» » ..sağdış haqqında nə bilirik

..sağdış haqqında nə bilirik

Müəllif: Litota от 14-12-2016, 00:10
..sağdış haqqında  nə bilirik

Əziz dostlar, hörmətli oxucular, biz xalqımızın toy mərasimləri haqqında dəfələrlə yazmışıq və yazacağıq da. Məqsəd onları qoruyub saxlamaqdır. Kim nə qədər bacarır, necə bacarır, fəqət, bu amacdadır, eşq olsun, bizdən öndə gedənlərə qoşulsun. Kökümüzə bağlılığı spzümüzlə olduğumuz kimi, əməli münasibətimizdə də həyata keçirək.
Biz saytımızda gəlin və qaynana münasibətlərindən, yengədən, sağdışdan yazmışıq. Fikirlər bir çox hallarda, əsasən, yengə məsələsində heç də eyni olmayıb, üst-üstə düşməyib. Yəqin ki, sağdış məsələsinə münasibətdə də fikirlər çox müxtəlif olacaq.
Bəzi dostlarımız düşünürlər ki, yengə, sağdış-soldış köhnəlik qalığıdır. İndiki gənclərə bunlar lazım deyil. Onlar hər şeyi bilirlər. Biz də çalışırıq ki, bilməyənləri bilsinlər və biləcəklərini mahiyyətcə anlayıb qəbul etsinlər.
Elə düşünmək lazım deyil ki, toy iki gəncin vüsala çatmasıdır, el dili ilə desək "başayaq” edilməsidir. Amma bu bəxtəvərlik addımının niyyətində babalarımızın çox hikmətləri var: iki ailə, iki nəsil qohum olur. Tərəflərin biri bir ərazidən, digəri başqa ərazidən olurdusa, tərəflərdən birinin, məsələn, qız tərəf göyçaylı, oğlan tərəf qubalıdırsa, göyçaylı qohumlardan biri harda qubalıya rast gəlibsə, özündən asılı olmadan qubaya, qubalılara daha bir isti münasibət bəsləyib. Daha məhəlli münasibətlərə aid etsək, toy öncəsindən əvvəl, qız tərəf yengə, çehizin üstündə gedən koxa; oğlan tərəf sağdışş-soldış, oğlan yengəsi, sərpayı və s müəyyən edir. Bunlar münasibətdir, bağlılıqdır. Övladı ətrafına arxa-dayaq toplamaqdır. Yaxşı, o olmasın , bu olmasın... onda bir də görərik ki, salam verməyə adam belə qalmaz. Allah etməmiş, sabah bir çətin məqamd, xəstəlik yatağında həyanımız kim olar. Amma, iraq-iraq, oğlan atası Qubada naxoşlasa, göyçaylı qudası həmən günü özünü çatdırcaq. Münasibətlər çox istidirsə, qızlarını qızınız kimi saxlamısınızsa, lap Şabrandan gəlirmiş kimi yarım saata özünü çatdıracaq.
Əzizlərim həyat budur. Atanın-ananın yaratmaq istədiyi bağlılıq budur.biz sizi belə görüb, buna əmin olub rahat dünyamızı dəyişə bilirik. Bu rahatcıllığ a kömək edin barı.
İndi keçək, əsas söhbətimizə.
..sağdış haqqında  nə bilirik

Evlənmə məsələsi artıq reallaşma mərhələsinə gələrkən toyun maddı, texniki tərəfləri ilə yanaşı, təşkilati tərəfləri də diqqətə gəlir. Hamı istəyir ki, toyu şöhrətli olsun, yaddaqalan olsun, qonaqlar hörmət-izzətlə qarşılanıb yola salınsın və ən başlıcası,  övladları üsündən uzun illər keçəndən sonra belə toy günlərini xatırlasınlar, videoda zamanı geri qaytarsınlar, xəyallarında həmin günə qayıtsınlar. Əlbəttə, bunlar, toyun təşkilati tərəfi ilə də çox bağlıdır. Evlənən gənc namizədlərin ən böyük köməkçiləri, adətən, özlərindən yaşlı və təcrübəli olan yaxın dostları olur. Bu dostların başındakı " sağdış " və "soldış” olur. Sağdış yalnız bəytərifində bəyin sağn tərəfində dayanan demək deyil ki... O, hələ tya aylar qalmış bəylə toyu barədə, keçiriləcək yeri, musiqiçilər və sair bu kimi məsələri götür-qoy edirlər. Toy ərəfəsində bəylə hamama gedir, toyda bəyin qonaqlrına xidməti təşkil edir, bəyi toyun sonuna kimi müşahidə edir, bəyliyin incəlikləri ilə bağlı ona ilginc məlumatlar verir və s. Bəzi bölgələrin toylarında maraqlı oyunlar, zarafatlaşmalar plar, yəni mərasim kimi. Sağdış bütün bunlarda bəyin yerinə özünü qabağa verər, problemləri həll edər, bəyi "pis” vəziyyətlərdən qoruyar. Ən sonda bəyi toy qurtarandan sonra ziffat otağına ötürər və evlilikdə etməsi lazım olan şeylər haqqında məlumat verir. Buna görədə sağdış seçmək bizim toylarda çox əhəmiyyətli bir məzmuna malikdir.

..sağdış haqqında  nə bilirik

Sağdış məsələsinə Türkiyədə də eynən bu cür, bəzi hallarda isə daha artıq önəm verilir. "Sağdış" a Ozanlarda , Təzərən və Aşkalada "enişte qardaşı", yəni bəyin yaxın dostu mənasında dəyər verilir. Günbağı , Büklümlü , Alangörən və Qarakaşda "şoşbin - şaşpin", Dibəkli , Saraycık , Yeddibağ , Qacar , Şəbəkənin və Höyükdə "sağdış", Meşəli və Uzungöldə "şoşban", Üçdəyirman , Yüzevlər , Mirəhməd , Qızılpınarda "şoşman", Çalık , Bahçe , habelə quşçuluq və ətraf kəndlərdə "kirvə - keriv " deyilir, Kəbanın Bölükçalı və Elazığın Yeddigözə kəndlərində isə "sağdış” ilə "kirvə” eyni dərəcədə hörmətə sahib qohm hesab edilirlər və bu yerlərdə "sağdış – kirvə” sözləri sinonim sözlər kimi istifadə olunur.
Ədirnə , Trabzon, Koşay və Rizedə də sağdıça burdakı kimi eynən "kirvə” deyilir .
"Sağdış” sözünün türk dilində(lüğətdə) mənası " sağdaç - sadick ", yəni " evlənən kişinin kişi qardaşı ya da yaxın qohumu " kimi ifadə edilir. Mahmud Kaşğarlının əsərlərində isə "dost" olaraq təqdim edilmişdir.
Bəzi türk kəndlərində kirvə eyni zamanda kirvə olduğu uşağın sağdışıdır . O, uşağa olduqca yaxın bir qohumluq imtiyazına malik olur. Hətta bəzən kirvə uşağa əmisindən , dayısından daha mərhəm sayılır. Bu yerlərdə, elə bu gün bizdə də, kirvənin qızı ilə ailə qurulması böyük günahdır, olmaz , əminin qızı ilə evlənilə bilər. Bu qohumluq bəzi yerlərdə o qədər uca tutulur ki, kirvə kişi uşağın sünnəsindən toyuna qədər olan dövrdə onun bütün böyüməsi ilə byaxından maraqlanır, köməyini edir. Odur ki, kirvə etibarlı dost və ya qardaş kimi qəbul edilir.

..sağdış haqqında  nə bilirik

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz