» » Uşaq bağçalarındakı vəziyyət ciddi narahatçılıqlar doğurur

Uşaq bağçalarındakı vəziyyət ciddi narahatçılıqlar doğurur

 

Sosial şəbəkələrdə İsmayıllı rayonunun   1 nömrəli  Körpələr evi-uşaq bağçasında   körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər  paylaşıb  və bu görüntülər  cəmiyyətdə  böyük rezonans doğurub.

Guya, tərbiyəçi  uşağı şirniyyat  yediyi  anda  lentə almaq istəyib, amma  uşaq   tərbiyənin  istəyincə   görüntü   vəziyyəti yaratmadığı üçün qeyzlənib  və  onun başına  şillə çəkib. Süjetə əsasən,  sonradan kütləvi informasiya  vasitələrinin  necə izah etmələrindən asılı olmayaraq tam antipedaqoji   münasibətdir,

qəddarlıqdır. Belə münasibətlərin  isə  son  4-5 ildə  artması narahatçılıq doğurmaya bilməz.  Mən onlardan  axtarış sistemində qarşıma  çıxmış  bəzilərini  xatırladacağam:

2018-ci ildə Gəncə şəhər 31 saylı usaq bağçasında Saranın üzünə dağ basılması,

2018-ci  ildə Yasamalda yerləşən "Nərgiz" uşaq bağçasında 2 yaşlı körpəyə fiziki xəsarət yetrilməsi ,  2021-ci ildə Nərimanov rayonunda yerləşən 56 nömrəli uşaq bağçasında  və digər  müxtəlif  vaxtlarda  məktəbəqədər tərbiyə müəssisələrində   valideynlərlə bərabər hər kəsi sarsıdan  belə hadisələr haqqında  kütləvi informasiya vasitələrində çoxlu sayda məlumatlar var.  Hətta  bağça müdiri müəllimə ilə saçyolduya çıxır və sonra da   səbəb gətirir ki, müəllimə onun biznesini  batırıb. Fikir verirsinizmi,  bağça müdiri   tərbiyə müəssisəsi biznes  sahəsi kimi qəbul edilib. Burada  uşağa nəvazişdən söhbət gedə bilməz.  Heç inanmaq olmur  ki, həmin  müdirənin  pedaqoji təhsili olmuş olsun.

 Məktəblərdə də belə hadisələr  baş verir. İsmayıllıda baş vermiş hadisə də onların davamıdır.

 Təhsil, gələcək şəxsiyyətlərin yetişdirilməsi dövlətin ən birinci strateji istiqamətidir. Belə sahələrini uşaqlara əzab verməklə, ac saxlamaqla, ərzağından oğurlamaqla  biznes qurmaq istəyənlərin cənginə  necə buraxmaq olar. Yuxarıdakı süjetdə sanki bura cəza müəssisədir, o yana keçəndə uşağa cəza verir, bu yana  keçən  də.

Heç birində də pedaqoq görkəmi yox. Təhsil özəl olmamalıdır, bağça özəl olmamalıdır. Qanunlarımız   möhkəm olmalıdır. Hər adama pedaqoq diplomu vermək olmaz. Hər adama uşaqlarla işləməyi həvalə etmək olmaz.

 Mən bir çox  özəl bağçaların işi ilə   imkan düşdükcə səthi də olsa maraqlanıram. Bunlar əslində başqa qeydiyyata  alınırlar, amma profilib dəyişib bağça kimi fəaliyyət göstərirlər. İdeal təsir bağışlayan  2 özəl bağçada olmuşam. Bunu da deməliyəm. Düşünürəm ki,  bir çoxları qanunlarımızın humanistliyindən, dövlətimizin binagüzarlıq orqanı olmasından sui-istifadə edir.  Ona görə də, qanunlarımıza əməl etməyən, əksinə, onun adına, dövlətimizin adına  mənfi rəy yaradan  özəl müəssisələrin fəaliyyətinə  dərhal xitam verilməlidir. 

İsmayıllı hadisəsində    bilmirəm kim uydurub ki, guya  evdə valideynləri narahat imişlər ki, onların uşaqları  bağçada heç nə yemir. Bu qohum tərbiyəçi də uşağı yedirtdirib valideynlərinə göstərəcəkmiş ki,  baxın, necə iştəha ilə yeyir. Uşağın tək olmasından, qarşısında yemək stolunun olmamasından  düşünürəm ki, bunlar   sonradan düzülüb-qoşulmuş versiyalardır.


Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

Sovet dövründə mən Bakıda bir bağçada olmuşdum - təxminən 83-85-ci illər idi. İşim vardı. Fürsətdən istifadə edib həyət-bacadan tutmuş balacaların sanitariya qovşağının vəziyyətinə  qədər  hər şeyə diqqət yetirdim. Bağçanın  3-4  texniki əməkdaşı,   məlliməsi  və  müdiri ilə ehtiyatla ünsiyyət yaratdım. Marağım  bu idi ki görüm bunların  uşaqlarla ünsiyyəti (o vaxt indiki kimi kommunikasiya demirdilər. İndi kommunukasiya var,  ünsiyyət yoxdur) necədir ,  belə  yaraşıqlı binası  və əhatə gözəlliyi olan bağçaya  uyğun işləyirlərmi.    

Tam razı qalmışdım. Müəyyən  çatışmazlıqlar  təbii  ki, olmamış deyildi. Belə olmayan idarə, təşkilat , əslində, yoxdur və ola da bilməz. Amma indiki dövrdə olduğu kimi  yox. Məktəbəqədər tərbiyə vasitələri bu gün sanki işləyən valideynlərin axşam işdən çıxana qədər övladlarının bir saxlanc yeridir.

Elə bağçalar var ki, sanitariya vəziyyətinə, heç bir rahatlığı olmadığına  görə  dərhal bağlanmalıdır. Amma onlar illərdir belə də  fəaliyyət göstərirlər.

 

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

 

Günümüzün bağçaları tərbiyə subyektliyindən  daha çox sahibkarlıq subyektinə oxşayır.

Bu uşağı saxlayan pedaqoqdur, anadır, ailəli deyil, psixikası necədir, bunu axtaran kimdir? Bu gün kim istəyir bağça aça bilər. Deputat , nazir, rektor qızı, gəlini, bacısı, bir sözlə, pulu olan hər kəs açdıra bilər.

   Açdığı   müəssisə bağça statusunda rəsmiləşməyəcək, qrup, mərkəz adı qoyub  qeydiyyatdan  keçəcək, sonra bağça kimi fəaliyyət göstərəcəklər. Cəmiyyətin gözünə kül üfürəcəklər....

Məktəb,  bağça  elə bir sahədir ki, bu sahədə ancaq məşhur pedaqoq Suxomlinskinin dediyi kimi: "ürəyini uşaqlara verə bilənlər işləməlidir". Günümüzdə, təəssüf ki, belə deyil.  Mən bütün bağçalarımız haqqında əks fikirdə deyiləm. Yaxşı bağçalarımız , əlbəttə, var. Amma   narazılıq doğuran bağçalar da az deyil.

Haqqında söhbət  gedən  məqalədə,  deyəsən, bu  da  yazılmışdı ki, hadisə baş vermiş  bağçanın müdiri 1989-cu ildən burada işləyir. 30 ildən çox müddətdir. Bu, hər şeyi demirmi? Bakıda da belədir. Elə bağçalar var ki, müdirələri illərdir işlədikləri bağçalarda lövbər salıblar, elə bil babalarından miras qalıb.  Ciddi qayda qoyulmalıdır.  3 ildən  artıq  eyni müəssisədə  rəhbər işləmək olmaz. İndi Nərimanov  rayonunda işləyir,  3 ildən sonra yaxşı işləyirsə  Qaradağ  rayonundakı bağçaların birinə dəyişdirilsin.

...Guya işə imtahanla qəbul edirlər. Bu, formal bir kampaniyadır, şəffaf deyil. Müsabiqədən keçən bir müəlliməyə deyəcəklər ki, sizi Qobu qəsəbəsindəki bağçaya müdir göndəririk. Evi Bayıl qəsəbəsində olan qadın/qız üçün bu marşrut əlverişli olmaya bilər. Və yaxud belə nümunə varmı ki, hansısa məşhurun qızı Bakıda yaşadığı halda,  Salyanda, Zərdabda bağça müdiri işləməyə getsin?

Yəni, demək istədiyim odur ki, pedaqoyi müəssisələri müəllim, rəhbər vəzifələrə kadrların seçilib yerləşdirilməsində ciddi nöqsanlar var.

Bu gün istər dövlət, istər özəl bağçaların çoxsunda işləyən şəxslərin pedaqoji təhsilləri yoxdur.

Uşağın şəklini hansısa tədbir olmayacaqsa, kütləvi tədbir deyilsə,  kim icazə verir çəkirsiniz? Hansısa bir çəkiliş lazım gələrsə, bu, ancaq   rəhbərliyin icazəsi ilə ola bilər, həm də  həmin şəxsin  uşaq müəssisəsinə  buraxılmaq üçün müvafiq gələrsə,  bu halda   icazə vermək olar.

 

 İndi  sosial şəbəkələrdə yazırlar  ki, guya  İsmayıllıdakı bağçada həmin   süjeti   telefonla çəkib paylaşan rayondakı kollecin  praktikada olan tələbəsi çəkib.

Praktikant ora    süjetçəkməyə gedib? Deməli,   heç kim  işinin, vəzifəsinin mahiyyətini bilmir, sadəcə, hamı çöhür, kabinet axtarır ki,  digərlərindən xudmanı yaşasın, nəsə qazana bilsin.


Haşiyə:Biz tələbə olanda  pedaqoji təcrübəmizi Nəsimi rayonundakı 44  nömrəli məktəbdə keçmişik. Tərtərli dostum vardı Nazim,eyni qrupda oxuyurduq, onların  kirayədə qaldıqları ev   Kubinkada   yerləşirdi.  Onlara getmişdim. Dedi mən almışam, gedək sənə də bir  cins şalvar  alaq. Cins şalvarların dəb vaxtıydı.  Bu əhvalat olub 1977-1978-ci illərdə. Gedib aldıq və səhəri gün cinsin alalarını da tərsinə çevirib   məktəbə gedirəm.

Elə pilləkənlərdən dəhlizə keçib sol çevrilmişdim ki, dəhlizin başında  direktor Mustafa müəllim  2  müəllimlə sğhbət  edirdi. Nəzərləri mənə sataşınca,  onlardan ayrılıb  mənə doğru gəlməyə başladı ki, tez qayıt şalvarını dəyiş, sonra məktəbə gəl.


Belə idarə olunurdu o vaxt  məktəblər,  bağçalar.

Mənə görə o    uşağı döyən  bağça işçisinin, müəllimin, məktəb rəhbərinin əməlindən bu   cür əhvalatları telefona çəkib  paylaşan şəxslərin əməli daha təhlükəlidir. Əvvəlkilər  qaydanı pozurlar.Bunlar isə  çirkli niyyətlərə yol açırdılar.

Mənə bir şəkil göndərmişdilər. Həmin şəkil Bakı bağçalarının birində uşaqların yemək vaxtı çəkilib. Süfrəyə, yeməyin özünə baxın:  boşqabı ancaq su və makaronla "dolu qab” ediblər.

Nahar  vaxtı uşaqlar daha acımış olur.  Amma  süfrədə meyvə, şirə və sair iştahagətirici  heç nə yox.

 

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur


Belə bağçalar çoxdur. Ona görə də uşaqlar bağçaya ağlaya-ağlaya gedirlər.Uşaqların üzünə baxanda  bir vitaminsizlik yağır. Halbuki, dövlət onların qidalanması üçün normal vəsait ayırır.

 Sonda  bir  məəsləni də önərləmək istəyirəm. Bu hadisə nə 1-ci deyil, nə də sonuncu. Bütün məktəb və bağçalar, məktəb/bağça rəhbərləri  və müəllimlər bu kimi hadisələrdən nəticə çıxarmalıdırlar.

Kütləvi informasiya vasitələri təhsil sahəsinə çox həssas yanaşmalıdır.  Bəzən  kütləvi informasiya vasitələri diqqət cəlb etmək üçün  elə sərlövhələr seçirlər ki,  dil qüsurları hələ bir yana,  həmin məsələnin ictimailəşdirilməsi   xeyirdən çox  zərər gətirir . Ondansa   insanların məlumatlandırılmaması və ya  maarifləndirilməməsi daha sərfəli olardı.

 Son günlər mətbu vasitələr məktəb və  müəllimlərdən mənfi ampulalı yazılar paylaşmaqda şou əhvali-ruhiyyəsi paylaşmaq qədər fəal görünürlər. Olmaz belə.

 Məktəb və müəllim  nüfuzu  hər gün   baltalanmaqdadır. Qoyun insanlar   belə fakt olanda  Təhsil idarələrinə   bildirsinlər. Tədbiri Təhsil idarələri  özləri  tədbir görsünlər, amma obyektiv və ədalətli.

 Məsələ,bu hadisə ilə bağlı yazıblar:   "Təhsil Nazirliyi körpənin döyülməsini nəzarətə götürdü"? Nazirlik  körpənin döyülməsini nəzarətə niyə götürməlidir ?    Bu kimi şablon , trafaret  ifadələr bürokratiyadan xəbər verir.

Yazırlar ki, "Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır".

 

Uşaq bağçalarındakı  vəziyyət ciddi narahatçılıqlar doğurur

 

  Bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib. Cəsarət Valehov belə açıqlamalar verə-verə gedir, amma  hadisələr aradan qaldırılmır, əksinə, çoxalır. 

Nə deməkdir "ciddi şəkildə araşdırılır", cəmiyyəti sakitləşdirmək istəyir Cəsarət Valehov?  Yoxsa araşdırmamalı  idi? Yoxsa elə-belə  araşdırmalı idi?

Bəs Təhsil Nazirliyinin  vəzifəsi nədir?  Əgər  Nazirlik indiyə kimi ciddi tədbirlər   görsəydı, belə hallar baş verməzdi. Cəmiyyətlə bir işləmək lazımdır. Cəmiyyətin rəyini öyrənmək lazımdır. Özlərinə yaxın düşərgədən seçilmiş İctimai  Şura ictimai rəy deyil.

 Yaxud  bir  xəbərdə 10 yaşlı qızcığazın evdənqaçması haqqında  xəbər paylaşılmışdı.

Belə xəbərlər qəti olaraq   mətbuata, televiziyaya  çıxarılmamalı, tirajlanmamlıdır.  10 yaşlı qızcığaz, lap olsun 13, 14, 16   ,  bunlar  hələ   etdiklərinin məsuliyyət və cavabdehliyini analiz edib   nəticə çıxara bilmirlər.  Onlar ərkəsöyünlük edirlər.Valideynlərini qorxutmaq istəyirlər.  Və yaxud  valideynlərindən onlara qarşı sərt  rəftar etdiklərinin qisasını almaq istəyirlər. İndi belə hadisələri mətbuata çıxaranda başlayır metastaz verməyə.  Əgər belə halları aradan qaldırmaq istəyiriksə, bu işə birinci buradan başlamaq lazımdır: belə motivli xəbərlərin paylaşılmasına    qadağa qoyulmalıdır.

    Pedaqoji rəhbər vəzifələrə   rəhbər  məktəb və bağçaların öz  nümayəndələrindən  seçilməlidir. Kollektiv və valideynlərin seçimi ilə, həm də şəffa şəkildə. Rəhbər seçilmiş  şəxs bir müddətdən artıq işləməməlidir, əgər layiqli  namizəddirsə, digər  məktəbə dəyişilməlidir.

Məktəbə   kimsə müdaxilə etməməlidir. Amma fakt budur ki, məktəbə müdaxilə etməyən yoxdur.

Təhsil Nazirliyinin strukturu çox gəncləşdirilib və bir  qədər  də  qeyri-pedqqoji təhsillilər hesabına.

 Bu da  mühüm şərtdir. Biz məktəbdə işləyəndə Nazirlikdən nümayəndə gəlirdi, vizual görünüşü bir  ziyalılıq, alicənablılıq, kübarlıq  paylaşırdı. Çünki onlar bu səviyyəyə pillə-pillə, yetişə-yetişə, kamilləşə-kamiləşə gəlib  çıxırdılar. Amma indikilərin bir qismi çox gənc, bir qismi qeyri-pedaqoji təhsillilər, bir qismi də əvvəllər  bu və yadigər sahələrdə daha yüksək  vəzifələrdə çalışmış  şəxslər, indi isə  təhsil sisteminə   "ponijeniya” göndərilmiş şəxslər. Axı belə şəxslərin daha nə motivasiyası ola bilər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.