» Dahilərin həyatından

Dahilərin həyatından

Dahilərin həyatından


Qədim dövr Azərbaycan ədəbiyytı tarixinin məşhur nümüyəndələrindən biuri də Qivami Mütərrizi olmuşdur. Onun adı ədəbiyyatlarda və icmallarda az çəkilsə də, təzkirə və günclərdə haqqında müəyyən məlumatlar saxlanmışdır. Təzkirələrdə Q. Mütərrizinin Nizami Gəncəvinin ya qardaşı, ya da əmisi olduğu göstərilir.
Şair həm də dövrünün mahir çörəkçisi olmuş, hər iki sənətin onu şöhrətləndirdiyini belə ifadə etmişdir:


Şairlikdə yoxdur mislimi görən,
Çörəkçilikdə də hələ təkəm mən.

Qivami Mütərrizi də ideal qardaşları kimi zəmanədən, dövrandan gileylənmiş, dünyanı qəfəs, özünü isə bu qəfəsdə bir quş kimi hiss etmişdir. Şair ətrafda baş verənlərə, gördüklərinə seyrçi kimi qalmır, yeri gəldicə, bunlara münasibətini ifadə edirdi:

Əcəb zəmanədir, türfə xəlayiq,
Cəhalət meyindən tapılmaz ayıq.
Nə adil bir şah var, nə doğru hakim,
Nə dindar zahid var, nə təmiz alim.

Bədii fikrimizin məşhur simalarından biri də XIV yaşamış Əssar Təbrizidir. Əssar Təbrizi də dövründəki naqisliklərdən, elmə, zəkaya hörmətsiz münasibətdən narazı olmuşdur. Şair yazırdı ki, bu zəmanədə elm, zəka məhv edilsə də, cəhalət əziz tutulur. Ağilli adamları zindanlara atıb öz ürək qanları ilə qidalanmağa məhkum edirlər. Bəla burasındadır ki, ətrafda bunu seyr edən nadanlar, fazıllırin oda düşüb yanmasından zövq alırlar. Belə olduqda mən də dilimi bağladım, özümü lallığa qoydum.

Dahilərin həyatından


Əssar Təbrizi Vətəni, torpağı çox yüksək qiymətləndirir, bunları insan üçün məbəd hesab edirdi:

Əgər bir yoxsul qürbətdə şah da olsa,
O hər axşam yenə "Vətən” deyib ah çəkər.

Müasirlərinin yazdıqlarına görə Əssar Təbrizi çox hörmətli və sözü işə keçən şəxs olmuşdur. Təbriz şeyxi şairin bu nüfuzundan gələcəkdə faydalanmaq üçün ona çox qiymətli bir əba göndərir. Şair əbanı görən kimi, məsələni anlayır və əbanı geri qaytarrır.Səbəbini soruşduqda çair cavab verir ki, bu əbanın yunu səmadan gəlib. Onu Peyğəmbərin qızı Fatimə darayıb, Peyğəmbər özü isə toxuyubdur. Yox, mən adi adamam, belə müqəddəslikdə əbanı geyə bilmərəm.

Dahilərin həyatından

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.