» » ...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

Müəllif: Anaveusaq.az от 4-05-2021, 00:20

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

 

 Bu gün  Azərbaycan Silahlı Qüvvələrinin çavuşu , tibb bacısı - ilk qadın şəhidimiz Arəstə Kərim qızı Baxışovanın doğum  günüdür. Allah erməniləri  yer üzündən yox etsin.  Bu  vəhşi tayfa olmasaydı, bu erkək tinətli qadınımız  çox  gənc ikən  həyata göz yummayacaqdı, iki  balasını ana qayğısından  belə tez  məhrum etməyəcəkdi...
   Arəstə Baxışova  1989-cu il may ayının 5-də  Xaçmaz şəhərində anadan olub.
Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda  Çernobıl faciəsində əlil olmuş atası  vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
 

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

 

Arəstə Baxışova : "Ana, mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır".

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

 

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə oktyabrın 23-də Qubadlı döyüşləri zamanı  döyüş bölgəsindən yaralıları çıxararkən şəhid olub.
Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Vətən müharibəsinin yeganə şəhid xanımı Arəstə Baxışova haqqında mahnı yazılıb. Mahnının sözləri prezident təqaüdçüsü Qabil Ədalətə, musiqisi Elmir Mədətoğluna, aranjımanı Musa Bağırsoya aiddir.
Mahnıda şəhid Arəstənin cəsurluğu, vətənpərvərliyi və qəhrəmanlığı dilə gətirilib. Onun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirələri dərin ehtiramla yad edilib.
"Arəstə” adlı mahnını Əməkdar artist Firuzə İbadova ifa edir.

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

 

...Ey xanımlar xanımı qadın, Qüvvətdə erkəkdən ucadır adın....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz