» » Evdə qaz iyi gələndə nə etməli

Evdə qaz iyi gələndə nə etməli

Müəllif: Vüsal от 9-01-2022, 08:15

Evdə   qaz iyi gələndə  nə etməli
 
Qaz sızması səbəbindən baş vermiş hadisələrin araşdırılması göstərmişdir ki, dəm qazından zəhərlənənlərin təxminən yarısı həyatını itirmişdir. Mavi qaz həyatımızı rahat laşdırrırsa da, bəzən ehtiyatsızlıq və ya məsuliyyətsizlik ucundan göz yaşları da gətirir.
Ona görə də mütəxəssislər təbii qazdan istifadə edənlərə çox diqqətli olmağı tövsiyə edirlər. lOnların fikrincə, evdən qaz iyi gəlirsə, qapı-pəncərələr mümkün qədər tez açılaraq ətraf havalandırılmalıdır. Açıq sobalar və elektrik cihazları söndürülməli, hava qaranlıq olsa belə, heç vaxt elektrik düymələrindən istifadə edilməməlidir. "Rozetka"lardan çıxa bilən ən kiçik qığılcım belə içəridəki qazın dəhşətli şəkildə partlamasına səbəb ola bilər.
Ətraf mühit təhlükəsizləşdirildikdən sonra onu tərk etməli və qaz klapandan kəsilməlidir. Bundan sonra səlahiyyətli qurumlarla əlaqə saxlanmalıdır”.
Eyni zamanda bu işə məsul olan texniki-istismar xidmətləri də daim profilaktik tənzimləmə işləri görməli, maarifləndirilmə işləri aparmalıdır.Bu maarifləndirməni həm məktəblər, həm də kütləvi informasiya vasitələriaparmalıdır.

Evdə   qaz iyi gələndə  nə etməli


Təhlükəli vəziyyətlərin yaşanmaması üçün təbii qaz qurğusunun birləşmə nöqtələri və baca axınları vaxtaşırı yoxlanılmalı və lazım olduqda təmizlənməlidir. Aspirator kimi cihazlar heç vaxt təbii qaz bacalarına qoşulmamalıdır. Hər bir cihazın öz baca bağlantısı olmalıdır. Soba və kombilərin yerləşdiyi mühitlərdə pəncərələrdə olması lazım olan havalandırma barmaqlığı bağlanmamalıdır. Bu, ölkəmizdə çox yayılmış səhvdir. Təbii qaz detektorları mütləq evlərdə quraşdırılmalıdır.

Evdə   qaz iyi gələndə  nə etməli

 

Qeyd: Qaz təhlükəsi hiss etdiyinizdə dərhal rayon qaz istismar sahəsinə və ya "Azəriqaz" İstehsalat Birliyinin "Qaynar xətt"inə (185) müraciət edə bilərlər. Fövqəladə hallarda isə (qaz sızması, qaz xəttində qəza, bədbəxt hadisə) "Azəriqaz"ın qəza xidmətinə (104) zəng etmək lazımdır".

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.