» » Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyevaya məktub

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyevaya məktub

 
 
 

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti   
Mehriban Xanım Əliyevaya
Xətai rayonu, General Şıxlinski küçəsi 49,
mənzil 62-də yaşayan
Əhmədov Akif Səmid oğlu tərəfindən


Ərizə

Mən Cənab Prezidentin əlləri və ürəyi ilə idarə olunan ölkəmizin taleyinə nikbinliklə baxıram və mövqeyimə də həmişə sədaqətli qalacağam: ən birincisi, ölkəmizdə hər birimiz üçün çox vacib olan ictimai asayişə və beynəlxalq aləmdəki nüfuzumuza görə.
Siz ölkəmizdə nə qədər körpə və uşaq olduğunu bilirsiniz. Bir ata-ananın, baba-nənənin öz balalarının, nəvələrinin sağ-salamat böyüdüyünü görməsi, onların oyunlarını, təbəssümlərini izləməsi necə fərəhlidir, bunu da bilirsiniz. Bunların etibarlı zəmanəti Cənab Prezidentimizdir, onun çiyinlərinə dəstək verən sədaqətli silahdaşı və ömür-gün yoldaşı, Mehriban xanım, Sizsiniz.
Sizin Birinci Vitse-prezident vəzifəsinə təyin olunan ərəfədə Rusiyanın "Rossiya 1” telekanalının "Vesti nedeli” verilişinə verdiyiniz müsahibəni bu əminliyin daha bir təntənəsi kimi qəbul etdik:
"... Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək”.
Biz bu vədə inanır və minnətdarlıqla qəbul edirik. Çünki Sizin istər ölkə daxilində, istər beynəlxalq aləmdə qibtəediləcək qədər şöhrətli nüfuzunuz var. Dünyanın bu gün Azərbaycana olan münasibəti Cənab Prezidentlə yanaşı, həm də Sizə görədir.
Bu gün Azərbaycanda mövcud olan sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm, eləcə də digər əməkdaşlıq əlaqələri o dərəcədə yüksəkdir ki, artıq dünya bu mədəni, siyasi, iqtisadi inteqrasiyanı beynəlxalq münasibətlər mədəniyyətinin Azərbaycan modeli kimi qəbul edir. Bütün bunlar Azərbaycanda davamlı və etibarlı sülh üçündür, firavanlıq üçündür.
41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gəlmiş Pan Gi Munun AZƏRTAC-a müsahibəsində söylədiyi fikir bunun çox mötəbər ifadəsi və təsdiqidir:
"... mən BMT-nin Baş Katibi vəzifəsində çalışmağa başlayandan Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkdən heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm.”
Hörmətli Mehriban xanım, bu gün Azərbaycanda mövcud olan sosial-iqtisadi inkişafın , geniş abadlıq və quruculuq prosesinin təntənəsini ölkəmizə qədəm basan hər bir kəs ilk olaraq Bakının timsalında görür, regionlarımıza səfər etdikcə bu yüksəlişin məqsədyönlü və davamlı olduğunu bir daha yəqin edir.
Azərbaycanda bu məqsədlə 10-dan artıq Dövlət Proqramının qəbul edildiyini, ayrıca olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edildiyini hər birimiz bilirik.
Müasir həyatımız o qədər informasiyalaşıb ki, örtülü olan, gizli qalan heç nə yoxdur. Hər şeyi anındaca seyr etmək, izləmək və ya oxumaq olur. Kütləvi informasiya vasitələrinə nə vaxt üz tutsaq , görərik ki, Cənab Prezident hardasa istifadəyə veriləcək bir müəssisənin, binanın qırmızı lentini kəsir, hansısa inşa ediləcək bir binanın ilk təməlini atır və yaxud eşidəcəyik ki, hansısa şəhər və ya qəsəbədə abadlıq-quruculuq işlərinin bərpası, hansısa yolun inşası və təmiri üçün pul ayrılması haqqında sərəncam imzaladı; Birinci Vitse-prezident Mehriban Əliyeva hansısa məktəbin, uşaq bağçasının istifadəyə verilməsində iştirak etdi, hanslsa sərgidədir, valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsindədir, şəhid anaları ilə görüşür; Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım uşaqlar üçün təşkil edilmiş əyləncə proqramında balacalarla baş-başadır, Şahdağ Milli Parkındadır, Ümumdünya Parklar Konqresinin açılışında iştirak edir, Ətraf mühitin mühafizəsi naminə "Live Life" adlı sərginin aşılışındadır, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiaunu qəbul edir və sair, və ilaxir...
Bütün bunlar "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Ümummmilli liderimizin ləyaqətli varisləri tərərfindən şərəflə davam etdirilən bir ömrün davamıdır .
Biz müdriklərdən, Böyük Ədəbiyyatdan, Böyük Sənətdən öyrəndik ki, "Xalqdan böyük dayaq yoxdur”, "Xalqa söykənən dağa söykənir”.
Cənab Prezident də , Siz də hər zaman xalqla birlikdə olduğunuz üçün əsl Lidersiniz. Yaşımızın şəhadət verdiyi bu 63 ildə xalqla bu qədər canlı ünsiyyətdə olan, sadə insanların süfrəsi arxasında əyləşən, mənzil-məişət şəraiti ilə maraqlanan Lider görmədik, özü də ancaq , sadəcə, mərkəzdə deyil, ölkəmizin hər guşəsində.
Hörmətli Mehriban xanım, fəqət, bu inama tapınıb bir sıra problemimizi də diqqətinizə çatdırmaq istəyirəm. Bu problemlər mərkəzdən uzaq - dövlət rəsmilərinin o qədər də yolu düşməyən məhəllələrlə bağlıdır. 10 il əvvəl bu əraziyə köçəndə yaşadığımız məhəllənin problem və sosial qayğıları indikindən az idi, amma ildən – ilə həmin problem və qayğılar artıb və indi də artmaqdadır. Səbəb Xətai Rayon Mənzil Kommunal TəsərrüfatI Birliyi və 96 nömrəli Mənzil İstismar Sahəsinin yanlış idarəçiliyidir. Onlar insanların sosial problemlərini Cənab Pezidentimizin yaratdığı qüdrətli ölkənin yüksələn iqtisadi inkişafına uyğun deyi, özlərinin "yola vermək” prinsipi ilə həll edirlər.
Biz sakinlər adından, eləcə də fərdi şəkildə 96 nömrəli MİS-nin rəhbərliyinə, Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, həmçinin digər aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Amma xidmət təşkilatları heç bir tədbir görməyib və ya əsassız bəhanələr gətirərək vaxtı uzadıblar.
Belə olduqda biz daha yüksək qurumlara - Xətai Rayonu 3 Nömrəliı Sahə İnzibati Ərazi İdairəsinə, Ekologiya Nazirliyininn Ətraf Mühitin Mühafizəsi üzrə Milli Monitorinq Departmentinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müraciət etmişik. Onlar müraciəti, şikayəti ədalətli şəkildə araşdırıb tədbir görmək əvəzinə, məktubumuzu təmsil etdikləri nazirliklərin rayon təşkilatlarına, rayon təşkilatları da Xətai Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərib. Mənzil Kommunal Təsərrüfatı Birliyi isə iş görməkdənsə, sadəcə, hər dəfə trafaret cavablar yazıb.
Bu məmurlar "şikayətçi” sözünün etimologiyasını səhv anlayırlar. Onlar elə bilirlər ki, şikayətçilər üçüncü, dördüncü kateqoriya adamlardır və yaxud təhlükəli adamlardır, radikal müxalifətçilərdir və s. Şikayət edən bu adamlar isə haqqı, hüququ pozulan sadə insanlardır və onlar dövlətimizə, onun Prezidentinə həmin məmurlardan qat-qat daha sıx bağlıdırlar. Onlar Prezidentə inanır və hər zaman da ümid edirlər. Əgər bu ümid olmasaydı, onda heç kim Cənab Prezidentə, Mehriban xanıma təkrar-təkrar üz tutmazdı da.
Biz sovet dövründə yaşamışıq və görmüşük ki, insanların müraciət etdikləri yuxarı təşkilatlar məsələnin mahiyyətini araşdırıb ədalətli, həm də əsaslandırılmış nəticəyə gələr və məsələnin necə həll edilməsi barədə şikayət olunan yerli təşkilatlara və ya şəxslərə konkret tapşırıqlar verərdilər.
Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikasının bu gün qüvvədə olan Qanununda da (maddə 7; bənd 7.13) vətəndaşların müraciətlərinin qanuna zidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən təşkilat və ya onun vəzifəli şəxslərinə göndəriməsi qadağan edilir.
Amma təəssüf ki, bizim məktublar hər dəfə fəaliyyətindən/fəaliyyətsizliyindən şikayət olunan təşkilat və ya şəxslərə göndərilib.
Hörmətli Mehriban xanım , Birinci Vitse-prezidentlik Azərbaycan dövlətçiliyi üçün yeni təsisatdır və Sizin də onun rəhbəri olmağınız bu təsisata olan inam və ümidlərə yeni bir məzmun gətirmişdir. Əminəm ki, bu dəfəki müraciətimiz Sizə ünvanlandığı üçün hər kəs məsuliyyətini anlayacaq və bizim məhəllənin uzun illər davam edən problemləri həll ediləcəkdir .
Hörmətli Mehriban xanım, sonda Xətai rayon, General Şıxlinski küçəsi 49 mömrəli, eləcə qonşu binalarda yaşayan sakinlərin problemlərini qısaca yazım:
Mindən artıq sakinin yaşadığı bu ərazidə insanların, xüsusən, yaşlı adamların, dincəlmək, təmiz hava almaq üçün sovet dövründən malik olduqları ərazilər (binaların qarşısındakı park və bağlar, həyətlər, səkilər, qazonlar)getdikcə tükənməkdədir.
Uşaqlar üçün meydançalar, gəzinti və təmiz hava almaq üçün yaşıllıq zolaqları yoxdur. Onlar tozun-torpağın içərisində oynayırlar.
Ərazidə abadlıq səliqə-sahman işləri aparılmır, ağaclara, yaşıllıqlara heç vaxt su verilmir, ağaclar, otlar susuzluqdan imdad diləyir.
Yaşadığımız 49 saylı binanın qarşısında 100-120 kvadratmetlik 1 meydança var. Ətrafdakı bütün binaların sakinləri bu kiçik əraziyə toplaşır ki, nəticədə sıxlıq yaranır, əlavə problemlər ortaya çıxır. Halbuki, hər binanın qarşısında da həmin binada yaşayan sakinlər üçün nəzərdə tutulmuş sahə var. Amma həmin sahələr sahibkarlıq niyyətləri ilə istifadə edilir, Mənzil İstismar Sahəsi buna göz yumur, bütün hallarda sahibkarlara dəstək verir.
İnsanların sosial problemləri ilə məşğul olmağa müvəkkil edilmiş qurumlar, məmurlar mövcud problemləri həll etmir və ya başdansovdu həll edirlər.
Məişət tullantıların toplanılması , saxlanılması, vaxtlı-vaxtında daşınması çox nizamsız bir şəkildə aparılır, sanitariya təhlükəsizliyi gözlənilmir, zibil meydançaları dezinfeksiya edilmir.
Əksər vaxtlarda məişət tullantıları yandırılır.
Məhəlləmizdə çoxlu sayda sahibsiz itlər var, insanların, avtomobillərin arxasınca qaçaraq təhlükə törədir.
Su, kanalizasiya xidmətində baş verən qəzalar zamanı təmirçilər qəzanı köklü şəkildə aradan qaldırmaqdansa , su sızan yerə taxta çüy vurub , küçəni, səkini də qazdıqları kimi qoyub gedirlər.
Hansına deyirsən , bir-birlərinin üstünə atırlar ki, filan təşkilat etməlidir.
Yerli xidmət qurumları arasında koordinasiya olmadığı üçün ümumi nəzarət də yoxdur. Amma xidmət sahələri arasında ümumi koordinasiya , ümumi nəzarət olsa, hər bir təşkilat öz işinə məsuliyyətlə yanaşar və öz aralarında etimad və məsuliyyətə əsaslanan bir xidmət nümunəsi yaradardılar.
Bizim yaşadığımız binalar sovet dövründən qalma binalardır, problemlərin bir qismi də bu səbəblə bağlıdır.
Bu ərazidəki liftlər istismar müddətini artıq başa vurub və tez-tez xarab olur. Lift idarəsinin əməkdaşları hər dəfə təmir xərcini qanunsuz olaraq sakinlərə ödətdirirlər. Ayın əvvəlində liftimizin mühərriki yandığı üçün blokumuzun sakinləri lift idarəsinə 220 manat ödədi.
Bu ərazilərin sakinləri ictimai nəqliyyat sarıdan da çox əziyyət çəkir. Binamızın qarşısından cəmi 2 avtobus marşrutu var, onun biri də ancaq qayıdanda bu yolu keçir.
Digər problemimiz isə fərdi avtomomobillərin "parkovka” edilməsi ilə bağlıdır. Bu qədər ərazisi olan bir məhəllədə bunun nümunəvi həllinin tapılmamamsı xidmət təşkilatlarının, xüsusən, bələdiyyənin, 96 nömrəli MİS-nin laqeydliyidir. Faktik olaraq bu qurumlar heç bir iş görmürlər.
Ölkə Prezidenti bütün görüşlərində məmurlara ədalətli olmağı tapşırıb, insanlara həssas yanaşmağı tələb edib. Amma bəzi məmurlar insanlara aşağılayıcı münasibət bəsləyirlər. Şəxsən, mənim müraciətlərimə verilən cavabları mən özümə qarşı bu cür qəbul edirəm.
30 yanvar 2017-ci ild ə Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş müşavirədə məşhur çıxışında məmurlara xatırlatdı:
-Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax belə, dediyim kimi olmalıdır.
Mehriban xanım, Siz özünüz də Birinci Vitse-prezident təyin olunarkən
"İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir” deyərək, məmurları Cənab Prezidentin kursuna xidmət etməyə çağırmısnız.
Çox hörmətli Mehriban xanım, mənim 63 yaşım var, ali təhsilliyəm. "Ana və Uşaq” adlı elektron ictimai-siyasi pedaqoji jurnalın baş redaktoruyam. Dövlətimizin, onun ali rəhbərlərinin hər bir göstərişini, müəyyən etdiyi hər bir xətti ürəkdən bəyənir və dəstəkləyirəm. Jurnalımızın məramı, məqsədi də bu yolda fəaliyyət göstərənlərin sırasında olmaqdır.
Sovet dönəmində nümunəvi məhəllə yaratmaq uğrunda təşəbbüslər olurdu. MİS-lərin nəzdində sakinlərlə, uşaqlarla iş aparan qurumlar vardı.İnsanlar arasında səmimiyyət, ümumi ideallara bağlılıq indikindən daha yüksək idi. Təbiətə, ictimai əmlaka, sosial birgəyaşayış qaydalarına, çörəyə daha fərqli münasibət vardı.
Bu ənənələrin yenidən bərpası üçün böyük maarifçilik hərəkatına ehtiyac var, insanların fəal həyat mövqeyinə ehtiyac var.
Biz məhəlləmizin sosial problemləri fonunda belə məsələlərə münasibət bildirərək jurnalımızda iki dəfə yazı dərc etmişik və vəziyyəti əks etdirən şəkillərlə birlikdə ( 1. http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html ; 2. http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html) həm də yuxarıda adlarını qeyd etdiyimiz təşkilatlara göndərmişik.
İstəmişik ki, məhəlləmizin problemləri ilə yanaşı, yazıda önə çəkdiyimiz məsələlərə auditoriyamızın diqqətini çəkək.
Cənab İlham Əliyev jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılışında jurnalistlərin fəliyyətinə çox böyük qiymət və zəmanət verdi: " Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz. ”

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti  Mehriban Xanım Əliyevaya məktub

Akif Əhmədov,
"Ana və Uşaq” ictimai-siyasi, pedaqoji onlayn jurnalın
Təsisçisi və baş redaktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Malik

  • 24 may 2018 11:38
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Azərbaycan Respublikasının birinci xanımınadan köməklik istəyirəm.Mən İbrahimov Malik Maarif oğlu Yevlax rayonu Qoyunbinəsi kəndindənəm.Hal-hazırda Yevlax rayonunda kirayədə yaşayıram.11 ildir ki, Ordu sıralarında xidmət edirəm.Yevlax rayonu ərazisində bank yolu ilə ev almaq istəyirəm.Çox-çox Xahiş edirəm mənə köməklik edəsiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm
  • Нравится
  • 14
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam hörmətli Mehriban xanim.Sizi narahat eden qizini hekim görmek arzusuynan yaşıyan çaresiz bir anadir.Qızım Pələngova Aysun Elman qızı 18.07.2018 tarixdə qebul imtahaninda 546 bal topluyub və tibbin pullusuna düşüb.Aysunun arzusu vetenine xalqına xeyirli övlad, savadlı hekim kimi bacardıgı kömekliyi göstersin.Amma maddi imkansızlıga göre qızımcun 4500 m ödeye bilmeyecem ve buda bizim sevincimizi kedere çevirib.Aysunun gizlin gizlin göz yaşini tökmesine daha üreyim tab getirmir.Çox qorxuramki uşaq depresiyaya düşsün.Kasıbçılıgin uzu qara olsun çox çaresizem ve son ümidim sizsiz.Sizden tek çaresiz bir ana kimi Aysun qızıma destey olmaginizi xahiş edirem
  • Нравится
  • 17
  • peri

  • 23 sentyabr 2018 13:22
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam mehriban xanim baqiwdiyin sizi narahat edirem .Mehriban xanim menim yaw yariminda uwaqim var nevroloji xesdedi aparmadiqimiz yer yoxdu .korpemin gozderi gormur yerimir eline hecne almir oturmur .korpemin bu veziyeti meni cox pis edir sizden cox xaiw edirem bize komeklik edin .biz uwaqi izraile aparmaq isdiyirik ama madi cehetden imkanimiz yoxdu sizden artiq derecede xaiw edirem bir ana kimi size yalvariram xaiw edirem komeklik edin korpemi aparim mualicesini davam etdirim xaiw edirem yardim elinizi uzadin.men yevlax weheri heyder eliyev prospekti bina 9 ev 42 de yawayiram telfon nomrem 0556613781 xaiw edirem menimle elaqe saxlayin yalvariram size sizde bir anasiz meni en yaxwi siz bawa duwersiz.
  • Нравится
  • 5
  • Samira

  • 24 oktyabr 2018 21:49
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Hörmətli Mehriban Xanım.Mənim 30 yaşım var və 6 uşağ anasıyam,çox çarəsizəm.Evim yoxdur.Hal-hazırda müvəqqəti olaraq qalıram qardaşımın evində,ev çox pis veziyyəttədir,pol yox,qaz yox,pəncərə əvəzi klyonka,çox rütübətlidir.Uşağlar və mən daim həstə oluruq,sizə çox ehtiyacım var,yoldaşım adi fəhlədir,imkan yoxdur,evə çox ehtiyacımız var.Hayiş edirəm Mehriban xanım səsimə səs verin,mənə kömək edin,bizi ev ilə təmin edin.Balaca bir otağda qalırıq,artıq yorulmuşam.Kömək edin!
  • Нравится
  • 11
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam, hörmətli Mehriban xanım. Bu məktubu sizə mən İsmayılova Fəxriyyə İsmayıl qızı yazıram. Mən, İsmayılova Fəxriyyə İsmayıl qızı 1977-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuşam.1994-1998-ci illərdə Asiya Universitetinin Filologiya fakültəsində təhsil almışam. Rəsmi olaraq evliyəm,lakin həyat yoldaşım İsmayılov Fuad Kəmaləddin oğlu ilə ayrı yaşayırıq. . 2 övladım var. Qızım İsmayılova Fidan Fuad qızı 2000-ci ildə Bakı Şəhərində dünyaya gəlib.Hazırda Bakı Dövlət Universitetinin Tarix Fakültəsində 2-ci kurs tələbəsidir. Oğlum İsmayılov Fərid Fuad Oğlu 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. Hazırd a N.Nərimanov rayonu 82 nömrəli orta məktəbin 10-cu sinifində təhsil alır . Mən, 2012-2016-cı illərdə Azərbaybaycan Dövlər İqtisad Universitetinde Rus dili kafedrasında laborant vəzifəsində,analıq məzuniyyəti yerində çalışmışam. Analıq məzuniyyəti yerində çalışdığım xanımın məzuniyyət müddəti bitdiyinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin Rekroru Ədalət Muradov tərəfindən işimə son verilib. Hal-hazırda işsizəm. Hörmətli Mehriban xanım, bu məktubu sizə çox çarəsiz qaldığım üçün yazıram yuxarıda da qeyd etdiyim kimi yoldaşım evi tərk etdiyi üçün balalarıma tək baxmaq məcburoyyətində qalmışam və buna maddi olaraq gücüm çatmır. Hal-Hazırda kirayədə yaşayırıq.ünvan: N.Nərimanov rayonu Atatürk prospekti 47. Mənzil 22 Q.ızım Fidan fibroadenoma xəstəliyindən əziyyət çəkir. Daimi olaraq həkim nəzarəti altında olmalıdır. Lakin mənim onu müalicə etdirməyə və ailəmi dolandırmağa maddi qüvvəm çatmır. Çalışdığım ADİU-nun rektoru Ə.Muradovun qəbulunda dəfələrlə olmuşam, problemlərim haqda ona məlumat vermişəm və məni yenidən işlə təmin etməsini ondan xahiş etmişəm.Lakin hələ heç bir nəticə yoxdur. Ona görə də çarəsiz qalıb övladlarımla sizə bu məktubu yazmaq qərarına gəldik. Sizdən bir ana kimi xahişim budur ki, məni işimə geri qaytatasınız. . Mən əminəm ki, siz mənim problemlərimə biganə qalmayacaqsınız. Hörmətlə:İsmayılova Fəxriyyə.
  • Нравится
  • 5
  • Sahil

  • 16 noyabr 2018 19:35
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Mehriban Xanim.menim adim Xanlarov Sahil Nigahet oglu.imiwli rayon cahar kendinden yazib sizden komek isteyirem.Yazdiglarim savad baximindan zeyif ola biler.ama zizden bir ana kimi maddi ve menevi komek isteyirem.dolana bilmirem.uwagim var.sizden borc esnasinda maddi komeklik isteyirem.cox sag olun .Allah razi olsun.
  • Нравится
  • 6
  • Guler

  • 4 dekabr 2018 09:14
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Mən Qasımova Gülər Seymur qızı Goycay rayondanam.. komeynize ehtiyacım var hər iki boreyim fəaliyyətini itirib Allaha xatir sesime səs verin
  • Нравится
  • 6
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Men5ilden artiqdirki Bòyrek xesteliyinden eziyyet çekirem yoldaşım ise ağ ciyer xesteliy
inden eziyyet çekir hal-hazirda Ağ Ciyer Xestelikleri İnstitundan müalice alır veziyyetimiz olduqca ağirdir böyreklerimin her ikisi öz fealiyyetini dayandırıb olduqca pis veziyyetdeyik Siz Mehriban XanimEliyevadan bize kömek etmeyinizi xahiş edirem böyreklerime tez zamanda emeliyyat lazimdir Sizden bir çaresiz ana kimi xahiş edirem ki mene böyrek donoru ve emeliyyat üçün kömek edesiniz göyde tek allaha yerde size el açib yardim is
  • Нравится
  • 2
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam xanim Mehriban Eliyeva cenablari sizden xaiw edirem menim bu erzeme diqqetle yanasin cun ki men bir azerbaycan vetandawi kimi sizden xaiw edirem ozum.2008 ci ilde herbi xidmete getmiwem 2009 ci ilde adimi muddetden artiq herbi heqiqi xidmet eden qulluqcu (Maxe)kursuna yazdirmiwm orani oxuyub xidmetimi sumqayit weherinde N sayli herbi hissede xidmetimi dvam etdirmiwem yeniden 2010 ci ilde yeniden xidmetimi devam etmwk ucun Gizirlik kursuna getmiwem oranida bitirdikden sonra muxtelif yerlerde xitmet etmiwem (Celilabad Agcabedi Beylaqan )ve s.2017ci ilde ailemde olan prablemlere gore xidmetimi tam vawa vurmadn xidmete uygunsuz kimi deyandirmiwam sizden xaiw edirem meni yeniden xidmete qebul ucun emir veresizinz cun ki cox pis veziyyetde yem dolana bilmirem bir uwagim wikest anam weker xestesi atam pensiya alir qardawim xesde adimdada 13000 manat bankdan goturduyum pul var 2 ildi odeye bilmirem qalmiwam caresiz mene xaiw edirem komek edin cox xaiw edirem 2 otagli evde 8 nefer qaliriq yawayiwimiz cox pisdi bir numayende gonderin baxsinlar bizim aile veziyyetimize cox xaiw edirem
  • Нравится
  • 1
  • Aybeniz ferman qizi Memmedzade

  • 21 dekabr 2018 22:07
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Menim 24 yawinda qan xestesi .(Talasemiyali )qizim var 6 ayliqdan beri guclu mualig ve qan alib vurduraraq 24 yawa catdirmiwiq. Qizimi rayonda mualige etdire bilmediyimizden Bakiya geldik kiraye ev tutduq .8 ildiki mende depresiya, stresler netigesinde Eplepsiya xestesi oldum . Oqlum M Eli Mohobbeli oqlu Iqtisadiyyat Akademyasini bitirib. Ama iqtisasi uzre iw tapa bilmedi megburi demiryol sahesinde 250 manat maiwa iwleyir . Atasida orada iwleyir. 23 ildi Bakida qaliriq. SAQ OLSUN SIZIN QIZINIZ LEYLA XANIM qizim M Guneli dinlemiw ve bize 3000 min manat yardim etmiwdir . Binu bilen qohum eqrabada bize yardim toplamiw yoldawim ,oqlum ve men bankdan pul goturduk 15000 topladiq ev alaq .amma qarwimiza firildaqki bir wexs cixdi Rafik Ezizov Bineqedi rayonunda makler iwleyir bize saxta senet ve ev gostererek ve senedlewmwni 25 gune oqlumun adina senedlewme ederem deyerek bizden bizden hemin 15000 manati alib bizi cixilmaz veziyyete saldi may ayindan bu yana yene biz kiraye qalmaqa bawladiq iw mehkemededi ama ne fayda ortada yene pul yokdu. Sizden xahiw edirem bizm bu mesele ile baqli pulumuzu Rafik Ezizovdan pulumuzun ondan alinib bize verilmesine bize komeklik etmenizi sizden xahiw edirik . Be ya bize evmeselemizin hell edilmesine bize komek etmenizi sizden rica edirem . Dord neferlik aile iki neferi 2 qurup elil guglu mualuge olunan xesteler ustegelib bankdal 6500 manat goturmuwduk faiziile qaytarilan bank borgu biz nege yawayaq . Buze xahiw edirem comeklik gostermenizi sizden riga edib ve yalvariram . AALLAHA AND OLSUN COXXX KETIN VEZIYYETDEYIK.
  • Нравится
  • 2
  • Eli

  • 23 dekabr 2018 14:32
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Cenab prezdentimiz ve gozel heyat yoldasi mehriban eliyev sizden xais edirik komek edin aileliyem isim yox pulu yox ozum xeste adamam xais edirem qurban olum komek edin
  • Нравится
  • 2
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Mehriban xanım mən 1 yaşından ata anamı itirmişəm indi isə böyrək çatışmamazlığından əziyyət çəkirəm çox xaiş edirəm mənə kömək edin uasamag istəyirəm çünki hələ mənim 25yasim var bu günə kimi öz ayağımın üstündə durmuşam indi isə diayez xəstəsiyəm çox pis vezyetdeyem xaiş edirəm mənə kömək edin
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam çox hörmətli Mehriban xanim ,mən Sizə mühüm məsələ haqda yazıb Sizdən kömək etmənizi xahiş edirəm.Mənim oğlum Hüseynov İsmayıl İntiqam oğlu 28.05.1995-ci il təvəllüdlü,28.04.2016-cı il tarixində aprel döyüşləri zamanı könüllü şəkildə ərizə yazıb 172 saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün getdi.28.07.2016-cı il tarixində düşmən tərəfindən zəbt olunmuş torpaqlarımıza kəşfiyyatta olan zaman düşmən postuna keçib və bir yeşik(1400ədəd) silah gülləsi, snayper silahi, optik nişangahi və 2ədəd daraq 30 patronuyla gətirmişdir .Oğlum gətirdiyi 1460 gülləylə 1460 azərbaycan əsgərini güllədən xilas etmişdir.Mənim oğlum vətən uğrunda addım atıbdır. 01.2017-ci il tarixində isə sağlığı ilə əlaqədar 2-kinci dərəcəli hidronefroz diaqnozu ilə işdən azad olunub. 18.05.2017-ci il tarixində həps olunub.05.2018-ci il tarixində Hüseynov İsmail İntiqam oğluna Azərbaycan Respublikası CM-nin 150.2.1 150.2.4, 177.2.3, 178.2.2, 178.2.3, 228.1,228.2.2, 228.4, 232.2.3, 274 , 32.4, 312.1 , 322.1-ci maddələri ilə təqsirləndirilmişdir. 07.2018-cil il tarixində Bakı hərbi məhkəməsinin qərarıilə Hüseynov İsmail İntiqam oğlunu 15 il muddətinə azadliqdan məhrum edilib. Nə ücün1464 sursata görə 15 il iş verilir ? Məhkəmə -tibbi ekspertiza rəyi nəzərə alınmır və onu lazımsız hesab edillər? 1nəfər Orucov N.N. 2 ildən sonra öz mövqeyini dəyişib şər atıb və onun yalanci ifadələri nəzəra alinaraq oğlumu itdiham ediflər??Nə ücün məhkəmə qapali kecirilib?Niyə oğluma işgənçələr verilib?Diz çöküb yalvariram oğluma kömək edin.
  • Нравится
  • 5
  • Zulfiyye

  • 3 fevral 2019 02:29
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam mehriban xanim mehriban xanim bu mektubu size yazan 2ovladi xesde evsiz esiksiz bir anadi menim iki ovladim esitme bir qizim bir oqlum helede bu derdle nece ayaqusde qala bildiyime inana bilmrem size yalvariram birana kimi balalarima komek olun emelyat olsunlar menim gucum yetmir imkanim yoxdu 3ovladim var 2sixesdeyoldasim fehle ozum islemrem evimiz yoxdu qaynimin evinin balaca bir otaqinda qalrq cox cetinıik cekrem inanin oz canimnan bele bezmsem tek umid yerim sizsiniz goyde Allahi yerde sizi deyrk nolar bize aparat verin usaqlari emelyatina komek edin komek edinki bugunahsiz balalarinda baslarini salmaqa bir evi olsun tek cixis yolum sizsiniz size uzatdiqimiz bu eli bos qaytarmayin meni en gozel siz anlayarsiniz sizde bir anasiniz yalvariram yardim edin bize sizi narahat eden ureyi qan aqlayan bala derdinen deli olmus bir anadir

Mehriban xanim Leyla xanim yalvariram size sesime ses verin cox cetin veziyetdeyik cixilmaz bir haldayiq 2ovladim esitmr onlara aparat verin nolar komek edin emelyat olsunlar evimiz yoxdu 2xesde usaqla qapilarda qalrq nolar komel olun bu balalarinda evi olsun tek tek umidim ancaq sizsiniz inaniramki bize komek olacaqsiniz sizlerde anasiniz meni en gozel siz anlayarsiniz inanin basim itib bilmrem neyin fikrin elyim 2xesde usaqin ev esiksizliyin tek care mene olum gorunur gucum yetmr artiq nolar bize el tutun inanin cooox pis vezyetdeyik bize el tutun 3balam yetim qalmasin heyatdan bezmsem artiq nolar duşduyumuz buquyudan cixardin bizi sesimize ses verin yalvariram
  • Нравится
  • 0
  • Cemile Babayeva

  • 4 fevral 2019 07:46
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam menim ikinci anam menim adim cemiledir 36 yasim var 3 usagim var men istiterdim ki siz ne vaxtsa vaxtiniz olanda meni qebul edesiniz yaniniza size derdimi b deyim . men cox isteyirem sizi hem yaxindan görmey hemde sizinle uz be uz oturum ureyimde ne derdim varsa size danisim . Siz cox kasiblara el tutmusuz yegin ki menide dinleyeden sonra menede kömey eliyeceysiz . Oxudugunuza göre minetddaram cox sag olun . Allah sizi ve ailenizi qorusun amin hemise basimizin ustunde olun insallah men siz ve cenab pruzidentimizi cox cox isteyirem .
  • Нравится
  • 0
  • Murad

  • 7 fevral 2019 23:18
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Hörmətli Mehriban xanim Əliyeva Mən həsənov murad nazim oglu İmişli rayon sakini sizə yazib sizdən yardım isdeyirem. Aylə də maddi vəziyyəti cox acınacaqlı di evimiz cartlamiş ucmaq təhlükəsində di Xahiş edirəm səsimə səs verin bir yoxsula dəstək olun .
  • Нравится
  • 0
  • Rahib

  • 10 fevral 2019 13:18
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 10.02.2019
  • Status: offline
  • Şərhləri: 1
  • Məqalələri: 0
^
salam hormetle Mehriban Aliyeva Hazirda issizew xais edirem meni isle temin etmeyinizi .2ovladim var.

Cenab prezidentimizin ve sizin simanizda Xalqimiz gozel firavan yasayir.
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Sitat: Rahib
salam hormetle Mehriban Aliyeva Hazirda issizew xais edirem meni isle temin etmeyinizi .2ovladim var.

Cenab prezidentimizin ve sizin simanizda Xalqimiz gozel firavan yasayir.
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Nuraliyeva Sahnaz,
Salam HORMETLI MEHRIBAN XANIM ALLAH XETRINE MENE KOMEK LIKE EDIN IKI UWAQ BOYUDUREM TEK HOKUMETDEN HEC BIR YARDUMDA ALMIRAM EVIMDE YOXDU XAHIW EDIREM MENE KOMEKLIK EDESINIZ ALLAH XATRINA
  • Нравится
  • 4
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Nuraliyeva Sahnaz,
Nuraliyeva Sahnaz,
Cox xahiw edirem Sesime ses verin cox ehtiyacim var
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam yazıb zizden xaiş edirem .kömek edesiz men 2 il sosial yardım aldım .dul qadınam 1 qızm var özum epilepsiy xestesiyem 2 qurup əlilem başka yerden gelirim yoxdu 55 m pensiya alram rehmetlik kişinin pensiyasında uşaqa göre 18 yaşna kim vereciyler biryerde 150m slram adma hecne yoxdu xestelyme göre işliye bilmirem ata evnde qalram kulfetde coxdu dolana bilmirem xaiş edirem mene sosial yardım almaqda kömek edesiniz seneder duzeldirem gelib koma evede baxlar deyler duşmur sene
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Mehriban xanim xahiw edirem mene k`omek edin menim 4 ovladim var oglum 2 yawinda rehmete gedib 3 qizim var .Boyuk qizimin 10,ikinci qizimin 2,ucuncu qizimin 1 yawi var.men Agstafaya gelin kocmuwem 12 ildi ,4 ildi teze eve kocmuwuk weraiti hazir deyil qazim yoxdu. evi iside bilmirik odunla isdirik uwaqlar butun qiwi xeste olurlar.sosialda duzelde bilmirik ,yoldawim traktor iwledir siz ozunuzde bilirsizki qiwda iw guc olmur dolana bilmirik yoldawim orda burda iwdiyir ancaq yemeyimizi,uwaqlarin pampersini,komunal xercleri gucnen oduyuruk.Agstafanin xetai kendinde Iskraya geden yolun etrafinda yawayiriq qaz cekmek ucun yuksek qiymetde rusum veririk ne lazimdi levazimatlari almiwiq borcala kreditle,amma bizi aldadirlar cekmirler hansi zemanedi ki biz odun yandiraq.Xahiw edirem ana kimi meni bawa duwun bize komek edin qazimizi cekdirin .hec kim wikayete baxmir hec kim maraqlanmir umudum sizsiz.komek edin.
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Mehriban xanim men Seferovs Natevan aslan qizi qubdil rayon qacqiniyam ayirilmiwam az yawli 2ovladim var sumqayit weheri 11ci mukroyan dom 2b menzil22 yawayiriq anamla qaliram anamda xestedi anamdan bawqa hec kimsem yoxdu nece defem sosiyala muracet etdim vermediler anamla qaldigim ucun ozum iwdemirem qizim balacadi cox caresizem yawadigimiz ev nemiedik zir zemisi suyun icinde 1ci mertebede yawayiram uwaqlar xestelik tapib kirisalar gezir evimizde ne olar yalvaram size mene komek edin
  • Нравится
  • 1
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam bu mektubu yazmaqda meqsedim ne sikayet deyil nede bir basqa mesele sadece elacsizliqdan imkanim olmadiqina gore size muraciyet edirem.Men Ehmedli Nurlan Miriw oglu 12.01.2015 in ci ilde Herbi Xidmete getmisem bir muddet xidmet etmisem 18.01.2016 ci ilde dizimde sis emele gelib papalin hospitala yatmisam bu yatmaqin bir xeyri olmayib Indi hal hazirda 06.07.2016 ci ilde texris olmusam ondan sonra dizimdeki siskinlikden eziyyet cekirem maddi durumum zeyif olduqu ucun maliceme gucum catmir Bunun ucun Sehiyye Nazirliyinede muraciyet etdim cox sagolsunlar muraciyetim yerde qalmadi Meni Zerdab Rayon Bas Hekimi Meni Merkezi Herbi Klinik Hospitalina gonderdi Orda dizimin sagalmagina bir netice qoymadilar ayagimda siskinlik olduqu ucun yeriye bilmirem ayagim agriyir isleye bilmirem 22yasim var mende xosbext yasamaq isdeyirem herbi meni bu gunlere saldi bir nece xesdexanalarda oldum. 26 sayli poliklinka Medera hospital son getdiyim yer Iran olub buna baxmayaraq ayagimdaki agrilar siskinlik duzelmir 3 ildiki Azerbaycanda bir cox xesdexanalarda olmusam ama xeyri yoxdu xais edirem artiq derecede done done yalvariram mene komek olasiz Ailem mene gore eziyyet cekir atam fehle adam hamisinin umudu mene olarken men artiq yasamaqdan umudumu kesmisem. Xais edirem mene sagalmaqimda komeklik edesiz.
  • Нравится
  • 2
  • lale

  • 23 fevral 2019 11:03
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
salam Mehriban xanim sizin komeyinize ehtiyacimiz var 3 aliq usaqdan kirayelerde yasayiriq yoldasim lerikdendi hec lerikdede evleri yoxdur atasi anasi qardasi ailesile birde biz her birimiz ari ari evler kiraye qaliriq biz yaldasim 3 aliq usaq sabuncu rayon zabrat qesebesinde 200 manata kirayee qaliriq isiq pulu qaz pulu catdira bilmirik inan inki usaqa geceler bez baglayiram gunduzler istifade olunmus bezlerin icin acib yuyub esgiler taxib usaqa baglayiram cox cetindi bizim vezziyyet bele yoldasimin isine qalsa biz bele kirayellerde qalariq bize yardim edin xais edirem ozumuzde seyidiq 24 yasim olsada cetiniyyim coxdu
  • Нравится
  • 1
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Azərbaycanın birinci xanımı gözəl xanım Mehriban xanım Əliyeva.sizə müraciətim xaiş edrəm mənə kömək edin..mən Ağdam rayonunu qaçqınıyam.Öz valdeyinlərim rəhmətə gedib.(atam 1ci qrup qarabağ əlili olub)mən yoldaşımnan ayrılmışam 1qızım var 6yaşında.hal hazırda kucələrdə onun bunun evində minnətlə qalırıq acda qalırıq susuzda qalırıq.mənə yardım edin sidə anasız mənim uşağma mərhəmət edin və kömək edin.Allah sizdən razı olsun çox gözü yaşlı anaların göz yaşını silmisiz nolar mənədə kömək edin bir evimiz ilsun dövlətdən heçbir yardımda aımıram.sadəcə 117m alimentlə dolanırıq.məndə qızımı oxutmaq istirəm isti evdə yatzdırıb qarnın doyrmaq istirəm bütün analar kimi.bütün ümidim burinci Allaha sora sizədi.yalvarıran sizə kömək edin.ünvanım olmadığı üçün gmailimdən də cox anlayışım olmadığı üçün nömrəmi yazıram 070 200 11 24
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Hormetli Mehrıban xanım mene komek edın.evsız ıssız ve ıkı usaq anasıyam.
  • Нравится
  • 4
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam men Huseynova tuzale ferhac qizi haciqabul rahonu rencber kend sakini Hormetli Azeribaycanin birinci xanimi Mehriban Xanim Eliyevadan komek isdeyirem hormetli Mehriban xanim 5 uwaq anasiyam 283 manat unvanli sosyal yardim aliram uwaqlata hec cur catdira bilmirem xaiw edirem komeklik gosderin 5 az yawli uwaqla girinc qalmiwam 1 otaq yarimciq evdi qaz cekdire bilmiriy imkansizliqdan xaiw ediriq maddi durumuz cox pisdi komeklik gosderin dolana bilmiriy 2018 ci ilde size mektub unvanladim cavab geldiki rayon icra terefinden arawdirlacaq arawdirilmadi xaiw edirem numayende gonderin gorun hansi vezyetdeyiq inaniriq ki bize komeklik gosdereceysiz xaiw edirem komeklik gosderin 070 248 77 79
  • Нравится
  • 2
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Bizim Azərbaycanımızın xanımı Mehriban xanım.Mehriban xanım mənim 33 yaşım var özüm epilepsiya xəstəsiyəm 2 qurup əliləm, Atam-Anam dünyasın dəyişib,xalamla yaşayıb böyüb bu yaşa çatmışam,Xalamda 2007 ildən yer xəstəsi olub özüm təkəm nə bacım var,nə qardaşım,Ailəliyəm dolanmaqda çox çətinlik çəkirəm,Heç bir yerdədə gedib işləyə bilmirəm,hara gedirəm xəstə olduquma görə qəbul etmirlər. Mehriban Xanım sizdən artıq dərəcədə xaiş edirem mənim ərizəmi qəbul edib,mənə köməklik göstərəsiz ümüdüm bir Sizə,birdə ALLAHADI.Qabaqcadan,Minnətdarlıqımı bildirirəm.Malik,
Sitat: Malik
Azərbaycan Respublikasının birinci xanımınadan köməklik istəyirəm.Mən İbrahimov Malik Maarif oğlu Yevlax rayonu Qoyunbinəsi kəndindənəm.Hal-hazırda Yevlax rayonunda kirayədə yaşayıram.11 ildir ki, Ordu sıralarında xidmət edirəm.Yevlax rayonu ərazisində bank yolu ilə ev almaq istəyirəm.Çox-çox Xahiş edirəm mənə köməklik edəsiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam Bzim Azərbaycanımızın xanımı .Mehriban xanım mənim 33 yaşım var özüm epilepsiya xəstəsiyəm 2 qurup əliləm, Atam-Anam dünyasın dəyişib,xalamla yaşayıb böyüb bu yaşa çatmışam,Xalamda 2007 ildən yer xəstəsi olub özüm təkəm nə bacım var,nə qardaşım,Ailəliyəm dolanmaqda çox çətinlik çəkirəm,Heç bir yerdədə gedib işləyə bilmirəm,hara gedirəm xəstə olduquma görə qəbul etmirlər. Mehriban Xanım sizdən artıq dərəcədə xaiş edirem mənim ərizəmi qəbul edib,mənə köməklik göstərəsiz ümüdüm bir Sizə,birdə ALLAHADI.Qabaqcadan,Minnətdarlıqımı 012-458-90-73
  • Нравится
  • 8


İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.