Türkiyədə Yeni il
Yeni ilə yeni ümidlər və həyəcanla, sevdiklərimizlə bəzədilmiş yolkaların ətrafında, aldığımız yeni il hədiyyələrinin doğurduğu xoş təəssüratlarla qədəm qoyuruq.
Hamı Yeni ildə 1-ci olaraq sülh, əmin-amanlıq, firavanlıq arzulayır. Müxtəliftədbirlər keçirilir, gəzintilər təşkil olunur. Fərqli mədəniyyətlərəmalik dünya xalqları bu bayramı öz inanclarına uyğun olaraq qarşılayırlar.
Bəs Türkiyədə Yeni il gecəsi niyə və necə qeyd olunur?
"Milad” bayramı kimi qəbul edilən bu bayram dekabrın 25-də başlayan xristian dünyasının dini bayramıdır. Bu bayramda xristianlar İsanın doğumunu qeyd edir. Dekabrın 24-nə keçən gecə valideynlər əvvəlcədən bəzədilmiş yolkanın ətrafına hədiyyə paketləri qoyurlar və səhəri gün uşaqlar onlara ünvanlanmış hədiyyələrini açmaq sevinci ilə oyanırlar. Beləliklə, ailə bütün günü şən anlar keçirir və axşamlar xüsusilə ilk gün möhtəşəm süfrə açılır, hinduşka bişirilir, darçınlı qırmızı şərab içilir. Bütün ailə birlikdə əylənir, dini mahnılar oxuyur və birlikdə dua edir. Milad bayramı 3 gün davam edir. Amma bəzədikləri ağacı Yeni ilə qədər götürmürlər. Çünki o zaman onlar Yeni ili möhtəşəm qarşılayırlar və yolka o günü öz möhtəşəm görünüşü ilə müşayiət edir.
Türkiyədə yeni il şənlikləri çoşqu ilə qeyd edilir: ləzzətli yeməklər bişirilir, binqo oynanılır, əyləncəli proqramlara baxırlar. Son illərdə türklər də bu həvəs və həyəcanı bütün dünya ilə bölüşür. Həm evlərdə, həm də küçələrdə abadlıq-təmizlik işləri edilir və ətrafa işıqlandırmalarla fərqli bir görkəm verilir. Yeni il ərəfəsində burada müxtəlif həyat tərzinə uyğun əyləncə variantları tapmaq olar. Konsertlər müxtəlif sənətçilərin müşayiəti ilə otellərdə, restoranlarda və ya ictimai yerlərdə keçirilir.
Xüsusilə gənclər və çox pul xərcləmək istəməyən insanlar açıq havada konsertlərə üstünlük verirlər. İstanbul, Ankara kimi böyük şəhərlərdə möhtəşəm mənzərələrin şahidi olacağımız atəşfəşanlıq nümayişləri keçirilir, insanlar şəhərin ən mühüm meydanlarında toplaşır və gecə yarısına qədər əylənirlər. Saat 00.00-a cəmi on saniyə qalmış hər kəs 10-dan geri saymağa başlayır və bütün dünyada olduğu kimi Yeni ili coşqu ilə qarşılayır. Keçən ilin bütün çətinliklərini, yaxşı və pis günlərini geridə qoyub, əvəzində yeni ümidlərə qapı açırlar. Hamı bir-birinə xoş il arzulayır, uzaqda olan yaxınlarına zəng edir, ya da yeni il təbrikləri göndərir. Sonra gecə yarısına qədər əyləncələrini davam etdirirlər. Beləliklə, bütün il geridə qalır və Yeni il coşqu ilə qarşılanır.
Oxşar postlar:
- Oxunub: 127
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar