» » Uşaq müdafiəsi hər kəsin işidir

Uşaq müdafiəsi hər kəsin işidir




"SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası "1 iyun – Beynəlxalq Uşaq Müdafiəsi Günü" ilə əlaqədar ölkədə uşaq hüquqlarının daha səmərəli təmin edilməsi ilə bağlı ictimaətdə biliklərin artırılması məqsədi ilə ictimai vəkillik kampaniyasını həyata keçirir. "Uşaq Müdafiəsi Hər Kəsin İşidir” şüarı altında həyata keçirilən İctimai vəkillik kampaniyasının əsas məqsədi media vasitəsi ilə ictimaiət nümayəndələri arasında uşaq müdafiəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların mövcud durumu barədə bilikləri artırmaq və cəmiyyətdə uşaqlara qarşı zorakılığa münasibəti dəyişməkdir. 26 may – 6 iyun tarixlərini əhatə edən tədbirlər sırasına jurnalistlər üçün uşaq müdafiəsinə dair təlim, KİV nümayəndələri arasında "BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları”nın Azərbaycandakı tətbiqinə dair məqalə müsabiqəsi, Sosial filmlərin çəkilişi və televiziya ekranlarında nümayişi, sosial media vasitəsi təbliğat və sonda press-konfransın keçirilməsi daxildir.
Kampaniya çərçivəsində növbəti belə tədbir uşaq müdafəsinə həsr edilmiş sosial filmlərin çəkilişləri olmuşdur. Filmlər İnterAz televiziyası ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir. Filmdə alternativ qayğıda yaşayan uşaqların hüquqları, uşaq müdafiəsi və uşaqların atılma riski olan ailələrə dəstəyin zəruriliyi barədə mesajlar verilir. Filmdəki "Çünki uşaq müdafiəsi hər kəsin işidir” mesajını ictimaətimizin tanınmış və ziyalı insanları çatdırır.

Uşaq müdafiəsi hər kəsin işidir

Uşaq müdafiəsi hər kəsin işidir

Uşaq müdafiəsi hər kəsin işidir

Uşaq müdafiəsi hər kəsin işidir

Mənbə:https://www.youtube.com/watch?v=LK20Bf2u5CA&feature=youtu.be

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
hello guos 9128738513
  • Нравится
  • 0