» » “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda “Uşaq müdafiəsi hər kəsin işidir” devizi ilə jurnalistlər üçün seminar keçirildi

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda “Uşaq müdafiəsi hər kəsin işidir” devizi ilə jurnalistlər üçün seminar keçirildi

Bu gün "SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda "Uşaq müdafiəsi hər kəsin işidir” devizi ilə jurnalistlər üçün seminar keçirildi. Seminarda media orqanlarını təmsil edən 30 jurnalist iştirak etdi.
Əvvəlcədən qeyd edim ki, seminar təşkilati tərəfdən yüksək səviyyədə hazırlanmışdı. Müzakirələr zamanı əyanı və texniki vasitələrdən istifadə fikirlərin məzmununa və əhatə genişliyinə tam uyğun idi. Tam əminliklə bildirirəm ki, hər kəs fəal idi. Kimsə 4 saat müddətində, çay fasiləsi istisna olunmaqla, bir an tədbirdən ayrılmadı. Mövzular günümüz üçün aktual olduğu kimi, təqdimat forması da çox uğurlu seçilmişdi.
Tədbirin ilk addımı bu uğurun səbəbi idi. "Salamlaşma və tanışlıq” adlanan bu məqamda qısa müddətdə auditoriyada tam səmimi və mehriban bir mühit yaradıldı. Elə bil ki, 30 jurnalist ayrı-ayrı informasiya orqanının, bir qəzetin, jurnalın, saytın, informasiya agentliyinin nümayəndələri idi. Hər kəs uşaqlıq illərində yadda qalan ən unudulmaz bir xatirəni söyləməyə dəvət edildi. Hamı bir anlıq qayğısız uşaqlıq illərinə qayıtdı. Bu məqam seminarın özünə bir keçid – körpü idi.
Bəli, xoşbəxt və qayğısız yaçamaq hər bir uşağın haqqıdır. Amma, təəssüf ki, hələ də çox müxtəlif səbəblərdən öz uşaqlığını yaşaya bilməyən minlərlə uşaq var.
Onların qayğıya və diqqətə çox ehtiyacları var. Bu kateqoriyadan olan uşaqların cəmiyyətin fəal üzvlərinə çevrilmələri, öz xoşbəxt həmyaşıdları ilə Günəşi, sevinci birgə paylaşmaları üçün qələm sahibləri böyük işlər görə bilərlər. Bu mənada qələmin müdriklik səlahiyyətindən çox şey asılıdır.
Jurnalistlər bu cür uşaqların taleyinə biganə qalmamalı, onları tapıb üzə çıxarmalı, onlarla hökqmət orqnları, eləcə də cəmiyyət arasındakı məsafəni üz-üzə çatıncaya qədər yaxınlaşdırmalııdr.
Bəs necə?

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda    “Uşaq müdafiəsi hər kəsin işidir” devizi  ilə jurnalistlər üçün  seminar  keçirildi

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda    “Uşaq müdafiəsi hər kəsin işidir” devizi  ilə jurnalistlər üçün  seminar  keçirildi

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda    “Uşaq müdafiəsi hər kəsin işidir” devizi  ilə jurnalistlər üçün  seminar  keçirildi

Elə "SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda bu gün keçirilən seminarda məhz bu sual ətrafında fikir mübadiləsi aparıldı.
Hələ bir neçə gün öncə kütləvi informasiya vasitələrində məlumat verilmişdi ki, ölkədə uşaq hüquqlarının daha səmərəli təmin edilməsi üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ərəfəsində
"SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nda
ictimai vəkillik kampaniyasına başlanılmışdır. Kampaniyanın əsas məqsədi media vasitəsi ilə ictimaiyyət arasında uşaq müdafiəsinə həssaslıq oyatmaq, ictimaiyyəti valideyn himayəsindən, eləcə də valideyn qayğısından məhrum olmuş uşaqların mövcud durumu ilə tanış etmək və həyata keçirilən layihələrlə cəmiyyətdə uşaqlara qarşı zorakılığa münasibəti dəyişməkdir. 26 may – 6 iyun tarixləri arasında keçiriləcək tədbirlər sırasına jurnalistlər üçün uşaq müdafiəsinə dair təlimlə yanaşı, KİV nümayəndələri arasında "BMT-nin uşaqlar üçün alternativ xidmət formaları” ilə bağlı müsabiqə keçirmək, sosial film hazırlayaraq televiziya ekranlarında nümayiş etdirmək və sonda press-konfransın keçirilməsi daxildir.
"Uşaq hüquqları və kütləvi informasiya vasitələrinin vəzifələri” mövzusunda bu gün keçirilən seminarda da müzakirələr, əsasən, "Uşaq hüquqları və müdafiəsi”, "BMT-nin uşaqlar üçün alternativ xidmət formaları”, "Kütləvi informasiya vasitəlrində uşaqlara dair xəbərlər hazırlanarkın diqqət edilməli olan vacib məqamlar” kimi önəmli mövzular ətrafında aparıldı.
Maraqlı və qaynar keçən diskussiyalarda əsas mövzu ilə yanaşı, həm də KİV və uşaq hüquqları, uşqlar və ailə, uşaqlar və hərb, uşaq fikirləri və cəmiyyət və s. bu kimi məsələlər ətrafında qızğın müzakirələr aparıldı.
Məruzəçilər SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının İctimai vəkillik üzrə mütəxəssisi Cavid İmamoğlu və layihə koordinatoru Sara Ağayeva idi. Tədbirdə media nümayəndələri üçün uşaq müdafiəsi sahəsində mövcud qaydalar, yanaşmalar, altenativ qayğı xidmətləri, jurnalistlərin bu xəbərləri işıqlandırılmasında əməl etməli olduqları vacib etik normalar barədə məlumatlandırıldı.
Sonda jurnalistlərə təlimi uğurla bitirdiklərinə görə SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası tərəfindən sertifikatlar təqdim olundu.
Hesab edirik ki, tədbirdə iştirak edən jurmalistlər, uşaq hüquqları və uşaqların müdafiəsi sahəsində çalışan hüquq müdafiəçiləri və ekspertlər üçün bu tədbir çox faydalı oldu.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz