» » Maksim Şevçenko Azərbaycana gəlir

Maksim Şevçenko Azərbaycana gəlir

Müəllif: Anaveusaq.az от 9-12-2020, 22:00
Maksim Şevçenko Azərbaycana gəlir

Kütləvi informasiya vasitələri belə xəbər paylaşdılar ki, məşhur Rusiya jurnalisti, televiziya aparıcısı Maksim Şevçenko Bakıya gəlir. Xoş gəlir. Azərbaycan torpağına xoş niyyətlə, saf niyyətlə gələn hər kəsin intizarındayıq.
Allah bizi yaradanda bizə digərlərindən çox fərqli bir
səxavət qismət edib: qapımız, evimiz qonaqsız olmasın.
Azərbaycanda kimin iki evi varsa, birinin adı "Qonaq otağı”dır. Ora həmişə tərtəmiz olmalıdır. O otaqda istifadə olunacaq hər nə var, həmişə təzə olmalıdır, təmiz olmalıdır. Hər evdə qonaq üçün mütləq ehtiyat olmalıdır.
Bunu hansısa bir protokol, etiket qaydası olaraq qəbul etməmişik biz.Bu, bizim qanımızda, canımızdadır.
Gözümüzü belə açmışıq, qonağa ehtiramı belə görmüşük. Hansı evə qonaq daha çox gəlib, o ev daha hörmətli, daha nüfuzlu sayılıb, o evin sahibi isə daha həsəd aparılan ki qonaqları çox olur.
Qonaq başqa millətin nümayəndəsi olardısa, ehtiram dərəcəsi bir qədər də çox olar ki, yazıqdılar, burda heç kimləri yoxdur. Qonaq evin adı sayılıb. Qonaq toxunulmaz sayılıb və sair, və ilaxır...
İndi Şevçenko bizim torpağa qonaq gəlir: hamımızın qonağıdır. Hər bir azərbaycanlı onu hörmətli qonağı kimi qarşılamağa hazırdır.
Biz Şevçenkonu dürüst, prinsipial, əqidəli bir jurnalist kimi tanıyırıq. Azərbaycanın dostu kimi deyil, doğruluğun, dürüstlüyün , həqiqətin dostu kimi tanıyıb qəbul edirik. Belə adamlar isə bizim də dostumuzdur.
Dürüstlük bahalı bir sərvətdir. Bu sərvət ucuz insanlarda ola bilməz.
Biz çox hörmətli Orxan Camalı, O.Kuznetsovu, Y.Krotçenkonu, R.İvanovu, A.Perençievi daha neçə əqidəli insanları da belə sərvətə malik insan, şəxsiyyət, alim, ziyalı kimi tanıyıb hörmət edirik.
Məhz belə şəxsiyyətlərin hesabına dünyamızı, insanlığı qoruya biləcəyik...

Maksim Şevçenko Azərbaycana gəlir

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.