» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( X yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( X yazı)

Müəllif: Anaveusaq.az от 9-03-2021, 00:10

 

Bizim xalqın mənəvi-əxlaqi  sərvətləri,  inkişafa, tərəqqiyə yönəli meyilləri hər zaman qibtə  ediləcək olub.  Məşhur rus  filosoflarından olan R.Y.Çaadayev  "Dünyaya hər cür işıq Şərqdən yayılmışdır” deyəndə,  yəqin  ki,  nəyəsə əsaslanmışdır.

 Bəli, əsrimiz texnologiyalar  əsridir. Azərbaycanın  XXI  əsrin inkişaf etmiş ölkələri səviyyəsinə çıxması  üçün  onun ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin  elm təcrübəsinə müraciət etməsi lazımdır. Bunun üçün  Azərbaycanın  həm maddi sərvətləri, həm də intellektual  insan ehtiyatları var.

 Dövlət başçımız cənab İlham Əliyev   öz çıxışlarında dəfələırlə bəyan edib ki,  biz neft kapitalını insan kapitalına çevirməliyik,  neft kapitalını intellektual gənclərin hazırlanmasına yönəltməliyik.   Amma nə qədər müasir dünyanın  mütərəqqi  inkişaf tempinə   inteqrasiya olunmaq  istəsək də,  öz  Milli  Təhsil Konsepsiyamızı zaman-zaman   yaranıb  formalaşmış   maarifçilik ənənələrimizin, əxlaqi-mənəvi dəyərlərimizn bazasında    formalaşdırmalıyıq.

 Dünyanın özünün yolları inteqrasiyadan   keçir.

Keçən əsrin 50-ci illərində dağıdılmış, viran qoyulmuş Yaponiyanın qarşısında      ərazilərini  bərpa etmək, iqtisadiyyatı dirçəltmək  kimi  ciddi  vəzifələr durudu. Yaponiya bu məqsədlə   yeni  texnika və texnologiyaların dilini mənimsəmək, bunları öz ölkələrinə gətirmək üçün  hər il xaricə  50 "təhsil qrupu”  göndərmişdir. Qısa müddət ərzində artıq Yaponiyada 18 000 yüksəkixtisaslı kadr  bazası yaradılmışdı və bu gün Yaponiyanın dünya düzənindəki  mövqeyi hər birimizə məlumdur.

Nəhayət,  xalq xakimiyyətini xalqın aşağı  silkinə mənsub adamlar hesabına  yeniləmək lazımdır.   Eləcə də  Millət  vəkilliyinə namizədlərin irəli sürülməsi, seçki kampaniyası, seçmək   və səslərin hesablanması, bütün    bunlar  aşkarlıq və ədalət şəraitində  keçirilməlidir. Yoxsa, rayonun    icra strukturları dairə seçki komissiyalarını, onlar da özlərinə uyğun seçki məntəqələri formalaşdıracaq və yüz  cürə təqib və təhdidlə  istədikləri namizədləri seçdirəcəklər. Sən bunu sübut edə  bilməyəcəksən, lap dərinə getsən,  kobud şəkildə özün  zərəsizləşdiriləcəksən.   Bəs  bu, demokratik oldumu?

 İnsan amili  seçki məntəqələri, seçki dairələrindən, səslərin hesablanması, nəticələrin emal edilməsi prosesindən  tamam  götürülməyincə, kimsə   seçkinin ədalətli, demokratik keçirildiyini ürəkdən qəbul etməyəcək.Dildə deyənləri  olsa da, bunu   başını salamat saxlamaq  üçün deyəcək.

Axı dünya   belə getmək istəmir, axı   ən  supergüc adlandırılan ölkə zor gücü ilə  mövcud ola bilməyəcək.


Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( X yazı)


 Hər  namizədliyi verilən   elə ilk  addımında  da   deputat seçilməməlidir. Razıyıq, amma seçilənərdən seçilməyənlər   cəmiyyətdə daha rəğbətlə qarşılanır. İnsanlar  deputatları  ancaq mətbuatda ,  internetdə doyunca   güldükləri açıqlamaları ilə tanıyırlar. Bunların işi budurmu? Biz hələ  insanların qaynar  yerində  vəkillik  etdiyini görmədik. Amma    maaşlarının artırılması  üçün çalışırlar, yaxşı kompüter istəyirlər,   benzin limitinin artırılmasını istəyirlər,  guya  başqa ölkələrin  millət vəkilləri ilə  keyfiyyətli əlaqə yaratmaq istəyirlər. Guya seçiıdikləri ərazidə  ən azından ayda 2-3 dəfə olacaqlar...

  Hər kəs  Lider ola  bilməz.  Dünyada belədir. Kimsə təsadüfən, zorla, lap yanlış seçimlə   hakimiyyətə yol tapa bilər.Lap  iranilərin aldadaraq  hakimiyyətdə gətirdikləri   Yusif Sərrac kimiləri də ola bilər.   Tarixdə  bunların  hər  biri olub, amma etibarlı olmayıb, davamlı olmayıb, xalqa    onların arzuladıqlarını bəxş edə bilməyib.  Lide olan kəs  son dərəcə   böyük keyfiyyətlərə malik olmalıdır. Üstəgəl  idarəçilik  məharəti olmalıdır, dünya siyasətini bilməlidir, qətiyyətli olmalıdır.   Əgər sən  bu xalqı sevirsənsə, bu torpağın taleyini düşünürsənsə, Lider olmaq fikrinə deyil, Liderin   dövlətçilik kursuna   sədaqətli olmaq, töhfə vermək  nümunəsi   qoymalısan ortaya.  Onda biz dövlətimizi alınmaz qalaya çevirə bilərik.   Mən , öz düşündüklərimi deyirəm. Xalqın  lideri tez-tez seçki prosesinə  cəlb edilməməlidir. Guya  elə hamı Prezident ola bilər,    biz də hər 3-4 ildən bir hakimiyyətdə olanı yenisi ilə əvəz etməliyik. Prezidentdən  aşağı bütün səviyyələrdə bunun tərəfdarıyam. Konkret müddət təyin edilsin, vaxt tamam oldu fəaliyyətinə uyğun  qərar qəbul edilsin.  Yaxşı işlədiyi halda irəli çəkilə bilər, həmin işini başqa  təşkilatda  davam edə bilər və s.

 Amma  Prezident uzunmüddətli  olsun, bu,   həm   asayişə, həm də firavanlığa daha böyük zəmanət deməkdir.  Xalqın  bir lideri ola  bilər, amma nazirlər, komitə sədrləri,  millət vəkilləri   nə qədərdir. Onları doğru seçmək,  xalqın   seçiminə etimad göstərmək lazımdır.

Cəmiyyətdə dövlətlə xalq  arasındakı  etimadı daha da dərinləşdirmək lazımdır. İndi mənim özümüm alıb oturmasınlar  ki,  mən şübhə toxumu səpirəm. Xalq -Dövlət birliyimiz    var. Əlbəttə var.  Dəfələrlə xalq bunu nümayiş etdirib.44 günlük müharibə bunu bir daha   təsdiqlədi, ölçü halına gətirdi ki,     uğurun, qələbənin yolu budur. Mən daha  da dərinləşdirmək, qorumaq lazımdır  deyirəm.

Bilikli, torpağını, xalqını  sevən,  təvazökar, mədəni  gənclərimiz  çoxdur.  Bu, hələ niyyətdir. Bir də var bu keyfiyyətləri gerçək həyatda  qazanıb, şöhrətli həyat yolu var,  xidmətləri var. Əqidəcə   bütövdür, prinsipialdır, dövlət və xalq   bağlarının sarsılmazlığına    xidmət edəcəyi şəksizdir,  buyursunlar, namizədliklərini  versinlər, seçicilər də öz səslərini  qorusun. Bu seçkidə alınmaz,  növbəti dəfələrin birirində ki alınacaq.    Amma  seçilmişlərin arasında da   sadə  insanların  tərəzisindən heç vaxt keçə bilməyəcək  namizədlərə rast  gəlmək mümkündür.

Təhsil sistemimizin  həyatı üçün  narahatedici  bir məqam da  bəzən məktəbin spesifik özəlliklərinin  nəzərə alınmamasıdır. Məsələn, əlinə  jurnalist vəsiqəsi keçən hər kəs elə bilir ki, istədiyi vaxt məktəbə, bağçaya   gedə bilər.  Sən məktəbə gedib   neyləyəcəksən, özün güc-bəla attestat almısan və yaxud    özəl ali  mətəblərdən birinin. SənTəhsil qanununu, müasir təlim metodlarını və üsullarını bilirsənmi, sənin pedaqogikadan, psixologiyadan xəbərin varmı? Sən 20-30 ilin müəlliminə, məktəb rəhbərinə hansı sualı verəcəksən və s.   Verə bilməyəcəksən və sən  ora  sağlam niyyətlə də getməmisən. Sonra  da başlayırsan  həmin məktəbə aid hansı problem bildiyin məsələni paylaşmağa. Elə getməmiş paylaşardın da.

 1964 -1980-ci illərdə  kütləvi tədbirlər istisna olunmaqla heç vaxt mətbuat və yaxud  televiziya əməkdaşının məktəbə gəlməsinə təsadüf olunmazdı, nə də eşidilməzdi. Məktəb, bağça sənin üçün ticarət obyekti, nəqliyyat müəssisəsi deyil. Qapalı müəssisədir. Tərbiyə müəssisədir. Heç kimə məktəbin, müəllimin nüfuzunu  aşağılamağa səbəb olacaq  hərəkət etməyə  icazə verilməməlidir.


Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( X yazı)


 

Sovet dövründə dərsdən əvvəl və  sonra da hər tənəffüslərdə  həyətə, binaya daxil olmaq üçün neçə qapı  vardı, hamısında boynu qalstuklu pionerlər dayanardı. Kənar şəxslər gələndə pioner salamı ilə qarşılayardılar. Məktəbə  də,əsasən, təhsil sahəsinə aid  şəxslər gələrdi: çox nadir hallarda  rayon partiya komitəsinin  sahə üzrə təlimatçıları,  bir  də arada  uşaq   milisi. Bəzən də  peyvəndləmə olanda tibb işçiləri gəlirdilər..

İndi bilet satan, kitab satan, dərnəklərə, qruplara   şagird axtaran incəsənət, idman   adamları, jurnalist, polis  hər kim   gələ bilir və gəlirlər  də.  Hansısa  bir insident  baş verərsə,  məktəb, Nazirlik səviyyəsində tədbir  görülsün. Baş  vermiş hadisə çox ciddi olarsa,   polisin,  məhkəmənin  müdaxiləsi  qaçılmazdısa, onda   həmin əməli törətmiş  müəllimin və ya   məktəbdə qeyri-pedaqoji sahədə çalışan texniki işçinin   polisə , məhkəməyə dəvət etsinlər, arxasınca məktəbə  polis maşını   göndərilməsin. Zəruri istintaq tədbirlərini aparanda da  əməliyyatçıların mülki geyimdə olması yaxşı olardı.  Məktəbin, müəllimin nüfuzunu  tək məktəb, müəllim deyil,  bütün cəmiyyət qorumalıdır.

 Məktəb isə milli və mənəvi dəyərlərimizi qorumalı və yeni dəyərlər yaratmalıdır.

 Elə  bu yazımıza da  tərbiyə məsələləri  ilə bağlı fikirlərimizlə yekun vururuq.

 


Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( X yazı)


Tərbiyə məsələsi olmadan təhsilin  fəaliyyəti heç bir halda səmərəli ola  bilməz. Təhsilin faydalılığını, urvatını çırtləndirir .    Bütün ixtisas sahələrində ən yüksək  mərtəbəyə yüksəlmiş alimi də, mühəndisi də, iqtisadçını da, hərbçini də  Vətən və  Xalq  naminə fədakarlıq göstərməyə , daha  şərəfli əməllərə    bağlayan, sövq  edən onun  əxlaqi tərbiyəsidir. Ona görə də  təlim  və tərbiyə anlayışları   hər zaman   qoşa işlədilir.

 Bu sahədə də  çoxlu görülməli işlər, üzərimizə düşən vəzifələr var.

Məktəblərdə sinifdən və məktəbdənkənar  fəaliyyət    hiss olunmur.  Şagird özünüidarə təşkilatları  yoxdur, şagirdlər buna cəlb edilmir.

Sinif rəhbərlərinin fəaliyyəti tək məktəblə məhdudlaşmamalıdır. Sovet dönəmində  komsomol  komitələri , Pioner  şuraları bu fəaliyyətləri qaydasınca   nizamlayırdı,   adicə MİS-lərdə   tərbiyəçi ştatı vardı,  Uşaq klubları vardı. Uşaqlar pioner düşərgələrinə göndərilirdi. Uşaq və yeniyetmələr daim diqqətdə idi. Onda  bu  işləri görməli olan şəxslər öz vəzifələrinə  can  yandırıdı.

Təhsil sevgi işidir. Təhsil peyğəmbərlik sənətidir.  Bu fəaliyyət o vaxt  səmərəli ola bilər ki, ona fitrətən müəllimlik üçün doğulmuş   şəxslər   xidmət etsin.

 

    Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz