» » Şimali Afrikada böyük səhralaşmanın səbəbləri haqqında mülahizələr

Şimali Afrikada böyük səhralaşmanın səbəbləri haqqında mülahizələr

Müəllif: Anaveusaq.az от 1-06-2021, 07:02
Şimali Afrikada  böyük səhralaşmanın səbəbləri  haqqında   mülahizələr

Alimlər   Şimali Afrikadakı ucsuz-bucaqsız torpaqların

 səhralaşmasına  insan toplumunun həlledici təsir göstərdiyini irəli sürmüşlər.

Cənubi Koreyanın Seul Milli Universitetinin arxeoloqu David Vright  bu torpaqların 10.000 il əvvəl yaşıl və məhsuldar tropik bölgədən səhraya necə çevrildiyi barədə yeni bir tezis irəli sürmüşdür.

Vrightin  tezisində əkinçilik və heyvandarlıq ilə məşğul olan  insanların    bitki örtüyünü  məhv etməsi  iqlim və bitki örtüyündəki dəyişikliklərlə müşayiət olunmağa başlamışdır.

Bu ərazilərdə  heyvandarlığın ortaya çıxması, eləcə də   həmin torpaqların  çölləşməyə doğru  meyilləndiyini  göstərən kol bitkilərinin meydana çıxması ilə bağlı  aparılmış arxeoloji qeydləri müqayisə etmiş Vright  belə nəticəyə  gəlmişdir ki, kol bitkiləri Nil hövzəsi ətrafında 8.000 il əvvəl - yaşayan insan icmalarının köç etdiyi zamandan  başlamışdır,  özü də  bu yayılmanın qərbə doğru uzandığını irəli sürmüşdür.

Vrightin fikrincə, kənd təsərrüfatı istehsalındakı artım bölgənin ekologiyasına böyük təsir göstərmiş, nəticədə  vheyvandarlıq üçün vacib olan  bitki örtüyünü azalmış, günəş şüalarının yer səthinə əks olunmasının "albedo" adlandırılan təsiri  artmışdır,  beləliklə  atmosferi istiləşdirərək musson yağışlarının əmələ gəlməsinin qarşısını almışdır.

Nədir "albedo”?

"Yer səthinin və su səthinin qaytarıcılıq (əksetdirmə) qabiliyyəti albedo adlanır. O, müəyyən səth üzərinə düşən radiasiyanın əks olunan hissəsinin % -i ilə hesablanır. Albedo şüaların düşmə bucağı (daha düzgün bucağın sinisu) və onların keçdiyi optik atmosfer kütlələrinin sayı ilə birlikdə planetar miqyasda ən vacib iqlim əmələgətirmə amillərindən biridir.

Quruda albedo təbii səthlərin rəngi ilə müəyyən edilir. Tam qara cisim bütün radiasiyanı mənimsəməyə qabildir. Güzgüsəthi şüaları 100 % əks etdirir və qızmağa qabil deyildir. Real səthlərdən təmiz qar daha böyük albedoya malikdir. Radiasiya üçün düz su səthinin albedosu ona Günəş şüalarının hansı bucaq altında düşməsindən asılıdır.

Şaquli şüalar suda dərinə nüfuz edir və su istiliyi mənimsəyir. Maili şüalar sudan güzgüdəki kimi əks olunur və onu qızdırmır: su səthinin albedosu Günəş 90° yüksəklikdə olanda 2 %-ə, Günəş 20° yüksəkdə olanda isə 78 %-ə bərabərdir. 

Yer kürəsi səthinin ⅔ -si okeanla örtülü olduğunda su səthinin Günəş enerjisin mənimsəməsi çox vacib iqlim əmələgətirmə amili kimi özünü göstərir. Okenlar subqütb enliklərində onlara gəlib çatan Günəş istisinin yalnız kiçik bir hissəsini mənimsəyir. Tropik dənizlər isə, əksinə, demək olar ki, Günəşdən gələn bütün enerjini udur. Qütb ölkələrinin qar örtüyü kimi su səthinin albedosu da iqlimlərin zonal diferensiasiyasını dərinləşdirir (Bax: https://birdunyacografiya.wordpress.com/2018/07/19/albedo-n%C9%99dir/”.

Vright, azalan musson yağışlarının eyni zamanda səhralaşmaya və bitki örtüyünün itirilməsinə gətirib çıxardığını və bunun nəticədə nəhəng 9.4 kvadrat kilometrlik bir səhra bölgəsi yaratdığını iddia etmişdir.

Vright  nəzəriyyəsinin bölgədəki qədim göl yataqlarından alınan bitki qeydləri ilə sınaqdan keçirilə biləcəyini və daha çox arxeoloji məlumatlar tərəfindən dəstəkləndiyini vurğuladı.

Tədqiqatın nəticələri "Frontiers in Earth Science" jurnalında dərc edilmişdir.


Şimali Afrikada  böyük səhralaşmanın səbəbləri  haqqında   mülahizələr

Qeyd: Yazı türkcədən tərcümə ilətəqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz