» » Bakıda tülkü və balaları

Bakıda tülkü və balaları

 

Bakıda  tülkü  və  balaları

 

Tülkü haqqında bildiklərimiz ancaq kitablarla bağlı olub. Televiziya meydana çıxandan sonra ekranda şəkillərini görmüşük.
Tülkünün təsvirinə, bədən quruluşuna, həyat tərzinə, əsas xüsusiyyətlərinə, qidalanmasına kimi biz onun haqqında ancaq nağıllarla ("Tülkü, tülkü, tünbəki”, "Tülkü baba və hacıleylək”, "Tülkü və kəklik”, "Tülkü ilə toyuq” ) , atalar sözləri ilə tanış olmuşuq: "Tülkü tülkülüyünü sübut edincə, dərisini boğazından çıxardarlar”, "Dərə xəlvət, tülkü bəydir”, "Tülkü tülküyə buyurar, tülkü də quyruğuna”, "Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysunlar”, "Qoca tülkü tora düzməz” və sair atalar sözləri ilə bizə tülkü obrazının ancaq xarakterik xüsusiyyətlərini çatdırıblar.
Abdulla Şaiqin "Tülkü həccə gedir” mənzum nağılı bütün uşaqların ən çox sevdiyi nağıllardan idi. Sonra artıq zoologiya, coğrafiya fənləri tədris olununca tülkü haqqında daha elmi fikirlər öyrənməyə başladıq. Öyrəndik ki, tülkü (lat. Vulpes) itlər fəsiləsinə aid məməli cinsidir.
Sifəti uzunsov, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Əsasən boz və kürən rənglərdə olur. Uzunluqları 90 sm, quyruğu isə 60 sm-ə çatır. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Azərbaycanın hər yerində rast gəlinir.
Tülkülər xəzli heyvan ovçuluğunun obyektidir.
Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. Özü qazıdığı ya da boş yuvalarda məskən salır.
4-12 bala doğur. Onlar əsasən 10-12 il yaşayırlar.
Tülkülər ciddi zərəverici heyvanlardan hesab olunur. Nağılların tarixi yüz illərlə hesablanır. Və nağıllarda tülkünün xarakteristikası zərərverici kimi də daşlaşıb.
Bizim gözəl şairimiz bir şeirində bunu yumoristik şəkildə çox doğru ifadə edib:

...Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.
 
Bütün bunlardan sonra bu yazını yazmağımın səbəbini deyim.
Tülkülər təkcə dağda, meşədə, çöldə deyil, şəhərdə də yaşaya bilir. Təsacdüfi görüntü ola bilməz ona görə ki, illərdir mətbuatda tülkü görüldüyü haqda informasiyalar paylaşılıb.

Bakıda  tülkü  və  balaları

 

Bakıda  tülkü  və  balaları

 

Amma indi gözümüzlə görürük. Xətai rayonu Şıxlinski küçəsi yeni tikilmiş 3 ədəd 16 mərtəbəli evlə üzbəüzdə - sürüşmə zonasında hər gün bu tülkü balaları oyuqdan çıxıb özlərini günə verirlər. 4-5 ədəddir. Böyüyüb arta və təhlükə məbəyinə çevrilə bilər. Ola  bilsin ki,  həmin oyuqda daha çox tülkü var.Çünki sakinlərin bəziləri gecələr ərazidə  tülkü gördükləri barədə danışırlar.

Bakıda  tülkü  və  balaları

 

Bakıda  tülkü  və  balaları

 

Bakıda  tülkü  və  balaları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz