» » Mari Vortley Montagu

Mari Vortley Montagu


Döyüş təcrübəsi qazanmaq  istəyən hər kəs türklərlə savaşmalıdır.
Mari Wortley Montagu
Mari Vortley Montagu
Xanım Mari Wortley Montagu ingilis yazıçısıdır, dəyərli şərqşünasdır. Osmanlı dövründə İstanbula Səfir təyin olunan Edvard Vortley Montagunun xanımıdır.
Xanım Mari 1689-ci ildə Londonda nəcabətli bir ailənin qızı kimi anadan olub. Uşaqlıqdan şeir yazıb və latın dilini öyrənməyə başlayıb. 11 yaşından siyasətlə məşğul olan Edvard Vortley Montaguya aşiq idi. 1712-ci ildə , atasının razılığı olmadan Edvard Vortley Montagu ilə evləndi.
1716-cı idə Edvard Vortley İngiltərənin Osmanlı ölkəsində səfiri təyin olundu. Lady Montagu, əri və oğulu İstanbula gəldi. "Lalə İnqilabı”nın başlanğıcında (1718-ci ildə Avstriya ilə imzalanmış Pasarofça müqaviləsi ilə başlayan və 1730-cu ildə Patron Xəlilin qiyamçılığı ilə sona çatan dövr)baş verən dövrdə onlar iki il İstanbulda yaşadılar. Lady Montagu buradan ingilis dostlarına İstanbuldakı təəssüratlarını ən incə detallarıyla izah edən bir çox məktublar yazdı və bu məktublar Türkiyəni Avropada dəyərləndirmək baxımından çox əhəmiyyətlidir.
1718-ci ildə Lady Montagu əri ilə birlikdə Londona qayıtdı. Müxtəlif mövzularda hekayələr və məqalələr yazdı. Bəzi fikirlərində, o, feminizmin ilk müdafiəçilərindən biri kimi qəbul edilir.
Montagu 1738-ci ildə venesiyalı Qraf Franks Françesko Algarottiyə aşiq oldu və ailəsini tərk edərək İtaliyaya getdi. Bir müddətdən sonra Qraf Algarotti ilə olan əlaqəsinin pozulmasına baxmayaraq, həyatının çoxunu İtaliyada keçirdi.
Montagu 1762-ci ildə Londonda vəfat edib
 
Mari Vortley Montagu
Lady Montagunun məktubları

Lady Montagu 12 fevral 1717-ci ildən 1918-ci il mayın 17-dək 20 məktub yazmışdır. Bu məktublar Osmanlı-Avropa əlaqələrinin inkişafındakı əhəmiyyətinə görə, diqqəti cəlb edir.
Keçən müddət ərzində ledinin məktubları dəfələrlə türkcəyə tərcümə olunmuşdur. Məktublarda, ümumiyyətlə, Osmanlı cəmiyyəti və qadınları müsbət bir şəkildə əks etdirir. Avropalıların Osmanlılar haqqındakı mənfi fikirlərini yeni müstəviyə gətirilməsinə işıq tutur.
Məsələn, dostlarından ledi En Tistletveytə yazdığı məktubdan nümunə:
"… İndi mən inanıram ki, bunların hamısını oxuduğunuzda, bilmədikləriniz barədə söhbət etmək üçün özlərini saxlaya bilməyən sadə yolçuların xatirələrindən fərqli şeylər görə biləcəksiniz. Halbuki, fövqəladə bir fürsət çıxmadıqca heç bir xristian Türkiyədə nəzakətli bir adamin evinə girə bilməz. Xüsusilə, hərəmxana tamamilə qadağandır. Buna görə, hər kəs evlərə nüfuz edə bilmirlər, nəsə öyrənmək istəyənlər evlərin yalnız bayır hissələrini təsvir edə bilərlər. Burada haramlar evin arxa hissəsində olur, çöl tərəfdən belə şeylər görə bilməzsən. Çöldən yalnız yüksək divarları əhatələnmiş bağçalar görünür…(Bah 73) 
Lady Montagunun məktublarında hər təbəqədən qadınlar var: Saray cəmiyyətinin, eləcə də digər təbəqələrinin qadınları. Bu, ona istər sadə, istər müxtəlifsəviyyəli dövlət adamlarının qadınlını öz məktublarına gətirməyə imkan yaradır:
"Türk qadınlarının ən böyük bəzəyi Türk olmalarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd taxarlar, bəlkə üzərilərində daşıdıqları o daşların özünü Türk qadınları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyant.”
Lady Montagunun məktubları yalnız Osmanlı evinə nüfuz etmək qabiliyyətinə görə fərqlənmirdi, bununla o, həm də təsəvvürlərini müqayisə edərək türk qadınlığı haqqında dəyərli fikirlər söyləmişdir. O, bir şərqşünas həssaslığına və mövqeyinə sadiq qalaraq Osmanlı coğrafiyasını və Türk xalqının həqiqi dəyərlərini hərtərəfli və qərəzsiz çatdırmaq istəmişdir.
Məktublarda burada müşahidə etdiyi hamam xatirələri də maraqlıdır:
"…İctimai həyatdan təcrid edilmiş və ya belə həyata çox da aktiv olaraq qatılamayan Osmanlı qadını, əksinə, çöl-bayırdan uzaq qapalı məkanlara yönəlmişdir. Beləcə, hamam mədəniyyəti yaranmış və bu məkanlar onlar üçün ünsiyyət yerinə çevrilmişdir. Həftədə bir dəfə burada btoplaşaraq dərdlərini və sevinclərini bölüşürlər...

 

Mari Vortley Montagu

…Üç gün öncə maraqlı olduğum üçün səhərin ən gözəl hamamına getdim. O gun oraya yeni bir gəlin gələcəkmis. Bunu eşitmişdim və bu səbəbdən burada toy öncəsi gəlinin hamama aparılması mərasimini böyük bir zövqlə seyr etdim… Yeni qohumluq əlaqəsinə girəcək iki ailənin yaxınları, təzə gəlinin rəfiqələri hamama gəlirlər. Bəziləri də, sadəcə, seyr etmək ücün gəlirlər. Bəlkə də hamamda iki yüzə yaxın qadın olur. Evli və subay qızlar hamamın yuyunmaq üçün mərmərlə bəzədilmiş ayrıca yerlərində otururlar. Gənc qızlar tamam soyunurlar, üzərlərində inci və mirvarilər, bir də süslü saçlarından başqa bir sey qalmır. İki nəfər yeni gəlini qarşılamaq üçün qapıya dogru gedir. Gəlini anası və ya ən yaxın qohumlarından biri gətirir. Olduqca gözəl idi, onyeddi yası ancaq olardıi. Libası qızıl gümüşlə bəzədilmiş zərifqoxulu qumaş idi. Gəlini də özləri kimi soyundururlar. Bu zaman gənc qızlardan iki qız qırmızıya bürünmüş qapılardan ətrafa ətir səpirlər. qızlardan biri şərqi oxuyur, o biri bunu təkrarlayırlar. Gəlin gözləri həyadan yere dogru zillənmiş halda addımlayır… Çox xosuma gəldi.
 

 

Mari Vortley Montagu

 

Mari Vortley Montagu

 

Mari Vortley Montagu

  

 

Mari Vortley Montagu

 
Qızlar beləcə hamamın üç böyük salonunu dolaşdılar. Bu mənzərənin gözəlliyini təsvir etmək çox çətin. Bütün qızların vücudları çox yaraşıqlı və bədənləri göz alacaq qədər bəyaz. Hamama çox getməkdən səffaflasmış. Mərasim bitincə, gəlin, hörmətli xanımlara təqdim edildi, hər biri tərəfindən iltifatlı sözlər və çox qiymətli hədiyyələrlə təbrik edildi. Gəlin də onlara təzim edərək hədiyyələri qəbul edirdi.” (s. 132-133)
Montagu səfir xanımı olduğu üçün yüksək dairələrlə əlaqəsi, ünsiyyət imkanları geniş idi. Bundan istifadə edərək türk qadınlarını daha yaxından və daha dərindən öyrənməyə can atmışdır. O, sadəcə qadınların gözəlliklərindən bəhs etməklə kifayətlənməmiş, eyni zamanda bunların sirlərini də öyrənməyə çalışmış və bir çox yerlərdə məktublarına öz şəxsi qənaətlərini də əlavə etmişdir.
"...Buradakı gözəl qadınlar İngiltərədəki qadınlardan daha çox və daha fərqlidir. Burada çirkin qadın görəməzsiniz. Hamısının gözləri qaradır, bədənləri dünyanın ən gözəl rəngidir. Bütün xristianlıq məkanı, Kral sarayı ən gözəl qadınların cəm olduğu yerdir, amma oralarda da bu qədər gözə qadın yoxdur."
(s. 53).
Avropalıların inancına görə, Osmanlı dövlətində qadınların həyatı qul həyatından seçilmir. Montagunun məktubları şəhadət verir ki, əslində belə deyildir.Osmanlıda qadın heç də aşağılanmır.Doğrudur, aşağı səviyyələrdə müəyyən mühafizəkarlıq halları olsa da, üst təbəqələrdə qadınların şərəf və ləyaqəti hüquqi tənzimlənmələrlə genişlənməkdədir:
"Zəngin Türk qadınları ərlərində heç qorxmazlar. Cunki onların qazancları öz əllərindədir. Məhkəmə də qadınlara hörmət edir. Bir paşa öldürülərsə, onun hərəminə qətiyyən təcavüz edilməz. Dul bir qadın hər baxımdan əmniyyət icində yasar. Xanımlar cariyələrin hakimidir, onlar çox gənc və gözəl olsalar belə, ərlər , əsla, yan baxamazlar.” (s. 54).

Mari Vortley Montagu

 

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.