» » Sədaqət rəmzi olan saha bir quş - Anqut

Sədaqət rəmzi olan saha bir quş - Anqut

Sədaqət rəmzi olan  saha bir quş - Anqut

 

Anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növüdür. 
Ördəyi xatırladan bu yabanı quşun başı ağ, gövdəsi qəhvə rəngində, quyruğu isə qara rəngdə olur.

Bu quşların boyları 70 sm, ömürləri isə 8-10 il aralığında olur.

 Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi «aanq-aanq» səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27–29 gün kürt yatır. Yuvalarını qaya yarıqlarında və ya koğuşlarda, çox vaxt gəmiricilər, hətta tülkülərlə qonşuluqda qururlar.

Sevgi xatirələrinin  ən sadiq  vəfa quşu hesab edilir.  Bu quşlar həyatları boyu yalnız bir əks cinsin nümayəndəsini seçib sevirlər.  Ömürlərini da ta həyatlarının sonuna kimi onunla başa  vururlar.

 Əgər   buquşlardan biri həyatını  tərk edərsə,  sağ qalan anqut   cütünün başı üstündə ölənə qədər uzaqlaşmır.  Hər zaman ona baxa-baxa    yas saxlayırlar.  

 

Sədaqət rəmzi olan  saha bir quş - Anqut

 

Sədaqət rəmzi olan  saha bir quş - Anqut

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz