» » Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Duyğu yarpaqları - Bir qadın ağlayarsa


Bir qadını ağlatmaq çox da çətin deyil, əslində. Qadınlar hər şeyə ağlaya bilər-bir filmə, bir mahnıya, bir yazıya ... Ən azından kişilər qədər! Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan insan onun ürəyinə çatmışdır deməkdir. Amma o ürəyin dəyərini bilməmiş olacaq ki, ağladan, gözünü belə qırpmadan tək-tək sancmış iynələrini onun ürəyinə!
  

Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Duyğu yarpaqları - Bir qadın ağlayarsa


Bax, o zaman böyük bir yumruq gəlib dirənir qadının boğazına. Udquna, nəfəs ala bilmir, çünki o böyük yumruq qəlbini çox ağrıdır. Sonra gözləri dolar qadının. Ağlamayacağam, deyər ürəyində. Amma mane ola bilməz göz yaşlarına. Çünki ürəyinə çatmışdır artıq biri, qəlbinin tellərinə toxunmuş və iynələməkdədir ürəyini.. 
Bu "ağrıya", bu əzaba nə qədər dözə bilər ki, bir qadın?. Damla-damla süzülər yaşlar yanağı boyunca, əvvəl dolar gözləri, sonra bir neçə damla, sonra bir yağış seli kimi... 
Və qadın ağlayar, həm də çox!

Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Düşünməyin ki, gedənə ağlayar qadın! Gedənin gedərkən qopardığı yerdir, onu ağrıda, ağladan, orada açdığı yaralardır. O yaraların heç bağlanmayacağını, bağlansa belə izinin qalacağını düşünər qadın, ona görə ağlayar.
Amma bilirsinizmi, ağlamaq qadınları böyüdər, gücləndirər. Hər damcı daha çox qadın edər qadınları.
Hər göz yaşı bir dərsdir çünki. Bəzən qadınlar ağladığında hər kəs: "ağlama, niyə ağlayırsan ki, dəyməz onun üçün" deyərlər. Bilmədiklərindəndir belə deməkləri. Çünki ürəkləri "yanan" qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir, onu çölə axıtmazlarsa onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar, o zəhərini təmizləyər, yaralarını sağaltmağa çalışar! Çünki bilirlər ki, o zəhərin təmizlənməzlərsə iltihaba dönər yaraları. Heç vaxt sağalmazlar. Ona görə də ağlayarlar.
Çox ağlayan qadınlar bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları, bəli amma yetkinləşdikcə o kor-koranə inandıqları eşq, onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər və o zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Küllərindən doğularlar yenidən. Güclü, yenilməz, məğrur və eşqə inanmayan qadın... Bəzən cəmiyətdə o qədər çox subay qadınla rastlaşırıq ki, hamısı kariera arxasınca qaçan. Əslində inanclarını,eşqə ,sevgiyə güvənlərini itirdi o qadınlar.
 

Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Zamanında ürəklərinə o qədər çox iynə batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanarlar, ona görə özlərinə sığınarlar. Həmişə bir mənfəətləri oldu arxalandıqları adamların. Bundan sonra niyə arxalansınlar ki! Niyə güvənək, etibar edək ki!
Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, böyüyür, qadınlaşır, güclənir. Bilin ki, həyatın acı həqiqətlərini qəbul etməyə başlamışdır. Bilin ki, artıq sevginin olmadığına inanmışdır. Bilin ki, sığınacaq tək bir həqiqəti qalmışdır. Ondan, kim, nə deyə soruşmayın daha. Çox ağlayan qadınlar, əvvəl-axır özlərinə sığınırlar çünki!   

Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Duyğu yarpaqları - Bir qadın ağlayarsa

Duyğu yarpaqları - Bir qadın ağlayarsa 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz