» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( III yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( III yazı)

Müəllif: Anaveusaq.az от 7-02-2021, 00:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev hüquqşünas idi, indi Təhsil Nazirliyinin  Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri təyin edilib. Ondansa Təhsil  Nazirliyinin  hüquq  və ya  insan resursları şöbəsinin rəisi daha  uyğun deyildimi? Təhsil Nazir E. Əmrullayev Təhsil İnstitutunun direktoru işləsə də, təhsil mütəxəssisi deyil axı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb və ABŞ-ın Kolumbiya Universitetində "Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. Etiraz etmirəm, olsun ki, idarəçilik üzrə tamam-kamal püxtələşib, amma təhsil spesifik   fəaliyyət sahəsidir. Burada  ancaq pedaqoji təhsili olanlar fəaliyyət göstərməlidirlər.  

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  III yazı)

Fikir verirsinizsə, son illər  pedaqoji  rəhbər  vəzifələrə   qeyri-pedqoji ixtisaslıların   yerləşdirilməsi   halları artmağa meyillidir.  Xüsusilə Təhsil Nazirliyində və  nazirliyin tabeliyində olan digər qurumlarda

Müəllim  neftayırma zavodunun direktoru, neftçi mühəndis  isə ümumtəhsil məktəbinin direktoru necə işləyə bilər, bu təyinat  həmin müəssisələrin  inkişafına  hansı xeyri verə bilər?

Əgər pedaqoji ali təhsili  olmayan  şəxsin  ixtisası ali idarətmə sahəsi üzrədirsə,  bəli, o, müəllimlərin  fəaliyyətini sırf inzibati baxımdan  nizamlaya bilər, amma pedaqoji prinsiplərlə nizamlaya bilməz,  həm də  indiki  təhsil texnologiyaları üzrə heç bacarmaz.

 Misir  Mərdanovdan sonra Təhsil Nazirliyinə  ixtisası dövlət  idarəetməsi, iqtisadçı, hüquqşünas, beynəlxalq hüquq, politologiya olan mütəxəssislərin axını  başladı.Biz demirik ki, bu şəxslər  savadsızdır, əsla, fəəqt, sırf təhsillə bağlı  şöbə və idarələrdə pedaqoji təhsillilər çalışmalıdır.  Bunlar əvvəlcə kimisə Nazirliyə işə götürürlər, ilk olaraq  layihə rəhbəri edirlər, nazirliyin  profilinə yaxınlaşdırırlar, sonra vəzifə verirlər.  Heç izah tapmaq olmur ki,  keçmiş nazirin vaxtında ixtisasca baytar həkimi olan  şəxsə Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə hansı  məntiqlə  əmr vermək olar? (Bax: https://milletinsesi.info/article/az/216376 ) . 

  Müəllimlərə idarəedici lazım deyil, onların idarə olunmasına ehtiyac yox. Müəllimlərə, məktəbə bu sahəni dərindən bilən, özü də ən azından  5-10  il müəllim,  rəhbər pedaqoji şəxs olmuş direktorluq edə bilər, eləcə də təhsil şöbə müdiri, daha sonra da Təhsil Naziri ola . Ona görə də bugünkü  təhsilimizin, məktəblərimizin ruhunda, qanında, canında  keçən əsrin 90-cı illərinə qədər olan  təhsilimizin, məktəblərimizin  urvatı qalmayıb.

Bu gün   məktəblərdə  keçirilənn   diaqnostik qiymətləndirmələr, müəllimlərin  işə imtahanla qəbul edilməsi  özü  ali məktəblərimizə,  ümumtəhsil  məktəblərimizə   etimadsızlıq yaratmaqdadır  və  ciddi  narazılıqlarla  müşayiət olunur.

Sovet dövründə müəllimləri  məktəblərə təyinatla  göndərirdilər.  Gənc mütəxəssi kimi göndərildiyi təhsil şöbəsində   qarşılanmaq, işləyəcəyi məktəblə tanışlıq  onlarda öz  işinə heyranlıq,  eyni  zamanda bir məsuliyyət hissi  formalaşdırırdı. Həmin müəllimlə məktəb, ailə, ümumilikdə cəmiyyət  qarşısında  bir etimad mühiti yaradırdı. İşə başlayan kimi  isə müəyyən  "pasobiya” verirdilər,  təcrübəli müəllimlərin birini ona hami ayırırdıalr. İşıq puluna, oduna güzəşt var idi və s.

İndi universiteti   qırmızı diplomla bitirsən də, təyinat yoxdur.  Əgər bir məktəbdə  hansısa ixtisas  üzrə  vakansiya  yoxsa, o məktəbdə işə düzəlməyə cəhd edilməməli, vakansiya olan  digər uyğun məktəblərdə işləmək, arzulanan məktəbdə yer  olanacan gözləmək lazımdır. Amma iş burasındadır ki, bunu anlayışlı qəbul edib mövcud  prosedurlara əməl edənlər görürlər ki, onlardan sonra  bir neçə başqası  həmin  məktəbə  təyinat aldı.  Halbuki, 0,5;  0,75 stavka dərs yükü üçün əmr verilməməlidir.  Həmin saatlar digər  ixtisas müəllimlərinə veilməlidir.  Amma işbaz  təhsil məmurları bunu elə qanuni şəklə salırlar  ki: giya başqa müəllimlərin  bu saatları aparmağa imkanları yoxdur, səhhətləri imkan vermir; əmr vermək istədikləri müəllim də yazılı şəkildə  bildirib ki,  tam stavkadan aşağı  saatla işə götürülməsinə  etiraz etmir, gələcəkdə saatlar yaranacağı təqdirdə onu da tam stavka ilə təmin edəcəklər. Təhsil şöbəsi də  maraqları müqabilində   ərizələri  təsdiqləyib/qanuniləşdirib  əmri verir. İndi bunlar  üçü  də bir-birinin qarşısında gözükölgəlidir. Bunu müəyyən etmək çətin deyil ki. İstənilən rayonda    məktəblərdə belə  nümunələr var.

Belə olanda  müəllim direktorun qarşısında, direktor özündən böyük təhsil çinovniklərinin qarşısında prinsipial mövqe nümayiş etdirə bilməyəcək: biri digərinin   qarşısında  "stupkaya getməli” olacaqdır. 

Bütün bunların  hər birinin  çox ciddi səbəbləri var. Hamı işləməlidir. Bəs necə, harda? Bax, sovet dövründən sonra bunun  nümunəvi qaydaları alt - üst edildi,  verildi direktor  və  təhsil şöbələrinin ixtiyarına.

Yuxarıda  qeyd  etdiyimiz kimi, təyinat bölgüsü yox, tələb  və təklifi  ölçü  kimi   qəbul edən, əməl edən qurum yox, bir tərəfdən də özəl "Uni”lərin kadrları  diplomlarını alan kimi doluşdular  təhsil sisteminə.  Müəllimlər İnstitunun   az qala hər rayonda   filialı vardı. Mətbuatda burada cərəyan etmiş neqativ  hallarla  bağlı  nə qədər yazılar getdi. Amma  rekorunu bir  az da irəli çəkərək  Milli  Məclisdə Komitə sədri seçdilər.

 Nə bu qədər özəl ali məktəb lazım deyildi,  nə bu qədər   pedaqoji ixtisaslar.  Bu özəl ali məktəblərin tədris-texniki bazaları, müəllim kadrları vardımı ki,   ölkənin zəngin ənənələrə malik 7 dövlət ali təhsil ocağında    müəllim hazırlandığı halda,  həmin  özəl ali məktəblərə də  pedaqoji mütəxəssis  hazırlamaq icazəsi verdilər. Siz  keçmiş Beynəlxalq Universitetin həkim   məzununa etibar edərsiniz, mən yox? Yəni, davam  edən belə nizamsızlıqların  bütünlüklə qarşısını almaq  üçün  onları doğuran bütün səbəblər aradan qaldırılmalıdır. 

 Bu sıxlıq niyə yarandı, bu saxta diplomlar hardandır, niyə bunu ilk addımda aşkar etməyə mexanizm yoxdur,  bu qədər filial yaratmaq  vacib idimi və sair, və ilaxır.   

Mətbuatda gedən yazılardan,  təhsil rəsmilərinin açıqlamalarından    belə anlaşılır ki,   diaqnostik qiymətləndirmə də,   müəllimlərin işə imtahanla qəbul edilməsi də    tədrisin keyfiyyətinin yüksəldilməsi və   peşəkarlığın  artırılması məqsədilə həyata keçirilən layihələrdir. Diaqnostik qiymətləndirilmə  2014-cü ildən  davam etdirilməkdədir. Diaqnostik qiymətləndirmənin keçirilməsi  bu layihəni  həyata   keçirənlərin  fikrincə,   guya   müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasını təmin edəcəkdir. Və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda da birbaşa qeyd olunur ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır.

"Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları   "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət  Strategiyası”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamına və  digər bir sıra  müvafiq nizamlamalara uyğun hazırıanmışdır.  Yenə bu   Strategiyaya görə:

 

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  III yazı)

 

Diaqnostik qiymətləndirilmənin məqsədi

 

2.1. müəllimlərin  bilik  və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması.

2.2. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü  normasının  optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.

2.3. nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.


  7 il davam  edən bu layihələr nə göstərdi, şəffaflığa və demokratilkliyə  necə əməl olundu, bunu özləri bilər, amma canlı həyatda görüşüb söhbətləşdiyimiz müəllimlərin  söhbətlərindən və   mətbuat səhifələrində   dərc olunmuş   yazılar göstərir  ki,  çoxlu sayda   pozuntulara yol verilmişdir.

 Çünki   haqqında söhbət gedən Qaydaların tələbi  sovet  dövründəki   Attestasiyaların  bir qədər  mürəkkəbləşdirilmiş, vahiməyə salınaraq  təhdid  formasından  başqa şey deyildir.

 Bütün bunları  attestasiya ilə  nizamlana bilməzdimi? 

 

Attestasiya– [lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq] 1)bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi; 4)vəzifə attestasiyası; 5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; 7)işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 8)sorğu, xasiyyətnamə.

 Diaqnostik qiymətləndirilmənin    məqsədi bundan daha  genişdirmi,  cəmiyyətin  çox böyük fəaliyyətlə ən az əməkhaqqı alan hissəsi olan müəllimlərin mənafeyini daha  himayə edirmi? Fikir verin,  Əmək  Qanunlarında   Attestasiyaların keçirilməsinin hüquqi  tutumu   müəllimlərin də, digər kateqoriyadan olan   işçilərin də   mənafeləri necə   ədalətli  və  hüquqidir:

                         Doqquzuncu fəsil

İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları

 

Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

 

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

 

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

 

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

 

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

 

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

 

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  III yazı) 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.