» » Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (III yazı)


Elə etmək lazımdır ki, "general” olmaq istəyən hər müəllim üçün seçilmək şansı verilsin

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

Bu gün məktəb direktorlarını, müavinləri də Təhsil nazirliyi təyin edir, proses imtahan və müsabiqə yolu ilə olsa da. Təhsil nazirliyinin başqa işləri yoxdurmu? Ümumiyyətlə, pedaqoji rəhbər vəzifələrdə işləmək Nazirlik tərəfindən deyil, məktəb və ya bağça kollektivinin, həmçinin valideynlərin birgə iştirakı ilə səsvermə yolu ilə müəssisənin öz işçilərindən seçilsə, daha uğurlu nəticə əldə edilər. Özü də rəhbər şəxs 2 il müddətinə seçilsin. Bu müddət bitdikdə həmin rəhbər şəxs nümunəvi işləyibsə, Bakının tamam başqa bir rayonuna dəyişdirilsin. Əyalət rayondandırsa, rayonun başqa kəndinə. Elə etmək lazımdır ki, "general” olmaq istəyən hər müəllim üçün seçilmək şansı verilsin. Arzu edən hər kəs bu şansdan yararlana bilsin. Məktəblər guya müstəqil olsalar da, gerçəkdə müstəqil deyillər.
Bu gün istər rayonlarda, istər Bakıda ümumtəhsil məktəblərinə digər təşkilatlardan çox nümayəndələr gəlib gedirlər. Rayonlarda icra hakimiyyətlərindən, Bakıda isə müxtəlif təşkilatlardan. Bunu mənə Nərimanov rayonundakı məktəblərdən birində müəllim işləmiş bir tanış söyləyib.
Sovet dönəmində yox idi belə şey. Məktəb mühitinə hamı ehtiyat və hörmətlə yanaşırdı.
İcra hakimiyyətləri məktəb fəaliyyətinə müdaxilə etməməlidir.
Nazirlik də yoxlamaların sayını azaltmalıdır.
 
 Bu qədər ali təhsil müəssisələri doğrudanmı lazımdır, xüsusən özəl ali məktəblər və kolleclər

 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

Bir balaca ölkədə, onun rayonlarında qədərindən çox kolleclər, maddi-texniki bazası, professor-müəllim heyəti olmayan "Uni”-lər yaratdılar.
Müəllimlər institunun 11 rayon və ya şəhərdə filialları vardı. Məsələn, Salyan filialı 2010-cu ildə yaradılıb, 2015-ci ildə qapadılmışdı. Bu filiala ehtiyac vardımı, vardısa 5 il sonra niyə qapadıldı?
Salyan filialının maddi-texniki bazası, professor-müəllim heyəti olmadığı halda, ölkə üçün müəllim kadrları hazırlaması nə dərəcədə məntiqlidir?
Mətbuatda müəllimlər institutunun filiallarında saxta diplomlarla bağlı nə qədər yazılar getdi. Həmin vaxtlar Gəncədə filial direktorunun toyda gəlinə diplom bağışlaması da belə yazıların içində yer almışdı.
2014-cü ildə ovaxtki Təhsil naziri bir muxbirin saxta diplomlarla bağlı sualına belə cavab vermişdi:
" Sual: Nə qədər saxta diplom satılmışdır?
Cavab: - Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən bir neçə min. Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində olanlar da var idi. Səhv etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır. Hansı səbəbdən bu bizim üçün vacibdir? Biz hələ də belə "müəllimlərin" qəbulunun qarşısını kəsə bilməmişiksə, nədən danışa bilərik? Çirklənmə mənbəyini aradan qaldırmasaq, suyu necə təmizləmək olar ki?”
Beləcə, yalançı müəllimlər, qeyri-pedaqoji təhsillilər, qəlbən, ruhən müəllim doğulmayanlar təhsil müəssisələrimizə doluşdu, məktəbin dadı-düzü, müqəddəsliyi qaçdı.
 

 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

Haşiyə: Mən şagird olanda bir müəllim mənə qarşı haqsızlıq etmişdi. Direktor bundan xəbər tutub məni kabinetinə dəvət etdi. Xeyli söhbət etdik, gördü ki, bəli, anlaşılmazlıq olub, həm də mənim təqsirim olmayıb. Dedi ki, müəllimlə söhbət edərəm. Dedim ki, həmin müəllimin növbəti dərsində gəlib sinifdə deyin, sinif yoldaşlarım da bilsin ki, mən günahsızam. Direktor əsəbiləşdi, əlini stolun üstünə vuraraq dedi ki, o müəllim Mehdi Mehdizadənin stolunun üstündə Nohurqışlaq kənd orta məktəbinin bu fənn üzrə ali təhsilli müəllimidir. Gedərsən növbəti dərsdən sinfə, mən özüm müəllimlə söhbət edəcəyəm.
Yerbəyerdən üstümə tökülsəniz də, Mehdi Mehdizadənin nazir olduğu dövrlərdə məktəblərimizin də, müəllimlərimizin də nüfuzu , həqiqətən də yüksək idi.

Qəbul imtahanları : ənənəvi, yoxsa indiki test üsulu

Qəbul imtahanlarının ənənəvi formasını yenidən bərpa etmək, test üsulunu ləğv etmək lazımdır. Test üsulunun texniki üstünlükləri var, amma keyfiyyət baxımından əvvəlki kimi 4 imtahan verməklə qəbul olunan abituriyentlər indikilərdən daha savadlı idilər. Sovet dövründə , tutaq ki, inşaat mühəndisləri institunu bitirmiş məzun indiki texniki universiteti bitirmiş məzundan daha
kamil mütəxəssis idi.
Test sistemi sovet dövründə olsaydı, on minlərlə abituriyent ən nüfuzlu fakültələrə elə 1-ci ili qəbul olunardı. Çox adamın 2-3 ali təhsil diplomu olardı.
Bu gün sınaq və qəbul imtahanlarında şagirdlərin/ abituriyentlərin bilik, bacarıq və vərdişlərinin ölçülməsi, hesaba alınması və qiymətləndirilməsi orta məktəb dərsliklərindən daha çox DİM-nin çoxsaylı test toplularının, vəsait adı ilə buraxdıqları, əslində orta məktəb dərsliklərinə alternativ olaraq hazırladıqları dərs vəsaitlərinə əsaslanır.
Şagirdlər də ona görə dərsliyə, sadəcə, göz yetirir, amma imtahanlara hazırlaşmaq üçün DİM-nin dərs vəsaiti və test topluları üzərində baş sındırırlar.
 
Dərsliklər, dərs vəsaitləri, test topluları

DİM-nin dərs vəsaitlərində akademizm güclüdür. Baxın, orta məktəbdə hər sinif üzrə Azərbaycan dili dərsliyi ayrıcadır, amma DİM-nin Azərbaycan dili üzrə dərs vəsaiti 632 səhifədən ibarət bir kitabdır və bütün orta məktəb proqramı bu 632 səhifəyə yerləşdirilib. Abituriyent bir ola hər sinfin kitabına ayrılıqda hazırlaşa, bir də ola 7 kitabı bir kitab şəklində, hansı üzücü olar? Abituriyent DİM-nin kitabını əlinə aldıqda mütləq bir vahimə keçirəcək ki, "bu qalınlıqda kitabı öyrənib necə yadda saxlayım?” 632 səhifə qurtarana kimi, bu gərginlik onu tərk etməyəcək.
Orta məktəb dərslyində, eləcə də DİM-nin Azərbaycan dili dərs vəsaitində mövzuların paylaşılma forması da fərqlidir. Dərslikdə hər mövzudan sonra çalışmalar , mətnə uyğun müəyyən şəkillər paylaşılır. Əgər orta məktəb dərsliyində hər hansı bir mövzunun nəzəri hissəsinin hazırlanmasına 1 saat vaxt verilirsə, 1 saat da çalışmalar üzərində işə ayrılır. Bütün bunlar zehni gərginliyin qarşısını almaq və ayrı-ayrılıqda mövzuların dərindən mənimsənilməsi üçündür. Amma DİM-nin 632 səhifəlik dərs vəsaitində şəkillər, hər mövzudan sonra çalışmalar yox, yalnız hər bölmədən sonra test tapşırıqları verilir.
Test tapşırıqları şagirdlərin istər yazılı, istərsə də şifahi nitq vərdişlərinini məhdudlaşdırır. Test əzbərçiliyə əsaslanır, amma sovet təhsilindəki imtahanlar hafizəyə, fikrini dəqiq və sərrast ifadə etmək bacarığına və s.
Bu gün məktəb dərslikləri, istərsə də dərs vəsaitləri adı ilə işbazların hazırladıqları iş dəftərləri, test topluları və sinifdənxaric oxu üzrə nəşr olunan ədəbiyyatlarla bağlı çiddi narahatçılıqlar var. Kim istəsə, vəsait, test toplusu, bədii əsər yaza bilər, aparıb onu nəşriyyatlarda nəfis şəkildə çap etdirib mağazalarda, köşklərdə satdıra bilər. Repetitorlara paylaşa bilər ki, bunu qrupunuza gələn uşaqlara satın və yaxud onlara məsləhət görün ki, bu testlərdən istifadə etsinlər.
Bu test toplularının çoxunda ciddi sistemsizlik və qüsurlar var. Müəllimlər də rahat olsun deyə, uşaqların valideynlərinə tapşırır ki, bu iş dəftərlərini və test toplularını alın, övladlarınız bunların üzərində çalışsınlar. Test topluları da baha. Hələ bunun sınaq imtahanları var, o da ödənişli, qəbul imtahanı da ödənişli. Niyə ödənişli?
 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (III yazı)

 

 

 

Bir evdən məktəbə, ən azından 2 uşaq gedirsə, bəzən hətta 3 uşaq gedir , indi ailə hər uşağına fənlərin sayına uyğun iş dəftəri, test topluları alsa və bu ilboyu bir neçə dəfə təkrar olunursa, görün ailə məktəbə görə nə qədər əlavə xərc çəkməli olur, sınaq imtahanlarının xərcini də bucəmə əlavə etsək, bir az da böyük görünəcək.
Bu sınaqları məktəblərin özündə aparmaq olmazmı? Ailələr həm əlavə xərclərdən və ora-bura getməkdən azad olarlar. Həm də məktəblərin nüfuzu get-gedə özünə qayıdar.
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.