındadı.
Məğrurluğun, qürurun,
səninsə soyundadı,-
Azərbaycan əsgəri.

Qədim tariximizə,
varlığın zəmanətdir,
Ululardan bu günə,
yurdumuz əmanətdir,-
Azərbaycan əsgəri.

Özünə qayıdacaq,
hər yurdun dogma adı.
Yüksələn bayrağımız,
zirvədən də ucadı,-
Azərbaycan əsgəri.

Qələbə soraqları,
düşmənin belin qırıb.
Yumruq kimi birləşib,
arxanda millət durub,-
Azərbaycan əsgəri.
İşğaldakı torpağı,
qarış-qarış alırsan.
Döyüş meydanlarında,
şanlı zəfər çalırsan,-
Azərbaycan əsgəri.

Bu gün qalibsən artıq,
düşmənə vermə möhlət.
Xilaskar ordusuna,
sənə güvənir millət,-
Azərbaycan əsgəri.

Ali Baş Komandan da,
igid ər tək döyüşür.
Dünya hərb meydanında,
bir əsgər tək döyüşür,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri.

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz