» » Bu xəbərlər kimə və nəyə lazımdır?

Bu xəbərlər kimə və nəyə lazımdır?

 Bu xəbərlər kimə və nəyə lazımdır?

Dünya 20 sivilizasiya əsri yola salsa da, müsəlman ailə əxlaqını, ailə institunu yarada bilməyib. Amma indi getdikcə, nizam pozulmaqdadır. 30-40 il bundan qabaq ( çəkdiyim nümunəyə görə də üzr istəyirəm) hamilə qadın deyəndə , dünyaya uşaq gətirəcək bir ana düşünülürdü. Onun fizionomiyası nə ağla gələrdi, nə göz önünə. Hamilə qadın ərindən başqa bütün kişilərdən gizlənərdi.Yayın istisində iki qışlıq paltar geyərdi ki, hamilə olmağı bilinməsin. İndi də elədirmi: çox sərbəst şəkildə şəhərə çıxır, ictimai nəqliyyatdan istifadə edir. Fikir verirsinizsə, saytlar, özəl telekanallar şou-proqramlarında kimlərinsə hamiləlik vəziyyətində olmasını gündəmə gətirirlər, şəklini nümayiş etdirirlər.

 

Bu xəbərlər kimə və nəyə lazımdır?

Srağagün İrina Şeykdir kimdir, modelyerdir, ya hansı "rahat yaşamaq” peşəsini tapan kimdir, onun şəklini vermişdilər: hamiləlik şəklini. İrinanın həyatının əvvəlini və sonunu bilmirəm, marağımda da deyil, amma adını 5-6 ay olar eşitmişəm və bilmişəm ki o, futbolçu Ronaldo ilə, indi də Bradley Kuper adlı bir amerikalı aktyorla "dostluq” binasın qoyub. Ona görə yox ki, ürəyi kimi tutsa, dostluq edir, özü bilər, öz şəxsi həyatıdır: "Fransız xalqı kef edir.”
Ona görə ki, onun hamilə olması niyə dünyanı dolaşmalıdır? Bir adam səsin çıxarmır. Bizə bu xəbər, məlumat lazımdırmı? Hamilədir olsun da, mələk doğacaq, atası üzünü görmədiyi bir şəhiddir?
Hələ bir manşetə baxın: "Rihanna hamilədir - Gündəmi silkələyən iddia -”
Belə insanların macəralı həyatını təqdir etməkdə məqsəd nədir? Birdən Allah eləməmiş, görərik ki, çoxları İrina Şheyk, Rihanna olmaq istəyir...(?)

Bu xəbərlər kimə və nəyə lazımdır?

Media hüququ hər bir jurnalistə, kütləvi informasiya vasitəsinə müxtəlif çeşiddə informasiya və məlumatları toplamaq, nəşr etmək, yaymaq fəaliyyətinə hüquqi əsas yaradır. İstər ölkə Konstitusiyası, istır Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun, istərsə də beynəlxalq normalar şəxsin özəl həyatına aid bilgilərin kütləvi informasiya vasitələrində yayılması qaydalarını nizamlayır. Həmin qaydalara əsasən şəxsin sosial statusuna görə kateqoriyaları fərqləndirilir. Siyasətçilər, ali vəzifəli şəxslər, məşhur alimlər, sənətçilər, ölkə- dünya səviyyəsibdə tanınan idmançıların özəl həyatı, sosial həyatı, sağlamlığı ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırıla bilər. Yəni Qanun bunu qadağan etmir. Bu, işin hüquqi tərəfidir və biz illərlə hüquqi dövlət arzulamışıq, söz azadlığı, şəxsiyyət azadlığı arzulamışıq. Biz bunların əleyhdarı deyilik. Amma arzu edirik ki, bu kimi bir çox məlumatlar xalqın, millətin dəyərlərinə mənfi təsir göstərməsin.
Bizim öz ailə konstutisiyamız, davranış, əxlaq mədəniyyətimiz olub, biz dədə-baba qaydalarını yaşatmalıyıq, Avropanın, dünyanın davranış sərbəstliyini yox. Dünya hansı inkişafa çatsa da, dünya qadınları hansı səviyyədə sərbəstlik əldə etsələr də, bu, bizə lazım deyil.
Əziz dostlar, bəs siz bu barədə necə fikirləşirsiniz? Bu kimi məlumatlar bizə lazımdırmı və yaxud İrina Şheykin, Rihannanın, eləcə də bu kimi "məşhurların" hamilə olması nədən maraq doğurmalıdır? Buyurun fikirlərinizi

Bu xəbərlər kimə və nəyə lazımdır?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz