» Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açar onun səsində.
Məmməd Araz

Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən "Zəfər” paradında Araz çayı ilə bağlı könül məlhəminə çevrilmiş bu məşhur nəğmədən səsləndirdiyi misralar yadınızdamı, bütün İranı silkəlimişdi:

Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.....

İranın Xarici İşlər Naziri Zərif Ərdoğanın Zəfər paradında "Araz çayı" haqqında Bəxtiyar Vahabzadədən söylədiyi şeirə də etiraz bildirmişdi: "Heç kəs bizim əziz Azərbaycanımız haqqında danışa bilməz”.
Bəs Araz kimindir?

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Aras çayı çox dəyərli bir siyasi-coğrafi sərhəd, İran, Ermənistan, Azərbaycan və Türkiyə sərhədləri boyunca uzanan çox vacib və təlatümlü bir çay kimi təsvir edilə bilər. Bu çay Türkiyə, Naxçıvan, Culfa və Ermənistan sərhədlərini keçərək Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazidə Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur...
Aras çayı tarixən "Gülüstan” və "Türkmənçay” kimi siyasi müqavilələrin irticasına məruz qalmış və 1813-cü ildə, "Gülüstan” müqaviləsinə görə İran və Rusiya arasında sərhəd olaraq seçilmişdir. Özlərini ağıllı bilmişlər. Həmin müqavilə bugünki Azərbaycan Respublikasının əksər hissəsi Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.

Axdı qan,
Yar üzündən axdı qan.
Araz çəpərə döndü,
Su yerinə axdı qan!

Məmməd Araz

Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalamışdır.
İkinci Rusiya-İran müharibəsindən sonra isə Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bu ilhaqını 10 fevral 1828-ci ildə bağladığı "Türkmənçay” müqaviləsi ilə Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu .

"Gülüstan” müqaviləsi və ondan sonra imzalanan "Türkmənçay” müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalanmışdır. Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi.
Müqavilənin imzalanma mərasimində İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç, Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak etmiş polyak əsilli tanınmış dramaturq, yazıçı və diplomat A.Qriboyedov və digər rəsmi şəxslər iştirak etmişdir. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Peskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa rus ordusuTehranı tutacaqdır.
Türkmənçay müqaviləsi bağlandıqdan sonra "Ağıldan bəla" pyesinin müəllifi A.Qriboyedov İrana rəsmi səfir təyin edilir. Elə həmin ildə də o, Tehranda səfirlik binasında qətlə yetirilir və meyidi Tiflisə aparılır.
Nəriman Həsənzadənın çox sərrast ifadə etdiyi kimi:

"Ağıldan bəla”nı yazan sənətkar,
Özü də ağıldan bəlaya düşdü.

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olunmaqla bir də 1991-ci ildə müstəqil oldu. Amma torpaqlarımız işğal marşallarının ya bilavasitə , ya da bilvasitə iştirakı ilə, fərqi yoxdur, təcavüzə məruz qaldı.30 ildə bu işğalın tarixi oldu.
Azərbaycan dövlətinin, şəxsən ölkə başçısı cənab İlham Əiyevin bütün səylərinə baxmayaraq, bu işğalı beynəlxalq səylərlə, diplomatiyanın gücü ilə dayandırmaq mümkün olmadı. Özümüzdən və Türkiyəmizdən, Pakistandan savayı, daha heç kim bunu istəmirdi. Bunu bilən, görən Ermənistan getdikcə həyasızlaşırdı. Artıq
27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca qarşıdurmalar başladı. Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi. Belə olan təqdirdə Azər baycan bütün Beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazilərinin, sərhədlərinin suverenliyi uğrunda mübarizəyə qalxdı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə qəhrəman əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbə vurdu. Qarabağ işğaldan azad olundu. 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Amma atəşkəs sonrası sa ara-sıra toqquşmalar baş verir və hər dəfə düşmənin layiqli cavabı verilir. Ali Baş Komandan qətiyyətlə bildirmişdir ki, əgər ermənilər bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər!
Dövlətimiz, ordumuzun müdafiə qabiliyyəti günü-gündən
möhkəmlənir. Biz heç bir ölkəyə hücum etməmişik və edəsi də deyilik. Amma səylər nəticə verməyəndə, ikili standartlar şahə qalxanda dövlət başçımız hüquqi və qanuni şəkildə ölkəsini, xalqını qorumağı bacaracaqdır.
Arazla bağlı ağrılarımız da, inşallah, bir gün həllini tapacaq. Ona görə də heç kim bu xalqın Araz harayını, Göyçə, Zəngəzur, Dərbənd niskilini qəribçiliyə salmamalıdır. "Torpaqdan pay olmaz” demiş ulular.
Biz inanırıq ki, möhtərəm İlham Əliyevin
böyük uzaqgörənliyi, qətiyyətli mövqeyi ilə biz tarixi ədaləti bərpa edəcəyik.

Bu gün Araz çayında yaranan ekoloji vəziyyət xüsusi narahatlıq doğurur, bu narahatçılıq, hətta Kür çayında olduğundan da təhlükəlidir. Çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları birbaşa bu çaya axıdılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m3 təşkil etmişdir. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə, "Araz" su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun "çiçəklənməsi" baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.
Arazı xilas etmək ətraf mühiti qorumaq seməkdir. Arazı qorumaq ümumi evimiz olan dünyaya qəsd edən bir vandal, pirat tayfanı – erməniləri dünyaya tanıtmaqdır.

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım

Axdın, o tay bu tayda ...Yandı dodaq, Arazım


Arazım, ax Arazım!
Üzümə bax Arazım!
Axdın, o tay bu tayda
Yandı dodaq, Arazım.

Araz yanıq dillidir.
Suyu necə lillidir,
Gah axır, gah dayanır
Görünür nisgillidir.

Rəsul Rza -1961-1964

Qeyd: Yazıda bəzi vikipediya məlumatlarından istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz