» » Biz ailə institutunu itirməyə doğru gedirik

Biz ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

  

Biz  ailə institutunu itirməyə doğru gedirik 

 

Biz  ailə institutunu itirməyə doğru gedirik


Bu şəkillərə türk saytlarında rast gəldim. Bilmədim bu proletar həmcinsimə gülüm, yoxsa biçarə taleyinə açıyım.   Bəs bu xanımlar nədən  belə sevinirlər,  dağılan tifaq üçün boylə şadlıqmı edərlər?

 Qınamaq da olmur. Ona görə də  nə qınamıram,  nə də  yazığım gəlmir. Çünki  kimisə  qınayanda, kiməsə yazıqlananda, həmin şey mütləq qınayan adamın öz  başına gəlir. Sadəcə, onu bilirəm ki,  boşayan da  bədbəxt,  boşanan da bədbəxt...

    Həyatın əkslikləri çox olduğu kimi, gözəllikləri də  intəhasızdır.  Bu, o demək deyil ki, insan mütləq  A-dan Z-yə kimi  bu intəhasızlıqların haməsından mütləq dadmalıdır. Bu, fiziki cəhətdən mümkün olan da məsələ deyil.     Bizim məşhur filosoflarımızı insanın  xoşbəxtlik arzuları  həmişə düşündürmüşdür.   Əlbəttə, xoşbəxtlik ictimai-iqtisadi mühitlə  üzvi şəkildə bağlıdır. Amma  bu  dəyərləndirmədə   şəxsiyyətin özünün də  bu mühiti necə dərk edib qəbul etməsi  xoşbəxtliyə çatmağın  həlledici   amilidir.

İnsan  bunun üçün özündə əxlaqi  sifətlər tərbiyə etməlidir, öz  motivasiyasını   "Orta hədd” ə  əməl  etməklə qurmalıdır. "Orta hədd”i   filosoflar   həm də " Qızıl   hədd”  kimi dəyərləndirir və onu  kainatdakı qanunauyğunluğun, qayda və nizamın  ölçüsü kimi   görürdülər. Böyük Nizami " Artıq içilən  də  dərd verir o da” yazanda,   həyat  həqiqətinə   bu hikmətin zirvəsindən   ucalanmışdır.

 Sən cəmiyyət üçün  motivasiya ola bilməyəcək düşüncəni, hərəkətini, addımını  niyə  tirajlamalısan? Kimə tirajlayırsan bunları? O  qadını və yaxud o əri seçəndə   həmin adamların  tövsiyyəsini, xeyir-duasını  qəbul etmişdinmi? 

 Siz , sadəcə,  evliliyin intim tərəfini hədəfləyib  baş vurmusunuz bu izdivaca.  Evlilik, ailə həyatı tamam başqa şeydir xanımlar, ağalar? Evliliyin  intim  qanunauyğunluğu var, amma bu ehtiyac  gözlərin  qurdunu öldürmək ehtiyacı deyil, sevginin  varisliyi üçün  cavabdehlik  üçündür. Bu sevgi də çiçək açmalıdır. Siz də bu sevgini çiçək ətrini canınıza, ciyərlərinizə çəkib  yaşamalısınız. Sevgi budur da.  Sevən adam üçün  sevdiyi seks  mələyi olmamalıdır. Hansı Don Juanınsa hansı  oteldə hansı fahişə ilə hansı  pozada  intim yaxınlıq edib  bunu qadından həzz almaq  vasitəsi kimi  qəbul edirsə,  bu münasibətlərin    normal insanların  özlərini  həsr etdikləri  ailə, qadın-ər münasibətlərinə 0,1  faiz bağlılığı yoxdur. Ailə münasibətləri, ər-arvad münasibətləri  özü ağayana olmalıdır.         Nə   kişi qadını  o səviyyədə xəyal etməməli, nə qadın bunu  ağlına gətirməlidir. 

 Bizim  ideologiyamızda aşınma  gedir. Bu yazıya başlamazdan əvvəl mətbuatda  ARB telekanalında  Zaur Kamalın  son verilişlərinin birində aktrisa ilə ilə mükalimələri zamanı  fikirlərinin  cəmiyyətdə  narazılıq  doğurması barədə bir  məlumat oxudum.  Belə  mükalimələr, hərəkətlər 1-ci dəfə deyil, 2-ci dəfə deyil. Bu cürə televiziya olmur, olur ey, amma   maarifləndirici yox şoulaşdırıcı televiziya olur. İdeoloji qayğılarımız cəmiyyətin bu xüsusda  narahatlığından nəticə çıxarmalıdır.

Şou  verilişləri, bulvar mətbuatı     belə qeyri-etik, qeyri-sağlam  münasibətləri      "eşq yaşamaq” , " sevgi yaşamaq ” kimi tirajlayırsa,   hələ   son     illərin     kütləviləşməyə meyilli intihar hadisələri, azyaşlı qızların   dünyaya uşaq gətirməsi, müxtəlif  adlarla   ekranlarda və mətbuat səhifələrində  əza nümayiş etdirmələri  

gözləniləndir və  bunun intensivləşəcəyi də gözləniləndir.

 Televiziya, mətbuat xalqın, cəmiyyətin  qəbul etdiyi normalara xidmət etməlidir,  bu normaları     paylaşmalıdır.  Türk mətbuatında rastlaşdığım bu mövzu da  çox narahatedicidir.

Bu adamlar elə bil qəhrəmanlıq ediblər. İnsan səhv edə bilər, aldana da bilər. Bu səhvi, yanılmanı  düzəldib həyata  yenidən başlamaq olar. Amma  səssiz-küysüz. Bu, nə mesajdır cəmiyyətə ötürürsünüz: elə  boşayan və boşayanla eyni məsuliyyətdə, beləxəbərləri   tirajlayan  mətbu vasitələr?


Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

Bursada qadın 18 illik ailə  həyatına son verib,   məhkəmədən sonra Ədliyyə binasının önündə şadyanalıq edir, musiqi səsləndirir, şirniyyat paylaşır. Digər bir  xanım , hətta küçədə belə, kabab çəkir. Bunlar cəmiyyətin  mövcud ailə-əxlaq güvənliyinə qarşı edilən hörmətsizlikdir. Belə demokratiya olmur.

 Həmin türk  qardaşlarımız,   "Çox mutluyam” deyən türk xanımları  mənim  bu yazımdan  xəbər çətin ki, tutacaqlar. Amma kimlər tutacaqlarsa,  Nazim Hikmətin bir gözəl şeirini təqdim edəcəyəm:


Mən səndən əvvəl ölmək istəyirəm.

Gedənin arxasından gələn

gedəni tapacaqmı düşünürsən?

Mən zənn etmirəm bunu.

Yaxşısı, cəsədimi yandırarsan,

otağında ocağın üstünə qoyarsan,

içində bir qabın.

Qab şüşədən olsun,

 

şəffaf, ağ şüşədən olsun

ki içində məni görə biləsən ...

Fədakarlığımı anlayırsan?

imtina etdim torpaq olmaqdan,

imtina etdim çiçək olmaqdan

sənin yanında qala bilmək üçün.

Və toz oluram

yaşayıram yanında sənin.

Sonra, sən də öldüyündə

həmin o qaba gələrsən.

Və orada birlikdə yaşayarıq

Külümün içində külün,

ta ki bir gəlin

yaxud vəfasız bir nəvə

bizi oradan atana qədər ...

amma biz

o zamana qədər

o qədər

qarışacağıq

ki bir-birimizə,

atıldığımız zibillikdə belə zərrələrimiz

yan-yana düşəcək.

Torpağada birlikdə düşəcəyik.

Və bir gün yabanı bir çiçək

bu torpaq parçasından nəmlənib cücərərsə

sapından şübhəsiz

iki çiçək açacaq:

biri sən,

biri də mən… 
   

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Bu vəziyyətin yaranmasında  əsl  günahkarlar siz özünüzsünüz.  Öz problemlərinizi cəmiyyətə niyə yük edirsiniz, niyə  ailə instituna, ailə ittifaqının tərəfləri arasında bir-birlərinə etimadsızlıq yaradırsınız.

 Vaxt var idi ki,  boşanmaq, boşamaq ən   utanc  hal kimi qəbul edilrdi. Qızı boşanan valideynlər  nə yerin altında olurdular, nə üstündə?  Arvad boşayan  oğul atası üçün də eyni acı yaşanırdı. İndi bu ailənin digər oğlu evlənəcəkdisə və yaxud qızı köçməlidisə,  qohum olan tərəflər  mütləq bunu nəzərə alırdılar. Onlar ya özləri kimi ailələrlə quda olmalı idilər, ya da başqa uzaq  kəndlərdən, rayonlardan qız almalı idilər və ya qı verməli idilər. İndi yoxdur belə cavabdehlik. İndi övladlar seçimvə söz sahibidirlər. Ona görə də  çox keşmir ki,  pozduqları nikahı  küçədə şirniyyat paylamaqla, kos vurdurmaqla qeyd edirlər. Niyə mutlusunuz, nədən qurtulmusunuz? Əksinə, daha mutsuzluğa, daha dava-şalaşlı   asılılığa yol başlamısınız.

  Gənclər sevərkən tələsməməli, sevgiyə, qadına doğru  şou   psixologiyasının oyatdığı əhvali-ruhiyyədə deyil,  mənəvi bütövlük ehtiyacında  addım atmalıdır. Təbii ki,  bu qədər sevənlərin hamısının da   sevgi meyarları  ideal ola bilməz, yanlışları da olacaq, uğursuzları da olacaq.  Amma bunlar indiki kimi dinamikası fəallaşmağa doğru olan meyl  olmamalıdır. Amma  yanlış addım atan, saqqızını oğurladan  keşmişdəki ki,  qəbahətlərinə, günahlarına sığınıb  bir addım geriyə çəkilərdi. İndiki kimi  özündən  yax.ı mənada fərqlilərin üzünə kül üfürməzdi. Özü də  bugünkü şou verilişləri, şou mətbuatı vasitəsi ilə.

Biz  ailə institutunu itirməyə doğru gedirik

Biz  ailə institutunu itirməyə doğru gedirik

Biz  ailə institutunu itirməyə doğru gedirik

Biz  ailə institutunu itirməyə doğru gedirik  

Yuxarıdakı xəbərlərin sərlövhələrinə fikir verin. Sovet dövründə yaşamış insanlar,  o vaxtlar heç belə xəbərlər eşitmişdinizmi, qəzetlərdə belə yazılar oxumuşdunuzmu?  Sovet dövründə ağlınıza sığışdıra bilərdinizmi Zaur Kamalın, Elgizin, Tolikin,  Amil  Xəlilin apardıqları  veriliş  kimi  zərərli  proqramları?
Zaur Kamalın  ağzına gələni  ifadə etməyə heş bir məsuliyyəti yoxdur, əksinə, stimullaşdırılır,   panosu  telestudiyanın  bayır divarına yapışdırılır. Bütün bunlar haqqında  ciddi  düşünmək lazımdır. Tribunanı  korporativ maraqları  hər şeydən üstün  tutan adamların ixtiyarına vermək olmaz? 
Onda  kiminsə  dəyərlərdən danışması, veriliş hazırlaması, sözün, fikrin, eləcə də  maddi resursların  təmiz suyun boş-boşuna  yola, küçəyə axıdılması kimi bir şeydir.

Biz  ailə institutunu itirməyə doğru gedirik

  İndicə oxudum bu yazını, özü də kifayət qədər mətbu  fəaliyyətdə yolu, təcrübəsi olan bir  portalda.  Sərlövhəyə fikir verin:" Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA"

Əzələn, ayrılmaqla azadlığa çıxmaq    formatı cəmiyyətimiz üçün  məqbul deyil,  kim bunu  özünə aid edirsə, özü  bilər, amma  bunu  resept kimi cəmiyyətə vermək olmaz. İkincisi də,  qələmin, sözün müdriklik səlahiyyəti odur ki,o insanı cəmiyyətin, xalqın təməl prinsiplərinə bağlasın, dəyərləri qorusun.

 Yazıda müğənninin dilindən   verilmiş  "sevişirəm” ifadəsinin mənası     mətbuatın ucbatındn    az qala öz ehtiva etdiyi  ilkin mənasından çoxx  uzaqlaşdırılıb.

 Xəbərə görə, ayrılmasını  azadlığa çıxmaq  kimi dəyərləndirən xanım ardınca deyir ki,  mən onunla sevişirəm.   Onda sual oluna  bilər : kiminlə?  Həm də ayrıldığı adamla yenidən   sevişmək hansı   anlamı ifadə edir? Amma  mətni oxuyanda aydın olur ki, xəbəri düzüb qoşanlar  oxucu  diqqəti  cəlb etmək üçün fikri konteksdən çıxarıb,  məqsədli olaraq bu cür fərqli   məzmun yaratmağa maraqlı olublar.   Əgər QADIN obrazını təsəvvürlərdə,  bədii əsərlərdə, ekranda , mətbu səhifələrdə, reklam roliklərində bu şəkildə canlandırsaq,   gələcəkdə toy edəcək, ailəquracaq  gənclərin münassib qız tapıb  nikah bağlaması  çox çətin olacaq,  belə qız tapmaq üçün  növbəliliklər yaranacaq.Oxucularım tərəfsiz olduğuma əmin olsunlar. Olsun ki, üst-üstə düşməyən fikirlərimiz olsun. Olsun ki, lap yanlış da  təsəvvür daşıyıcısı olum, amma  heç bir tərəfə deyil, ideyanın  aliliyinə  bağlıyam.  Harda bir ailə pozulubsa, hər iki tərəf məsuldur. Gözəl şairimiz  Musa Yaqub demiş:

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.
 
Toydan  2 ay  sonra  necə ayrılmaq olar, bəs siz necə tapışmısınız, bir-birinizi necə kəşf etmisiniz? Evlilik səhər evdən çıxıb axşam qayıdıb  bir yastığa  baş qoymaq deyil. Evlilik  dəyərlər uğrunda  birgə mübarizə, birgə əməkdir. Evlilik   ailədə qarşılıqlı etimad və hörmətə əsaslanan balaca  bir ittifaq,  dövlətdir.  "Burada hamının malı bərabər ola bilr,   bütün malları bərabər bölə bilrsiniz",  amma  ailə başçısının üstün rolu mütləq qəbul edilməlidir. Əsl qdın da bu üstünlüə təslimiyyətə sədaqətli olmaqla öz  arzu və xəyallarını gerçəkləşdirə  bilir.   Ailə dağılmamalıdır. Kişinin bir ailəsi olar, qadının da bir həyat yoldaşı.  Qadın  gəlin köçdüyü evə dik gedib, öındələn  qayıtmalıdır. Əgər yola getmirlərsə, onların  hər ikisini aparıb özlərindən başqa  heç kimin olmadığı bir adaya buraxmaq lazımdır və 1-2 il də vaxt  vermək lazımdır. Dil tapıb barışsalar,  bu müddətdə harada yanlışlıq etdiklərini dərk edə bilsələr, yenidən  ailəsinə  qayıtmağa icazə verilsin. Hansı tayfadasa belə qayda var. Söz yox ki, bircə ay heç kimin olmadığı tənha  adada  qalan cütlüyün bir-birinə sığınmaqdan başqa əlacı qalmır.
 Boşamaq, ayrılmaq  heç vaxt  çıxış yolu ola  bilməz.  Ha desələr  ki, ikinci arvad şirin olur,  o qədər də ikinci arvad yaman çıxdı  deyənlər də olur.  Odur ki, ay sevənər ,   sevdiyinizin, sevginizin qədrini bilin.
 Yazımı bütün evlilərə sağlam, xoşbəxt ailə  ittifaqı arzulamaqla  Davud  Nəsibin  gözəl bir şeirlə  başa vururam:
 
Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Qərənfil qərənfilin,
Lalə lalənin olsun.

Yer üzü vüsal dolu -
Sevən çox, sevilən çox.
Nisgil var ürəyimdə,
Mənə gül gətirən yox.

Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Bənövşə Bənövşənin,
Nərgiz Nərgizin olsun.

Qoruyun eşqinizi,
Həmişə əziz olsun.
Ürəyiniz gül kimi
Saf olsun, təmiz olsun.

Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Ən gözəl hədiyyəniz
Al-əlvan güllər olsun.
 

Biz  ailə institutunu itirməyə doğru gedirik

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz