» » Kişilər ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Kişilər ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Bəzən kədərlənəndə, bəzən duygulananda, bəzən hirslənəndə, hətta bəzən çox sevinəndə belə,  gözlərimizdən damla-damla yaş

gəlir. Olsun qoy, bəs niyə bu yaş ancaq ruhi-psixoloji hallarımızda axır? Hiyə insanlar adi günlərdə ağlamazlar? Ümumiyyətlə,

ağlamaq nədir? Ağlamaq daşlaşmamış, çamurluğa düşməmiş ürəklərin  hıçqırığı, hönkürtüsüdür. Kövrəkliyin, həlimliyin göz yaşları ilə ifadəsidir. Ağlamaq bəlalı sevgilərin  yol yoldaşıdır, mükafatıdır. Cövhərində nə varsa, ən  gözəl  hisslərə assosiativlik yaradır.

Ağlamaq olmazdısa, təbəssüm xəyalımıza belə,  gəlməzdi, necə gəldi-necə getdi heç düşünməzdik də.

Ağlamaq Tanrının bəlkə də insanlara ən böyük hədiyyəsidir....  

Nazim Hikmət ağlamağın mahiyyətini daha obrazlı olaraq qəhrəmanlıq hərəkəti kimi səciyyələndirmişdir. 
Yalıncıq oğlu Yalıncığın ağlamasını demirik ha: yalandan ağlasın, fiziki təsirdən ağlasın, diş ağrısından ağlasın və s. "Ürəyi, gözü, dili yanıb” ağlayanlardan, halına acıdığın kəsin hüznünü ürəyində daşıyanların ağlamağından danışırıq...
Belə ağlamaqlar ağlayanların özlərinə də çox yarar .
Bəxtə-taleyə yazılmış bir acının ürəklərin, ruhun üstünə çökdürdüyü dağ boyda yükü göz yaşından başqa daha nə belə yüngülləşdirə bilər?! Amma düşüncələrdə daha çox bu hiss  yer  alıb ki, ağlamaq qadınların  işidir, kişilər ağlamaz. Gözümüzü açandan belə eşitmişik.İzah etmək lazım gəlibsə, bu izahlar arasında yer alan əsas fikir də  bu olub ki, kişi ərdir, cəsarət, dözümlülük simvoludur. O,hisslərini idarə etməyi bacarmalıdır.  Guya qadınlar daha emosional olduqları üçün kişilərə nisbətən daha tez duyğulanırlar. Məsələn, kişilər  hər hansı faciəli hadisənin, ayrılığın  doğurduğu hüznü, nəmli gözlərlə yola verə bildikləri halda, qadınlar 5 dəqiqə ərzində 50 damla göz yaş axıdırlar.  Hətta bəzən qadınlar adi  bir vəziyyətdə elə ağlayarlar ki, eşidib görən deyər ki, bunun kimi ölüb görəsən, belə yanır. 

Ağlamaqla bağlı mütəxəssislər uzun müddət müşahidələr aparmışlar.

Bu müşahidələr də qadınların kişilərdən daha çox ağladığını göstərmişdir. Psixoloq V. Freydin 1982-ci ildə etdiyi bir araşdırma nəticəsində məlum olmuşdur ki, qadınlar ayda, orta hesabla, 5,3 dəfə, kişilər isə 1,3 dəfə ağlayırlar. Əgər qadınların hər dəfə

ağlaması, orta hesabla, 5-6 dəqiqə çəkirsə, bu müddət kişiərdə ən azından yarıbayarı azalır.


Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Onda  belə çıxır ki, kişilərdə heç ürək yoxmuş, ya da var, amma robot ürəkdir, proqramlaşdırılıb.Yox, bu, belə ola bilməz. Bu qədər dünya gözəlləri proqramlaşdırılmış ürəklərə axı necə heyran qalıb, necə məftun olub, necə "hə” deyib? Axı nə qədər yeni nəsil robotlar yaratsalar da, canlı insan hisslərini onlar heç vəchlə əvəz edə bilməzlər.
Bəs onda kişilər niyə ağlamaz? Gəlib çata bildiyim bu yaşda neçə hüznlü hadisələr, cani-dildən ağlayan, ağlamayanları da ağladan

qadın hönkürtüləri gördüm, eşitdim. Amma ağlayan kişi,  uşaqlığımda şahid olduğum bir hadisəni istisna etsək, görməmişəm.  

Həmin hadisə də  hüznlə bağlı deyildi: kəndimizdə ata oğlu ilə həyətdə fındıq çubuqlarından səbət hörürdü. Necə oğlunu döyürdü.

Oğlu da uşaq deyildi ha, ailəli idi, bir qızı da vardı. Hətta,o dərəcədə qəddarlıqla döyürdü ki, hər dəfə çubuq kürəyinə dolandıqca qışqırıq səsi bəlkə də kəndin hər yerindən eşidilərdi. Birini qoyub, o birinə keçim: bu kişinin oğlu niyə  belinə bir çubuq dəyən kimi qaçıb bağdan uzaqlaşmırdı, atasının qəddarlığından qurtulmurdu, indi də heç cürə izah tapa bilmirəm. Mən olsa idim (iraq-iraq), bir çubuq dəyən kimi bağın o biri başına çatardım, oradan da çəpəri adlayıb yola çıxardım. 
Əlbəttə, bu cür ağlamaq, fiziki ağlamaqdır. Ürək yanıb, acı çəkib ağlamaq isə tamam başqa bir keyfiyyətdir.  Adam çox dəyərli bir əmlakını və ya əşyasını itirə bilər, heç tükü də təpənməz. Amma bir əzizini itirib yanmamaq, ağlamamaq olmur.  Fiziki ağrıdan  çox keçməz ki, xilas olub sağlam hala dönmək olar. Amma əbədi ayrılıqlar var ki, onların acısına hönkür-hönkür ağlamamq olmur. Çünki belə əbədi ayrılıqlar  fiziki ağrılar kimi, üstündən az vaxt keçən kimi sağalmır, ta ömrün sonuna kimi səninlə olur. 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz 

Bir də ağlamaq nə kişi üçün, nə də qadın üçün acizlik deyil:

"Gözdən yaş çıxarmı ürək yanmasa?”

Başqa bir kimsənin kiminsə acısına ağlamaq - bu da  yüksək insani duyğudur. Acısına  şərik olduğun şəxsə hörmət, ehtiram və sədaqətin ifadəsidir. Vətənimizin azadlığı uğrunda qurban gedən şəhidlətimizə, gözlənilməz qəzalar zamanı həlak olmuş  və faciələri ümumxalq  hüznünə çevrilmiş insanların taleyinə lap nə qədər sərt olsan, göz yaşı axıtmamaq mümkün deyil, eləcə dəvaxtsız-vədəsiz öz evində həyata vida etmiş insanların. 

Sevgi həyatımızın urvatı da ağlamaqdan götürülüb. Aşiq olacaqsansa, çifayda, ağlamağın da aşiqliyindən öncə hazırdır. 
Kim bilir, bəlkə də bu, Şərq insanlarına xas olan bir xasiyyətdir. Uşaqlıqdan oxuduğumuz eşq hekayətlərinin əksəriyyətinin sonu bizi ağlamağa məhkum edirdi. Ağlamaq elə bil aşiqin də, eşqin boy-buxununa biçilibmiş. 

Qeys anadan olanda ağlayıbmış. Hamının bildiyi bu tibbi-bioloji hadisənin nə əsərə, nə də indi bizim yazımıza aidiyyəti yox.

Füzuli də, bu mövzuya müraciət edən, bu epizoddan istifadə edən digər şairlər də, sadəcə, bu təbii hadisəyə ictimai don geyindirmişlər. Yəni, bu ağlamaq gələcəkdə eşqə, Leyliyə mübtəla olub çox əzablar çəkcəyinə "sirüşkü axıdacağına, fəryad qılacağına” bir işarət idi.

Bəlkə də bir insanın həyatının bütün sonrakı dövrlərindəki kövrəklik , həzinlik, heç nədən təsirlənməyə meyilli olmaq , ani bir təəssüratdan qəhərlənmək, ürəyi, gözü yaşla dolmaq keyfiyyəti, elə eşqin doğurduğu mülayimlikdən yaranan keyfiyyətdir.

 Biz istər ədəbiyyat olsun , istərsə də  gerçək həyat,  böyük məhəbbətlərin şahidlri olmuşuq. Qu quşu misallı məhəbbətlər görmüşük. Vaxtsız-vədəsiz qırılan sevgi taleləri haqqında  eşitmişik, oxumuşuq.  Və bu sevgilərin  böyüklüyünü əbədi

ayrılıqlardan sonra, onun sağ qalan  mühafizindən, onun yazdıqlarından  bilmişik. Nümunə götürmüşük, nümunə götürəcəklər. İnsanlar böyük eşq yaşadıqlarını tərəflərin hər ikisi  bu həyatda olunca dəyərləndirmələrinə  işarə var bu xatirələrdə. 

Bu mənada mən  şairlərin hüznlərini həmişə ehtiramla qəbul etmişəm. 

Çox sevimli şairimiz, özü də  bu taleyə tuş gəlmiş Nəriman müəllim  hamını bir bu cür insanlara qarşı həssas olmağa

dəvət edir: 


Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Kimsə deyirdi ki, kişi ağlamaz,

Hanı gülə-gülə ölən kişilər?

Arvadı itirən kişini duymaz,

Arvadı yanında olan kişilər.

 

Bir dəfə təntənli bir görüşdə Habil Əliyev "Apardı sellər Saranı” mahnısını ifa edirdi.Nəriman müəllim də salonda idi və hiss

olunurdu ki, şair mahnını dinləyə-dinləyə nəsə yazır. Sonra  bu yazdıqlarını elə yanıqlı  ifasında salondaca səsləndirdi:

 

Canim yandı, can ay Habil,

Təzələdin bir yaramı.

Araz axır sahil boyu

Apardi sellər Saramı.

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Ələndi torpağım, daşım,

Ağardı bəlalı başım.

Mən ağlayıb qutarmışdım,

Agladı ellər Saramı. 

                                     Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Qarşımda canlı xəyalsan,

Qışqırırsan, amma lalsan,

Cal, Habil, cal, belə calsan,

Kaman dirildər Saramı.

 

Cabir Növruz da can sirdaşı Səkinə xanımı vaxtsız-vədəsiz itirmişdi. Şair bu niskili şeirlərində yanıqlı bir dillə çox təsirli

ifadə etmişdir: 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Sənin qızın, mənim ömür yoldaşım,

Əlimizdən nə tez uçdu, ay ana?..

Heç bilmirəm bu əzrayıl mürdəşir,

Birdən niyə onu seçdi, ay ana?…

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

O, gedəli gücüm yox, qüdrətim yox,

Bu həyata zərrə məhəbbətim yox,

Oğullarım qalmadılar yetim, yox,

O yetimlik mənə düşdü, ay ana… 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Elə bil ki, nəslimizdə talan var,

Baxışlarda gör nə boyda ələm var,

O gedəli gör nə qədər ölən var,

O gedəli köçhaköçdür, ay ana?..

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Sənin saçın birdən-birə ağardı,

Mənim ömrüm viran oldu, dağıldı,

İnsan tamam əfsanədir, nağıldır,

Əvvəli heç, sonu heçdir, ay ana…

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Səfurəmin anasısan – anamsan,

Sən də ona mənim kimi yanansan,

O gedəli sən də ömrü talansan,

Yaşayırsan gözü yaşlı, ay ana…

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Günlərimi təklik alıb qoynuna,

İblisdir ilişmişəm oyununa,

İstər gələ yüz-yüz gəlin-qaynana,

Ocağımız daha boşdur, ay ana…

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz 

Lap mələklər xidmət edə bu evə,

Peyğəmbərlər hörmət edə bu evə,

Allah özü diqqət edə bu evə,

Səfurəsiz yenə heçdir, ay ana…

 

Filosof alim,  istedadlı şair,  Rəfael müəllimin əzizi Sevda xanımın vaxtsız vəfatına  həsr etdiyi   şeirlər sanki bir elegiyadır.

 Onları heç sakit başla oxuyub keçmək olmur. Göz yaşı tökməyə bilmirsən:

 

Ağlayım 

Dilnən desəm dilim yanar, 

Qoy səni saznan ağlayım.

Gözüm yaşı bəs eləməz, 

Kürnən, Araznan ağlayım.

 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Ovunacam nə ağılnan, 

Nə dastannan, nə nağılnan,

Sənsiz qalan bir oğulnan, 

İki də qıznan ağlayım. 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Rəfail dönməz şahınnan, 

Əlin üzməz Allahınnan, 

Alım halallıq ruhunnan, 

Nəzir-niyaznan ağlayım...

 

İtki

İlk dəfə darvazamdan qara bayraq asıldı,

Ürəyimə ox dəydi, qəlbimə dağ basıldı. 

Her şeyin ilki olur, bu ilk mənim sonumdu,

Ağlaya da bilmirəm, yaş gözümdə donubdu.

 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz


Ovunmuram

Beynımin yaddaş kartinı 

çıxardıb pozdum, 

təzədən yerinə taxdım, 

sonra da zərrəbinlə baxdım: 

hər şey silinmişdi, 

təkcə bir fayl qalmışdı- 

o da sənlə bağlı. 

Çox maraqlı xatirələr

yerişin, duruşun, 

səsin, nəfəsin, rəngin, dadın, 

bir sözlə, yalnız sənli hər şey. 

Ömrümün səninlə keçən 

ilinden başqa heç nə yox imiş, 

beynimin yaddaş kartında, 

sən demə. 

Könlümdən keçdi sənə 

zəng etmək, çatlaşmaq, 

bəd ayaqda skaypla danışmaq, 

heyf ki, hər şey mümkünsüz, əlçatmaz. 

Əlac bir ona qalır ki, aramsız dinləyim 

Sənli xatirələrimi, 

ovunum sən yanımdasanmış kimi...

 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Bəli, kişilər də ağlayır. Vaxtilə Şekspir yazmışdır ki, göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz.  Şairlərin sevgiləri

də, kədərləri də, fikirləri də çox mükəmməldir. Bu sitatda da göz yaşlarının  üzü paklaşdırması obrazlı, yəni məcazi məna ilə

ifadə edilmişdir. Əsl ağlamaq da budur, o, üzdən əvvəl ürəyə axır, hissə ruha axır, axdığı, qərar tutduğu yeri paklaşdırır.

Nəyi pisdir ki, bunun. Kim necə düşünür-düşünsün, ağlamaq, göz yaşı tökmək kişiyə yaraşdırılmayan sifət olubsa da, bu qınaq

rüsvayçı qınaq deyil, sahibini paklaşdırır, dəyərli bildiyindən  bir an ayrı düşməyə qoymur. 

Məncə, səbəbi nə olursa- olsun, ağlamaq gözəldir. Əgər dostlarım ağlamayandırsa, ağlamayıbsa, ağlamayacaqsa, Allahım, yolumu biraz o tərəfdən urcah elə.

Yazımın sonunda hörmətli Nəriman müəllimə, tələbə yoldşım Rəfael müəllimə uzun ömür, cansağlığı, Sara xanıma, Səkinə xanıma,

 Sevda xanıma (qəribə təsadüf, hər üç xanımın adı "S” hərfi ilə başlayır) oxucularımız  adından Allahdan rəhmət diləyirəm.

 

Kişilər  ağlamaz, ağlayarsa, kimsə kiridə bilməz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz