» » Övladınız bu səbəblərdən bağçaya getmək istəməyə bilər – Çıxış yolları

Övladınız bu səbəblərdən bağçaya getmək istəməyə bilər – Çıxış yolları

Övladınız bu səbəblərdən bağçaya getmək istəməyə bilər – Çıxış yolları

Psixoloqlar bildirir ki, 2-4 yaş aralığı uşaq həyatında çox vacib mərhələdir. Bu vaxt uşaqlar tualet vərdişləri qazanır, səliqə-sahmana öyrənir, bir sözlə, onlarda sosiallaşma prosesi gedir. Ona görə də bağçaya getmək üçün ideal yaş 3 və daha böyük yaş dövrüdür.
Bəzən uşaqlar müxtəlif səbəblərə görə bağçaya getmək istəmirlər. Bu zaman uşağın bağçaya getmək istəməmə səbəbi ətraflı şəkildə araşdırılmalıdır.
AzEdu.az həmin səbəbləri sizin üçün təqdim edir :

Anadan ayrılma qorxusu

Uşaqların bağçaya getmək istəməməsinin başlıca səbəblərindən biri anadan ayrılma qorxusudur. Bu qorxunu yaşayan uşaq üçün bağça davamiyyətini yavaş-yavaş formalaşdırmaq lazımdır. Bu zaman ana və uşaq arasında olan münasibəti güvənli hala gətirmək vacibdir. Ana övladını bağçaya yola salarkən sakit və qətiyyətli olmalıdır . Valideyn mütləq övladına onu nə vaxt gəlib götürəcəyini başa düşəcəyi formada izah etməlidir.

Bağça müəllimini sevməməsi


Bağça müəlliminin neqativ münasibəti övladınızın bağçaya getmək istəməməsinə səbəb ola bilər. Buna görə də bağça seçimi zamanı müəllim kollektivinə fikir vermək lazımdır . Başqa uşaqların qarşısında müəllimin uşağı danlaması uşaq üçün travma ola bilər.

Bağçaya adaptasiyada çətinlik

Bəzən uşaqlar üçün bağçaya getmək, yeni mühitlə tanış olmaq və bağçadakı uşaqlarla yaxınlaşmaq digərlərinə nisbətən daha çətin olur. Adaptasiya dövründə uşaqla çox vaxt keçirməyə çalışın. Bağçadan sonra onunla gəzintiyə çıxın. Uşaq bu zaman hər şeyin əvvəlki kimi olduğunu hiss edib, mənfi həyəcandan uzaqlaşacaq.

Qarşılaşdığı problemlər

Uşağı qarşılayarkən ondan bağçada gününün necə keçdiyini, nələr etdiyini , yeni nələr öyrəndiyini soruşun. Ayrı qaldığınız vaxt ərzində baş vermiş hadisələri müzakirə edin. Onu tərifləyin. Əgər nəyisə səhv elədiyini düşünürsünüzsə, məsləhət verin. Onda övladınız düşünəcək ki, bağçada olan bütün problemi həll etməyə ona kömək edəcəksiniz
Qeyd edək ki, Bağçaya getməmişdən əvvəl körpənizə bağçanın nə olduğunu izah edin. Onu bağçaya aparın və birlikdə ətrafa nəzər salın. Övladınıza bağçada uşaqların nə etdiyini izah edin və bunun nə qədər maraqlı olduğundan danışın.

Övladınız bu səbəblərdən bağçaya getmək istəməyə bilər – Çıxış yolları

Müəllif: Gülcahan Məmmədova
Mənbə:https://azedu.az/az/news/47187-ovladiniz-bu-sebeblerden-bagcaya-getmek-istemeye-biler-cixis-yollari

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.