» » Ana: "Oğlum, gördünmü burda nə qədər analar yatır " (İbrət)

Ana: "Oğlum, gördünmü burda nə qədər analar yatır " (İbrət)

Bir ananın gözünün ağı-qarası bir oğlu vardı. Oğul da anasını çox istəyərdi, hər gün öpüb oxşayardı. Amma anası yaşa dolduqca onu dərd-Ana:  "Oğlum,  gördünmü burda  nə qədər  analar  yatır " (İbrət)fikir alardı ki, mən anasız necə dözəcəyəm. Hətta o qədər fikir çəkir ki, günü-gündən sınıxmağa başlayır. Anası səbəbini soruşanda gözündən yaş sel kimi axardı. Ana oğlunun başını sinəsinə sıxıb deyir ki, pis olma, oğlum, dünyaya gələn bir gün də köçəcək. Sən məndən sonra dözməsən ürəyin istəyəndə qəbristanlığa gələrsən, çağırarsan, mən məzardan qalxacağam, görüşü- söhbətləşirik, gedərsən. Bir vaxt gəlir ki, ana dünyasını dəyişir. Hələ yara təz idi, qohum qardaşlar onlarda idi, təsəlli verirdi, oğul o qədər də fikir eləmirdi. Elə ki, yas qurtardı, hamı dağılışdı, zavallı oğul anasız dörd divarın arasında tənha qaldı.

 

Ana:  "Oğlum,  gördünmü burda  nə qədər  analar  yatır " (İbrət)Bir neçə gün də keçdi…Oğul gördü ki, yox, anasız yaşamaq mümkün olmayacaq.

Birdən yadına anasının dediyi sözlər düşdü. Durub qəbristanlığa üz tutdu. Anasının çağırmağa başlamışdı ki, məzarların birindən nurani bir qadın qaldı. Oğul baxdı ki, bu, onun anası deyil. Yenə çağırdı, bu dəfə ayrı məzardan bir ana qalxdı, bu da onun anası deyildi…. Belə-belə məzarlardan 10-a yaxın ana qalxdısa da, bunların arasında onun anası olmadı. O bir qədər də kövrəldi. Axı anası özü demişdi ki, çağıran kimi çıxacaq. Göz yaşlarıyla : "anacan, məni niyə tək qoydun” deyib hıçqırmağa başladı.


Elə bu dəm qarşısındakı məzardan bir ana qalxdı. Bu, onun öz anası idi. Qucaqlaşdılar, ağlaşdılar..Oğul ərkələndi ki, çıxıb gedirdim, niyə Ana:  "Oğlum,  gördünmü burda  nə qədər  analar  yatır " (İbrət)geç gəldin? Ana deyir ki, oğlum, gördünmü burda nə qədər analar yatır. Sən nəyatın bu nizamına uyğunlaşmalısan. Həyat davam edir. Sən ağıllı ol, namusla yaşa, ailə qur, övladların olsun, nəslimiz davam etsin.
Ana-bala xeyli söhbət etdilər. Sonra ana gəldiyi kimi də əbədi məkanına döndü. 
Kaş dünyada nə insafsızlıq olurdusa-olsun, bir ata-analar, bir də körpələr ölməyəydi .…. Amma neyləyəsən ki, "ölüm , bu qoca kaftar " heç nəyin fərqində deyil, ölməlilərin yerinə dünyadan ölməli olmayanlar köç edir… Allah rəhmətə getmiş bütün ata və analarımızın qəbrini nura qərq eləsin, qalan ata-anaların ömrü uzun olsun.


Ana:  "Oğlum,  gördünmü burda  nə qədər  analar  yatır " (İbrət)  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz