» » Yetər ki səmimi olsun ürəyiniz

Yetər ki səmimi olsun ürəyiniz

Hikmət
Yetər ki  səmimi olsun ürəyiniz

Yaşlı bir baba hər gün məhəllədə bir oğlan uşağının ayaqyalın rezin topla futbol oynadığını gördü.
Bir neçə gün sonra o, uşağa bir ayaqqabı alır və top oynadığı yerdə onun yanına gəlib deyir:
- Bala, bu ayaqqabıları geyin, sənindir.
Uşaq hədsiz sevinir və dərhal ayaqqabıları ayaqlarına geyinir, sonra önündəki ağsaqqallı babaya deyir:
- Sən Allahsan?
Qocanın əl- ayağı titrəyir, dodaqları səyirir və uşağa deyir :
- Oğlum, heç olarmı belə demək?
Uşaq deyir:
- O zaman Allahın dostusunuz. Çünki dünən axşam, sadəcə, Allaha ayaqqabım olmadığını demişdim.
- Yetər ki səmimi olsun ürəyiniz. Ürəyimizin səsini duyan Rəbbimiz var, Əlhəmdulillah...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz