» » Müzakirə: İntihar çıxış yolu deyil (I yazı)

Müzakirə: İntihar çıxış yolu deyil (I yazı)

 

 

Son  bir neçə ildir ki, intihar havası yağır göylərdən. Diqqəti cəlb edən cəhət odur ki, bu acizanə addım təkcə əyalət kəndlərində, əyalət şəhərlərində deyil, ölkənin baş şəhərində də atılır. Qəzetlərdə, saytlarda, bir çox telekanalda hadisə haqqında müəyyən informasiya verilir..Səbəblər müxtəlif, həyata keçirilmə üsulları da bir –birindən fərqli və məşum. Modern.az saytına istinadən, 2014-cü ilin 6 ayı ərzində 183 nəfər intihar edib, 139 nəfər isə canına qəsd edib. İntihar edənlərin 116 nəfəri qadın, 14 nəfəri məktəbli-yeniyetmə olub.
1.Əlövsət Qasımov, 27 yaş - Ağcabədi rayonu Aşağı Afşar kənd sakini, yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb. Yazdığı məktub: "Həyatdan zövq almıram. Həyatdan bezərək həmişəlik getmək istəyirəm. Hesab etməyin ki, borcum olub”.
2. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları fakültəsinin əməkaşı, 44 yaşlı Fuad Rzayev özünü akademiyanın 4-cü mərtəbəsindən ataraq intihar etmişdir. Ölümündən əvvəl yazdığı məktubda intihara ailə problemləri ilə bağlı əl atdığını ifadə etmiş və yaşamaq istəmədiyini bildirmişdir.
Birotaqlı mənzildə yaşayırmış, maaşı 190 manat imiş, axı vaxtlar 285 manata qaldırılıbmış.
3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.
Facebookda ölümündən öncə yazıb: "İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun, dostlar. İnşallah, gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.
4. Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində 15 yaşlı məktəbli - Çinarə Əliyeva özünü 5-ci mərtəbədən ataraq həyatına son vemişdir. Anasına məktub yazıb: "Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.
5. Səbail rayonu, Mətbuat prospektində Bakı şəhər 17 yaşlı 11-ci sinif şagirdi Zərifə Əsədova özünü 9-cu mərtəbədən ataraq intihar edib. Atasına sms yazıbmış: "Ata, məni bağışla , mən bilmədim!".
6. Nərimanov rayonu, Ziya Bünyadov prospektində Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi -19 yaşlı Etibar İmamzadə özünü asıb. Profilində mesaj yazıb: "Sabah, ya da birigün, bəlkə həmişəlik getdim Facebook-dan”.
7. Abşeron rayonu, Xırdalan şəhərində 33 yaşlı Ramil Novruzov özünü yaşadığı evdə çılçıraqdan asmışdır. Son məktubunda yazıb: "Özüm bu qərarı vermişəm. Heç kəsi günahkar bilməyin”.
8. Nizami rayonu, Keşlə qəsəbəsində 45 yaşlı Aslan Zeynalov yaşadığı evdə özünü asaraq həyatına son qoyub. Cibindən çıxan məktubda yazıbmış: "Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”.
9. Binəqədi rayon Rəsulzadə qəsəbəsində 43 yaşlı Cavanşir Əsgərov yaşadığı evin hamamında özünə qəsd edib. Son məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.
 
Müzakirə: İntihar çıxış yolu deyil (I yazı)
10: Masazır qəsəbəsi , Qaçaq Nəbi küçəsində ali məktəb tələbəsi Nurlan Məmmədov özünü asıb. İntiharın səbəbi Nurlanın sevdiyi qız olub.
11. İsmayıllı rayonu, Aşağıbaş kənd sakini Tofiq Adıgözəlov fasebookda : "Bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər” yazaraq intihar etmişdir.
12. Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqladıqdan sonra qonşusunun həyətinə keçərək orada özünü asmışdır. Özü ölsə də, həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.
13. Bakının Nizami rayonunda yaşadığı mənzilin balkonundan özünü atmaq istəyən yaşlı qadın Valentina onu intihara innsanların vadar etdiklərini bildirmişdir:
Bezmişəm artıq hər şeydən”.
Kürdəmirdə son ildə bu cür hadisələrə tez-tez rast gəlindi. Bununla bağlı əvvəlki yazılarımızda artıq bəhs etmişik (http://retro.anaveusaq.az/layihe-ve-muzakireler/5231-siz-nece-fikrleshirsiniz.html).
14. 2014-cü ildə Xaçmaz rayon Çingiz Abdullayev adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdləri  Vasif Quliyev və Nərgiz Tağıyeva  son zəng ərəfəsində həyatlarına  son verdilər.  Səbəb də bu olub ki, 2 ay öncə Nərgiz Ukraynadan olan qohumlarına nişanlanıbmış.  Daha qovuşa bilməyəcəklərini düşünən   məktəblilər ayrılmamaq üçün  yeganə çarə kimi intiharı qəbul ediblər.  
Baş vermiş bu intihar  hadisələrinin  hər biri ən azından iki ailəyə ömürlərinin sonuna kimi silinməyəcək göz yaşları verib. Kaş olmayaydı. Kaş o vaxt həmin məqamda kimsə onları fikirlərindən daşındıra biləydi və ya  kimsə  həmin məqamda onlara rast gələydi qoymayaydı. Kaş..kaş.... Amma bunlar baş verdi. Əgər bu cür hadisələr getdikcə tipikləşirsə, kütləviləşirsə, güzgünü sındırmaq xilas yolu deyil,  bu qəbahətlər, depressiyaya düşmüş insanların içlərindəki naqisliklər  incələnməli,  maarifləndirilmə işləri canlandırılmalıdır ki, intihara  əl atan insanlar fikirlərindən daşınsınlar.
Nədir intihar?  Axı o, baş tutmayan sevgi üçün, ödənməyən borc üçün, ehtiyac və s. üçün heç vaxt əvəz ola bilməz. Niyə qadınlar arasında intihar halları daha çoxdur ? Qəzetlərdən, yaşlı adamlardan hələ çox – çox əvvəllər də intihar hadisələri olduğunu eşitmişik, amma az sayda.  Uşaqlıq illərimdə 1-2 belə  hadisə  bizm   ətraf kəndlərdə baş vemişdi: ailədə uşağa şiddət olubmuş, uşaq da   valideynlərinə acıq vermək  üçün   bu addımı seçibmiş. Düşünüb ki, duyuq düşüb qoymazlar, ölməz, bir də ona qarşı şiddət etməzlər. Əvvəllər  bu cürə  hadisələr barmaqla sayılacq qədər az idi. Amma getdikcə intihar kimi çox üzücü, əzablı ölüm hadisələri intensivləşməkdədir.
Keyfiyyətcə cavanlaşması da bu arada nəzərdən yayınmamalıdır.

   

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz