» » Təbrik: Əsrə bərabər illər - İlham Əliyevin yenidən Prezident seçilməsindən 3 il ötür

Təbrik: Əsrə bərabər illər - İlham Əliyevin yenidən Prezident seçilməsindən 3 il ötür

Müəllif: Dəyanət от 12-04-2018, 00:25

 


Təbrik: Əsrə bərabər illər - İlham Əliyevin yenidən Prezident seçilməsindən 3 il ötür

 

Bu gün cənab İlham Əliyevin   təkrar olaraq Prezident   seçilməsindən 3 il ötdü. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, böyük  Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazilərini  işğaldan azad edərək, tarixi ədaləti bərpa etdi. Azzərbaycanın Milli Ordusu  bizim qürur mənbəyimizdir. Bu gün dünya ölkələri Azərbaycanın  müdafiə və hərb doktrinasını  incələyirlər.  44 günlük müharibə Azərbaycan dövləti və Azərbaycan xalqı birlik göstərdi, həmrəylik nümayiş etdirdi.

 Bunlar hamısı  cənab İlham Əliyevin   qətiyyətli, həm də ağıllı siyasəti  nəticəsində oldu.Məhaz İlham Əliyevin  sayəsində  Azərbaycan xalqının taleyində erməni sindromunun üstünə yekə bir qaya parçası qoyuldu, dağ boyda.

Cənab İ.Əliyev əminliklə   bildirmişdir ki,  Azərbaycan  heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq.

 

 Cənab  Prezident   Azərbaycan  torpaqlarının, Azərbaycan xalqınının əbədi sədəti, rifahı naminə     tükənməz enerji ilə fəaliyyətini davam etdirir. Ona möhhkəm cansağlığı, uzun ömür arzulayırıq. 


Təbrik: Əsrə bərabər illər - İlham Əliyevin yenidən Prezident seçilməsindən 3 il ötür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.