» » Teymurləng: "...evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar"

Teymurləng: "...evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar"

Müəllif: Anaveusaq.az от 1-12-2021, 21:41

Teymurləng: "...evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar"

 

Deyirlər bir gün Teymurləng bir şəhərin kənarına qoşun yeridib şəhərin ağsaqqalını danışıqlara dəvət edir və deyir:
– Mən kişilərlə vuruşacağam, şəhərdəki qadınlara deyin onlara bir gün vaxt verirəm, evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar!
Bir günün tamamında Teymurləng qoşunu şəhərə yeridir, lakin şəhərdə nə kişi, nə qadın, bir ins-cins tapmır. Evlərə girəndə baxırlar ki, camaat qır-qızıl, xalça-palaz, qiymətli əşyalardan heç nəyi özü ilə götürməyib. Teymurləng əsgərlərinə tapşırır ki, heç nəyə əl dəyməsinlər, burda nəsə bir əmma var. Şəhəri xeyli gəzəndən sonra görür ki, hansısa bir küçədə yalnız şəhərin bir ağsaqqalı tənha oturub uzanan yollara baxır. Yaxınlaşıb xəbər alır:
– Ağsaqqal, bu nə məsələdi, hanı şəhərin kişiləri?
Ağsaqqal deyir:
– Hökmdar, Siz dediniz ki, qadınlar evlərində onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar! Bizim qadınlar onlar üçün dünyada ən qiymətli olan atalarını, ərlərini, qardaşlarını, övladlarını götürüb şəhəri tərk ediblər, əsl insan üçün heç bir qiyməti olmayan qır-qızılı, xalça-palazı Sizə saxlayıblar.

Teymurləng: "...evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar"


Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.