» » Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

 

Bir sevgi özünə bağladı məni,
Bir baxış köksümdən oxladı məni,
Sonra da qaldırıb göylərə məni, 
Buraxdı aşağı,  yer sarı , sarı.

Necə əl uzadım, çaşıb qalmışam,
Gümanlar içində batıb qalmışam, 
Bir vida mahnısın yazıb qalmışam.
Mənsiz oxuyarsız hey, "Sarı-sarı".

Hara gedirəmsə, sarı görürəm,
Sağımı-solumu sarı görürəm...
Ortada bir sarı gərdək görürəm,
Axşamlar boylanır ay sarı,sarı.

Sarı işıqdırsa, işıq seçmişəm,
Həsrətsə, boyuma libas biçmişəm.
Tək onu özümə həmdəm seçmişəm,
O da addım atsın, mən sarı, sarı.

İçim başdan-başa sarıdır, gülüm, 
Yolum bir həsrətə sarıdır, gülüm,
Hərə sevdiyinə sarıdır, gülüm.
Eşqin yarasını gəl  sarı,sarı.
                                                                                        P.S: Akif

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Alın bu sarının əlindən məni

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz